Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

NOBEL VERGİSİ
Siz düşünürsünüz ki, yüksək nailiyyətlərinə görə Nobel mükafatı alan alimlər həmin
məbləğdən vergi ödəmirlər? Elə ödəyirlər ki! 1986-cı ildən bu mükafat pul hədiyyəsi
kateqoriyasına aid edilmişdir və müvafiq olaraq vergiyə cəlb olunur. Amma istisnalar
da var: əgər laureat mükafatı xeyriyyəçiliyə və ya dövlətin məsləhət bildiyi hər hansı
məktəbin, yaxud kollecin ehtiyaclarının ödənməsinə sərf edirsə, ondan vergi tutulmur.
DUZ VERGİSİ
İlk baxışda bu vergidə qəribə bir şey yoxdur - duz vergisidir də… Ancaq tarixdə bu
vergi ilə bağlı elə böyük hadisələr baş verib ki, eşidəndə heyrətlənməyə bilmirsən! Çin
imperiyası  məhz  bu  vergiyə  görə  süquta  uğramışdır,  Fransada  isə  duz  vergisi  (the
gabelle) inqilabı sürətləndirmişdir.  Hindistanda duza vergi tətbiq olunması əleyhinə
keçirilən nümayişlərdə hətta Mahatma Qandi özü iştirak etmişdir. Yeri gəlmişkən, İn-
giltərənin Hindistanda tətbiq etdiyi duz vergisinin dərəcəsi… 4000 faiz olmuşdur və
təsadüfi deyildir ki, bu, irimiqyaslı etiraz dalğası doğurmuşdur. Əgər bir dövlətdə inqi-
laba ehtiyac varsa, duz vergisi tətbiq etmək və bir az gözləmək kifayətdir.
SAQQAL VERGİSİ
Bu vergini Birinci Pyotr 1689-cu ildə tətbiq etməyə başlamışdır. Saqqallar hətta müx-
təlif tiplərə ayrılırdı - tacir saqqalı, əyan saqqalı, kəndli saqqalı və s. Kəndli öz kəndində
saqqalı pulsuz saxlaya bilərdi, amma şəhərə gələndə 1 qəpik ödəyirdi. Saqallılar dik
yaxalıqlı xüsusi kaftanda gəzməyə məcbur idilər. Belə geyimdə olmayanlar cərimə
ödəyirdilər. Özü də hər dəfə bu cür görünəndə! Cəriməni ödəyə bilməyənləri sürgünə
göndərirdilər.
QUL AZADLIĞI VERGİSİ
Qədim Romada sərbəstlik vergisi (manumission) mövcud idi. Bu vergi ağa öz qulunu
azad edərkən ödənilməli idi. Bəzi hallarda vergini ağa özü ödəyirdi; düşünürdülər, o,
yetərincə zəngindir ki, qulunu azadlığa buraxır. Əksər hallarda isə azadlığa çıxan qul
özü vergini ödəyirdi. Təsəvvür edin: qul böyük məbləğdə pul verib azad işçiyə çevrilirdi
və bu zaman məlum olurdu ki, o, azadlığına görə Roma dövlətinə də pul ödəməlidir!
SUBAYLIQ VERGİSİ
Keçmiş SSRİ-də 1941-ci ilin noyabr ayından subaylıq vergisi tətbiq olnurdu ki, bu
da əməkhaqqının 6 faizini təşkil edirdi. Bu vergini 20-50 yaşınadək uşaqsız kişilər və
20-45 yaşınadək uşağı olmayan ərli qadınlar ödəyirdilər.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
94
Vergilərlə bağlı maraqlı olaylar
MARAQLI FAKTLAR


ANOMAL SVİTÇ - (ingiliscə - switch
- keçid) - bazar konyukturunun anomal,
gözlənilməz  dəyişkənliyinə  nəzərən  in-
vestisiyaların  bir  qiymətli  kağızdan
digərinə keçirilməsi.
ANONS - elan, bildiriş.
ANTOQONİST  OYUN -  mübarizə
aparan,  rəqabətdə  olan,  maraqları  qarşı-
qarşıya duran, iqtisadi situasiyanı model-
ləşdirən oyun.
ANTİDEMPİNQ RÜSUMU - daxili
bazarı qorumaq məqsədi ilə xaricdən gəti-
rilmiş əmtəələrə qoyulan gömrük rüsumu.
ANTİİNHİSAR QANUNVERİCİLİ-
Yİ - rəqabətə sövq edən, inhisarçı struk-
turların yaranmasına imkan verməyən və
inhisarçı hərəkətləri məhdudlaşdıran  qa-
nunlar və digər dövlət aktları.
ANTİİNFLYASİYA SİYASƏTİ - in-
flyasiyanın qarşısını almaq və onu tənzim-
ləmək məqsədini güdür. Bunun üçün iki
üsuldan: inflyasiyaya uyğunlaşmaq və sərt
tədbirlər həyata keçirmək üsullarından is-
tifadə  edilir.  Birinci  üsul  məhsulların
qiymətlərinin  artmasına  müvafiq  olaraq
əhali gəlirlərinin artırılmasını, ikinci üsul
isə  güzəştli  kreditlərdən  istifadə  olun-
masını,  dövriyyəyə  əlavə  pul  buraxıl-
masının  məhdudlaşdırılmasını  və  s.
nəzərdə tutur. 
ANTİSİPASİYA -  (latınca  -  antici
patio)  -  1)  hadisənin  mümkün  gedişinə
öncədən təyinat vermə, demə; 2) hər hansı
bir hadisənin vaxtından əvvəl baş verməsi.
ANTREPRENER - (fransızca - entre-
preneur - sahibkar) - sahibkar, biznesmen,
icarəçi, şəxsi tamaşa (teatr, sirk, orkestr və
s.) müəssisəsi sahibi və təşkilatçısı.
ANDERKLAS -  (ingiliscə  -  under-
class - aşağı qat,  «sosial dib»)  -  sosial
iyerarxiyanın  dibində  olanlar,  insanı
simasını itirmişlər (narkomanlar, əyyaşlar
və s.)
ANOMİYA - (fransızca - anomia - qa-
nunun olmaması) - qanunsuzluq, cəmiy-
yətdə  böhran  zamanı  təsbit  olunmuş
normalara zidd davranış.
APARSERİYA - (ispanca - aparseria,
latınca - partia-rius - iştirakçı) - İspani-
yada  və  Latın  Amerikası  ölkələrində
qalmış  icarə  növü.  İcarəsi  müvəqqəti
olaraq torpaq və ya davar alaraq mülkiy-
yətçiyə bundan əldə etdiyi məhsulların bir
hissəsini (adətən yarısını) verir.
APELLYASİYA - (latınca - appellatio
- müraciət) - qanunsuz və ya ədalətsizlik
hesab edilən qəbul olununmuş qərarlardan
şikayət  vermə.  Apelyasiya  qərar  qəbul
edəndən yuxarı instansiyaya verilir.
APORTLAR -  (ingiliscə  -  contribu-
tion of capital) - səhmdar cəmiyyətə müəs-
sisənin  səhmlərə  görə  təyin  edilmiş  pul
məbləğinə  bərabər  olan  daxil  olmuş
əmlak.  Belə  ödənişlər  bir  qayda  olaraq,
əmlakın  real  dəyərinin  şişirdilməsi,
bununla da daha çox səhm əldə edilməsi
və ya səhmlərin toplum məbləğinin təqdim
olunmuş əmlakın dəyərinə uyğun gəlmə-
məsi  səbəbi  ilə  müəsisələrin  təsisçi-
lərindən götürülür.
APROBASİYA - (latınca - approbatio
-  bəyənmə,  tanıma)  -  nəzəri  qoyuluşlu
metodların,  hesablamaların,  sxemlərin,
iqtisadi  proses  modellərinin    təcrübədə,
real şəraitdə yoxlanılması.
İqtisadi terminlər lüğəti
95
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
TERMİNOLOGİYA


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə