Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

Leonid Vitalyeviç Kantoroviç 1912-ci
ildə 
Rusiyanın 
Sankt-Peterburq
şəhərində anadan olmuşdur. Leninqrad
Universitetini  bitirmiş,  1934-cü  ildə
həmin  universitetin  professoru,  bir  il
sonra  isə  elmlər  doktoru  olmuşdur.  II
Dünya müharibəsi illərində Hərbi Dəniz
Mühəndisliyi  Akademiyasında  dərs
demiş, müharibədən sonra isə Leninqrad
Dövlət Universitetininin Riyaziyyat və
Mexanika İnstitutunda şöbə müdiri və-
zifəsində çalışmışdır.
L.Kantoroviç Sovet İttifaqının inten-
siv sənaye və iqtisadi yüksəliş dövründə
- 1930-cu illərdə özünün riyazi tədqiqat-
larının  nəticələrinin  təcrübədə  tətbiq
edilməsinə  böyük  səylər  göstərmişdir.
1938-ci  ildə  faner  fabrikində  labora-
toriyada  məsləhətçi  kimi  çalışan  gənc
alim  riyazi  metodlar  əsasında  avadan-
lıqların  məhsuldarlığının  maksimal-
laşdırılması  sistemini  işləmiş  və  bu
sistemin  tətbiqi  satəsində  iqtisadi
səmərəliliyin əldə olunmasını təmin et-
mişdir.
1948-ci ildə SSRİ dövlətinin başçısı
İ.V.Stalinin  sərəncamı  ilə  L.Kan-
toroviçin  hesablayıcılar  qrupu  nüvə
silahının  hazırlanması  prosesinə  cəlb
edilmişdir.
1958-ci  ildə  isə  universitetin  riyazi
hesablama kafedrasının müdiri olmuş və
eyni  zamanda  SSRİ  Elmlər  Aka-
demiyasının  Steklov  adına  Riyazi
hesablama  institutunda  da  müvafiq
şöbəyə rəhbərlik etmişdir. SSRİ Elmlər
Akademiyasının Sibir bölməsinin yara-
dıcıllarından  biri  kimi  L.Kantoroviç
1960-ci  ildə  Novosibirsk  şəhərində
həmkarı V.S.Nemçinovla birlikdə «İqti-
sadi tədqiqatlar və planlaşdırmada riyazi
və  statistik  metodların  tətbiqi  labora-
İqtisadiyyat sahəsində
Nobel mükafatı laureatları
1975-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına «Resursların optimal
bölgüsü nəzəriyyəsinə verdikləri töhfələrə görə» müştərək olaraq sovet-rus iqti-
sadçısı Leonid Kantoroviç (1912-1986) və ABŞ iqtisadçısı Tyallinq Kupmans
(1910-1986) layiq görülmüşlər.
91
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
ELM KORİFEYLƏRİ


toriyası»na  rəhbərlik  etmişdir.  L.Kan-
toroviç həmçinin bu dövrdə Novosibirsk
Universitetində də dərs demişdir. 1971-
ci  ildə  o,  Moskvaya  qayıdaraq  Dövlət
Elm və Texnika Komitəsinin Xalq Təsər-
rüfatını İdarəetmə İnstitutunda çalışmış,
1976-ci  ildə  isə  SSRİ  Elmlər  Aka-
demiyasının Sistem Tədqiqatlar İnstitu-
tunun direktoru olmuşdur.
L.Kantoroviçin tədqiqatları istehsalın
optimallaşdırılması  və  planlaşdırıl-
masına,  xətti  proqramlaşdırmaya,  iqti-
sadi kibernetikaya, iqtisadi göstəricilər
və qiymətqoymaya həsr edilmişdir. O,
ilk elmi nəticələrini "Layihə çoxluqları"
nəzəriyyəsində  əldə  etmişdir.  L.Kan-
toroviç  funksional  təhlil  sahəsində
yarımnizamlı məkanlar (K - məkanlar)
sinfini elmi dövriyyəyə gətirmiş, ilk dəfə
olaraq  riyazi  hesablamada  funksional
təhlili tətbiq etmişdir. Yaxınlaşan metod-
ların  ümumi  nəzəriyyəsini  inkişaf  et-
dirmiş,  operator  tənliklərin  həllinin
effektiv metodunu qurmuşdur.
Alimin  elmi  tədqiqatları  içərisində
aşağıda adları qeyd olan əsərləri mühüm
yer tutur:
1.  İstehsalın  təşkili  və  planlaşdırıl-
masının riyazi metodları (Математи-
ческие  методы  организации  и
планирования производства, 1939);
2. Resursların daha yaxşı istifadəsinin
iqtisadi hesablanması (Экономический
расчет наилучшего использования ре-
сурсов, 1959-1960);
3. Optimal planlaşdırmanın dinamik
modeli (Динамическая модель опти-
мального планирования, 1964).
L.Kantoroviçin  elmi  fəaliyyəti  çox
yüksək qiymətləndirilmişdir. O, 1958-ci
ildə  SSRİ  Elmlər  Akademiyasının
müxbir  üzvü,  1964-cü  ildə  isə  həqiqi
üzvü  -  akademiki  seçilmişdir.  L.Kan-
toroviç  Paris,  Qlazko,  Helsinki,
Qrenoblya, Nissı universitetlərinin fəxri
elmi dərəcələrini almış, Amerika Elm və
İncəsənət  Akademiyasının  üzvü,  Bu-
dapeşt və Boston akademiyalarının fəxri
doktoru 
olmuşdur. 
1965-ci 
ildə
akademik B.S.Nemçinovla və professor
B.B.Novojilovla  birlikdə  «Xətti  pro-
qramlaşdırma və iqtisadi modellər meto-
dunun  işlənməsinə»  görə  o  zamankı
SSRİ  dövlətinin  ən  alı  mükafatına  -
Lenin  mükafatına,  ondan  əvvəl  isə
«Funksional təhlil işlərinə görə» Stalin
mükafatına layiq görülmüşdür.
L.Kantoroviç  7  aprel  1986-cı  ildə
Moskvada vəfat etmişdir. 
Amerika  iqtisadçısı,  holland  əsilli
Tyallinq Çarliz Kupmans (Koopmans,
Tjalling) 28 avqust 1910-cu ildə Nider-
landda Qreyvlend şəhərində anadan ol-
muşdur.  1934-cü  ildə  Niderlandın
Utrexti Universitetini bitirmiş, 1936-cı
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
92


93
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 3/2011.
ildə bu ölkənin Leyden Universitetində
«Müvəqqəti iqtisadi sıraların xətti req-
ressiv  təhlili»    (Linear    Regression
Analysis  of  Economic  Time-Series)
mövzusunda dissertasiya işinə görə dok-
tor elmi dərəcəsi almışdır. T.Kupmans
əvvəlcə  özünü  riyaziyyata  həsr  etmiş,
sonra isə riyazi bitkilərini iqtisadiyyatda
tətbiq  edərək    iqtisad  elminə  yaradıcı
töhfələr vermişdir. Rotterdam şəhərində
Niderland  İqtisadiyyat  Məktəbində,
Cenevredə Millətlər Liqasında işləmiş,
1940-ci ildən sonra ABŞ-da Priston Uni-
versitenidə, Çikaqoda Koulz  fondunda
çalışmışdır.  1946-cı  ildən ABŞ  vətən-
daşlığını qəbul etmiş, 1955-ci ildə bu-
rada  Yel  Universitetinin  professoru
olmuşdur. 1961-1967-ci illərdə T.Kup-
mans Koulz fondunun direktoru, 1978-
ci ildə Amerika İqtisadi Assosiasiyasının
prezidenti postlarında işləmişdir. 1981-
ci ildə isə Yel Universitetinin fəxri pro-
fessoru seçilmişdir.
T.Kupmans  mühüm  elmi  araşdır-
maları  rəqib  bazarlar  şəraitində
resursların  bölgüsünə,    mikroiqtisadi
nəzəriyyədə  xətti  proqramlaşdırma
metodunun tətbiqinə, optimal artım me-
yarına, inkişafın proqramlaşdırılmasına
həsr  olunmuşdur.  O,  «fəaliyyət  növlə-
rinin  təhlili»  konsepsiyasının  müəllifi
kimi də məşhurdur. İnkişafın proqram-
laşdırılması sahəsində ilk cığıraçanlar-
dan olan T.Kupmans cəmiyyətin iqtisadi
artımının  planlaşdırılması  üçün  uçot
faizinin  mühümlüyünü  (gələcək  is-
tehlakın  hazırkı  dəyərinin  cəmiyyət
tərəfindən  qiymətləndirilməsni  əks  et-
dirən faiz) göstərmiş, ümumilikdə iqti-
sadi  artım  problemlərinin  tədqiqinə
böyük töhfələr vermişdir.
T.Kupmansın  əsas  elmi  tədqiqatları
aşağıdakılardır:
1. Tankerin fraxt tarifi və neftdaşıma
gəmilərinin  quruluşu  (Tanker  freight
rates and tankship building, 1939);
2. Müxtəlif marşrutlarda yüklərarası
nisbət (Exchange ratios between cargoes
on various routes, 1942);
3.  İqtisadiyyatın  dinamik  model-
lərinin statistik yekunları (Statistical in-
ference  in  dynamic  economic  models,
1950);
4. Məhsulun hazırlanması və bölgüsü
zamanı fəaliyyət növlərinin təhlili (Ac-
tivity analysis of production and alloca-
tion, 1951);
5. İqtisad elminin vəziyyəti haqqında
üç oçerk (Three essays on the state of
economic science, 1957);
T.Kupmans  Niderland  Kral  Elmlər
Akademiyasının,  Amerika  Riyaziyat
Cəmiyyətinin,  Amerika  İqtisadi  As-
sosiyasının, Amerika Elmin İnkişafına
Yardım  Assosiyasının  və  Energetika
sahəsi  İqtisadçılarının  Beynəlxalq As-
sosiyasının üzvü olmuşdur. Ona Nider-
land  İqtisadiyyat  Məktəbinin,  Luven
katolik,  Şimal-Cənub  və  Pensilvaniya
universitetlərinin  fəxri  elmi  adları  ve-
rilmişdir.
T.Kupmans  26  fevral  1986-cı  ildə
ABŞ-da Nyu-Heyven şəhərində vəfat et-
mişdir. 


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə