Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

60
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
Həmçinin Gregory Mankiw, David Begg, Stanley Fischer, Rudiger Dornbusch
kimi müəlliflərin yazdığı müasir “Ekonomiks” dərsliklərində də gizli iqtisadiyyat
artıq bir makroiqtisadi kateqoriya kimi makroiqtisadiyyat bölməsində tədris olun-
maqdadır (Mankiw, 2003:169, Begg və b., 2003:283).
Makroiqtisadi yanaşma, gizli iqtisadiyyat anlayışını BMT-nin 1993-cü il Milli
Hesablar Sistemi Konvensiyasına görə ÜDM göstəricisini hesablamaq məqsədilə
qeydə alınmalı olan iqtisadi fəaliyyətlərin faktiki qeydə alınmamış hissəsi kimi qəbul
edir (Schneider və Bajada, 2003:3). Eyni zamanda qeyd olunan Konvensiya daha
etibarlı ÜDM göstəricilərini əldə etmək məqsədilə gizli iqtisadiyyatın kəmiyyət
qiymətləndirilməsini aparmağın zəruriliyini irəli sürmüşdür ki, bunun da metodoloji
əsasları “Müşahidə edilməyən iqtisadiyyatın ölçülməsi: Bələdçi kitab”da (“Mavi
Kitab”) öz əksini tapmışdır (OECD, 2002:12). 
“Mavi Kitab”da irəli sürülən ən mühüm anlayış iqtisadiyyatın faktiki qeydə alın-
mış hissəsi (rəsmi) xaricində qalan və milli statistika xidmətlərinin qeydə almaqda
çətinlik çəkdikləri (“problemli sahələr” - problem areas) bütün iqtisadi fəaliyyətləri
özündə birləşdirən “müşahidə edilməyən iqtisadiyyat” (non-observed economy) an-
layışıdır. Mövcud Konvensiya və BƏT-in qeyri-formal iqtisadi sektorla bağlı irəli
sürdüyü anlayışların bir növ məcmusu olan “müşahidə edilməyən iqtisadiyyat” an-
layışının hansı fəaliyyətləri nəzərdə tutduğu Sxem 1-də göstərilmişdir. Burada diqqət
edilməsi zəruri olan məsələlərdən biri, Konvensiyaya görə qeydə alınmış və ya rəsmi
iqtisadiyyatın xaricində qalan bütün bu iqtisadi fəaliyyətlərin heç də hamısının ÜDM
hesablamalarına daxil edilməməsidir. 
Belə ki, Konvensiya “istehsal sərhəddi” (production boundary) anlayışı irəli
sürür ki, bu anlayışa görə də ÜDM hesablamaları yalnız həmin “sərhəd” daxilində
olan iqtisadi fəaliyyətləri əhatə etməlidir. İqtisadi fəaliyyətin “istehsal sərhəddi”nə
daxil edilməsinin isə fəaliyyətin nəticəsində əlavə dəyərin yaranması və fəaliyyətin
bazar buraxılışı olması kimi iki əsas kriteriyası qəbul edilmişdir. 
Bu şərtlər daxilində Sxem 1-də göstərilən fəaliyyətlərə nəzər saldıqda görürük
ki, yalnız şəxsi istehlak məqsədli ev təsərrüfatı istehsalı bazar buraxılışı olmadığın-
dan  “istehsal  sərhəddi”nə  daxil  deyil  və  buna  görə  də  ÜDM  hesablamalarında
nəzərdə tutulmur (OECD, 2002:19-22). 
Gizli iqtisadiyyat anlayışına makroiqtisadi yanaşma ÜDM hesablamalarına daxil
olmalı olduğu halda, müxtəlif səbəblərdən faktiki olaraq qeydə alınmamış iqtisadi
fəaliyyətləri əhatə ediyindən, Sxem 1-də göstərilən yeraltı istehsal (underground
production), kriminal istehsal (illegal production) və qeyri-formal sektor istehsalı
(informal sector production) da ədəbiyyatlarda gizli iqtisadiyyat nəzəriyyəsinin pred-
metinə çevrilmişdir. Burada şəxsi istehlak məqsədli ev təsərrüfatı istehsalı ÜDM
hesablamalarında nəzərə alınmadığından, həmçinin də statistik müşahidə proqram-
larının yetərsizliyindən müşahidə edilməyən istehsal subyektiv məsələ kimi iqtisadi
problem hesab olunmadığından gizli iqtisadiyyat anlayışına daxil edilmir. 


Ancaq şəxsi istehlak məqsədli ev təsərüfatı fəaliyyətlərinin “istehsal sərhəddi”
xaricində saxlanılması iqtisadçılar arasında heç də birmənalı qarşılanmır. Belə ki,
məsələyə toxunan J.K.Galbraith qeyd edir: “Mən bir Harvard professorunun etdiyi
kimi kefim istəyən formada işlədiyim halda, yaratdığım dəyər aldığım əməkhaqqı
formasında milli gəlir (ÜDM) hesabına daxil edilir. Ancaq ailəm və evimlə məşğul
olduğu halda daha böyük əmək sərf edən xanımımın əməyi bu hesaba daxil edilmir,
çünkü o bu iş üçün əmək haqqı almır... başqa qəribəlikləri də göstərim: sevgisi
əvəzində pul alan bir küçə qadını, heç olmasa prinsipcə milli gəlir hesabında nəzərə
alınır. Ancaq sevildiyi qədər zərif də olan bir ev xanımının xidməti bu hesabda nəzərə
alınmır” (Galbraith, 1991:26). Həmçinin Gregory Mankiw də “Ekonomiksin Əsasları”
kitabında bu yanaşmanı konkret misallarla tənqid edir (Mankiw, 2003:497, 507)
Göründüyü kimi makroiqtisadi yanaşmada bir iqtisadi fəaliyyətin gizli iqtisadiy-
yata aid edilməsi üçün o, nəticəsində əlavə dəyərin yaradıldığı məhsuldar fəaliyyət
Sxem 1. MHS-də “müşahidə edilməyən iqtisadiyyat” anlayışı 
və gizli iqtisadiyyat nəzəriyyəsinin predmeti
Qeyd: MHS Konvensiyası və “Mavi Kitab” əsasında müəllif tərəfindən hazırlanmışdır.
61
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


62
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
olma, bazar buraxılışı olma və statistika xidməti tərəfindən qeydə alına bilməmə
kimi hər üç kriteriyaya cavab verməlidir (Frey, 1994:92; Özsoylu, 1996:25-26; Witte,
2008:28-29).
3.1.1 Gizli iqtisadiyyatın strukturu
Makroiqtisadi yanaşma çərçivəsində gizli iqtisadiyyatın strukturna nəzər saldıqda,
onun Sxem 2-də də göstərdiyimiz kimi hüquqi baxımdan bir-birindən fərqlənən
kriminal və qeyri-kriminal sektorlardan təşkil olunduğunu görmək mümkündür.
3.1.1.1 Gizli iqtisadiyyatın kriminal sektoru
Gizli iqtisadiyyatın ən qədim fəaliyyət formalarını özündə birləşdirən bu sektor,
eyni zamanda yüksək rentabelliyi baxımından da bazar subyektləri üçün hər zaman
cəlbedici olmuşdur. 1993-cü il MHS Konvensiyasında kriminal istehsal (illegal pro-
duction) termini ilə ifadə edilmiş bu sektora qanunvericiliklə bu sahədə fəaliyyət
göstərilməsi birmənalı şəkildə qadağan olunan, lakin fəaliyyət subyektləri tərəfindən
müvafiq  dövlət  orqanlarından  tamamilə  gizlədilərək  həyata  keçirilən  iqtisadi
fəaliyyətlərlə yanaşı, qanunvericiliklə bu sahədə fəaliyyət göstərmək hüququ ol-
mayan subyektlər tərəfindən həyata keçirilən iqtisadi fəaliyyətlər (məsələn, lisen-
ziyasız fəaliyyət göstərmə) də daxildir (OECD, 2002:151-158). 
1952-ci il MHS-də bu fəaliyyətlərin milli gəlir hesablarına daxil edilməsi tövsiyyə
edilsə də, sərvətin yalnız əl dəyişdirməsi (oğurluq, dələduzluq və.s) və qarşılıqlı
razılıq ilə mübadilə edilən əmtəə və xidmətlərin istehsalı (qumar, qaçaqçılıq, fahişə-
lik) formaları ilə bağlı mübahisə və bu fəaliyyətlərin tam gizli olduğundan qeydə
alınması sahəsindəki çətinliklər nəzərə alınaraq, 1968-ci il Milli Hesablar Sistemi
Konvensiyasında bu məsələyə toxunulmamışdır. Ancaq bu sahədən əldə edilən gəlir-
lərin tamamilə qanuni yollarla xərclənməsi və ya əksinə, bu məhsullara çəkilən xərc-
lərin tamamilə qanuni yollarla əldə edilməsinin mümkünlüyünün ortaya çıxması
nəticəsində bu fəaliyyətlərin qeydə alınmamasının milli gəlir statistikasında ciddi
xətalara səbəb olacağı nəzərə alınaraq, 1993-cü il MHS Konvensiyasında “istehsal
sərhəddi”nə daxil edilmişdir. Burada diqqət edilməsi zəruri olan məsələlərdən biri
bu fəaliyyətlərin yalnız subyektlərin qarşılıqlı razılığı əsasında həyata keçirilən
hissəsinin ÜDM hesablamalarında nəzərə alınmasıdır. Çünki oğurluq, dələduzluq
kimi subyektlərin qarşılıqlı razılığının olmadığı hallarda həyata keçirilən fəaliyyətlər
nəticəsində əlavə dəyər yaradılmadığından, yalnız yaradılmış əlavə dəyər bir sub-
yektdən digərinə haqsız yolla transfert edildiyindən ÜDM hesablamalarında nəzərə
alına və gizli iqtisadiyyat anlayışına daxil edilə bilməz (DPT, 2001:19; Колесников,
2001; Çetintaş və Vergil, 2003:17; Özsoylu, 1999:1; Yılmaz, 2006:26; Us, 2004:4).
İqtisadi ədəbiyyatlarda yeraltı, mafya, kriminal, güllə və çirkli pul iqtisadiyyatı
kimi müxtəlif adlarla tədqiq olunan gizli iqtisadiyyatın bu sektorunun ÜDM hesabla-
malarına daxil edilməsinin zəruriliyi MHS Konvensiyası tərəfindən irəli sürülsə də,


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə