Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
58
(1997), S.Səfərov (2006), A.Musayev və A.Musayeva (2004), Y.Kıldiş (2000), F.Ha-
licioglu (1999), N.Altuğ (1994), M.Besim (2000), N.Algan (2004), V.Us (2004),
A.B.Yereli və O.Karadeniz (2004), Ş.Aydemir (1995), S.Djankov, I.Lieberman,
J.Mukherjee  və  T.Nenova  (2002),  K.Ott  (1998),  I.  Mel’ota,  U.Thießen  və
T.Vakhenko (2001) və T.Khomenko (2007) kimi tədqiqatçılar qeyri-kriminal və
kriminal sektorlarının məcmusu ilə, G.A.Yılmaz (2006), H.Çetintaş və H.Vergil
(2003), İ.Önder (2001) kimi tədqiqatçılar gizli iqtisadiyyatın qeyri-kriminal, kriminal
və şəxsi istehlak məqsədli ev təsərrüfatı sektorlarının məcmusu ilə, M. A. Chen
(2004), S.Commander və A.Tolstopiatenko (1997), A.M.Fatima (2004), O.E.Gar-
cia-Bolivar (2006), K.Hart (2005), A.Henley, G.R.Arabsheibani və F.G.Carneiro
(2006), V.Güngör (1997), S.Purkis (2006, 2007) və Y.Şişman (1999) kimi iqtisadçılar
isə gizli iqtisadiyyatın yalnız qeyri-kriminal sektorunun qeyri-formal fəaliyyətləri
ilə  məhdudlaşdırdıqlarından  göstərilən  əsərlərində  gizli  iqtisadiyyat  anlayışına
verdikləri tərif də bu istiqamətdədir. 
İkincisi,  tədqiqatçının  gizli  iqtisadiyyat  anlayışı  ilə  bu  fenomenin  kəmiyyət
qiymətləndirilməsi məqsədilə istifadə etdiyi metodu uyğunlaşdırma cəhdidir. Yəni
gizli iqtisadiyyatın hansı hissəsinin kəmiyyət qiymətləndirməsini apara bilmişsə,
verdiyi tərifi də ona uyğunlaşdırmağa çalışmasıdır. Məsələnin bu aspektinə toxunan
məşhur ekonomist Vito Tanzi qeyd edir ki, gizli iqtisadiyyatın ən azı iki tərifi və iki
kəmiyyət  qiymətləndirmə  forması  vardır.  Birincisi  rəsmi  statistiklər  tərəfindən
qiymətləndirilə bilməyən istehsalla, digəri isə bəyan edilməyən və vergi orqanları
tərəfindən bilinməyən gəlirlə bağlıdır (Tanzi, 1999). 
Üçüncüsü, tədqiqatçının gizli iqtisadiyyatın bu və ya digər aspektini önə çəkmək
məqsədidir. Bu zaman tədqiqatçılar gizli iqtisadi fəaliyyətlərin vergidən yayınması,
uçotdan yayınması, qanunlara zidd olması və səbəbləri kimi aspektlərini qabardaraq
öz təriflərini formalaşdırırlar (Fleming və b., 2000:389; Aydemir, 1995:8-9). 
Dördüncü faktor isə tədqiqatların aparıldığı müxtəlif iqtisadi sistemlərdə gizli
iqtisadi fəaliyyətlərin mahiyyətcə bir birindən fərqlənməsidir. Belə ki, Şimali Koreya,
Kuba kimi sosialist ölkələrində nəinki, bazar iqtisadiyyatı ölkələrində qəbul olunan
kriminal gizli iqtisadi fəaliyyətlər, həmçinin də rəsmi ideologiyaya zidd olan bütün
özəl  təşəbbüslər  də  gizli  iqtisadiyyat  anlayışına  daxil  edilir.  Digər  tərəfdən  bu
ölkələrdə vergi, ÜDM kimi anlayışlar da olmadığından gizli iqtisdiyyatlarına da bu
anlayışlardan istifadə edərək tərif vermək mümkün deyildir (Lee, 2002; Özsoylu,
1996; Yılmaz, 2006).
Problemin mövcud mürəkkəbliyi, tədqiqatçılar arasında haqlı olaraq belə bir
sualı da ortaya çıxarmışdır: Ümumiyyətlə gizli iqtisadiyyat anlayışına vahid tərifin
verilməsinə ehtiyac varmı? Alman tədqiqatçı B. Frey qeyd edir ki, belə bir tərifin
formalaşdırılması zəruri deyil, əsas olan səbəbləri, miqyası və təsirləri araşdırılmalı
bu  fəaliyyətlərin  tam  şəkildə  dərk  edilməsidir.  Digər  alman  tədqiqatçıları  E.
Klinkmüller və G. Leptin də hesab edir ki, gizli iqtisadiyyatın düzgün və mükəmməl


59
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
tərifinin verilməsi qeyri-mümkündür. Həmçinin belə bir cəhd də mənasızdır (Öz-
soylu,1996:16). Jim Thomas da gizli iqtisadiyyata veriləcək təriflərin kəmiyyət
qiymətləndirməsi  metodları  ilə  uyğunlaşdırılmasının  zəruriliyini  vurğulamaqla
yanaşı, qeyri-müəyyən (fuzzy concept), ancaq nəzəri axtarışda olan bir anlayış kimi
qəbul etdiyi gizli iqtisadiyyata formal bir tərifin verilməsinin çətinliyini qeyd et-
mişdir (Thomas, 1999). Amma bütün bunlara baxmayaraq, problemin tədqiqi ilə
məşğul olanlar arasında geniş yayılmış fikir birliyi gizli iqtisadiyyat anlayışına vahid
bir yanaşmanın formalaşdırılmasının zəruriliyi istiqamətindədir. Onlar hesab edir ki,
bu mümkün olmadığı müddət ərzində ən azı tədqiqatçı özü öz tədqiqatının predme-
tini müəyyənləşdirmək məqsədilə mövcud təriflərdən birini seçməli və ya yeni tərif
formalaşdırmalıdır.  Əks  halda  problemin  miqyasının  ölçülməsi,  səbəblərinin
araşdırılması,  təsirlərinin  üzə  çıxarılması  və  onunla  mübarizə  yollarının  irəli
sürülməsində ciddi çətinliklərlə qarşılaşacaqdır (Schneider və Enste, 2002:6; Öz-
soylu, 1996:25-26; Fleming və b., 2000:388, Gylys, 2005). 
3.1 “Gizli iqtisadiyyat” anlayışına makroiqtisadi yanaşma
“Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması ilə bağlı ax-
tarışlar ilkin əsasları 1980-cı illərdə ortaya çıxan və BMT-nin 1993-cü il MHS Kon-
vensiyasının  qəbul  edilməsindən  sonra  daha  da  geniş  yayılmağa  başlayan
makroiqtisadi yanaşma ilə yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Bu gün iqti-
sadi  ədəbiyyatlarda  ən  geniş  yayılmış  yanaşma  hesab  olunan  makroiqtisadi
yanaşma, gizli iqtisadiyyat anlayışına milli gəlir statistikası, başqa sözlə ÜDM
hesablamaları çərçivəsində tərifin verilməsinə çalışır ki, bu da 2002-ci ildə BMT,
BVF, BƏT, İƏİT və MDB STAT tərəfindən nəşr edilən “Müşahidə edilməyən iqti-
sadiyyatın ölçülməsi: Bələdçi kitab”da (“Mavi Kitab”) göstərilən müvafiq anlayış
və yanaşmalara əsaslanır (Özsoylu, 1996:12-13; Schneider və Enste 2002:7).
Məsələnin bu aspektinə toxunan Türkiyəli professor Güneri Akalın qeyd edir ki,
gizli iqtisadiyyat anlayışı ilə bağlı mövcud fikir müxtəlifliklərinin əsasında onun
makroiqtisadi kateqoriya olmasının unudulması dayanır (Akalın, 1996:29). 
Gizli iqtisadiyyatın makroiqtisadi anlayış kimi ortaya atılmasının səbəbinə toxu-
nan digər bir tədqiqatçı Adem Kalça isə qeyd edir: “...İqtisadçılar 1930-cu illərdən
sonra inflyasiyanı, işsizliyi, maliyyə problemlərini makroiqtisadi metodlarla həll et-
məyə  çalışmalarına  baxmayaraq,  müasir  dövrdə  eyni  problemləri  yenə  də  eyni
metodlarla həll etməkdə böyük çətinliklərlə üzləşirlər. İqtisadçılar bu uğursuzluğun
səbəblərini izah etməyə çalışdıqları yeni yanaşma və tezislər irəli sürmüşlər ki, bun-
ların da ən  önəmlisi gizli iqtisadiyyatdır. Bununla da makroiqtisadiyyat özünə yeni
bir çıxış yolu tapmış və bunun ardınca gizli iqtisadiyyatı tədqiq etmək və proqnoz-
laşdırmaq üçün yeni üsul və metodlar formalaşdırılmışdır. Artıq makroiqtisadi təhlil-
lər gizli iqtisadiyyat sayəsində daha da dərinlik və zənginlik qazanmışdır” (Kalça,
1998:52).


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə