Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

78
E.Bağırzadə. “Gizli iqtisadiyyat” anlayışına vahid yanaşmanın formalaşdırılması problemi
Elshan Rasul oglu BAGIRZADEH
PhD-Student, Azerbaijan State Economic University
The problem of forming of common approach to conception 
of hidden economy
Abstract
Purpose: It is to work to form common approach in terms and conception of hidden economy
with revealing general sides existing different approach in the literature connected with these direc-
tions. 
Design/methodology/approach: It has been used methods of different theoretical analysis. Also
methodology of system of national accounts has been accepted in forming common approach con-
nected with hidden economy.
Findings: It is possible to separate some general tendencies connected with using of the terms
(about 30) of hidden economy, but the approach where has widest spread in this area accepts that
each researcher may be use any term in his research if he noted that this term to include which part
of hidden economy; the widest spread approach as result of the scientific searches connected with
give to common definition of hidden economy is macroeconomic approach which formed in the
frame of SNA Convention; according to macroeconomic approach any economic activities that in-
cluded by conception of hidden economy those  activities must correspond to the three criteria - to
be productive activity that created value added in its result, to be market output and to be unregistered
by official statistical service; according to macroeconomic approach criminal and non-criminal sectors
of  hidden economy are included by conception of hidden economy, but researchers limit his object
of researches with non-criminal sector connected with legalization policy of hidden economy.
Research limitations/implications: Equivalent of some terms used in the research was not finded
in Azerbaijani literature.
Practical implications: It allows to forming of the common approach to terms and conception of
hidden economy.
Orginality/value: Revealing of general tendencies of usage of terms connected with hidden econ-
omy; determining of causes of diversities of approach to conception of hidden economy; making def-
inite of structure of hidden economy according to the macroeconomic approach; making definite of
structure of hidden economy according to macroeconomic approach; explaining of relations among
hidden economy and public sector, social economy, external economies, tax evasion, corruption,
bribe, dirty money, money laundering, informal employment. 
Keywords: hidden economy,   tax evasion,   System of National Accounts,  macroeconomics,
economics 
JEL Classification Codes: A12, B0, B4, E0, E26, N 01 
Məqalə redaksiyaya daxil olmuşdur: 01.03.11.
Çapa qəbul olunmuşdur: 08.04.11.


UOT 336.71.078.3
Bank fəaliyyətinin tənzimlənməsi 
və nəzarət sisteminin səmərəliliyinin 
yüksəldilməsi
Xülasə
Tədqiqatın  məqsədini -  bank  sistemində  tənzimləmə  və  nəzarət  sisteminin
səmərəliliyinin yüksəldilməsi istiqamətlərinin əsaslandırılması təşkil edir.
Tədqiqatın metodologiyası - müqayisəli təhlil, deduktiv metod.
Tədqiqatın nəticələri - bank fəaliyyətinin səmərəli tənzimlənməsi sisteminin for-
malaşması.
Tədqiqatın  məhdudiyyətləri  -  geniş  informasiya  bazasına  və  qabaqcıl  xarici
təcrübəyə əsaslanan araşdırma tələb edir.
Tədqiqatın praktiki əhəmiyyəti - iqtisadi təhlükəsizlik tələblərinə cavab verən
dayanıqlı bank sisteminin təşəkkülü məsələlərinin həlli.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - islahatların müasir mərhələsində bank
fəaliyyətinin səmərəli tənzimlənməsi prioritetlərinin əsaslandırılması.
Açar sözlər: bank fəaliyyəti, iqtisadi təhlükəsizlik, maliyyə-krеdit.
Giriş
Dövlət tənzimləməsinin prioriteti maliyyə institutlarının və ümumilikdə maliyyə
sisteminin etibarlığını, bankların iqtisadi təhlükəsizlik meyarlarına uyğun dayanıqlı
fəaliyyətini təmin etməkdir. Dünyanın əksər inkişaf etmiş ölkələrində banklar iqtisadi
tənzimlənən, artımın və maliyyə institutlarının, o cümlədən bankların mənfəətlə
işləməsini təşviq edən mühitdə fəaliyyət göstərirlər.
*Bakı şəhəri. AZ 1106, Nəcəf Nərimanov küçəsi, 8b.
fatmaquliyeva@mail.ru 
79
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
BANK İŞİ
Səh.79-90
Quliyeva Aygün Eldar qızı*
Azərbaycan Kooperasiya Universitetinin aspirantı


Tənzimləmə mexanizminin bazar iqtisadiyyatı subyektlərinin dəyişən fəaliyyət
mühitinə adekvatlığı kommersiya banklarının formalaşması və dayanıqlı inkişafının
mühüm şərtlərindəndir. Odur ki, tənzimləmə prosesində bankın xarici və daxili amil-
lərlə şərtlənən mövqeyinin inkişafa yönəlik dayanıqlığının təmin olunması, nəzarət
sisteminin səmərəliliyinin yüksəldilməsi kimi məsələlərin təxirə salınmadan həllinə
ehtiyac vardır.
İqtisadi təhlükəsizlik tələblərinə cavab verən dayanıqlı bank sisteminin fəaliyyə-
tinin tənzimlənməsinin iqtisadi və inzibati metodlarının üzvi vəhdət təşkil edən birgə
istifadəsi mühiti formalaşdırılmalıdır.
Bu və digər səbəblərdən bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin
səmərəliliyinin yüksəldilməsi imkanlarının aşkar edilməsi və onların reallaşdırılması
istiqamətlərinin müəyyənləşdirilməsi aktuallıq kəsb edir.
Bank fəaliyyətinin dayanıqlığına yönəlik tənzimləmənin
səmərəliliyi
Bazar münasibətlərinin hazırkı səviyyəsi üçün dövlətin iqtisadiyyata birbaşa mü-
daхiləsi imkanlarının məhdudluğu, maliyyə, krеdit alətlərindən fəal istifadə xarak-
terikdir. Ümumi və kreativ metodların tətbiqini nəzərdə tutan tənzimləmə sistemi,
onların dialektik vəhdətinə nail olmaq istiqamətində təkmilləşdirilir. Ənənəvi, müasir
riyazi vasitələrdən və informasiya texnologiyalarından istifadəni tələb edən təhlil
tənzimləmənin etibarlı informasiya bazasının formalaşmasına xidmət etməlidir.
Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin təhlil mexanizmində
maliyyə-krеdit mеtodlarının prioritetliyi qəbul edilir. Bununla belə, burada həmçinin
ümumi iqtisadi fəallıq mühitinin qiymətləndirilməsinə imkan verən çoхsaylı statistik
və riyazi metodlardan istifadə olunur. 
Yeni əsrdə beynəlxalq təşkilatların iqtisadiyyatda dövlətin iştirakının minimum,
təsərrüfatçılıq  subyektlərinin  fəalyyətinin  iqtisadi  sərbəstliyinin  yüksək  olması
barədə davamlı çağırışları (bu çağırışlar heç də həmişə birmənalı qarşılanmasa da)
bank  fəaliyyətinin  tənzimlənməsi  və  nəzarətin  müasir  sisteminin  təşəkkülündə
özünəməxsus rol oynayır. Xeyli dərəcədə, bunun nəticəsidir ki, uçot dərəcəsi, еh-
tiyatların minimal həcminin dəyişdirilməsi, tədavüldəki pulun həcmi, valyuta məzən-
nəsinin dəyişdirilməsi, vеrgi dərəcəsi kimi göstəricilər əsas indikatorlar qismində
çıxış edir. 
Eyni zamanda iqtisadiyyatda dövlətin fəal iştirakıni və fəal təsirinin struktur in-
vеstisiya, qiymət indikatorları da bank fəaliyyətinin dayanıqlığı və iqtisadi təhlükə-
sizlik  baxımından  tənzimlənməsi  sisteminin  ayrılmaz  komponentləridir.
“Kommersiya banklarında dövlətin iştirakının güclənməsi bazar prinsiplərindən geri
çəkilmək deyildir. Nümunə üçün deyək ki, inkişaf etmiş bir sıra ölkələrdə maliyyə
80
A.Quliyeva. Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə