Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

UOT 334.73:339.94
Qloballaşma şəraitində 
kooperativ sektorun inkişaf perspektivləri
Xülasə
Tədqiqatın məqsədi - qloballaşma şəraitində kooperativ sektorun inkişaf perspek-
tivlərini təhlil olunması.
Tədqiqatın metodologiyası - konseptual yanaşma, stasatistik təhlil.
Tədqiqatın nəticələri - kooperativ sektorun qloballaşma şəraitində inkişaf pers-
pektivlərinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsi.
Tədqiqatın məhdudiyyətləri - üçüncü ölkələr üzrə sahəvi göstəricilərə giriş məh-
dudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti - qloballaşma proseslərinin kooperativ sektora
təsiri üzrə müvafiq informasiya bazasının yeniləşməsi və genişləndiməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - son mümkün statistika əsasında qlobal-
laşmanın kooperasiya münasibətlərinin təkmilləşməsinə təsirinin təhlili.
Açar sözlər: qloballaşma, kooperativ sektor, kooperasiya münasibətləri.
Giriş
Qloballaşma ümumbəşəri dəyərlərin bütün dünya tərəfindən qəbul olunmasına
istinad edərək, iqtisadi və sosial effektin yüksəldilməsi, insan hüquqlarının legitim-
ləşməsi, beynəlxalq ticarətin genişlənməsi, informasiya texnologiyalarının sürətli
yayımı  kimi  çoxsaylı  və  hüdudları  bilinməyən  hadisə  və  prosesləri  birləşdirir.
Həsən Abid oğlu İsrafilov*
dosent, iqtisad elmləri üzrə fəlsəfə doktoru
*Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı şəhəri. Az 1001, İstiqlaliyyət küçəsi, 6.
hasan_israfilov@hotmail.com
43
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
KOOPERASİYA 
Səh.43-50


H.İsrafilov.  Qloballaşma şəraitində kooperativ sektorun inkişaf perspektivləri
44
Bununla belə, çox geniş aspektliyinə baxmayaraq birmənalı şəkildə qloballaşmaya
tam mahiyyət və məzmunda, onun bütün incəliklərini özündə əks etdirə biləcək uni-
versal bir tərif vermək də asan məsələ deyildir. Daha çox görünən və dərk edilən isə
budur ki, qloballaşma prosesi geniş miqyasda həyatımızın iqtisadi sahəsinə daxil ol-
maqda və inteqrasiya proseslərini daim dərinləşdirməkdədir. Elə bu baxımdan da
bəziləri qloballaşmanı iqtisadi qeyri-bərabərliyin tam möhkəmlənməsi, region və
ölkələrin nəhəng dövlətlər tərəfindən istismar olunması prosesi və s. hesab edirlər.
Müasir dünya statistikası göstərir ki, qloballaşma şəraitində kooperasiya müna-
sibətləri sosial-iqtisadi inkişafa daha adekvat təsir göstərir. Hazırda iqtisadiyyatda
yeni güc yığımında olan kooperativ kapital nəticə etibarilə əmtəə istehsalçılarının
və ticarət şəbəkələrinin kooperativ mənfəət əldə etməsini prosesini bir qədər də yük-
səltmişdir. 
Məhz bu deyilənlərə müvafiq olaraq qloballaşma şəraitində kooperasiya müna-
sibətlərinin yeni nəzəri aspektlərinin işlənib hazırlanması məsələləri də daha aktual
xarakter almışdır. Bu həm də ondan irəli gəlmişdir ki, ayrı-ayrı seqmentlərin artım
meyli  içərisində  kooperasiyanın  beynəlmiləşməsi  daha  da  genişlənmişdir.  Bu
irəliləyişlər isə qloballaşma şəraitində beynəlxalq kooperasiya sahəsində də böyük
prespektivlər açır və onun qarşısında yeni vəzifələr qoyur.
Qloballaşma prosesi və kooperasiya münasibərtləri
Kooperasiya nəzəriyyəsinin dərinləşən qloballaşma şəraitində başlıca problem-
lərindən biri kimi kooperativ müəssisələrin bütövlükdə iqtisadi münasibətləri siste-
mində  yerinin  müəyyənləşdirilməsi  hesab  olunur  [9,  10].  Kooperasiya
münasibətlərinin inkişafı nəticəsində iri həcmli kooperativ kapitalın formalaşmasına
müvafiq olaraq kooperasiya strukturları artıq iqtisadiyyatda yetərli dərəcədə rəqabət
aparmaq imkanları əldə etmişlər. 
Qeyd etmək lazımdır ki, müasir iqtisadi inkişaf mərhələsində kooperasiya mü-
nasibətlərinin genişlənməsi ilə bağlı kifayət qədər iri həcmli nəzəri araşdırmaların
aparılmasına baxmayaraq onların hazırkı vəziyyətini təkmil hesab etmək düzgün ol-
mazdı. Nəzərə almaq lazımdır ki, hal-hazırda cəmiyyətdə bazar iqtisadi münasi-
bətlərinin dərinləşməsi və əhatə dairəsini genişləndirməkdə olan qloballaşma təsirləri
və eləcə də ictimai nəzəriyyənin özünün yekcins olmaması baxımından kooperasiya
münasibətləri ilə bağlı alternativ baxış və yanaşmalar da yaranmaqdadır.
Qloballaşmanın dünya iqtisadiyyatına və istənilən ölkənin milli təsərrüfatına
əhəmiyyətli təsir göstərir. Hazırda bu proses ümumdünya məhsulunun 60-65 faizni
verərək 70-80 faiz həcmində xarici ticarət və beynəlxalq maliyyəni əhatə edir. Qlobal
artım əsasən sənayecə inkişaf etmiş ölkələr hesabına baş verir. Qloballaşma dünya
iqitisadiyyatının inkişafında yeni perspektivlər açır. Bununla belə, qloballaşma ilə


bağlı sürətlə dəyişən hadisələr yoxsulluğun artımı, işsizlik və sosial dezinteqrasiya
ilə müşayət edilir. Elə bu baxımdan da, hazırda dünya siyasətinin mühüm hissəsi
daha çox işsizlik problemi ilə qayğılanır. 
Beynəlxalq Əmək Təşkilatının statistikası göstərir ki, müasir dünyada 160 milyon
işsiz, 360 milyon qismən məşğul və 1200 milyon qazancı gündəlik 1$-a malik əhali
təbəqəsi mövcuddur. Varlılar və kasıblar arasında məsafə isə daha da genişlən-
məkdədir [1].
Qloballaşma prosesi kooperasiyanın da ənənəvi paradiqmasını dəyişikliklərə
uğradmışdır. İnformasiya texnologiyaları sahəsində baş verən inqilablar kooperativ
sistemi lokal əlaqələr çərçivəsindən çıxaraq regionl, geniş çərçivədə isə qlobal mü-
nasibətlərə çevrilməsinə gətirib çıxarmışdır. Belə ki, əvvəllər yalnız yerli səviyyədə
fəaliyyət göstərən kooperativ təsisatlı müəssisələr də Yer kürəsinin istənilən nöqtəsi
ilə, həm də, çox çevikliklə fəaliyyət göstərmək imkanı əldə etmişlər.
Məlumdur  ki,  iqtisadi  quruluşlar  və  ideologiyalar  arasında  mənafe  toqquş-
malarının balanslaşdırılmış qlobal təsir sferaları «Soyuq müharibə» dövründə siyasi
stabillik mənafelər balansı üzərində qurulurdu. Bütün bunlar isə rəqabətdə olan iqti-
sadi sistemlər, ideyalar, hərbi potensial və s. arsında balans, və balanslaşdırılmış
qlobal təsir dairəsi kontekstində baş verirdi.  Müasir dünya  isə  artıq  yeni qlobal
reallaqların tarazlığının tapılmasını tələb edir. Lakin köhnəliyin qalıqlarının aradan
qaldırılması heç də asan başa gəlmir və ağrısız ötüşmür. Çünki bu proses mövcud
olan bir çox sahələrin ənənəvi fəaliyyət növlərinin ləğv olmasına və silinib getməsinə
səbəb olur. 
Dünya ticarət strukturlarının qarantına və texnoloji imkanlarına arxalanan qlobal
iqtisadi qüvvələr, artıq kapitalın azad hərəkətinin üstünlüklərindən bəhrələnə bilirlər.
Beynəlxalq aləm, çoxsaylı beynəlxalq qürumlar artıq yeni tarazlıq nöqtəsi axtarışın-
dadır. Buna görə də, dünya təsərrüfatının çevik strukturları olan kooperasiya və ko-
operatorlar da qloballaşmanın tələblərinə daha çevik uyğunlaşmaya məcburdurlar.
Digər tərəfdən də, belə münasibət qloballaşan dünyamızda yalnız kooperativlərin
yerli icmalarda yeni sosial-iqtisadi münasibətlərinin formalaşması və bərpasında oy-
nayacağı rola əsaslanır.
Qloballaşma şəraitində kooperasiyanın canlanması yeni real imkanlar və geniş
prespektivlər açmaqdadır. Yerli liderlik və kooperativ innovasiyasına meyllilik hiss-
lərinin bərpa edilməsi bu gün, həmişə olduğundan daha vacibdir. Çünki, qloballaşan
dünyada kooperativlər bu və ya digər regiondan olan yerli icmalar və yerli insanlar
ilə qlobal bazar arasında körpü rolunu oynamalıdır [2, 5]. Bununla belə, qloballaşan
dünyada iqtisadiyyatın təkamüllü inkişafını da nəzərdən qaçıra bilmərik. Qlobal iqti-
sadiyyatın inkişafının hərəkətini müəyyənləşdirən siyasi dəyişikliklər də hökmən
diqqət mərkəzində saxlanılmalı, çətinliyindən asılı olmayaraq yerli ehtiyaclara olan
tələbat daim araşdırılmalı və öyrənilməlidir. Hər bir konkret ölkə və ya region üçün
bu ehtiyaclar qlobal və lokal baxımından düzgün müəyyənləşdirilməlidir. Əgər uzun
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
45


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə