Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   16   17   18   19   20   21   22   23   ...   130

§2. MƏNAFELƏRİN TARAZLIĞI QANUNU 
/■ 
 
Real  bazar  münasibətlərinin  qərarlaşması  prosesi  ictimai 
həyatın  bütün  səviyyələrində  adekvat  dəyişikliklərin  «iqtisadi» 
olanın  prioritetliyinə  sözsüz  əməl  edilməsinə  əsaslanmaqla 
aparılmasını  tələb  edir.  Qeyd  edilən  xüsusiyyət  ümumbəşəri 
məzmun daşıyır və onun hər hansı bir ölkənin milli spesifikası ilə 
heç bir bağlılığı yoxdur. Başqa sözlə, söhbət ümumiyyətlə, insan 
cəmiyyətinin  idarəedilməsində  əsas  sütun  kimi  çıxış  edən 
aspektlərin  ön  plana  çıxarılmasından,  «əvvəl  siyasi  hakimiyyət, 
sonra isə iqtisadi nizam» prinsipinin cəfəngliyindən gedir. 
Sivilizasiyanın  inkişafı  tarixinin  ibrət  dərsləri  açıq-aydın 
şəkildə  göstərir  ki,  yuxanda  qeyd  edilən  tezisin  empirik 
yoxlamaya  heç  ehtiyacı  da  yoxdur.  Yəni,  «iqtisadi  nizam»ın 
qurulması  mahiyyətcə  mənafelərin  tarazlığına  əsaslanan 
münasibətlər  sisteminin  formalaşması  deməkdir  ki,  bunun  da 
təkamüldən  özgə  vasitəsi  yoxdur.  Məhz  buna  görə  də,  biz  sırf 
aprior qaydada problemə yanaşmaqla belə iddiada bulunuruq ki
real  bazarın  intişarı  ən  azı  lokal  səviyyədə  mənafe  tarazlığının 
(cəmiyyətdaxili  münasibətlər  prizmasından)  formalaşmasına 
paralel  olaraq  getməlidir.  Əlbəttə,  opponent-  lərimiz  etiraz  edə 
bilərlər  ki,  sözügedən  paralelizm  nəticə  etibarı  ilə  arzusunda 
olduğumuz  «real  bazann»  təşəkkülünə  əngəl  törədə  bilər.  Yəni, 
inzibati-amirlik 
sistemindən  bazar  iqtisadiyyatına  keçid 
dövründə 
iqtisadi 
sub’ektlərin 
fəaliyyət 
azadlığının 
məhdudlaşdırılması  sağlam  üfiqi  əlaqələrin  yaranmasının 
qarşısını  alacaqdır  və  s.  Qeyd  etdiyimiz  mövqenin  çox  tutarlı 
arqumentləri  var  və  biz  bunu  qətiyyən  inkar  etmirik.  Sadəcə 
olaraq, 
sırf 
iqtisadi 
mahiyyət 
daşıyan 
yanaşmanın 
qəbuledilməzliyi  fikrini  irəli  sürürük.  Əwəla,  ona  görə  ki, 
«iqtisadi» və «sosial» olan arasında sıx determinoloji bağlılıq adi 
gözlə  görünəndir.  «İqtisadi»ni  sərbəst  buraxıb,  «sosial»! 
məhdudiyyətlər çərçivəsinə salmaq əks-effekt verəcəkdir. İkincisi, 
əvvəllərdə^ 
göstərdiyimiz 
kimi, 
bəsit, 
darixtisaslaşfhış 
yanaşmaların  yarıtmazlığı  göz  qabağındadır.  Bizim  irəli 
sürdüyümüz paralelizm konsepsiyasının neoklassik 
55 


tarazlıqla  heç  bir  əlaqosi  yoxdur.  Tarazlıq-qeyri-müəyyənliyin 
maksimumudur.  Və  qeyri-müəyyən  «maksimuma»  çatmağa 
çalışmaq mənasızlıqdan, «özünə» qarşı çıxmaqdan başqa bir şey 
ola bilməz. 
«Vaşinqton  konsensusuna»  əsaslanmaqla  yeridilən  iqtisadi 
siyasət  isə  «sosial»  sferam  mötərizədən  xaricə  çıxarmaqla 
sistemdaxili  bütövləşmədə  problemlər  yaradır  və  əks-mutasiya 
prosesi  doğurur.  Başqa  sözlə,  yeni  formalaşmaqda  olan  iqtisadi 
münasibətlər  kompleksi  təcridlik  «tələ»sinə  salınır  ki,  bu  da 
müəyyən dövrdən sonra əvvəlki çıxış nöqtəsinə-xaosun sərhpddinə 
qayıdışı labüd edir. Elə 1998-ci ildə xarici ticarət balansının böyük 
həcmli  kəsiri  də  yuxanda  qeyd  etdiyimiz  metodoloji  yanlışlığın 
doğurduğu fəsadlardan biridir... 
Ümumiyyətlə,  mənafelərin  uzlaşdırılması  problemi  həm 
formalaşma,  həm  də  qoyuluş  baxımından  yeni  məsələ  deyil.  Bu 
problemlə  çoxlu  sayda  tədqiqatçılar  məşğul  olmuşdular.  Hələ 
F.Bastia  yazırdı  ki:  «...Hər  cür  şər  əməllərin  (sosial  fəlakət, 
quldarlıq,  ...inhisar  və  s.),  eləcə  də  hər  cür  nemətin  ilkin 
müqəddəm şərti şəxsi mənafedir»^^ 
Yanaşma müxtəlifliyinin rəngarəngliyinə baxmayaraq əksər 
tədqiqatçılann əsas ümumiləşdirici cəhəti mənafe kateqoriyasında 
iqtisadi aspektin prioritetliyini ön plana çəkməkdən ibarətdir. 
Ümumiyyətlə,  bəşəriyyətin  iqtisadi  fikir  tarixində  sosial- 
iqtisadi 
inkişafın 
mümkün 
istiqamətlərinin 
mənafelərlə 
determinoloji  bağlılığı  mövqeyindən  proqnQzlaşdırılmasmda 
diametral  əks  mövqelərdə  dayanan  iki  baxış  mövcud  olmuşdur. 
Maraqlı  cəhət  burasındadır  ki,  hər  iki  mövqe  «klassik»  bazann 
(prays-teyker)  sistemli  tədqiqinə  əsaslanır.  D.Rikardo  apardığı 
təhlilin əsasında belə, bir nəticəyə gəlmişdir ki, müasir situasiyanın 
, dəyişməyecəyi halda əmək haqqı yaşayış minimumu səviyyəsinə 
qədər enəcək və sivilizasiyanın sonu yaxınlaşacaqdır. 
K.Marksa görə isə, əməyin ictimai və mənimsəmənin 
 ...... —Ictori 
ZİtltUyyf,^ gÜclotıoce»k, fəhlə 
Sİnfinİn
 
27  A.A.ManyHjıoB 
«riojnmiHecKaa 
ƏKOHOMUA
»
 
M; 1919, crp.15. 
56 


(bütün zəhmətkeşlərin) həyat şəraiti ifrat pisləşəcək və proletariat 
inqilab  yolu  ilə  rejimi  devirəcək  vo  kommunizm  cəmiyyəti 
quracaqdır.  İctimai  praktika  hər  iki  proqnozun  real  olmadığını 
sübut etdi. Ədalət naminə qeyd etmək lazımdır ki, nə D.Rikardo, 
nə də K.Marks XIX əsrin sonu XX əsrin əvvəllərində inhisarizmin 
ictimai-iqtisadi münasibətlərin xüsusi sferası kimi sür’ətlə inkişaf 
edəcəyini  və  inhisarların  fəaliyyəti  nəticəsində  «klassik»  bazarda 
köklü  keyfiyyət  dəyişikliklərinin  baş  verəcəyini  əvvəlcədən  görə 
bilməzdilər.  Lakin  D.Rikardodan  fərqli  olaraq  marksist  məktəb 
həm mənafelərin perspektiv inkişafda rolu, həm də iqtisadi qanun 
və kateqoriyaların mahiyyəti, xarakteri və realizasiyası haqqında 
vahid platformaya əsaslanan elmi sistem yaratmışdır. 
Müasir  bazar  iqtisadiyyatı  şəraitində  idarəetmənin  obyekti 
kimi mənafelərin çıxış etdiyini və onun məhz mənafelər vasitəsilə 
həyata keçirildiyini nəzərə alsaq, onda mənafelərə adekvat baxışın 
formalaşması zəruriliyini qəbul etmək zorunda qalacağıq. 
Ümumiyyətlə, 
iqtisadi 
mənafe 
anlayışına 
müxtəlif 
istiqamətlərdən  yanaşırlar.  Məsələn,  N.Vinoqradovun  fikrincə 
mənafe 
«dərkedilmiş 
tələbat 
və 
onun 
ödənilməsi 
məqsədəyönlülüyüdür»"*;  N.V.Klim  mənafeni  «...fəaliyyətin 
motivi,  stimulu  və  s.»^^  hesab  edir.  Y.Kronrod  onu  «...tələbatın 
ödənilməsinin  zəruri  obyektiv  forması»^®  adlandırır.  Bəzi 
iqtisadçıların 
fikrincə, 
mənafe 
«...subyektin 
Özünə 
münasibətidir»^*. 
A.Smimov^^  mənafeni  insanın  fəaliyyətinin  «tanınma» 
istiqaməti kimi, LMojayskova «...iqtisadi münasibətlərin 
^*Н.В. Виноп)адов-Методологическис проблемы исследования эконо- 
мических интересов. //Экономические науки, 1971, №7, стр.6. 
Н.В.Климов-Развитие экономических отношений социализма в 
условиях научнотехнической революции; л; 1976, с-164. 
Я.С.Кронрод-Законы политической эконо.мии социализма М:1966; 
стр. 545. 
л 
В.Л.Каманкин-Экономическис интересы развитого социалистичес- 
кого общества. М: 1978, стр. 23-24. 
А.Смирнов-Психология М: 1956, ст|}. 361. 
57 
32 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə