Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


təzahür forması kimi»^^ və s. izah edirlər. Bir sıra iqtisadçılar isə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   17   18   19   20   21   22   23   24   ...   130

təzahür forması kimi»^^ və s. izah edirlər. Bir sıra iqtisadçılar isə 
mənafenin  müstəqil  kateqoriya  olduğunu  inlcar  etməklə  yanaşı, 
onun hərəkətverici qüvvə kimi bütün kateqoriya və sosial-iqtisadi 
foiTnaların  tərkibinə  nüfiız  etdiyini,  başqa  sözlə,  «hər  yerdə» 
olduğunu iddia edirlər^“*. 
Sonuncu  istisna  olmaqla,  yuxanda  göstərdiyimiz  təriflərin 
əksəriyyəti marksizmə əsaslanır. 
Fikrimizcə, mənafe anlayışı və onun sosial-iqtisadi inkişafda 
rolu 
və 
yeri 
haqqında 
marksist 
təlimlə 
razılaşmaq 
qeyri-mümkündür.  Belə  ki,  əvvəla,  marksist  metodologiya 
cəmiyyətin  iqtisadi  inkişaf  qanunlarının  obyektiv  xarakterini 
absolyuta yüksəltməklə yanaşı, onların realizasiyasının avtomatik 
səciyyə  daşımadığını  bəyan  edir.  Bu  qanunların  insanların 
fəaliyyəti, onların motivasiyası, başqa sözlə mənafeləri vasitəsi ilə 
hərəkətə keçdiyini qəbul edirlər və nəticədə, paradoksal vəziyyət 
yaranır.  Marksist  təlimin  fikir  ardıcıllığını  olduğu  kimi  qəbul 
etsək,  onda  məlum  olur  ki,  iqtisadi  qanunlar  müəyyən  istehsal 
münasibətləri bazasında meydana çıxır və insanın şüurundan və 
iradəsindən  asılı  olmayaraq  ictimai  istehsalın  tələbatlarını  əks 
etdirir. Və «...hər bir cəmiyyətin iqtisadi münasibətləri hər şeydən 
əvvəl, mənafelər kimi təzahür edİD>^\ Sonra. Cəmiyyətin tələbatı 
çoxşaxəli olduğu üçün mənafelərin formalan da müxtəlifdir. 
Məsləhət  edirlər  ki,  cəmiyyətin  tələbatım  subyektlərin 
tələbatı məcmusu kimi başa düşməyək. Belə ki, cəmiyyətin tələbatı 
tamamilə obyektiv olaraq istehsal üsulunun xarakterindən doğur 
və ayrı-ayrı fərdlər, qruplar, siniflər və s. Vasitəsilə realizə olunur. 
Hətta,  insanın  fəaliyyətinin  hərəkətverici  motivi  olan  mənafenin 
özünü  belə  subyektin  şüunınun  məhsulu  hesab  etmək  olmaz. 
Yalnız bizə belə gəlir ki. 
И.Можайскова-Экономические интересы и материальное 
стимулирование производства. «Проблемы политической экономии 
социализма» М: 1961, стр. 204. 
Yenə orada, стр. 204. 
К.Маркс, Энгельс Ф. -Соч. Т.18, стр. 271. 
58 


«...mənafelərimiz  ətraf  mühitdən  asılı  deyil»’*’,  əslində  isə  bu 
illüziyadan başqa bir şey deyildir və s. 
İkincisi,  K.Märksm  təhlil  etdiyi  bazar  və  ümumiyyətlə, 
məcmu  iqtisadi  fəaliyyətin  təşkili  və  sosial-mədəni  inkişafın 
səviyyələri  arasında  köklü  fərqlər  mövcuddur.  Buna  görə  də, 
obyektin  bütün  istiqamət  və  struktur  səpgidə  əsaslı  surətdə 
dəyişildiyi  təqdirdə  sözügedən  baxışlann mexaniki  tərzdə  müasir 
dövrdə  tətbiqi  sosial-iqtisadi  determinasiyanın  inkar  edilməsi 
demək olardı; 
Üçüncüsü,  marksist  təlim  çərçivəsində  iqtisadi  mənafelərin 
milli bütövlüyü problemini araşdırmaq qeyri-mümkündür. 
Ən  yaxşı  halda  «ictimai  mənafe»  ön  plana  çəkilir  və  bir 
qayda  olaraq  «ictimai»  və  «milli»  olanlar  arasında  bərabərlik 
işarəsi  qoyulur.  Bir  sıra  tədqiqatçıların  qeyd  etdiyi  kimi, 
marksizm daha çox qlobalistikaya meyllidir və obyekt kimi seçilən 
mücərrəd sosium «milli, irqi və s. əlamətlər»’^ üzrə öyrənilmir. 
Belə  olan  təqdirdə  «...mənafe  ümumiliyi  olmayan  yerdə 
məqsəd birliyi də ola bilməz»’^ deyən F.Engelsi necə anlayaq? 
Cəmiyyət  tərkib  ünsürləri,  başqa  sözlə  mənafe  qrupları 
baxımından son dərəcə çoxsaylı və mürəkkəb quruluşa malikdir. 
Ayrı-ayn mənafe subyektlərinin nə vaxtsa ümumiliyə gələ biləcəyi 
sözün tam mənasında mümkünsüzdür. Və, buna görə də məqsəd 
«eyniliyi», yaxud «birliyindən» danışmaq mənasızdır; 
Dördüncüsü,  hətta  göstərilən  mövqedən  çıxış  etdikdə  də, 
mənafelərin  münasibətlər  kompleksindəİd  rolunun  sanki  siyasi 
sifarişlə müəyyənləşdirildiyi qənaətinə gəlinir vo s. 
Biz  prof.  T.Quliyevin  belə  bir  fikri  ilə  tam  şərikik  ki, 
«...mənafe anlayışına kompleks şəkildə baxılmalıdır»”. 
В.И.Ленин-Полн. coop. соч. т.29, стр.171. 
” Г.Хозин, В.Добрич-Глобалистика в марксизме. // «Экономические науки», 
№3, 1989, стр 3. 
К.Маркс, Ф.Энгельс-Соч. т.8, стр.14. 
”  Т.А.Кулиев-Проблема  интересов  в  социалистическом  обществе.  М: 
«Мысль», 1967, стр.4. 
59 


Fikrimizcə,  komplekslilik  aşağıdakıları  özündə  ehtiva 
etməlidir: 
1)
 
Mənafe-idarəetmənm əsas obyekti və vasitəsidir
2)
 
Mənafe  müstəqil  kateqoriyadır  və  hər  cür  fəaliyyətin 
başlıca hərəkətverici qüvvəsidir. 
3)
 
İqtisadi  mənafe-sosial,  siyasi,  ideoloji  və  milli 
mənafelərin ümumi məxrəcidir. 
4)
 
İctimai  münasibətlər  sistemi  mənafelər  üzərindo 
qurulur və mənafelər vasitəsi ilə realizə olunur (Şək. 2.2.). 
 
Şək, 2.2. İqtisadi münasibətlər sistemində 
mənafenin yeri və rolu. 
Beləliklə,  yuxanda  deyilənləri  ümumiləşdirməklə  belə  bir 
qənaətə gəlmək olar ki, sosial-siyasi təşkili formasından vo iqtisadi 
sistemindən  asılı  olmayaraq  bütün  cəmiyyətlərin  (marksist 
anlamında  sosial-iqtisadi  formasiyaların)  əsas  iqtisadi  qanunu 
mənafelərin  tarazlığı  qanunudur.  Bu  qanunun  mahiyyəti  və 
məzmunu, eləcə də realizasiyası son dərəcə 
inkişafının sırf materialist anlamı çərçivəsində tam dərk edilə bilməz. 
Sosial 
vo
 
60 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə