Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


determinantdan  uzaqlaşması,  yəni,  sosial-iqtisadi  və  siyasinin



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə122/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   118   119   120   121   122   123   124   125   ...   130

determinantdan  uzaqlaşması,  yəni,  sosial-iqtisadi  və  siyasinin 
dialektik vəhdətinə söykənməsi, həm də ümumiyyətlə, sivilizasiyalı 
yanaşmanın  labüdlüyü  prizmasından  tamamilə  real  və  böyük 
elmi-nəzəri əhəmiyyət kəsb edən bir nəticə kimi qəbul edilməlidir. 
Ümumiyyətlə, 
Qərb 
ölkələrində 
antiinhisar 
qanunvericiliyi və antiinhisar siyasəti geniş şəkildə inkişaf etmiş və 
artıq  uzun  onilliklər  ərzində  inhisar  və  onun  neqativ  nəticələri 
üzərində  nəzarət  mexanizmi  müvəffəqiyyətlə  həyata  keçirilir. 
Təhlil göstərir ki, sözügedən ölkələrdə antiinhisar qanunvericiliyi 
və antiinhisar siyasəti heç də qüsursuz deyildir. Yə’ni, bu baxımdan 
inhisann  ümumi  şəkildə  qadağan  olunması  bu  qadağandan 
istisnalarla  xeyli  «yumşaldılın).  Və,  bu  istisnalar  həm  aynca 
götürülmüş kompaniyaya, həm də bütövlükdə bir sahəyə aid edilir. 
-
 
Müqayisəli  təhlil  göstərir  ki,  Azərbaycanın  antiinhisar 
siyasəti  neoklassizmə  əsaslanmaqla  Avropa  sisteminə  yaxınlığı  ilə 
səciyyələnir. 
-
 
Antiinhisar  siyasətinin  tətbiqi  sferasında  müasir  dünya 
təcrübəsinin  ümumiləşdirilmiş  yekunları  hər  hansı  bir  vahidliyin 
ola  bilməsi  ehtimalını  belə  inkar  edir.  Tədqiqat  materialları 
göstərir ki, sözügedən istiqamətdə həyata keçirilən praktika hər bir 
ölkənin  spesifikası  və  iqtisadi  inkişaf  strategiyasının  mahiyyətinə 
uyğun olaraq müxtəlif məzmunlu üsul və metodların toplusu kimi 
meydana  çıxır.  Başqa  sözlə,  sırf  nəzəri  mövqedən  antikonseptual 
yanaşma müşahidə edilməkdədir. 
-
 
Azərbaycanda  inhisarçı  fəaliyyətin  tənzimlənməsi  və 
bütövlükdə antiinhisar siyasətinin əsas əhatə dairəsi «tənzimləmə» 
inhisarçılığı  (Dövlət,  sahə,  yerli  və  s.)  ilə  şərtlənir.  Araşdırmalar 
belə  bir  qənaəti  ortalığa  qoyur  ki,  antiinhisar  siyasətinin  tətbiqi 
sferalan  baxımından  inkişaf  etmiş  ölkələrlə  müqayisədə  sırf 
spesifik  mahiyyət  daşıyan  cəhətlər  əhəmiyyətli  dərəcədə  çoxdur. 
Antiinhisar 
siyasəti 
inhisarçı 
fəaliyyətə 
nəzarət—»məhdudlaşdırma—>aradan qaldırma xətti üzrə həyata 
keçirilir. Eyni zamanda, ölkədə antiinhisar siya 
361 


sətinin  tətbiqi  birmənalı  olaraq  təbii  inhisar  subyektlərinin 
fəaliyyəti sferasını əhatə edir. 
-
 
Azərbaycanın  təbii  inhisarlannm  (eləcə  də,  əksər  MDB 
ölkələri  üçün  bu  xasdır)  özəlliyi  elə  bundan  ibarətdir  ki,  bu 
müəssisələr  üçün  heç  vaxt  nə  marjinal  xərclər,  nə  də  marjinal 
gəlirlər  hesablanmayıbdır.  Başqa  sözlə,  iqtisadiyyatın  digər 
subyektlərinə  münasibətdə  olduğu  kimi,  təbii  inhisarların  da 
struktur və texnoloji inhisarçılığı sosialist təsərrüfat tipinin daxili 
məntiqindən  doğulmuşdur.  Buna  görə  də,  inhisarçı  təmayüllərin 
aradan qaldırılması üçün xidmətin diversifıkasiyası—»keyfiyyətin 
yüksəldilməsi^davranış tərzi—»istehlakçı hüquqlarının mühafizəsi 
zənciri üzrə ciddi antiinhisar siyasətinin yeridilməsi zəruridir. 
-
 
Real  bazar  münasibətlərinin  formalaşma  mərhələsində 
olmasına  istinadla  spesifik  səciyyə  daşıyan  nəticələrlə  gəlmək 
mümkündür.  Məsələn,  qeyd  edilən  situasiyada  inhisaryaradan 
prosesin təbiiliyi heç bir rol oynamır. Daha konkret ifadə etsək, bu 
halda söhbət yalnız dövlətin öz-özü ilə mübarizəsindən gedə bilər. 
Məhz buna görə də, fıkrimizcə, antiinhisar siyasətinin konseptual 
əsası  bir-biri  ilə  sıx  dialektik  qarşılıqlı  asılılıqda  olan  dörd 
problemin eyni zaman intervalında həllinə söykənməlidir: 
1)
 
İnhisarizmin  məhdudlaşdırılması;  Yəni,  təkcə  iqtisadi 
deyil,  eləcə  də  sosial-siyasi  və  ideoloji  anlamlarda  idarəetmə  və 
tənzimlənmə 
sferasında 
müstəsna 
hüquqların 
bir 
əldə 
cəmlənməsinə imkan verməmək lazımdır; 
2)
 
Hegemon  (hökmran)  mövqedən  sui-istifadə  hallarının 
aradan  qaldırılması  və  rəqabət  qaydalanna  riayət  edilməsi 
üzərində effektiv nəzarətin təşkili
3)
 
İri  özəlləşdirmə  prosesində  inhisaryaradan  fəaliyyətin 
dayandınimasına nail olunması; 
4)
 
 Effektiv 
rəqabət 
mühitinin
 
formalaşdın İmasına 
çalışmaq. 
-
 
Antiinhisar prosesi sadədən mürəkkəbə yönəlməklə 
rəqabətin ^ məhdudlaşdıniması—»haqsız 
rəqabət—»struktur 
problemləri^davranış tərzi məntiqi zəncirini tam mənası ilə 
362 


özündə  ehtiva  etməlidir.  Sadədən  mürəkkəbə  doğru  yüksəliş  sırf 
metodoloji  anlamda  hissədən  tama  doğru  gediş  kimi  başa 
düşülməməlidir. Bu problemə metodoloji baxış çərçivəsində bizim 
konkret mövqeyimiz ondan ibarətdir ki, antiinhisar siyasətinin özü 
törəmədir  və  tam  şəkildə  rəqabət  siyasətinin  sərhədləri  daxilində 
meydana  çıxır.  Buna  görə  də,  antiinhisar  siyasətinə  tamyaradan 
element kimi baxılmamalıdır. Antiinhisar siyasətinin, ən azı keçid 
dövrü  ərzində  minimum  məqsədi  effektiv  rəqabət  mühitinin 
formalaşdırılması  və  mühafizəsidirsə,  maksimum  məqsəd  ictimai 
rifahın  yüksək  səviyyəli  təminatıdır.  Məqsədə  yanaşmada 
minimum^mak-  simum  bölgüsü  şərti  xarakter  daşıyır  və  heç  bir 
zaman intervalına (qısa, orta və uzunmüddətli dövr) sığmır. Yəni, 
hər  iki  halda  məqsədə  çatma  öz  mahiyyəti  etiban  ilə  dialektik 
prosesdir  və  müsbət  sonsuzluğa  istiqamətlənir.  Milli  bazarda 
antiinhisar  siyasətinin  regional  və  dünya  bazarları  ilə  qarşılıqlı 
əlaqədə tətbiqi yaxud antiinhisar siyasətinin regional aspektlərinin 
ölkədaxili 
iqtisadi 
səmərəliliyin 
yüksəldilməsinə 
istiqamətləndirilməsi  və  rəqabətqabiliyyətliliyin  artırılması 
məqsədi  ilə  aşağıdakıların  həyata  keçirilməsini  məqsədəmüvafıq 
hesab edirik: 
-Qanunverici  bazanın  təkmilləşdirilməsinə  söykənməklə 
priventiv tədbirlər kompleksinin işlənib hazırlanması və tətbiqi; 
-İqtisadi  potensialın  canlandırılması,  işgüzar  aktivliyin 
yüksəldilməsi  nöqteyi-nəzərindən  idxal  tariflərinə  yenidən 
baxılması; 
-Xarici  ölkə  hökumətləri  tərəfindən  subsidiyalaşdırılan 
ixracata xüsusi idxal rüsumlarının tətbiqi; 
-Ölkədə 
analoqu 
olan 
malların 
idxalının 
məhdudlaşdırılması  (qeyri-tarif  metodları  vasitəsilə),  həmin 
malların  idxalı  üçün  xarici  kreditorlara  dövlət  zəmanətinin 
verilməsi praktikasından imtina edilməsi; 
-Maliyyə  kapitalının,  ticarət-satış  şəbəkəsinin  istehsal  və 
elmi-texniki potensialın korporativ strukturlarda birləşməsi 
363 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə