SəRBƏst iŞ № Müəllim: Rzayev Natiq Fakültə



Yüklə 25,08 Kb.
səhifə1/2
tarix30.12.2023
ölçüsü25,08 Kb.
#164628
  1   2
metrologiya-2


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


Kafedra: Metrologiya və standartlaşdırma
Fənnin adı: Metrologiya, standartlaşdırma və sertifikasiya

SƏRBƏST İŞ №

Müəllim: Rzayev Natiq
Fakültə: Maşınqayırma və robototexnika
Kurs: III
Qrup: 587 a2
Tələbə: Bağırlı Niyaz

B A K I – 2 0 2 0
Ölçmə vasitələrinin seçilməsi prinsipləri
QOST 14.306-73-ə görə nəzarət vasitələrinin seçilməsi texniki nəzarət (TN) prosesinin tələb olunan göstəricilərinin təmin edilməsi və nəzarət prosesinin reallaşması üçün xərclərin təhlili əsasında aparılır. Nəzarət prosesinin ən vacib göstəricilərinə ölçmələrin dəqiqliyi, dürüstlüyü, əməktutumu və nəzarətin dəyəri aid edilir. Əlavə göstəricilər kimi nəzarətin həcmi , əhatəsi, dövriliyi və müddəti də nəzərə alınır.
Ölçmə vasitələrinin seçilməsində dəqiqliyin təmin edilməsi çox vacibdir. Belə ki, ölçmə vasitəsinin dəqiqliyi kifayət qədər yüksək, ölçmələrin əməktutumu və dəyəri isə mümkün qədər az olmalı, yüksək məhsuldarlıq və qənaətlilik təmin edilməlidir. Ölçmə vasitəsinin kifayət qədər dəqiq olmaması səbəbindən yararlı hissələrin zay hesab edilməsi ehtimalı artır və ya bu səbəbdən zay məhsul yararlı kimi qəbul edilir.
Digər tərəfdən, çox böyük dəqiqlik ölçmələrin əmək tutumunu, deməli dəyəri artırır, istehsalın bahalaşması və məhsul buraxılışının məhdudlaşmasına gətirib çıxarır. Ona görə optimal ölçmə dəqiqliyini təmin edən ölçmə vasitələrinin seçilməsi mühüm əhəmiyyət kəsb edir. Sənayedə tətbiq olunan ölçmə işlərinin böyük əksəriyyəti xətti ölçmələrdir. Xətti ölçmə vasitələri (XÖV) və xətti nəzarət vasitələri (XNV) kontaktlı (K), kontaksız (B), avtomatik (A) və qeyri avtomatik (Q) qruplarına bölünür. Xətti ölçmələr üçün ölçmə cihazı ölçmə və yerləşdirmə bazası və hesablayıcı quruluşu olan ölçmə quruluşundan ibarətdir. Sonuncuya ölçmə başlığı da deyilir. Avtomatik ölçmə vasitələri həm də rəqəmli adapter hesablayıcı (RAH) və özüyazan (ÖYQ) quruluşa malik olurlar. Avtomatik ölçmə vasitələri (AÖV) ölçmə nəzarət avtomatı (ÖNA), ölçmə - nəzarət sortlaşdırıcı avtomatlara (ÖNSA), yarımavtomatlara və aktiv (idarəedici) ölçmə - nəzarət qurğularına (AÖNQ) bölünürlər (şəkil 3.4). Ölçmə və nəzarət vasitələri birölçülü (bir kəmiyyəti ölçmək üçün) və çoxölçülü ola bilər. Bütün ölçmə vasitələri təyinatına görə universal və ixtisaslaşmış olurlar. Universal cihazlar daxili, xarici ölçmələr, səthlərin forma sapmalarının ölçülməsi üçün istifadə edilir. İxtisaslaşmış cihazlar daha çox dar təyinat sahəsinə malik olurlar.

Müəyyən təyinatlı ölçmə vasitələrinin seçilməsində ilkin göstəricilər kimi aşağıdakılar istifadə olunur: lazımi məhsuldarlıq, ölçmələrin buraxılan xətaları, ölçmə intervalı, ölçülən detalların mexaniki xarakteristikası (hüdud ölçüləri, kütləsi, bərkliyi, konstruksiyanın sərtliyi, səthin kələ-kötürlüyü, nəzarət edilən səthlərin ölçülmə imkanları və s.), mümkün istismar şəraiti. Ölçmə və nəzarət vasitələrinin böyük çeşidində təcrübədə mexaniki ölçmə ləvazimatlarına, son illərdə isə daha çox çoxölçülü cihazlara üstünlük verilir.

Xarakterikdir ki, nəzarət edilən ölçüyə qoyulan müsaidə artdıqca, xüsusilə dəqiq detalların ölçmələri ilə müqayisədə A qiyməti azalır. Burada təcrübi olaraq maksimum buraxıla bilən həddi qəbul edirlər. Bu başlıca olaraq lazım olan dəqiqliyə malik cihazın olmaması, dəqiq ölçmələr üçün normal şəraiti təmin etməyin çətinliyi və sistematik cuzi xətalara görə düzəlişlərin edilməsi ilə bağlıdır. Aö–in müvafiq qiymətini seçərək, sonra ölçmələrin buraxılan xətalarının həddini təyin etmək olar:

Nəzarət vasitələrinin seçilməsi müəyyən alqoritmin istifadəsinə əsaslandırırlar. Alqoritmdə nəzərdə tutulur ki, buraxılan xətalar ölçmə vasitələrinin xətalarının tərkib hissələrini (QOST 8.051-81) nəzərə alır. Buraya temperatur deformasiyaları, ölçmə qüvvəsinin təsiri, operatorun subyektivliyi, digər amillərin təsiri daxil olur. Alqoritm elə tərtib edilir ki, nəzarət proseslərinin ardıcıl işlənməsi zamanı hər bir konkret nəzarət parametri üçün lazımi nəzarət vasitəsi (NV) seçilir və ya yeni cihazın layihələndirilməsi zərurəti əsaslandırılır. Nəzarət vasitəsinin seçilməsi haqda son qərar texniki nəzarət prosesinin kompleks texniki-iqtisadi əsaslandırılmasından sonra qəbul edilir.

Yüklə 25,08 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə