Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


ləşməsi fonunda qeyd edilən meylin mənfi yönümlü təsir gücü daha



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə119/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   115   116   117   118   119   120   121   122   ...   130

ləşməsi fonunda qeyd edilən meylin mənfi yönümlü təsir gücü daha 
da  artır.  Bu  mənada  mühüm  əhəmiyyət  daşıyan  məsələlərdən 
biri-xammal  təbiətli ixrac  sektomnun  diversifikasiyası  bütünlüklə 
xarici amillərin təsir dairəsindədir və qeyd edilən sferanın dünya 
bazannın «anklavına» çevrilməsi ehtimalı tamamilə realdır. 
Araşdırmalarımız  belə  bir  həqiqəti  aşkarlamağa  imkan 
verir  ki,  rəqabətqabiliyyətli  iqtisadi  strukturlara  malik  olmayan 
ölkələrin  gömrük  ittifaqı  yaratması  mənasızlıqdan  başqa  bir  şey 
deyildir.  Bu,  o  deməkdir  ki,  MDB  daxili  gömrük  ittifaqı  «ölü 
doğulmuş»  ideya  timsalmdadır.  Fikrimizcə,  söhbət  hər  şeydən 
əvvəl,  «bir  məhsul—>  bir  ölkə»  sindromundan  qurtarmaq, 
biliteral asılılıq təhlükəsini aradan qaldırmaq və ixrac siyasəti ilə 
ümumiqtisadi  inkişaf  strategiyası  arasında  üzvi  əlaqələrin 
formalaşmasına  nail  olmaqdan  getməlidir.  Bunun  üçün 
hal-hazırda  real  məzmun  kəsb  edən  problemlər  kompleksinin 
vahid metodoloji platforma üzərində həllinin labüdlüyü ön plana 
çıxarılmalıdır:  Regional  inhisarizmdən  mühafizə  olunmaq; 
Beynəlxalq  normalara  münasibətdə  spesifik  mövqeni  qoruyub 
saxlamaq;  Xarici  ticarət  siyasətini  keçid  iqtisadiyyatının 
məzmununa uyğunlaşdırmaq; Uduşun maksimumuna nail olmaq 
və  s.  xüsusi  əhəmiyyət  kəsb  edirlər.  Zənnimizcə,  Azərbaycanın 
xarici ticarətinin perspektiv inkişafının paradiqması aşağıdakıları 
özündə ehtiva etməlidir: ölkənin dünya iqtisadiyyatındakı yeri və 
roluna «kiçik»  ölkə  hipotezi  mövqeyindən  yanaşılmalıdır; Qlobal 
əlaqələr  sistemində  tam  şəkilli  «ərimə»nin  qarşısı  alınmalıdır; 
Bazarın  bili-  teral-əmultiliteral  müstəvidə  optimal  mütənasibliyi 
gözlənilməlidir;  Milli  bazar  subyektlərinin  regional  və  dünya 
bazarları sistemində bazar paylarının təmərküzləşməsi və iriləşmə 
prosesinə hökumət tərəfindən yaxından yardım edilməlidir. 
Ötəri  səciyyə  daşıyan  keçid  dövrünün  xarici  ticarət 
əlaqələrinin 
metodoloji 
sxemi 
müqayisəli 
üstünlüklər—>dinamik 
üstünlüklər-^rəqabət 
üstünlükləri 
triadasını özündə ehtiva etməlidir və s. 
352 


-
 
Tədqiqat  materialları  göstərir  ki,  ənənəvi  partnyorlarla 
qarşılıqlı ticarət əlaqələrinin kəskin şəkildə aşağı düşməsinin əsas 
səbəbləri  sırasında  valyuta-kredit  münasibətlərinin  dəyişən 
sosial-siyasi  və  iqtisadi  situasiyanın  tələblərinə  cavab  verməməsi, 
eləcə  də,  ümumiyyətlə  bu  istiqamətdə  hər  hansı  bir  əməli 
fəaliyyətin  yoxluğu  amilləri  özünəməxsus  yer  tutmuşdur. 
Araşdırmalarımız real valyuta məzənnəsi ilə keçid dövrü arasında 
aksiomatik  məna  daşıyan  cəhətlərin  üzə  çıxanimasma  imkan 
vermişdir: real məzənnənin artımı keçid dövrünün müvəffəqiyyətli 
gedişinə  işarədir;  Bu  artım  yalnız  iqtisadi  islahatların  həqiqi 
sistemliliyinə nail olmaqla reallaşa bilər; Keçid iqtisadiyyatı şəraiti 
üçün alıcılıq qabiliyyətinin pariteti nəzəriyyəsi yararlı deyil və s. 
Valyuta məzənnəsinin dəyişməsi ilə xarici ticarət dövriyyəsi 
arasında  funksional  qarşılıqlı  asılılıq  yalnız  «çoxölçülü» 
determinizmə istinadla şərh edilə bilər. 
Ümumiyyətlə,  valyutanın  məzənnə  siyasəti  ilə  bağlı  həm 
inkişaf  etmiş  ölkələrin  təcrübələrinin  təhlili,  həm  də  keçid 
iqtisadiyyatı şəraitində 10 illik dinamikanın empirik araşdırılması 
belə  bir  qənaəti  ortalığa  qo)mr  ki:  Bu  problemin  birdəfelik  həlli 
yoxdur;  Məzənnə  siyasəti  ölkənin  həm  siyasi,  həm  də  iqtisadi 
prioritetlərindən  düzmütənasib  asılılıqdadır;  Nəhayət,  məzənnə 
siyasəti  makroiqtisadi  və  sosial  inkişafın  başlıca  istiqamətlərinin 
ümumuyğunluğuna  söykənməlidir.  Bu  istiqamətdə  apardığımız 
araşdırmaların  yekununu  belə  bir  tezislə  ifadə  etmək  olar:
 
Valyuta məzənnəsinin 
dəyişikliyindən  əldə  edilən  effekt  stimullaşdıncı  xarakter  daşıyan 
pul-kredit və büdcə siyasətindən tərsmütənasib asılılıqdadır. Başqa 
sözlə,  deyilən  şərtlər  çərçivəsində  devalvasiya  infliyasiyanm 
güclənməsinə gətirib çıxaracaqdır. 
-
 
Keçid  iqtisadiyyatı  şəraitində  xarici  ticarət  uduşunun 
maksimumlaşdırılması çoxlu sayda məhdudiyyətlərin mövcudluğu 
baxımından praktiki olaraq, mümkünsüzdür. 
-
 
Araşdırmalanmız  aydın  şəkildə  göstərir  ki,  birgə 
sahibkarlığın inkişafı və xarici investisiyaları cəlb etmək sferasında 
həyata  keçirilən  fəaliyyət  sistemli  səciyyə  daşımır.  Qeyd  edilən 
yönümdə fəaliyyətin intensivləşdirilməsi üçün, 
353 


zənnimizcə,  aşağıdakı  istiqamətlərdə  mövcud  olan  problemləri 
aradan qaldırmaq məqsədəmüvafiq olardı: 
-Problemə 
yanaşmada  subyektiv  amillərin  rolunun 
minimuma endirilməsi; 
-İri  özəlləşdirmə  prosesinin  bütövlükdə,  onun  xarici 
investisiyalarla bağlı olan sferasının isə ələlxüsus şəffaflaşdırılması 
üçüp zəruri hesab edilən bütün vasitələrdən maksimum səviyyədə 
istifadə edilməsi
-Xarici  investisiyaların  cəlbedilməsi;  Prosesual  fəaliyyət  və 
onlardan istifadə edilməsi effektivliyinin yüksəldilməsi yönümündə 
hökumət  tərəfindən  xüsusi  sərəncam  verilməsi  yaxud  «Xarici 
investisiyalardan 
istifadənin 
səmərəliliyinin 
yüksəldilməsi 
haqqında»  parlamentin  qanun  qəbul  etməsinə  böyük  ehtiyac 
vardır; 
-Xarici 
investisiyalann  cəlb  edilməsində  ölkədaxili 
mütənasibliyə maksimum əməl edilməsinə çalışmaq zəruridir. 
-
 
Milli  bazarın  kiçik  tutumluluğunun  mövcudluğu  və  bu 
əsasda  da  bazar  cəlbediciliyinin  olmaması  əsas  problemlərdən 
biridir  (xarici  investisiyaların  cəlb  edilməsi  baxımından).  Milli 
bazann  iqtisadi  və  texnoloji  sərhədlərinin  «calaq»  yolu 
genişləndirilməsi zəruriliyi MDB çərçivəsində regional ümumiliyin 
formalaşdırılmasmdan funksional asılılıqdadır. 
-
 
Xarici  ticarət  və  investisiya  siyasəti  arasında  optimal 
uyğunluğun  müəyyənləşdirilməsi  və  bu  əsasda  da  xarici  iqtisadi 
strategiyanın təkmilləşdirilməsi məqsədəmüvafiq olardı. 
-
 
İri  özəlləşdirmə  prosesində  meydana  çıxması  tamamilə 
real  məzmun  kəsb  edən  əcnəbi  mənşəli  inhisarçı  təmayüllərin 
qarşısını  almaq  məqsədilə  ölkənin  müasir  inkişaf  mərhələsinin 
xüsusiyyətlərinə 
uyğun 
surətdə 
sənaye 
siyasətinin 
for- 
malaşdınlması  və  onun  effektiv  rəqabət  mühiti—»konyunktura 
siyasəti tandemilə qarşılıqlı əlaqələndirilməsi zəruridir. 
-
 
İnhisar  nəzəriyyəsi  çərçivəsində müxtəlif  elmi  baxışların 
müqayisəli  təhlili  göstərir  ki,  bu  fenomenə  yanaşmada 
tədqiqatçılann böyük əksəriyyəti «bir ölçülü» məntiqi təfəkkürdən 
çıxış edirlər. Araşdırmalanmız göstərir 
354 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə