Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


bilər:  iqtisadi  fəaliyyətin  liberallaşması  və  bütövlükdə  bazar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə118/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   114   115   116   117   118   119   120   121   ...   130

bilər:  iqtisadi  fəaliyyətin  liberallaşması  və  bütövlükdə  bazar 
iqtisadiyyatına  keçid  proqram  məqsədli  xarakter  daşımalı  milli 
özünəməxsusluğun bütün aspektlərini ehtiva etməlidir. 
-
 
Müqayisəli  təhlil  göstərir  ki,  real  bazann  formalaşması 
prosesində  Azərbaycan  Respublikası  əlahiddə  situasiya  ilə 
rastlaşmışdır ki, bu da bütövlükdə sistem dəyişikliyinin gedişində 
maneələr meydana çıxanr. Məhz bu aspektdən yanaşdıqda ölkənin 
qarşısında  duran  problemlər  kompleksinin  həllinin  hər  hansı  bir 
hazır reseptdən istifadə etməklə deyil, yalnız milli və ümumbəşəri 
dəyərlərin  optimal  uyğunluğu  bazasında  mümkünlüyü  qənaətinə 
gəlinə bilər. 
-
 
Apardığımız araşdırmalar inhisar fenomenini iki aspektdə 
nəzərdən keçirmək zərurətini ortalığa qoyur: 
-İnhisar-ictimai-iqtisadi  münasibətlərin  xüsusi  tipi  kimi 
(inhisarizm); 
-İnhisar-bazar strukturu, bazann atributu kimi. 
Eyni  zamanda,  qeyd  etməliyik  ki,  göstərilən  bölgü  heç  də 
inhisarın  təzahür  formalannm  müxtəlifliyindən  doğan  mahiyyət 
fərqini  deyil,  sadəcə  olaraq,  onun  bəşəriyyətin  inkişaf  tarixində 
oynadığı  rolun  səciyyəvi  cəhətlərini  əks  etdirir.  İnhisar  istər 
bazarın atributu, istərsə də ictimai iqtisadi münasibətlərin xüsusi 
tipi formasında iqtisadi «Mən»in kulminasiya nöqtəsi kimi təzahür 
edir.  Sadəcə  olaraq,  inhisarçı  fəaliyyətin  meydana  çıxması 
fərdiyyətçiliyin  qabarıq  nümayişindən  başqa  bir  şey  deyildir. 
Bununla belə, bütün amillər kompleksi nəzərə alındığı təqdirdə bu 
hal  heç  də  inhisarçı  subyekt  və  inhisarizmin  məzmun  eyniliyinə 
dəlalət etmir. Çünki: 
-İnhisarizm  münasibətlər  məcmusu  kimi  təzahür  edirsə, 
inhisarçı subyekt iqtisadi vahid statusundan demək olar ki, kənara 
çıxmır; 
-İnhisarizm 
makrosəviyyədə  formalaşan  hadisədirsə, 
inhisarçı fəaliyyət mikrosəviyyənin elementidir; 
-İnhisarizm  mahiyyət  etiban  ilə  nəinki  iqtisadi,  eləcə  də 
siyasi,  sosial,  ideoloji  və  s.  aspektlərin  ümumuyğunluğuna 
əsaslanan mənafelər kimi meydana çıxırsa, inhisarçı fəaliyyət bəzi 
cəhətləri çıxmaq şərti ilə sırf iqtisadi xarakter daşıyır və 
349 


s.  Bazarın  özünün  təkamülü  tarixinin  müxtəlif  mərhələlərinə 
uyğun  olaraq,  inhisarizmin  təzahür  formaları  da  dəyişir. 
Demokratik 
prinsiplər 
bazasında 
formalaşan 
vətəndaş 
cəmiyyətinin mövcudluğu inhisarizmin təklik, vahidlik aspektlərini 
çoxluqla, müxtəlifliklə əvəz edir. 
Müasir 
sosial-iqtisadi 
situasiya 
çərçivəsində 
inhisarizmin  formalaşması  həm  lokal,  həm  də  regional  və  qlobal 
mənafelərin 
uyğunlaşdırılması 
istiqamətində 
problematik 
məqamların  meydana  çıxmasına  səbəb  olur.  Belə  ki,  inhisarizm 
ictimai  həyatın  bütün  sferalarına  nüfuz  etməklə,  ümummilli 
mənafeləri  arxa  plana  keçirir  və  əksər  hallarda  əlahiddələşmiş 
korporativ maraqların əsirinə çevririr. Ümummilli mənafe zaman 
və  məkanca  dəyişkəndir,  dinamik  səciyyəlidir.  Onun  mütləq 
kəmiyyət  ölçüsü  yoxdur,  eləcə  də  müəyyən  tarixi  dövr  və  ölkələr 
bölgüsündə  müqayisə  olunan  deyil.  İnhisarlaşma prosesi  ilə  bağlı 
milli—»korporativ 
mənafelərin  uzlaşdırılması 
probleminin 
qoyuluşunda  yuxarıda  deyilənlərə  xüsusi  diqqət  yetirmək 
məqsədəuyğun olardı. 
-
 
Mənafe 
anlayışına 
kompleks 
baxış, 
fıkrimizcə, 
aşağıdakıları  özündə  ehtiva  etməlidir:  Mənafe-idarəetmənin  əsas 
obyekti  və  vasitəsidir;  O,  müstəqil  kateqoriyadır  və  hər  cür 
fəaliyyətin başlıca hərəkətverici qüvvəsidir; İqtisadi mənafe-sosial, 
siyasi,  ideoloji  və  milli  mənafelərin  ümumi  məxrəcidir;  İctimai 
münasibətlər  sistemi  mənafelər  üzərində  qurulur  və  mənafelər 
vasitəsi  ilə  realizə  olunur.  Sosial-siyasi  təşkili  formasından  və 
iqtisadi sistemindən asılı olmayaraq bütün cəmiyyətlərin (marksist 
anlamda  sosial-iqtisadi  formasiyaların)  əsas  iqtisadi  qanunu 
mənafelərin tarazlığı qanunudur. Realizasiya baxımından mənafe 
tarazlığının  üç  səviyyəsini  fərqləndirmək  olar:  lokal  (milli), 
regional və qlobal tarazlıq. 
-
 
Dövlət  mənafeyi  ilə  milli  mənafe,  eləcə  də  korporativ 
mənafelər  (vətəndaş  cəmiyyəti  və  onun  struktur  bölmələrinin 
mənafeyi)  heç  də  həmişə  üst-üstə  düşmür.  Bu  baxımdan 
«millət=dövlət+vətəndaş  cəmiyyəti»  düsturunu  qəbul  etmək  real 
inkişaf  prosesinə  bəsitləşdirilmiş  riyazi  məntiq  prizmasından 
baxmaq demək olardı. Fikrimizcə, tərəflər 
350 


arasındakı  əlaqə  aşağıdakı  bərabərsizlik  formasında  nəzərdən 
keçirilməlidir: 
DövlətVətəndaş cəmiyyəti. 
Canlı sosial orqanizm kimi çıxış edən millətin inkişafı, onun 
ən  mühüm  mənafelərinin  ödənilməsi  individual  səviyyədən  asılı 
deyildir. 
Fərdiliyin 
uzunmüddətli 
«müstəqilliyi» 
qeyri-mümkündür  və  inkişafın  hansısa  pilləsində  mütləq  sosial 
qruplaşmaya-korporasiyaya gətirib çıxarır. 
Problemin  qəlizliyi  də  məhz  korporativ  mənafelərin 
çoxşaxəli  olması,  milli  və  əcnəbi  səviyyələrin  fərqləndirilməsi 
çətinliyindədir. Milli—>korporativ mənafelərin tarazlığı problemi, 
fıkrimizcə, aşağıdakıların nəzərə alındığı təqdirdə həll edilə bilər: 
Korporativ  mənafe  ümummilli  mənafenin  tərkib  ünsürü,  onun 
ödənilməsi 
üçün 
əsas 
şərtdir; 
Mənafelər 
müstəvisində 
inhisarlaşma,  istiqamətindən  asılı  olmayaraq,  yolverilməzdir; 
Korporasiya=inhisar  eyniyyəti  yoxdur;  Üfıqi  əlaqələr  sisteminə 
dövlət  müdaxiləsi  (strateji  strukturlar  istisna  olmaqla) 
prosesyaradan  və  onu  istiqamətləndirən  səciyyə  daşımamalı, 
mənafe  uyğunluğunun  təmininə  yönəldilməlidir;  Ölkədaxili 
müstəvidə  regional  inkişaf  fərqinin  azaldılması  və  faktik 
bərabərsizliyin  aradan 
qaldırılması 
mövqeyindən 
dövlət 
müdaxiləsi zəruridir; Dünya iqtisadiyyatına səmərəli inteqrasiyanı 
təmin etmədən milli-korporativ mənafelərin tarazlığına nail olmaq 
mümkünsüzdür;  «Əcnəbi»  mənşəli  korporativ  mənafelər 
ölkədaxili situasiyada inhisarçı mövqeyə yüksəlməməlidir. 
-  Qarşılıqlı  ticarətin  inkişaf  dinamikasının  sistemli  tədqiqi 
qeyd  edilən  sferada  bir  sıra müsbət yönümlü meyllərin  meydana 
çıxması ilə yanaşı, həm nəzəri bazanın zəifliyi, həm də sırf praktiki 
anlam  daşıyan  problemlərdə  çatışmazlıqlar  və  nöqsanların 
olduğunu  da  aşkarlamağa  imkan  vermişdir.  Təhlükəli 
təmayüllərdən  biri  ölkənin  «bir  məhsuldan»  biliteral  asılılığının 
güclənməsində  təzahür  edir.  MDB  çərçivəli  blokdaxili  qarşılıqlı 
əlaqələrin kəskin şəkildə zəifləməsi və ticarət axınlarında baş verən 
blokxarici sarpmaların intensiv 
351 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə