Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə9/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   5   6   7   8   9   10   11   12   ...   164

Daha  bir  vacib  məsələ  üzərində  də  dayanmaq  lazımdır. 

Fəlsəfə  və  metafizikanı  eyniləşdirmək  filosoflar  arasında 

mübahisələrə səbəb olur. Metafizika haqqında müxtəlif fikirləri 

Aşağıdakı qaydada qruplaşdırmaq olar. 

1.

 

Dar mənada metafizika (yun. fizikadan sonra) deyəndə ya 



ontologiya (varlıq haqqında təlim) ya da bütün mövcudatın ilk 

səbəbini (Aristotelin «ilk fəlsəfəsi») öyrənən təlim başa düşülür. 

Amerika  filosofu  U.Ceyms  (1842-1910)  yazır:  «Metafizika 

termininə  dəqiq  tərif  vermək  mümkün  deyil  və  bu  sözun 

mənasını anlamağın ən yaxşı vasitəsi onun tədqiq etdiyi bir sıra 

problemləri  sadalamaqdır. Metafizika elm və həyat tərəfindən 

qoyulan,  lakin  həll  edilməyən  müxtəlif  qaranlıq,  mücərrəd, 

universal suallann müzakirə edilməsidir...»^'. Buna baxmayaraq 

o,  metafizikaya  tərif  verir:  «Bütün  varlığın  səbəbini, 

mahiyyətini,  mənasını  və  son  taleyini  axtarmağa  -  metafizika 

demək  olar.  Və  yaxud  onu  (təcrübi  və  yaxud  təcrübəüstü) 

reallığın ən ümumi baş- lanğıclan, onlann bir-biri ilə və bizim 

idrak  qabiliyyətimiz  ilə  qarşılıqlı  əlaqəsi  haqqında  elm  də 

adlandırmaq olan>.“ 

2.

 

Metafizika  adı  altında  hissiyyatüstü  təcrübəyə  söykənən 



rasionalist (ağıla əsaslanan) fəlsəfi təlim nəzərdə tutulur. Nəticə 

ağılın  gücü  sayəsində  çıxarılır.  Metafizika  eyni  zamanda 

rasional kosmologiya, rasional psixologiya, teologiya kimi bilik 

sahələrini  də  əhatə  edir.  C.Mur  (1873-1958)  deyir:  «Mən  hər 

şeydən əvvəl  «metafizik»  elə  filosofu adlandırıram  ki,  hər bir 

mövcud olan predmetin «təbii» predmet olmadığını qəbul edir. 

Beləliklə,  metafiziklərin  xidməti  ondadır  ki,  onlar  bizim 

biliyimizin 

toxunmaqla 

hiss 


etdiyimiz, 

gördüyümüz, 

duyduğumuz predmetlər ilə məhdudlaşmadığını kəskin şəkildə 

qeyd edirlƏD>.^^ 

3.

 

Alman  klassik  fəlsəfəsinin  banisi  İ.Kantdan  başlayaraq 



bir  çox  filosoflar  belə  hesab  edirlər  ki,  metafizika  təcrübəyə 

qədər «təmiz ağıl»dan çıxarılan (apriori) biliyin əsasıdır. 



■' У.Джеймс. Введение в философию. Б.Расссл. Проблемы философии. М., «Республика». 2000, 

с.22. 

"Yenə orada, s.23. 

Дж.Э.Мур. Природа моральной философии. М.. «Республика». 1999. с. 128. 

25 


4.

 

Marksist  anlamda  metafizika  dialektikaya  əks  olan 



təlimdir, yəni şeyləri və onların təzahürlərini bir-birindən təcrid 

olunmuş  şəkildə  götürən  və  onların  mahiyyətcə  dəyişməz 

olduğunu sübut etməyə çalışan təlimdir. 

/  5.  N^ayət,  ən  geniş  mənada  metafizika  adı  altında  bütün 

varlığın  başlanğıcı  və  mahiyyətinin  prinsipləri  haqqında  təlim 

başa düşülür. Başqa sözlə metafizika - fəlsəfənin sinonimidir. 

«Metafizika»  termini  Aristotelin  davamçılarından  biri  olan 

Andronik Rodoslu tərəfindən fılosofiın təbiətin dərk edilməsinə 

aid olmayan və elmi-təbii axtarışlardan kənara çıxan fikirlərini 

ifadə etmək üçün irəli sürülmüşdür. 

Materiya  və  şüurun  hansı  qarşılıqlı  münasibətdə  olmaları 

sualına  verilən  cavabdan  asılı  olaraq  fəlsəfədə  iki  istiqamət 

yaranmışdır:  materializm  və  idealizm.  Materialistlər  hesab 

edirlər ki, ilk başlanğıc - maddi varlıq bütün mövcudatın əsasıdır 

və  insan  şüurundan  asılı  olmayaraq,  yəni  obyektiv  olaraq 

yaşayır.  İdealistlər  isə  əks  mövqedə  dururlar  və“belə  hesab 

edirlər  ki,  mənəvi  amillər  (ideya,  ruh  və  s.)  bütün  mövcudatın 

varlığını  müəyyən  edir.  Hərn  materialistlər,  həm  də  idealistlər 



monizm (yun.  «monos»  - bir, tək) fikrinə əsaslanırlar. Monizm 

bütün  varlığın  bir  başlanğıcı  olduğunu  təsdiq  edən  fəlsəfi 

təlimdir.  Materialistlərdə  bu  başlanğıc  -  materiya,  idealistlərdə 

isə şüur, ruh hesab edilir. 

Fəlsəfə tarixində elə filosoflar olmuşdur ki, hər iki başlanğıcı 

(maddi  və  ideal)  eyni  dərəcədə  əhəmiyyətli  hesab  etmişlər. 

Onları dualist (lat. «duo» - iki) adlandınrlar. Elə filosoflar da var 

ki, daha çox başlanğıc olduğunu göstərirlər. Onlara plüralist (lat. 

- çox) deyirlər. 

Fəlsəfədə ən əhəmiyyətli məsələlərdən biri də dünyanın dərk 

edilməsi problemidir. Dünyanı, xüsusən onun bir çox tərəflərinin 

prinsip  etibarilə  dərkedilməzliyini  irəli  sürənlərə  fəlsəfədə 

aqnostik (yun. «qnosis» - bilik) deyilir. 

Fəlsəfədəki idealizm və materializm istiqamətlərinin özləri də 

yekcins, bütöv deyil. 

'^«Aqnostisizm» sözü clmdo ilk dofə ingilis bioloqu T.N.Heksli (1825-1895) torə- fındən istifado 

edilmişdir. 

26 



idealizmin  müxtəlif  formalan  var.  Məsələn,  obyektiv 

idealizm adlanan cərəyan real aləmin insandan asılı olmayaraq 

mövcud olduğunu təsdiq edir və göstərir ki, onun əsasında ağıl, 

dünya ruhu durur (Platon, Hegel və b.). Subyektiv idealizm isə 

hesab  edir  ki,  maddi  dünya  insandan  asılı  olmayaraq  mövcud 

ola  bilməz,  bütün  əşyalar  insanın  subyektiv  dərketmə 

qabiliyyətinin,  onun  düyğu  və  qavrayışlarının  məhsuludur. 

Mövcud  olmaq  -  insanın  hiss  üzvləri  tərəfindən  qavranılması 

deməkdir. 

Fəlsəfi  materializm  də  öz  tarixində  bir  çox  mərhələlərdən 

keçmişdir: qədimdə olmuş  «sadəlövh materializm», mexaniki, 

metafizik və nəhayət, dialektik materializm (marksist fəlsəfə). 

Marksistlərin  fikrinə  görə  dialektik  materializm  təbiətin, 

cəmiyyətin  və  təfəkkürün  ən  ümumi  qanunlarını,  materiya  və 

onun  mövcud  olma  formalarını,  materiya  və  şüur  arasındakı 

qarşılıqlı münasibəti öyrənir. 

Marksizmin  yaradıcılarından  biri  olan  F.Engelsin  fikrincə 

fəlsəfənin əsas məsələsi şüurun materiyaya, ruhun təbiətə olan 

münasibətidir.  Lakin  qeyd  etmək  lazımdır  ki,  fəlsəfi 

problemlərin  bütün  zənginliyini  «fəlsəfənin  əsas  məsələsi»nə 

müncər etmək, hətta ona bağlamaq doğru deyil. Materializm və 

idealizm müxalifətinə qarşı neytral problemlər olduqca çoxdur. 

Fəlsəfədə  həmişə  ən  əsas  problem  rasionalizm  (ağıla 

əsaslanmaq)  və  onun  əksi  olan  irrasionalizm  arasındakı 

müxalifət  olmuşdur.  Yalnız  rasiona-  lizmdə  materializm  və 

idealizm  müxalifətinin  mənası  var,  irra-  sionalizmdə  belə 

müxalifət yoxdur. 



3.

 

Fəlsəfi dünyagörüşü və metodologiya 

3.1. Fəlsəfi dünyagörüşü 

Dünyanı  seyr etməkdən fərqli olaraq dünyagörüşü dünyanı 

intuitiv  yolla  dərk  etməyə  əsaslana  bilməz.  Dünyagörüşünün 

təbiəti  anlamağa,  onu  anlayışlar  vasitəsilə  başa  düşməyə 

ehtiyacı  var.  Belə  ilkin  dünyagörüşü  anlayışları  -  «dünya» 

(kosmos),  «insan»  (ruh)  və  «Allah»  mövhumlarıdır.  Dünyanı 

seyr etməyin əyani obrazlarından fərqli olaraq dünyagörüşünün 

anlayışları düşünülmüş məntiqi münasibətlərə əsaslanır. 



27 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə