Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə11/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   7   8   9   10   11   12   13   14   ...   164

cəhətdən Amerika filosofu və sosioloqu T.Parsonsun dedikləri 

diqqətə  layiqdir:  «Metodologiya  elmi  müddəa  və  sistemlərin 

doğruluğunun ümumi əsaslarını nəzərdən keçirir. Öz-özlüyündə 

metodologiya  nə  təmiz  elmi,  nə  də  təmiz  fəlsəfi  fənn  deyil. 

Əlbəttə,  o  elə  sahədir  ki,  orada  elmi  sistemlər  doğruluq 

dərəcəsini  əsaslandırmaq  üçün  fəlsəfi  tənqidə  məruz  qalırlar. 

Lakin eyni zamanda bu həm də elə sahədir ki, elmi müddəalann 

doğruluğunun  lehinə  və  yaxud  əleyhinə  irəli  sürülən  fəlsəfi 

dəlillər  elə  elmin  öz  məlumatlan  işığında  tənqid  edilir.  Əgər 

fəlsəfənin elm üçün əhəmiyyəti varsa, ədalət naminə göstərmək 

lazımdır ki, elmin də fəlsəfə üçün əhəmiyyəti van>.^^ 

Filosoflar  arasında  belə  bir  fikir  də  var  ki,  metodologiya 

fəlsəfənin  bir  momenti,  hissəsidir.  Digər  tərəfdən  isə 

metodologiya  fəlsəfədən  ayrılıb  və  müstəqil  inkişaf  edibdir. 

Lakin  metodologiya  fəlsəfədən  imtina  etməyib.  Hər  bir 

görkəmli  filosof  öz  ehtiyacına  uyğun  olaraq  özünün  xüsusi 

metodologiyasını  yaradır.  Beləliklə,  iki  tip  metodologiya 

mövcuddur:  müstəqil  intellektual  fənnə  çevrilən  professional 

metodologiya və fəlsəfə çərçivəsində yaranmış metodologiya. 

Elmi  idrakda  dialektikanın  böyük  rolu  var.  Dialektika 

ehkam-  çılığa  (doqmatizmə)  və  durğunluğa  qarşı  çıxır, 

təfəkkürün çevikliyini tələb edir. Dialektika elə təlimdir ki, hər 

şeyin  daim  inkişafda  və  hərəkətdə^lduğunu  əsas  götürür.  Bu 

mənada onun ciddi metodoloji əhəmiyyəti var. 

Fəlsəfi  metodologiyaya  adətən  aşağıdakı  funksiyaları  daxil 

edirlər: 

qnoseoloji-məntiqi 

funksiya; 

əlaqələndirici 

(koordinasiya)  və  birləşdirici  (inteqrasiya)  funksiya;  evristik 

funksiya. 

Marksizmə  görə  qnoseoloji-məntiqi  funksiyanın  əsas 

məqsədi  elmi  idrakın  universal  metodunun  hazırlanmasıdır. 

Lakin müasir dövrün bir çox görkəmli alimləri məsələnin belə 

qoyuluşu  ilə  razılaşmır  və  göstərirlər  ki,  elmdə  ümumiyyətlə 

universal metod ola bilməz. 

Biliyin  həqiqi  olması  üçün  məntiq  qanunlarına  əməl 

olunmalıdır.  Xüsusi  elmlər  təfəkkürü,  onun  qanunlarını  və 

mənti- 

Т.Парсонс. O структуре социального действия. M., «Академический Проект», 2000, 

с.69. 

31 



qin  kateqoriyalannı  ayrıca  öyrənmirlər.  Lakin  bununla  yanaşı 

onlar həmişə məntiqi-qnoseoloji üsulların hazırlanması zərurəti 

ilə  qarşılaşırlar.  Bəzi  müəlliflərin  fikrincə  bu  üsullar  mütləq 

empirik biliyə əsaslanmalıdır. Məsələn, T.Parsons təsdiq edirdi: 

«...Mübaliğəsiz  olaraq  deyə  bilərik  ki,  təxminən  Lokkdan 

başlayaraq müasir qnoseologiyanın baş problemi məhz empirik 

elmin  müddəalannın  düzgünlüyünün  fəlsəfi  əsasları  haqqmda 

məsələ olmuşduD).^* 

Əlaqələndirmə  (koordinasiya)  funksiyasının  mahiyyəti  elmi 

tədqiqatlar  prosesində  metodların  qarşılıqlı  münasibətini 

tənzimləməkdən  ibarətdir.  «İnteqrasiya»  termini  isə  ayn-ayn 

hissələri bütöv halında birləşdirmək mənasında bir çox elmlərdə 

və praktikada işlədilir və fəlsəfi anlayış kimi özünə yer tapır. 

Evristik  funksiya  isə  elmi  biliklərin  formalaşmasına,  o 

cümlədən  elmi  kəşflərdə  yeni  idrak  formalannm  aşkar 

edilməsinə  yönəldilmişdir. Proqnozlaşdırma funksiyası da belə 

anlamda evristik funksiyanın tərkib hissəsi olur. 

Fəlsəfəni  yalnız  indi  mövcud  olan,  hal-hazırkı  gerçəklik 

deyil, eyni zamanda həm keçmiş, həm də gələcək, mümkün olan, 

lazım  olan  da  maraqlandırır.  Gələcəkdə  geniş  imkan  dairəsini 

müəyyənləşdirməyə,  inkişafın  ən  perspektiv  tendensiyalarını 

üzə  çıxarmağa  yönəldilmiş  evristik-proqnostik  funksiyanın 

əhəmiyyəti daha da güclənəcək. 

Amerika  filosofu  Y.Adams  «Bu  gün  fəlsəfənin  missiyası» 

kitabında  haqlı  olaraq  yazır  ki,  müasir  sivilizasiyaya  baxışda 

fəlsəfənin  vəzifəsi  təfəkkür  mədəniyyətinin  səhvlərini  tənqidi 

analiz etməkdir. Onun fikrincə təfəkkür mədəniyyətində səhvləri 

mədəniyyətin  dağılmasına,  sosial  və  fərdi  patalogiyaya  gətirib 

çıxara bilər. Təəssüf ki, fəlsəfə indi mədəniyyətin tənqidçisi və 

yenidən qurulması missiyasını  yerinə  yetirmir. Bu onunla izah 

edilir ki, elmin müasir sivilizasiyada aparıcı rol oynadığı şəraitdə 

bir  sıra  filosoflar  (xüsusən  ingilisdilli)  elmin  qaldırdığı 

problemlərə daha çox meyl göstərirlər. 

Т.Парсоис. O структуре социального действия. M.. «Академический 

Проект», 2000, с.68. 

32 



4.

 

Əsas fəlsəfi anlayışlar (kateqoriyalar) 

4.1.

 

Kateqoriya anlayışı 

Məlumdur  ki,  hər  bir  elmdə  ilkin,  əsas  anlayışların 

(kateqoriyaların)  birliyi  mövcuddur.  Bu  fəlsəfəyə  də  aiddir. 

Fəlsəfi kateqoriyalar ən ümumi, fundamental anlayışlardır. 

Əl-Fərabi  demişdir:  «Ağılla dərk edilən mahiyyətin hər bir 

mənasının  şeyləri  xarakterizə  edən  ifadəsinə  biz  kateqoriya 

deyirik».” 

Kateqoriya  (yun.«kateqoriya»  -  fikir  söyləmək,  sübut) 

ümumiyyətlə anlayış deməkdir. 

Fəlsəfə tarixində Aristotel, Hegel və Marks ən böyük kate- 

qorioloq  olmuşlar.  Bütün  dövrlərin  filosofları  bu  və  ya  digər 

dərəcədə həmin məsələyə toxunmuşlar. 

Göstərmək  lazımdır  ki,  fəlsəfi  anlayışlar  plastik  (istənilən 

şəkilə salma bilən), dinamik və qeyri-sabitdir; onların məzmunu 

zaman-zaman  müxtəlif  fəlsəfi  cərəyanlar  yarandıqca  dəyişir, 

fəlsəfədə  iz  qoyan  mütəfəkkirlərin  düşüncə  tərzindən  və 

zövqündən asılı  olaraq  yeniləşir.  Lakin  bütün  bu dəyişgənliyə 

baxmayaraq fəlsəfi anlayışlar bəşəriyyətin öz qarşısına qoyduğu 

əsas problemləri başa düşmək qabiliyyətini saxlayır. 

Elmdən fərqli olaraq fəlsəfədə köhnəlmiş anlayışlar yoxdur, 

onlar  kənara  atılmır  və  əsrlərcə  öz  həyati  qüvvəsini  saxlayır. 

Köhnə, ilk baxışda tarixə qovuşan terminlər yenidən fəlsəfəyə 

qayıdır. 

Marksist  filosoflann  dediyinə  görə  fəlsəfi  kateqoriyalar 

hərəkət  formalarının  hamısına  xas  olan  tərəfləri,  xassələri  və 

münasibətləri  əks  etdirir.  Kateqoriyalar  vasitəsilə  insanların 

elmi  tədqiqat  və  praktiki  fəaliyyət  nəticəsində  əldə  etdikləri 

material başa düşülür, izah edilir, obyektin ən ümumi xasiyyəti 

aydınlaşdırılır.  Kateqoriyalann  əksəriyyətində  predmet  və 

proseslərin ayn-ayn tərəfləri və xassələri əks olunur: keyfiyyət, 

əkslik,  məzmun,  forma  və  s.  Bəzi  kateqoriyalar  çox  genişdir: 

materiya,  hərəkət,  inkişaf,  məkan,  zaman.  Varlıq  kateqoriyası 

isə bu kateqoriyalar ilə müqayisədə daha geniş anlayışdır. 

29

 



Ал-Фараби. Естественно-научные трактаты, с.358. 

33 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə