Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə6/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   2   3   4   5   6   7   8   9   ...   164

Fəlsəfənin  predmeti ən  geniş  mənada ümumiyyətlə  «dünya- 

insan»  sistemidir,  fəqət  hər  hansı  ümumi  yox,  elə  ümumi  ki, 

insanın ona münasibətilə bir başa bağlıdır. Beləliklə, fəlsəfə bü- 

tövlükdə  dünya  haqqında  və  insanın  bu  dünyaya  münasibəti 

haqqında bilikdir. Heç bir bilik sahəsində fəlsəfi dünyagörüşündə 

olduğu  qədər  geniş  problemlər  yoxdur.  Deməli,  ümumilik 

fəlsəfənin ən əsas və müəyyənedici əlamətidir. 

Əsrlər  boyu  fəlsəfə  sübut  tələb  etməyən  tam,  mübahisəsiz 

həqiqəti  -  aksiomaları  müəyyən  etməyə  can  atmışdır.  Fəlsəfi 

sistemlərin  xarakterik  xüsusiyyəti  bir  çox  hallarda  öz 

müstəsnalığını  iddia  etməsi  olmuşdur.  Məsələn,  elmi  idrakda 

axınncı söz olduğunu iddia edən Hegelin panlogizmini göstərmək 

olar. Fikrin mütləq zirvəsi kimi şərh edilən doqmalaşdınimış (eh- 

kamlaşdırılmış) marksizm də öz müstəsnalığını irəli sürürdü. 

Lakin,  fəlsəfənin  sonrakı  inkişafı  mütləq  həqiqətə  çatmaq 

iddiasından  imtina  edildiyini  göstərir.  Diqqət  mərkəzində  daha 

çox  insandan  yabançılaşan,  öz-özlüyündə  obyekt  (dünya)  və 

yaxud aynca götürülmüş subyekt (insan) deyil, onlann bir-birinə 

nüfuz edən birliyi dayanır. 

Fəlsəfəni 

maraqlandıran 

bütün 


problemlər 

ümumi 


dünyagörüşü, əbədilik baxımından şərh edilir. Biz kimik, haradan 

gəlib haraya gedirik?; varlığın başlanğıcı və qeyri varlıq ilə onun 

qarşılıqlı  münasibəti,  zamanın  sirri  və  onun  əbədiyyət  ilə 

qarşılıqlı əlaqəsi; varlığın sonsuzluğu və sonluluğu, onun tərkib 

hissələrinin ölümə məhkum olması; həyatın və şüurun meydana 

gəlməsi;  həyat  və  ölüm  anlayışları  və  s.  Bütün  bu  problemlər 

dünyanın bütövlüyü və orada insanın yeri məsələsində birləşir. 

Klassik  rasionalizm  (lat.  «rasionalis»  -  ağıllı,  ağılın  gücünə 

inarn)  fikrin  inkişafının  başlanğıcı,  ilk  səbəb  kimi  müxtəlif 

prinsiplər irəli sürürdü. Qədim yunan filosofu Falesə görə belə ilk 

əsas  «su»,  alman  filosofu  Hegelə  görə  -  «mütləq  ideya»,  başqa 

alman  filosofu  Şopenhauerin  fikrincə  -  «iradə»  («vol-  ya»), 

Marksın dediyinə görə isə «materiya» olmuşdur və s. 

İnsanın  dünyaya  münasibəti  fəlsəfənin  əbədi  predmetidir. 

Bununla yanaşı fəlsəfənin predmeti tarixən çevik olmuş, insanın 

özünün dəyişməsi ilə o da dəyişmişdir. 



16 


Bununla  yanaşı  son  zamanlar  bəzi  filosoflar  fəlsəfəni 

ümumiləşdirən nəzəri bilik hesab etmirlər. Məsələn, Emmanuel 

Levinas  (1906-1996)  bütün  fəlsəfəni  ağıl  dairəsində  olan 

nəzəriyyə  vəziyyətindən  çıxarıb  yenidən  qurmaq  istəmişdir. 

Fəlsəfədə zorakılığın kökünü o, simasız, şəxssiz ümumiləşmənin 

hökmranlığında görürdü. Bu sahədə E.Levinas heç bir avtoritet 

ilə hesablaşmırdı, istər Platonun «ideya»sı, istər Hegelin «kon- 

sepsiya»sı,  istər  Haydeggerin  fərddən,  xüsusidən,  konkretdən 

yüksəkdə  duran  «varlığı»  olsun  -  hamısının  əleyhinə  çıxırdı. 

Onun  fikrincə  hər  bir  ümumiləşdirmə,  hər  bir  bitərəflik  -  si- 

masızlıq, zorakılıqdır. 

Qeyd etmək lazımdır ki, insanın dünyanın ayn-ayn tərəflərinə 

münasibəti  hər  bir  dünyagörüşünün  əsas  məsələsidir.  Lakin 

fəlsəfə,,Ümumiyyətlə  dünya  haqqında,  varlıq  və  təfəkkürün 

ümumi prinsipləri haqqında elmdir. Başqa sözle^ fəlsəfi insanın 

Wdnyanı və bu dünyada özünü dərketmə vasitəsidir, 

XX əsr elm fəlsəfəsinin görkəmli nümayəndəsi K.Pop- perin 

(1902-1994) fikrinə görə «...Heç olmasa bir əsl fəlsəfi problem 

var  ki,  hər  bir  insan  onunla  maraqlanır.  Bu  kosmologiya 

problemidir - dünyanın və bu dünyanın bir hissəsi kimi biz də 

(biliyimiz ilə birgə) daxil olmaqla dərk edilməsi problemidir» J 

O,  pozitivistlərlə  mübahisə  apararaq  yazırdı:  «Filosof  məhdud 

mütəxəssis olmamalıdır. Mənə gəldikdə isə, mən elm və fəlsəfə 

ilə ona görə maraqlanıram ki,  yaşadığımız dünyanın sirləri, bu 

dünya  haqqında  insan  biliyinin  sirləri  haqqında  nə  isə  bilmək 

istəyirəm,  Və  mən  inanıram  ki,  yalnız,  bu  sirlərə  qarşı  marağı 

dirçəltməklə  elmi  və  fəlsəfəni  dar  ixtisaslaşmadan  xilas  etmək 

olar...».* 

K.Popper  fəlsəfəni  mənasız  bir  məşğələ  hesab  etmir  və 

göstərir ki,  fəlsəfə elmi  biliyin  fonnalaşmasmda  və inkişafinda 

böyük  rol  oynayır.  Elm  dəyişgən,  bilikdir.  Odur  ki,  elm 

fəlsəfəsinin vəzifəsi konkret biliyə əsaslanmaq deyil, bu biliyin 

dəyişməsini əsaslandırmaqdır (izah etməkdir). 

’ К.Поппер. Логика и рост научного знания. М., 1983, с.35. 

**¥600


 orada, s.44-45. 

17 


Alman filosofu Hegelin dediyinə görə  «Hər bir ayrı anlayış 

öz-özünü  doğuran  və  həyata  keçirən  ən  ümumi  anlayışdan  və 

yaxud məntiqi ideyadan çıxarılır. Ona görə də fəlsəfə ruhu əbədi 

ideyanın  zəruri  inkişafı  kimi  başa  düşməlidir...».’  Hegelin 

əqidəsinə  görə  ən  ümumi,  zəruri  şey  fəlsəfənin  predmeti  kimi 

müstəsna  olaraq  yalnız  təmiz  təfəkkürdə  mövcuddur,  ümumi 

təmiz  fikirdir.  Ruhun  bütün  formalarında  -  hisslərdə, 

müşahidədə,  təsəvvürdə  təfəkkür  əsasdır.  «...Əgər  başqa 

elmlərdə  məkan,  say  və  s.  təfəkkürün  predmetidirsə,  fəlsəfə 

təfəkkürün  özünü  təfəkkürün  predmeti  etməlidir».*®  Deməli, 

fəlsəfi biliyin dəqiq sərhəddi yoxdur. 

Filosofluq  etməyin  ümumi  prinsipləri  universaldır.  Lakin 

fəlsəfənin  mövcudluğu  və  inkişafı  bir  çox  siyasi,  ideoloji  və 

hətta milli amillərdən asılıdır ki, onlar fəlsəfənin şüurda necə əks 

olunmasının real mənzərəsini yaradır. 

Görkəmli  filosofların  öz  elmlərinin  predmeti  haqqında  olan 

daha bir neçə fikrini misal gətirək. 

XVIII əsr fransız mütəfəkkiri Volterə görə fəlsəfə müstəqil və 

tənqidi  təfəkkürdür. Hegelə  görə isə  «fəlsəfə fikirlərdə tutulub 

saxlanmış  epoxadır»  (tarixi  dövrdür).  Bu  fikir  ilə  K.Marksın 

aşağıdakı  sözləri  də  uyğundur:  «..  .Hər  bir  əsl  fəlsəfə  öz 

zəmanəsinin 

mənəvi 

kvintessensiyasıdiD) 



(cövhəridir). 

Həqiqətən də fəlsəfə hər şeydən əvvəl konkret tarixi dövrün və 

konkret  insanın  dünyagörüşüdür,  həmçinin  insanın  tarixən 

konkret dünyada ümumi istiqamət götürmə üsuludur. 

Pozitivistlərə  görə  fəlsəfə  müstəqil  elm  deyil.  Məsələn, 

O.Kont  (1798-1857)  təsdiq  edirdi  ki,  «fəlsəfə  öz  dövründəki 

elmin  yığcam  xülasəsidir».  L.Vitgenşteyn  hesab  edirdi  ki, 

fəlsəfənin predmeti yalnız elmin məntiqi təhlili ola bilər. İngilis 

filosofu A.C.Ayer (1910) təsdiq edirdi ki, fəlsəfə ümumiyyətlə 

elm deyil. O, bu fikrini sübut etmək üçün aşağıdakıları göstərir: 

1)  fəlsəfi  nəzəriyyələr  gələcək  hadisələr  və  yaxud  naməlum 

olaylar haqqında əvvəlcədən fikir söyləməyə imkan ver- 



® Гегель. Энциклопедия философских наук. Т.З. М., 1977, с.11. 

'"Yenə orada, s.l02. 

18 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə