Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə17/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   13   14   15   16   17   18   19   20   ...   164

Tək  və  ümumini  eyniləşdirən  başqa  fikir  də  geniş  yayılıb. 

Belə halda ümumi həmcins əşyaların birliyi kimi izah edilir. 

«Ümumi» və «tək» kateqoriyalan ilə yanaşı «xüsusi» kateqo- M 

riyası da işlədilir. Bu kateqoriya adətən tək ilə ümumini birləşdi- ^ rən 

həlqə kimi izah edilir. Xüsusinin özü təkə münasibətdə ümumi kimi

daha çox ümumiyə münasibətdə daha az ümumi kimi çıxış etdiyi üçün 

nisbidir. 

Məntiqi  ggpektd^  «xüsusi»  kateqoriyası  obyektin  əks 

tərəflərinin sintezT^ləkvə ümumi haqqında biliyi ifadə edir. 

Təki  üzə  çıxarmaq  üçün  nəzərdən  keçirilən  obyekti  mütləq 

başqalan ilə müqayisə etmək lazımdır. Lakin praktiki olaraq bu 

məsələ həlledilməzdir. Çünki ayn-ayn obyektlərin sayı həddən 

artıq çoxdur. Odur ki, praktikada adətən bu və ya digər obyekti 

yerdə qalanlann hamısı ilə deyil, yalnız bəzi, müəyyən predmet 

və  hadisələr  ilə  müqayisə  edirlər.  Bununla  əlaqədar  ümumini 

təkə  və  xüsusiyə  qarşı  qoymaq  zərurəti  meydana  gəlir.  Bir 

əşyanın  başqalan  ilə  müqayisə  edilməsi  gedişində  onlann 

arasındakı oxşarlıq və fərqlər aşkar edilir. Üzə çıxanlan oxşarlıq 

ümumi kimi, fərqlər isə xüsusi kimi nəzərdən keçirilir. Deməli, 

tək həmişə xüsusi rolunda çıxış edir, əşyanı və onun təzahürünü 

müqayisə olunduğu başqalanndan fərqləndirir. 

Ümumi təkrar olunan bu və ya digər dərəcədə (həmişə doğru 

və  tam  olmasa  da)  obyektdə  əsas  və  əhəmiyyətli  olanı  əks 

etdirir, buna görə də tək ümumi ilə nəinki əlaqədədir, həm də 

ondan  asılıdır.  Məsələn,  insanın  fərdi  xassələri  bütün  insanlar 

üçün ümumi olan xassələr (əmək qabiliyyəti, mücərrəd təfəkkür, 

aydın nitq) əsasında formalaşır. Odur ki, ümumi müəyyənedici 

əhəmiyyət kəsb edir. 

Mahiyyət həmişə təzahürlərdə ümumi kimi çıxış edir. Lakin 

hər bir ümumi əsas deyil, o ümumi, lakin əsas olmayan, təsadüfi 

xassələri  ifadə  edə  bilər.  Ona  görə  də  «ümumi»  kateqoriyası 

«mahiyyət»  kateqoriyasından  daha  genişdir,  bəzi  hallarda  isə 

uyğun  deyillər.  Mahiyyət  ümumidə  hərtərəfli  əhatə  olunmur, 

çox hallarda isə təhrif olunur (ümumi əsas olmayanda). 



49 




4.6.

 

Bütöv və hissə 

Əşya  sistem  kimi,  qarşılıqlı  əlaqədə  olan  elementlərin 

vəhdəti kimi «bütövdür»y onu təşkil edən elementlər isə «hissə» 

kimi çıxış edir. Hissə başqa törəməyə daxil və onun məzmunu 

və formasının momenti kimi çıxış edən törəmədir. Bütöv isə elə 

törəmədir  ki,  başqa  törəmələri  özünün  qarşılıqlı  əlaqədə  olan 

elementləri  kimi  birləşdirir  və  onu  təşkil  edən  hissələrdə 

olmayan xassələrə malikdir. 

Obyektin  bütöv  kimi  dərk  edilməsi  bu  obyektin  xassələrini 

tədqiq  etməyə  əsaslanır.  Bu  mərhələdə  obyektə  əsasən  canlı 

müşahidə  ilə  qavranıla  bilən  xarici  tərəfdən  baxılır.  Obyektin 

dərinliyinə nüftız edən təfəkkür bütövü hissələrə bölür, onların 

hər birini ayrılıqda tədqiq edir və hissələri bütövdə birləşdirərək 

obyekti mürəkkəb bütöv kimi yenidən yaradır. Bu da obyektin 

tərkibini  tədqiq  etmək  imkanı  yaradır.  Bütövün  hissələrə 

bölünməsi  və  hissələrin  yenidən  birləşdirilməsi  analiz  və 

sintezin  köməkliyi  ilə  həyata  keçirilir.  Bütövün  hissələrə 

bölünməsi  və  onun  hissələrinin  aynlıqda  tədqiq  edilməsi  - 

obyektin ayrı-ayrı, bir-birindən nisbətən təcrid olunmuş tərəfləri 

haqqında  biliyi  əhatə  edən  abstraksiyanın  (mücərrədliyin) 

yaranmasına gətirib çıxarır. 

Hissə və bütövü əks tərəflər kimi tədqiq edən Hegel yazırdı 

ki, hissələr bir-birindən fərqli və müstəqildir. Lakin onlar yalnız 

bir-biri  ilə  eyniyyət  münasibətində  olarkən  hissə  olurlar,  və 

yaxud, başqa sözlə, onlar bir yerdə götürüldüyünə görə bütövlük 

təşkil edirlər. Lakin bu bir yerdə əkslik və hissənin inkandır. 

Dialektik  yanaşma  o  deməkdir  ki,  bütöv  hissələrin  sadəcə 

olaraq  kəmiyyət  birləşməsi  ola  bilməz,  ona  görə  cəmlənmiş 

bütöv  (daş  yığını,  insan  kütləsi  və  s.)  adlanan  şey,  ciddi 

yanaşılsa,  bütöv  deyil.  Bu  birlik  xarici,  təsadüfi  əlaqələrlə 

xarakterizə  olunur.  Belə  bütövün  xassəsi  onu  təşkil  edən 

hissələrin xassələrinin adicə cəmlənməsidir. 

Dialektik  təfəkkür  hissə  və  bütövün  münasibətini  qarşılıqlı 

təsir kimi izah edir. Məhz belə təsirin sayəsində bütöv, onu 

50 



təşkil  edən  hissələrin  hər  birində  ayrılıqda  olmayan  xassəyə 

malik  olur.  Elə  hissələrin  qarşılıqlı  təsiri  bütövdə  yeni, 

birləşdirici xassələrin meydana gəlməsinə gətirib çıxarır. 

Hissələrin  qarşılıqlı  təsirinin  xarakterindən  asılı  olaraq 

bütövün  müxtəlif  tipləri  var.  Daha  sadə  tip  -  hissələrin  xarici 

qarşılıqlı  təsiri  ilə  xarakterizə  edilən  mexaniki  bütöv  hesab 

edilir. Daha mürəkkəb tip - qeyri-üzvi bütöv sayılır. Belə bütöv 

bir-birinin  xassəsini  qarşılıqlı  olaraq  dəyişdirən  hissələrin 

qarşılıqlı daxili təsiri ilə xarakterizə olunur (məsələn, elementar 

hissəciklərin qarşılıqlı təsiri). Ən yüksək üzvi bütöv (orqanizm, 

bioloji  növ,  cəmiyyət)  hissələrin  daxili  qarşılıqlı  təsiri  və 

bütövün xarici mühit ilə qarşılıqlı təsiri ilə xarakterizə olunur. 

Belə bütöv öz-özünə inkişaf etmək qabiliyyətinə malikdir. Üzvi 

təbiətli bütövdə hissələrin fəaliyyəti bütövdən kənarda mümkün 

deyil.  Hissənin  dəyişməsi  başqa  hissələrin  və  bütövün 

dəyişməsinə gətirir. 



4.7.

 

Sistem, element, struktur 

Element  nisbətən  sabit,  keyfiyyətcə  müəyyən  reallıqdır  ki, 

nisbətən sabit, keyfiyyətcə müəyyən başqa reallıqlarla qarşılıqlı 

əlaqədədir və onlarla birlikdə bütöv sistem təşkil edir. 

«Element» ilk dəfə kateqoriyalar sistemində yəqin ki, qədim 

yunan fəlsəfəsində özünə yer tapmışdır. Milet filosoflan Fales, 

Anaksimen və Anaksimandr «element» dedikdə bütöv dünyanı 

təşkil  edən  ilk  başlanğıc,  ilk  əsas  başa  düşürdülər.  Belə 

başlanğıc  Fales  üçün  su  idi.  Sonralar  dünyanın  bütün 

müxtəlifliklərinin  keyfiyyətcə  başlanğıc  elementlərinin  sayı 

dördə çatdınimışdır: su, hava, torpaq, od. 

Levkipp  və  Demokritin  atomist  nəzəriyyəsi  yaranandan 

sonra elementlər nəzəriyyəsi əhəmiyyətli dəyişikliklərə uğradı. 

Bundan sonra materialistlər atomları ilk başlanğıc hesab etdilər. 

Yunanların  irəli  sürdüyü  «atom»  anlayışı  isə  kiçik  əlavələrlə 

hələ XIX əsrin axırlarına qədər qaldı. 

«Element»  kateqoriyasının  məzmunu  haqqında  fəlsəfi 

anlayış  hələ  Hegelin  dialektik  konsepsiyasında  keyfiyyətcə 

ciddi 


51 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə