Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə28/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   24   25   26   27   28   29   30   31   ...   82

 
101 
və  nitritlərə  çevrilir.  Bu  cür  “azot  yığan”  bakteriyalar  iki 
növə ayrılırlar: bitki köklərində bilavasitə yaşayan və sadəcə 
torpaqda 
yayılmış 
bakteriyalar. 
Maraqlıdır, 
bu 
mikroorqanizmlər  azotu  necə  yığıb  fiksasiya  edə  bilirlər? 
Onlar bilavasitə havadan azotu mənimsəyərək onu oksigenlə 
birləşdirərək  bitki  köklərinə  ötürürlər.  Bitki  köklərində 
yaşayan  azot  yığan  bakteriyalar  özlərinə  lazım  olduğundan 
çox azot yığdığından, artıq qalanını bitki köklərinə ötürürlər 
və  ya  onların  bir  qismi  hansı  səbəbdənsə  məhv  olduqdan 
sonra bitki tərəfindən mənimsənilir. Bitki məhv olduqdan və 
ya məhsul biçildikdən sonra yenidən azot torpağa qayıdır.  
Hava azotunun əlaqələndirilməsi (fiksasiyası) 
 
      Sərbəst yaşayan, simbiotik olmayan torpaq bakteriyaları 
(Clostridium,  Azotobacter,  Rhodospirillum)  və  yosunlar 
(Nostoc,  Calothrix),  həmçinin  köküyumru  paxlalı  bitkilərin 
kökləri  ilə  əlaqəli  bakteriyalar  zülalın  konstitusion  sintezi 
üçün  havanın  azotundan  istifadə  edirlər  {86-88}.  
Şumlanmış torpaqda qeyri-simbiotik əlaqəli azotun miqdarı 
ildə  bir  hektara  7  kq,  çəmənliklərdə  isə  20  kq  təşkil  edir. 
Lakin,  çətin  ki,  o,  azot  gübrəsindən  həddən  çox  istifadə 
edildiyi zaman əhəmiyyətli rol oynaya bilsin, çünki bu halda 
mikroorqanizmlər  başlıca  olaraq  azot  gübrəsi  ilə 
qidalanırlar.  Simbiotik  əlaqəli  azot,  paxlalı  bitkiləri  gübrə 
olmadan yetişdirən zaman bir il ərzində bir hektar sahəni 60 
kq azotla təmin edir. Torpağın həddən çox turşulaşdırılması, 
qida  maddələrinin  çatışmaması,  fiziki  şərtlərin  qeyri-
qənaətbəxş  olması  və  bakteriofaqlarla  yox  etmə  yumrukök 
bakteriyaların məhvinə gətirib çıxarır. 
 
 
 
 


 
102 
Amonifikasiya 
      Üzvi  şəkildə  əlaqələnmiş  azotun  bir  hissəsi  bir  sıra 
müxtəlif  mikroorqanizmlər  vasitəsi  ilə  ammonium 
ionunadək minerallaşır: 
R—NH
2  
+  2H
2
O→ NH
4
OH  +  RОН 
Nitrifikasiya 
      Üzvi  maddələrdən  azad  olmuş  və  ya  mineral  gübrələrlə 
torpağa  verilmiş  amonium  ionu  əlverişli  şəraitdə 
mikroorqanizmlərin  təsirindən  cəld  nitrit  və  nitratlara 
oksidləşir: 
1-ci mərhələ:  
2NH
4
+  
+ 3O
2
 → 2NO
2
 + 2Н
2
О + 4Н
+  
+  
enerji  
2-ci mərhələ:  
2NO
2

+ O

→ 2NO
3
  
+  
enerji  
Birinci  mərhələdə  aralıq  məhsul  kimi  hidroksilamin  və 
hiponitrit  alınır.  Nitrifikasiya  əsas  etibarı  ilə  birinci 
mərhələdə  Nitrosomonas  və  ikinci  mərhələdə  isə 
Nitrobacter bakteriyaları ilə həyata keçir. Amonifikasiyadan 
fərqli  olaraq  burada  pH  kəmiyyəti  müəyyən  rol  oynayır. 
Reaksiya üçün ən sərfəli şərait pH-ın zəif turşu və zəif əsasi 
olmasıdır.  Torpağın  güclü  turşulaşdırılması  nitrifikasya 
prosesini  zəiflədir.  Torpağın  temperaturunun  5-10  °С-dək 
aşağı düşməsi nitrifikasiya prosesini ümumiyyətlə yox edir. 
O, həm də torpağın lazımi qaydada nəmləndirilməsi zamanı 
yaxşı aerasiyasından da (havalandırılmasından) əhəmiyyətli 
dərəcədə  asılıdır.  Hidrogen  ionlarının  azad  olması 
nəticəsində nitrifikasiya torpağı turşulaşdırır. 
 


 
103 
Denitrifikasiya 
Müəyyən  tip  bakteriyalar,  göbələklər  və  aktinomitseitlər 
nitrat  ionlarını  qaz  şəkilli  azota  (N
2
)  reduksiya  edirlər. 
Aralıq  məhsul  kimi  nitrit  ionu  NO
2
-
  və  azot-1  oksid  N
2

əmələ  gəlir.  Denitrifikasiya  oksigenin  azlığı  şəraitində 
sürətlənir,  çünki  bu  halda  nitrat  və  nitrit  ionları 
mikroorqanizmlər  tərəfindən  tənəffüs  üçün  sərf  olunur. 
Denitrifikasiya  bilavasitə  kimyəvi  proses  kimi  baş  verə 
bilər.  Nitritlər  üzvi  birləşmələrin  fenol  hissəsinin  hidroksil 
qrupları  ilə  reaksiyaya  girərək  azot  və  az  miqdarda  azot-1 
oksid  əmələ  gətirirlər.  İntensiv  kimyəvi  denitrifikasiya  рН 
4,5—6,5  qiymətlərində  baş  verir.  Bioloji  denitrifikasiya 
əksinə,  pH-ın  5,5-dən  kiçik  qiymətlərində  yox  olur. 
Qazşəkilli  amonyak,  torpaqda  yüksək  qatılığa  malik 
amonium ionlarının pH-ın yüksək olan halında əmələ gəlir: 
NH
4
+  
+  OH  

  NH

+  H
2
O    
Amonyak  torpaq  səthində  və  ya  ona  yaxın  məsafədə  azad 
olduqda çoxlu miqdar azotun itirilməsinə səbəb olur. 
Hava azotunun kimyəvi yolla fiksasiyası 
{89,90}
 
 
     XIX  əsrdə  azotla  əlaqəli  zəngin  mənbə  təbiətdə  aşkar 
oldu.  Bu  –  nitrat  turşusunun  natrium  duzu  olan  Çili 
şorasıdır.  Onun  unikal  məskəni  dünyada  yeganə  olan 
Cənubi  Amerikanın  Çili  regionundadır.  Və  təəccüblü 
deyildir  ki,  1879-cu  ildə  bu  zəngin  şora  yataqlarının  əldə 
edilməsi  uğrunda  sərhədyanı  Tarapaka  əyalətində  Peru, 
Boliviya  və  Çili  arasında  müharibə  başladı  və  bu 
müharibədə  Çili  qələbə  qazandı.  Lakin  dünyanın  azot 
gübrəsinə tələbatını çili yatağı təmin edə bilməzdi.   


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə