16
qarşıya qoyulmuş məsələ ərazinin mikobiotasında və aeromikobiotada yayılmış toksigen növlərin
təsirindən bioaləmdə baş verə biləcək potensial mənfi xüsusiyyətləri aydınlaşdırmaq baxımından
aktual mövzudur.
Təqdim olunan işin məqsədi Chaetomium cinsli göbələklərin toksigen nümayəndələrinin şə-
hər ərazisində yayılmasının, say və növ tərkibinin, ekoloji xüsusiyyətlərinin öyrənilməsindən ibarət
olmuşdur.
Material və Metodlar
Ərazidəki Chaetomium cinsli toksigen növlərin tədqiq edilməsi məqsədilə Bakı şəhəri
ərazisindəki müxtəlif rayonlardan torpaq nümunələri götürülmüş və torpağın durulaşdırılması
metodu ilə tədqiq edilmişdir. Torpağın durulaşdırılması üçün 1 qr torpaq nümunəsi götürülmüş və 9
ml distillə suyunda həll edilmişdir. Bu qarışığın 1ml- i götürülərək yenidən üzərinə 9 ml distillə
suyu əlavə edilmiş və nəticədə torpağın 0, 01- nisbəti alınmışdır. Torpaqdan ayrılmış göbələk kultu-
ralarında bakteriyaların olmaması üçün penicillin tərkibli antibiotikdən istifadə edilmişdir. Bununla
belə şəhər aeromikobiotasında yayılmış göbələklərin də tədqiqi aparılmış və bu məqsədlə sedimen-
tasiya metodundan istifadə edilmişdir. Bunun üçün qidalı mühit yerləşdirilmiş petri kasaları müxtə-
lif ərazilərdə ağzı açıq vəziyyətdə torpağın səthində müəyyən müddət ərzində saxlanılmış və sonra-
kı 3-7 gün ərzində kulturalardakı göbələk koloniyaları identifikasiya edilibdir. Göbələk koloniyala-
rının inkişafı üçün isə SDA(səməni suyu aqarı) qidalı mühitindən istifadə edilmişdir.
Alınan nəticələr və onların müzakirəsi
Tədqiqat zamanı Bakı şəhəri ərazisi seçilmiş və müxtəlif ərazilərdəki torpaqlardan və hava
təbəqəsindən ayrı-ayrılıqda 4 ədəd olmaqla nümunələr götürülmüşdür. Tədqiqat zamanı
həm torpaq,
həm də hava təbəqəsindən götürülmüş nümunələrdən əldə edilmiş kulturaların hər biri ayrı ayrılıqda
nömrələnmiş və vizual müxtəlifliklər əsasında nömrələnmiş kulturalardan ayrılan hər bir göbələk
koloniyası təmiz kulturaya çıxarılmış və petr kasaları 7 gün ərzində 25-27C-lik temperaturda
saxlandıqdan sonra buradakı koloniyaların hər biri ətraflı şəkildə öyrənilmişdir. Öyrənilmiş
koloniyaların hər biri morfoloji, fizioloji, biokimyəvi və morfo-kulturoloji xüsusiyyətləri əsasında
növ səviyyəsində identifikasiya edilmiş, eyni zamanda ədəbiyyat məlumatlarına əsasən qeydə
alınmış nümayəndələrin toksigenliyi, patogenlik və digər potensial mənfi xüsusiyyətləri ətraflı
şəkildə aydınlaşdırılıbdır. Apardığımız tədqiqat nəticəsində kulturaların hər birində göbələk
koloniyalarının sıxlığı müşahidə edilmiş və öyrənilmiş mikotoksinlərin təsir xüsusiyyətləri
sağlamlıq baxımından qiymətləndirilərək müəyyənləşdirilmişdir. Beləliklə nəticələr göstərir ki,
şəhər ərazisində Chaetomium cinsli növlərlə yanaşı, həmçinin Aspergilllus, Fusarium, Penicillium,
Cladosporium, Stachybotrys kimi cinslərin də geniş yayıldığı qeyd edilibdir. Lakin görülən işin
məqsədi əsasən Chaetomium növlərin aydınlaşdırılması olduğundan əsasən bu nümayəndələrin say
və növ tərkibi, ekologiyası, yayılması müəyyənləşdirilmişdir. Beləliklə, ümumən cinsin şəhər
ərazisində 3 növü aşkarlanmışdır ki, bunlar C.globosum, C.cupreum, C.atrobrunneum kimi nüma-
yəndələr olubdur. Onu da qeyd etmək lazımdır ki, torpaq mikobiotasında hər 3 növə rast gəlin-
məsinə baxmayaraq, aeromikobiotada yalnız C.globosum növlü göbələklər tərəfindən sintez olunan
aerogen askosporlar qeydə alınıbdır. Eyni zamanda C.globosum torpaq mikobiotasında da digər
növlərlə müqayisədə daha geniş formada yayılıbdır. Bu isə şəhər ərazisində cinsin digər növləri ilə
yanaşı C.globosum növünün dominantlıq etdiyini göstərir. Ədəbiyyat məlumatları əsasında
C.globosum növünün yüksək potensial patogenlik və toksigenlik xüsusiyyətləri, sintez olunan
mikotoksinlərin təsir xüsusiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, növ tərəfindən əsasən emodin-
lər, chrysophanollar, chaetoqlobosin A,B,C,,D,E və F kimi mikotoksinləri geniş miqyasda sintez
edir. Bu mikotoksinlərin isə sitoplazmatik membrana təsir göstərməklə sitotoksiki, həmçinin hepa-
totoksiki, nevrotoksiki, dermatoksik təsirləri mümkündür. Qeyd edilən bu toksinlər hətta çox az bir
dozada belə insan və heyvan hüceyrələri üçün sitotoksiki təsirə malikdirlər. Eyni zamanda
17
nümayəndələr tərəfindən sintez olunan aerogen sporlar yüksək allergenlik xüsusiyyətləri ilə
seçilərək müəyyən astma, sinusit və digər respirator xəstəliklərə səbəb olur. Bundan əlavə növlər
tərəfindən sintez edilən chetominlər qram müsbət bakteriyalara qarşı yüksək toksigenlik kimi təsirə
malik olduğundan bu toksin bitkilərin bakterial xəsətəliklərinə qarşı davamlılığında geniş formada
istifadə edilir.
Nəticələr göstərmişdir ki, Chaetomium cinsli toksigen göbələklər digər ərazilərlə müqa-
yisədə neft və neft məhsulları və eləcə də sənaye tullantıları ilə çirklənmiş ərazilərdə daha çox rast-
lanır. Belə toksinli növlərin isə ədəbiyyat məlumatlarına əsasən, həm bu ərazilərdə inkişaf edən
bitkilər üçün, həm də burada məskunlaşan insan və heyvanlar üçün zərərli təsirləri də məlumdur
[1,2]. Eyni zamanda digər ərazilərlə müqayisədə belə ərazilərdə toksigen göbələklərin say tərki-
bində olan çoxluq, həmçinin digər toksinli göbələklərin ümumi inkişafında olan belə aktivləşmə
torpağın çirklənmə dərəcəsinin təsiri ilə əlaqədar baş verir. Eyni zamanda aparılan tədqiqat
nəticəsində aydınlaşdırılmışdır ki, turş mühit bu cinsli göbələklərin inkişafı üçün optimal mühit
olduğundan növlər daha çox belə bir şəraitdə daha da geniş formada toksin sintez edir.
ƏDƏBİYYAT
1.
K.S.Alkişiyeva, G.M.Seyidova . Texnogen təsirə məruz qalmış torpaqların mikobiotasının
xarakteristikası(Binəqədi rayonunun nümunəsində).AMEA-nın Mikrobiologiya İnstitutunun
elmi əsərləri, Vol 13, No 1, səh. 309-313, 2015
2.
K.S.Alkişiyeva, S.Ə.Abdullayeva, Abşeronda yayılmış toksigen göbələklərin növ tərkibi,
AMEA-nın Mikrobiologiya İnstitutunun
elmi əsərləri, Vol 12, No 1, səh.259-262, 2014
3.
Arx, J.; Guarro, J.; Figueras, M, (1986). "The Ascomycete Genus Chaetomium" Berlin:
Stultgart
4.
Kim, D.; Lee, M.; Suh, M.; Ha, G.; Kim, H.; Choi, J. (2008), "Onychomycosis Caused by
Chaetomium globosum". Ann Dermatol 25(2): 232-236
5.
Fogle MR, Douglas DR, Jumper CA, Straus DC. Growth and mycotoxin production by
Chaetomium globosum. Mycopathologia, 2007;164:49–56
6.
Guarro, J., L. Soler, and M. G. Rinaldi. 1995, Pathogenicity and antifungal susceptibility of
Chaetomium species. Eur
J Clin Microbiol Infect Dis, 14:613-618
7.
Horie Y, Udagawa S., 1990 New or interesting Chaetomium species from herbal drugs
Trans Mycol Soc Japan 31:249-258
8.
St. Germain G, Summerbell RC. Identifying Filamentous Fungi: A Clinical Laboratory
Handbook. Star Publishing Company; Belmont, CA: 1996
9.
Nielsen KF. Mycotoxin production by indoor molds. Fungal. Genet. Biol, 2003, 39, 103–117
10.
Natori S. Toxic cytochalasins. In Rodricks JV, Hesseltine CW, Mehlman MA, editors.
Mycotoxins in Human and Animal Health. Pathotox Publishers; Park Forest South, Illinois:
1977
11.
Ohtsubo K, Saito M, Sekita S, Yoshihira K, Natori S. Acute toxic effects of chaetoglobosin
A, a new cytochalasan compound produced by Chaetomium globosum, on mice and rats.
Jap. J. Exp. Med. 1978, 48, 105–110
ABSTRACT
K.S.Alkichiyeva
S.A.Abdullayeva
Ecology of toxigenic chaetomium species spread in the city of Baku
In this presented work were studied the composition of the toxigenic Chaetomium species,
which have been distributed in the city of Baku. According to the soil samples were taken from the
studied area in the city of Baku were determined that 3 species were spread in these area. Thus
C.globosum, C.cupreum, C.atrobrunneum were identified predominant species and at the same
time our study was demonstrated that these members of this genus seems to be more higher in