7
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
ƏLİYAR İBRAHİMOV
e-mail: aliyaribragimov@mail.ru
FATMAXANIM NƏBİYEVA
AMEA Naxçıvan Bölməsi
UOT:581.6
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SUBALP BİTKİLƏRİ
(MONOCOTYLEDONAE) VƏ ONLARIN İQTİSADİ ƏHƏMİYYƏTİ
Açar sözlər:
subalp qurşağı,
flora, bitkilik, hündürotluq, otlaq, biçənək, bioehtiyat, dərman
Key words: subalpine zone, flora, vegetation, high-grass, pasture, hayfield, bioresource,
silage, medicinal
Ключевые слова: субальпийское пояс, флора, растительность, высокотравье,
пастбища, сенокосы, биоресурсы, силос, лекарственный
Naxçıvan Muxtar Respublikası malik olduğu flora və bitkiliyin zənginliyi ilə fərqlənir.
Regionun ərazisində yayılmış müxtəlif həyat formalı, təsərrüfat əhəmiyyətli və nadir bitkiləri
hündürlük qurşaqları üzrə şaquli zonallıq qanunauyğunluğuna müvafiq olaraq paylanmışdır. Hər bir
hündürlük qurşağının bitkiləri buradakı torpaq-iqlim xüsusiyyətlərinə, yaşayış məskənlərinin
ekoloji şəraitinə tam uyğunlaşaraq normal inkişaf etmək və öz arealını genişləndirmək imkanına
malikdirlər. Digər hündürlük qurşaqlarından, qonşu dövlətlərin ərazisindən müxtəlif yollarla bura
düşmüş kosmopolit, adventiv, sinantrop bitkilər həmin hündürlük qurşaqlarının komponentləri
sayılır. Onlar mövcud səraitə uyğunlaşaraq yaşayış uğrunda mübarizədə qalib gələrək yaşayır,
yaxud uyğunlaşmayıb məhv olurlar. Təbii ekosistemlərin florasını, bitkilik tiplərini formalaşdıran
aborigen növlər fitosenozların məhsuldarlığının artırılmasında, maddələr və enerji mübadiləsində,
həmçinin başqa iqtisadi yönümlü problemlərdə mühüm rol oynayırlar.
Bu baxımdan bioloji ehtiyatlarla daha zəngin olan, heyvandarlığın əsas yem bazasını təşkil
edən subalp hündürlük qurşağında yayılmış bitkilərin növ sayının dəqiqləşdirilməsi, qlobal iqlim
dəyişiklikləri şəraitində müasir vəziyyətinin tədqiqi, muxtar respublikanın iqtisadi həyatında yeri və
rolunun qiymətləndirilməsi günün tələblərinə cavab verən həlli vacib problem məsələlərdən biridir.
Ədəbiyyat mənbələrinin [1, s. 173-175; 3; 6, .81 p.; 8, s. 17.374; 9, s. 13-317], “Herbari fondu”nun
araşdırılması və toplanılmış faktik materiallar əsasında muxtar respublikanın subalp qurşağında
yayılmış ali bitkilərin birləpəlilər sinfinə aid olan bitkilərinin aşağıdakı növ sayı müəyyən edilmiş
və taksonomik spektri tərtib olunmuşdur.
1. Fam.: Aspleniaceae Newm. - Qamçılıcakimilər
Asplenium septentrionale (L.) Hoffm. - Şimal q.
Ceterach. officinarum Willd. - Dərman seteraxtı
2. Fam.: Vudsiyakimilər – Woodsiaceae (Diels) Herter
Woodsia alpine (Bolt.) S.F. Gray. – Alp vudsiyası
Athyrium distentifolium Tausch ex Opiz. - Sərilənyarpaq q.
Cystopteris fragilis (L.) Bernh. - Kövrək qovuqluca
3. Fam.: Dryopteridaceae R.- C.Ching – Ayıdöşəyikimilər
Dryopteris filix - mas (L.) Schott - Erkək ayıdöşəyi
Polystichum lonchitis (L.)Roth - Nizəvari cərgəvər
4. Fam.: Ophioglossaceae (R.Br.) Agardh. – İlanotukimilər
Botrychium lunaria (L.) Swartz in Schrad., Jorun – Yarımay salxımotu.
5. Fam.: Pinaceae Adans. - Şamkimilər
Pinus kochiana Klotzsch ex C.Koch- Kox şamı
6. Fam.: Equisetaceae Michx. ex DC. – Qatırquyruğukimilər