14
ABSTRACT
Aliyar İbragimov
The subalpian plants of Nakhchivan Autonomous Republic (monocotyledoneae) and
their economic significance
The article provides information about distribution plants of Nakhchivan Autonomous
Republic in subalpine zone and their economic importance. The subalpine zone is located between
the upper forest and the alpine zone on 1800-2800 m heights from above sea level. It determined
that in 28 families combined 81 genera and 190 species. Family Poaceae Barnhart is in the first
place with 35 genera (43,21%) and 73 species (38,42%). Vegetation of subalpine zone is used as
hayfield, pasture, fruit, berry and technical-medicinal plants are supplied.
РЕЗЮМЕ
Алияр Ибрагимов
Субальпийские растения Нахчыванской Автономной Республики
(monocotyledonae) и их экономическое значение
В статье даны сведения о распространение субальпийских растений в Нахчыванской
Автономной Республике (класс однодольные) и информированы об их экономической
значимости. Субальпийский пояс расположень между верхне лесные зоны и альпийский
пояс, 1800-2800 м над. у.м. Определены, что в 28 семейств объединяться 81 родов и 190
видов. Семейство Poaceae Barnhart. 35 родов (43,21%) и 73 видов (38,42%) стоит на первом
месте. Растительность субальпийский пояс используются в качестве сенокосы, пастбища,
заготовливают фруктоягодные и техническо-лекарственные сырье.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)
15
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
KƏMALƏ ALKİŞİYEVA
SÜSƏN ABDULLAYEVA
AMEA-nın Mikrobiologiya İnstitutu
UOT: 582.28
BAKI ŞƏHƏRİ ƏRAZİSİNDƏ YAYILMIŞ CHAETOMİUM CİNSLİ TOKSİGEN
GÖBƏLƏKLƏR VƏ NÖVLƏRİN EKOLOJİ XARAKTERİSTİKASI
Açar sözlər: Bakı şəhəri, Chaetomium cinsi, mikotoksinlər, mikobiota, allergenlər, chaeto-
qlobosinlər
Keywords: The city of Baku, species of Chaetomium, mycotoxins, mycobiota, allergens,
chaetoqlobosins
Ключевые слова:
в городе БАКУ,
род
Chaetomium,
микотоксины,
микобиота,
аллергены
Chaetomium cinsli növlər Ascomycota şöbəsinin Sordariales sırasına daxil olub, müxtəlif
mühitlərdə, xüsusən sellüoza ilə zəngin substratlarda və bitki qalıqlarında geniş formada
yayılıblar[8]. Növlər sellüoza tərkibli maddələrin parçalanmasında xüsusi rol oynayır. Həmçinin
bəzi növlər müəyyən bitkilər üçün endofitlik xüsusiyyəti daşıyaraq müəyyən bitkilərdə əksər ağır
metalların mənfi təsirliliyinə qarşı tolerantlıq yaradır. Bu baxımdan cinsin bir sıra nümayəndələri
qarğıdalı bitkisində yaranan stress faktoruna qarşı müdafiə roluna malik olduğundan kənd
təsərrüfatında istifadə edilir[6,7]. Ədəbiyyat məlumatlarına əsasən cinsin 95 növü məlumdur
(Dictionary of the Fungi 10th edition, 2008). C.atrobrunneum, C.cupreum, C.globosum, C.murro-
rum, C.funicola , C. carinthiacum, C. elatum, C. grande, C. interruptum, C. iranianum, C. Jatro-
phae, C. megalocarpum, C. rectangulare, C. strumarium, C. truncatulum, C. olivaceum, C. Undu-
latulum kimi növlər cinsin ətraflı şəkildə öyrənilmiş nümayəndələridir[3]. Bununla belə növlərin
çoxsaylı mənfi xüsusiyyətləri də məlumdur. Cinsə daxil olan nümayəndələr iqtisadi baxımdan əhə-
miyyətli olan müxtəlif bitki və tərəvəz məhsullarında geniş məskunlaşaraq məhsulların yüksək tok-
sikliyi ilə seçilən mikotoksinlərlə çirklənməsinə səbəb olur. Eyni zamanda növlər potensial
patogenlik xassəsi göstərərək insan və heyvan orqanizmlərində müəyyən mənfi təsirlər yaratmaq
qabiliyyətinə malikdirlər. Belə ki, cinsə mənsub növlər tərəfindən sintez olunma nəticəsində miko-
toksinlərlə çirklənmiş məhsulların insan və heyvan orqanizmləri tərəfindən qəbulu, həmçinin də
aeromikotada yayılmış növlər tərəfindən sintez olunan aerogen askosporların hava axını ilə
tənəffüs vasitəsilə qəbulu zamanı bu nümayəndələrin canlı orqanizmlərə hepatotoksik, mutagenik,
nevrotoksiki, dermotoksiki, immunotoksiki və allergiya ilə nəticələnməsi mümkün olan mənfi
təsirləri qeyd edilir[4,5,10]. Həmçinin cinsə məxsus növlər tərəfindən sintez olunan aerogen sporlar
çox yüngül olduqlarından məişət mühitində sürətlə yayılmaq qabiliyyətinə malikdir və əksər
tədqiqatlar göstərir ki, növlər tərəfindən sintez olunan Chaetoqlobosin Avə B, cochliodinol və bu
kimi digər mikotoksinlər hüceyrədə baş verən replikasiya prosesini məhdudlaşdırmaqla əksər bitki,
heyvan və insan orqanizmləri üçün sitotoksiki təsir göstərir[9,11].
Cinsin bütün qeyd edilən göstəriciləri növlərin geniş miqyaslı mənfi təsirlərinin olmasını
göstərir. Bu səbəbdən ərazidə yayılan patogen, opportunist- patogen və xüsusən də toksigen
nümayəndələrin ərazidəki say və növ tərkibinin, yayılma xüsusiyyətlərinin və nümayəndələrin
inkişafı üçün optimal mühit şəraitinin müəyyənləşdirilməsi və ətraflı şəkildə öyrənilməsi xüsusi
əhəmiyyət kəsb edir. Eyni zamanda bütünlüklə qeyd edilmiş əlamətlərin qiymətləndirilməsi
mövcud olan torpaq mikrobiotasının keyfiyyət dəyişkənliklərini öyrənməyə əsas verir. Həmçinin,
Dostları ilə paylaş: |