19
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
AFAQ ƏLİYEVA
UOT: 581.9
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ BORAGİNACEAE
JUSS. FƏSİLƏSİ BİTKİLƏRİNİN ARAŞDIRILMASI PROSESİNDƏ ƏLDƏ
EDİLƏN NƏTİCƏLƏR
Açar sözlər: növ, fəsilə, flora, Boraginaceae Juss
Key words:
species, family, flora, Boraginaceae Juss
Ключевые слова: сорт, семейства, флора, Boraginaceae Juss
Naxçıvan Muxtar Respublikası, əsasən, dağlıq ölkədir. Regionun istər dağlıq hissəsində,
istərsə də geniş sahələri əhatə edən digər tədqiqat ərazisində çoxsaylı qayalıqlar, daşlı-çınqıllı quru
yamaclar, çəmən və bozqırlar, meşə və kolluqlar, geniş meşəkənarı otlaqlar, su hövzələri vardır.
Qeyd olunan sahələrin hər biri ayrı-ayrılıqda özünəməxsus flora və bitkiliyə malikdir. Onlar
birlikdə ərazinin təbii ekosistemlərini əmələ gətirir. Naxçıvan Muxtar Respublikasınn Arazboyu
düzənliklərində (Sədərək, Şərur, Kəngərli, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı, Dəstə, Ordubad),
eyni zamanda bütün dağlıq sahələrin bitki aləmində Sümürgənçiçəklikimilər –
Boraginaceae Juss.
fəsiləsindən olan bitkilər də iştirak edir.
Ərazinin dağlıq sahələrinin torpaq-iqlim şəraiti burada müxtəlif həyat formalı bitkilərin,
həmçinin bitkilik tiplərinin inkişafı üçün daha əlverişli olduğundan böyük zənginliyə malikdir.
Ərazinin yüksək dağlıq
hissəsində Boraginaceae Juss. fəsiləsinin faydalı, nadir,
endemik bitkiləri az
öyrənilmişdir. Bu istiqamətdə onlar haqqında tədqiqat işlərinə tək-tək rast gəlinir. Buna görə də
muxtar respublikanın florasında fəsilənin rolu və əhəmiyyətinin tədqiqi problemi müstəqil mövzu
olaraq işlənməsi zəruri hesab edilmişdir.
Regionun dağlıq hissəsi, dağətəyi, aşağı dağlıq, orta dağlıq, yuxarı dağlıq və yüksək dağlıq
qurşaqları ilə təmsil olunur. İstər dağlıq hissənin, istərsə də Arazboyu düzənliklərin səhra,
yarımsəhra ekosistemlərində oxşar tərkibli flora və bitki örtüyü mövcuddur. Buna baxmayaraq,
onlarda fərqli bitki növləri və fitosenozlar da diqqəti cəlb edir. Bu regionda
Boraginaceae Juss.
fəsiləsi bitkilərinin və fitosenozlarının tədqiq olunması, onun təbii sərvətlərinin üzə çıxarılması,
mühafizəsi, səmərəli və davamlı istifadəsi son dərəcə vacib, təxirəsalınmaz dövlət əhəmiyyətli
aktual məsələdir.
Boraginaceae Juss. fəsiləsi nümayəndələri təbii ekosistemlərdə özünəməxsus bioekoloji
xüsusiyyətləri, fitosenoloji quruluşu, növ müxtəlifliyi ilə fərqlənir. Uzunmüddətli, intensiv otarma
nəticəsində dağlıq sahələrdə torpaqların fiziki xassələri, mineral tərkibi, quruluşu güclü şəkildə
dəyişmişdir. Təbii və antropogen təsirlərlə əlaqədar torpaqların eroziyaya uğraması prosesi artmış,
bitki örtüyünün bozqırlaşmağa meyilliyi güclənmişdir. Ekosistemlərdə yerli aborogen bitki növləri
azalmış, onların yerini adventiv, kosmopolit bitkilər tutmuşdur.
Boraginaceae Juss. fəsiləsinə daxil
olan bitkilər arasında qiymətli yem, dərman, bal verən və digər faydalı biki növləri ilə yanaşı, nadir
bitkilər də az deyildir. Digər tərəfdən, bu fəsilənin bir çox növü Azərbaycan respublikasında ancaq
Naxçıvan MR ərazisi üçün səciyyəvidir. Nax. MR florasına çöl tədqiqatları zamanı yeni bitki
növlərinin tapılıb əlavə olunması [5, s.71-74; 6, s. 145-147], az tədqiq olunmuş
Boraginaceae Juss.
fəsiləsində də yeni növlərin axtarışına zəmin yaradır. Mövcud təbii ekosistemlərdə və
aqrofitosenozlardakı rolunu, faydalı növlərinin dəqiq yerini, bolluğunu, məhsuldarlığını, dəyişilmiş
yeni yayılma məskənlərinin aşkar edilməsi kimi həll olunması vacib digər çoxsaylı problem
məsələlər Naxçıvan MR-də
Boraginaceae Juss. fəsiləsinin tədqiqat obyekti kimi seçilib işlənməsinə
əsas vermişdir.