5
vanları eyni şəraitdə saxladıq. IV qrupdakı heyvanlar nəzarətdə olmaqla adi yemləmə şəraitində
saxlanıldı.
Tədqiqat müddətində orta nəticəni almaq üçün 3 dəfə bitki verilməmişdən əvvəl, 3 dəfə veri-
lən müddətdə, 3 dəfə isə verildikdən sonra həm təcrübə, həm də nəzarət qrupunda olan heyvanların
bədən temperaturunu ölçürdük.
Bədən temperaturu heyvanın yaşından, cinsindən, günün vaxtından və orqanizmin fizioloji
vəziyyətindən asılıdır. Cavan, həmçinin erkək heyvanların bədən temperaturu yaşlılara və dişilərə
nisbətən yüksək olur. Eyni zamanda axşam heyvanların temperaturu gündüzə nisbətən aşağı olur.
Heyvanlar nisbətən uzun müddət ac qaldıqda onların temperaturu aşağı enir. Bütün bunları nəzərə
alaraq heyvanları qruplaşdırarkən onların cinsiyyət və yaşını nəzərə alırdıq. Qoyunların
temperaturunu hər gün eyni vaxtlarda ölçürdük. Heyvanların temperaturu kimyəvi və fiziki
tənzimlənmə hesabına daim sabit qalır. Kimyəvi tənzimlənmə istilik tənzimlənmə mərkəzinin
fəaliyyəti hesabına əzələ, qara ciyər, həzm traktında və s. orqanlarda mübadilə prosesi hesabına
istiliyin əmələ gəlməsinin orqanizmin fəaliyyətinə uyğunlaşmasıdır. Fiziki tənzimlənmə isə ayrılan
istiliyin heyvanı əhatə edən mühitin temperaturasından asılı olaraq xaricə verilməsidir [3, s. 358-
363], [4, s. 230-240]. Toksiki təsirə malik preparatlar istilik tənzimi mərkəzinə, istilik yaradan or-
qanlara təsir edərək istiliyin əmələ gəlməsini zəiflədir. Eyni zamanda kapillyar qan damarlarına tə-
sir edərək onların genişlənməsinə, bununla da istilik verilməsini artıraraq, bədən temperaturunun
aşağı düşməsinə səbəb olur. Bu məqsədlə antihelmint təsirə malik bitkilərin
orqanizmə təsirini öyrə-
nərkən heyvanların bədən temperaturunun dəyişilməsinin öyrənilməsi zəruridir.
Bədən temperaturu-
nu ümumi metodikaya əsasən civəli termometri düz bağırsaqda 10-15 dəqiqə saxlamaqla ölçürdük.
Aparılan tədqiqatların nəticəsi göstərir ki, çaşırla acılığın birlikdə müalicə, müalicə dozasının
3 və 5 dəfə artırılmış miqdarları heyvanların temperatur nizamlama fəaliyyətinə mənfi təsir etmir.
Bitkinin verilmə müddətində müalicə dozasını almış heyvanların temperaturu orta hesabla 39,85
0
C,
müalicə dozasının 3 dəfə artırılmış miqdarını alan qrupun 39,38
0
C, 5 dəfə artırılmış dozanı alanların
38,76
0
C, nəzarət qrupunun isə 39,14
0
C olmuşdur. Preparatın verilməsi qurtardıqdan sonra həmin
göstəricilər orta hesabla müvafiq olaraq 39,58
0
C, 39,22
0
C, 38,72
0
C və 39,08
0
C həddində qeydə
alınmışdır.
Hər iki bitkidən ibarət qarışığın
təcrübədə verilən müalicə, onun 3 və 5 dəfə artırılmış dozaları
heyvanların ümumi vəziyyətinə toksiki təsir etməyərək onların davranışı, hərəkət koordinasiyası,
yunun vəziyyəti normal olmaqla, selikli qişalarında qan durğunluğuna təsadüf edilmədi. Davranışın,
hərəkət koordinasiyasının normal olması qarışığın mərkəzi sinir sisteminə, əzələ tonusuna toksiki
təsir etmədiyini göstərir. Yunun normal rəngdə, formada olması qarışığın təsirindən qoyunların
dərisində, maddələr mübadiləsində patoloji vəziyyətin yaranmadığını sübut edir. Qan dövranında
durğunluq, damarların keçiriciliyində qeyri normal vəziyyət yarandıqda qanın formalı elementləri
selikli qişalarda damar ətrafı nahiyələrə sızaraq ləkələrin yaranmasına, hətta qan azlığına səbəb olur.
Apardığımız təcrübələrin nəticələri yüksək antihelmint səmərəyə malik çaşır-acılıq qarışığının
müalicə dozasının, onun 3 və 5 dəfə artırılmış miqdarlarının heyvanlarda maddələr mübadiləsinə və
onun hesabına nizamlanan bədən temperaturuna mənfi təsir etmədiyini göstərir.
ƏDƏBİYYAT
1. Абрамов И. Патологическая анатомия: Отравления. 17 март, 2004.
http://www.vetmedical.ru/ bible/articles/show?id=47
2. Дамиров И.А., Прилипко Л.И., Шукюров Д.З., Керимов Ю.Б. Лекарственные
растения Азербайджана. Баку: Маариф, 1988, 304 с.
3.
Елисеев А.П., Сафонов Н.А., Бойко В.И. Анатомия и физиология
сельскохозяственных животных. М.: Агропомиздат, 1991, 479 с
4. Костин А.П., Мещеряков Ф.А., Сысоев А.А. Физиология сельскохозяйственных
животных. М.: Колос, 1983, 473 с
5. Магеррамов С.Г. Влияние лекарственного антигельминтного растения борщевика на
общее клиническое состояние и физико-химические свойства мочи овец / Материалы
6
конференции Роль науки в интенсификации сельского хозяйства. Новосибирск, Сибирское
отделение ВАСХНИЛ, 1990, ст. 51-52
6. Магеррамов С.Г. Токсикологическая оценка лекарственного растения борщевика //
Бюл. ВИГИС, 1990, № 54, с. 96
7. Магеррамов С.Г. Гистологические изменения внутренних органов овец под
влиянием борщевика // Актуальные вопросы профилактики и ликвидации заразных и
незаразных болезней животных. Тематический сборник трудов АзНИВИ, 1991, s. 168-171
8. Магеррамов С.Г. Гельминтоцидные пастбищные растения и токсиколо гическая
оценка борщевика: Автореф. дис…канд. вет. наук. М., 1991, 26 с
9. Флора Азербайджана. Баку: Академии Наук Азербайджанской ССР, 1955, т. 6, 540 с.
10. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в
пределах бывшего СССР). Санкт – Петербург: Мир и семья – 95, 1995, 990 с
ABSTRACT
The effect of ferula-bitterness plants on the body temperature of animals
In our experiments we studied that the effect of ferula-bitterness mixture of antihelmint
affect on body temperature of animals. We fed the animals with the treatment and treatment dose
(6g/kg) of mixture increased by 3 and 5 times within high calorie food for two days and took the
body temperature of animals before experiment, during experiment and after experiment. We found
out that the body temperature of animals in experiments was not out of norm during the term when
treatment and treatment dose of mixture increased for several times was given to the animals. At
the end it turned out that the average body temperature of the group of animals which ate 6g/kg
ferula was 39,58°C , which ate 18g/kg ferula was 39,22°C , which ate 30g/kg ferula was 39,08°C. It
shows that the plants do not have toxical effect.
РЕЗЮМЕ
Влияние смеси ферулы-хвойника на температуру
тела животных
В опытах были исследованы влияние на температу тела животных смеси ферулы-
хвойника, имеющей антигельмитным действием. Животных кормили терапевтической
(6г/кг) трех и кратной увеличенной дозой смеси с комбикормом в течение 2 дней и измеряли
температуру тела до, во время и после кормления. При введении терапевтической смеси и
несколько увеличенной дозы температура тела не отклонилась от нормы. После
прекращения кормления растений в группе, получившая 6 г/кг дозы температура тела была
39,58 0С, получившая 18 г/кг – 39,22 0С, 30 г/кг – 39,08 0С. Полученные эти показатели
доказывают, что смеси ферулы-хвойника отрицательно не действуют на обмен вещества –
температуру тела.
NDU-nun Elmi Şurasının 26 aprel 2016-cı il tarixli qərarı ilə çapa
tövsiyə olunmuşdur (protokol № 09)