Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə7/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   2   3   4   5   6   7   8   9   10   ...   88

 
28 
 
 
 
xidmət  etmişdir.  Roma  imperiyası,  Makedoniyalı  İsgəndər  və 
ellinizm, sanki  bir İslam xəlifəliyi,  monqol imperiyası,...  xalq-
ları sanki bir dam altında, bir ortaq məkanda birləşdirmiş, tica-
rətin böyüməsinə kömək etmiş, xalqların bir-birini tanımasına, 
bir-birindən öyrənməsinə səbəb olmuşdur. 
Digər tərəfdən, yazının, əlifbanın kəşfi, çox-çox sonralar 
isə kağızın və mətbəənin kəşfi məlumatların yazıya alınmasına 
və yaxın-uzaq məsafələrə ötürülməsinə vasitə olmuş, qlobaliza-
siyanı gücləndirmişdir. 
Kapitalizmin  inkişafı  və  sənayeləşmə  qlobalizasiyanın  ta-
mam  yeni,  yeksək  səviyyəyə  qalxmasına  səbəb  olmuşdur.  Ço-
xişlənən  malların  istehsalı  böyük  ölçülər  almış,  ticarət  dünyanı 
bürümüşdür. Geyim və əşyalar standartlaşmaya məruz qalmışlar. 
Dünlərin (xüsusilə böyük dünya dinlədinin) yayılması da 
qloballaşma hadisəsidir.  
Çağdaş qlobalizasiya öz tempinə və genişliyinə görə əv-
vəlkilərlə müqayisəolunmaz dərəcədədir. Bu, bir tərəfdən İngi-
lis və digər Avropa mərkəzli imperiyaların, sonunda isə ABŞ-
ın  dünya  gücünə çevrilməsi ilə əlaqədardır. Ünsiyyət  vasitələ-
rinin,  texnoloji  tərəqqinin  heyrətamiz  inkişafı  qlobalizasiyanı 
dünyanın əsas qüvvəsinə çevirən digər səbəb sayılır. Teleqraf, 
telefon, radio, televiziya, film, kosmosun mənimsənilməsi, me-
dia  (kütləvi  informasiya  vasitələri),  internet,  mobil  telefon  in-
sanları bir-birinə bağladı, anında xəbərləşmə informasiya təcrid 
olunması və ya blokadası deyilən hadisəni yox etdi.  
Qloballaşmanın  bəzi  təzahürlərinə  və  nəticələrinə  nəzər 
salaq. 
İngilis  dili  dünya  dilinə  çevrildi.  Doğma  dili  ispanca  və 
ingiliscə olanlar sayca bir-birinə yaxındır, onlar hər biri manda-
rincənin  təxminən  40  %-ni  təşkil  edirlər.  Lakin  ingilis  dilinin 
təsir dairəsi onlarla müqayisəyəgəlməz dərəcədə böyükdür.  
Sərhədlərin  çoxu  şəffaflaşdı,  immiqrasiya  böyük  ölşülər 
aldı və assimilyasiya ilə inteqrasiya baş ağrısına şevrildi. 
Beynəlxalq  təşkilatlar  və  beynəlxalq  korporasiyalar  güc 


 
29 
 
 
 
qazandılar, vahid iqtisadi zonalar, vahid pullar əmələ gəldi.  
Dövlətlər və xalqlar arasında gəlir bərabərsizliyinin güc-
lənməsi, böyük, güclü dövlətlərin zəifləri istismar etməsi, ətraf 
mühitin insafsızcasına istismarı, mədəni imperializmin hücumu 
kimi hadizələri də qloballaşmanın nəticəsi sayırlar.  
 
“Elm və inanc, elm və ilahi sevgi” 
 
 Mənəvi  dəyərlərdən  söhbət  edərkən  çətin  hesab  olunan 
bu dünyada, çox mənada sərhədlərin zəiflədiyi qlobal dünyada 
özümüzü,  cəmiyyətimizi  mənfi  təsirlərdən  qorumaq  üçün  yol 
aхtarırıq, yaranmış ziddiyyətli vəziyyətdən çıхış yolu aхtarırıq. 
Qloballaşmanın müхtəlif üzünü, hər tərəfini  anlamağa, görmə-
yə can atırıq. Görəsən, ilahi sevgi, ilahi inanc bizi qoruya bilər-
mi?!  İctimaiyyət  fərdlərin  xarakterinə  necə  təsir  edir?  Qrup 
kimliyi ilə fərdin uzlaşması və mənəvi konsensus necə baş ve-
rir? Qloballaşmanın təsiri altında qalan mənəvi dəyərlər sistemi 
necə dəyişir, nə itir, nə qazanılır? Bəs bu işdə təhsilin rolu nə-
dir?! Bəlkə mənəviyyat  probleminin müzakirəsində və ziddiy-
yətlərin azalmasında elm və din ikisi bir yerdə olmalıdır?! İnsa-
nın həm хarakteri, həm də savadı, biliyi olmalıdır ki, mühiti və 
prosesləri  qiymətləndirmək  mümküm  olsun  və  biz  özümüzü 
qoruya  bilək,  mədəniyyətimizi  qoruya  bilək.  Orta  əsrlərdə  də 
bu mövzu aktual idi, хüsusən sufizm dünyaya gələndə bu möv-
zu dərin və geniş müzakirə olunurdu. O zaman təsəvvüflə elm, 
xüsusilə,  fəlsəfə  və  fəlsəfi  elmlər  ilə  sufizm  arasında  dostluq 
bir balaca pozuldu. Bilirsiniz ki, bu, alimlərin mədrəsə ilə bağlı 
fəaliyyətində  özünü  göstərirdi,  mədrəsə  həyatından  uzaqlaşıb 
gedən və sufiliyə qovuşanlar var idi. Amma o böyük şəхsiyyət-
lərin  bəziləri  elmlə  bağlılıqlarını  qoruyub  yenidən  mədrəsəyə 
qayıtdılar.  Bağdad  Nizamiyyə  Mədrəsəsinin  fəxri  olan  İmam 
Qəzali  gözlənilmədən  mədrəsədəki  dördillik  fəaliyyətinə  son 
verib 10-12 il ərzində yaxın-uzaq səfərlərə çıxdı, sufi həyat tər-
zi keçirdi. O, rasional düşüncə ilə İslam ilahiyyatı – kəlam ara-


 
30 
 
 
 
sında mövcud olan ziddiyyətləri araşdırmağa girişdi. O, ilahiy-
yatın  quru  görünən  ehkamlarını  sufizmin  mistik  ünsürləri  ilə 
zənginləşdirdi,  ilahiyyatı  canlandırdı.  O,  rasionalizmlə  irrasio-
nalizmi, mədrəsə ilə təkyəni bir-birinə yaxınlaşdırdı. Digər mi-
sal: Əbu Nəcib Əbdülqahir Sührəverdi də Nizamiyyə mədrəsə-
sini tərk edərək Sührəverdiyyə təriqətinin əsasını qoymuşdu. 
Din və elmin münasibətlər barədə, dindar, mömin insan-
larla elm adamlarının dinə baxışı haqqında çox fikir söylənmiş, 
çox yazılmış və tam aydın nəticə hasil olmamışdır. Bir tərəfdən 
kilsə və məscid  oxu-yazı,  savad və elm ocaqları rolunu oyna-
mış, digər tərəfdən elm və din bir-birini inkar etməyə, bir-biri-
nə hücum  etməyə cəhd göstərmişlər. Əslində onlar fərqli işlər 
görürlər.  Elm  axtarış  və  sübut  yolu  ilə  obyektiv  biliklər  əldə 
etməyə, onları inkişaf üçün tətbiq etməyə çalışır. Din isə insan-
ların  əxlaqını  saflaşdırmağa,  davranışını  insaniləşdirməyə  yö-
nəlir. Mümkündür ki, onlar arasındakı anlaşılmazlıq, ziddiyyət 
və zaman-zaman baş qaldıran savaşın əsas səbəbi birinin digə-
rinin nüfuz dairəsinə müdaxilə etməsidir. 
Elm  və  ilahi  sevgi,  inanc  bir-birindən  təcrid  oluna  bil-
məz, onlar insanın zəkasında və ürəyində, yəni insanda birləşir-
lər. Onların hərəsinin, sadəcə, öz işi var və əslində, onlar bir-bi-
rinə kömək etməlidir. Təəssüf ki, bir çox hallarda onlara həm-
kar kimi yoх, bir-birinə qarşı duran tərəflər kimi baхılır. Lakin 
universitetlərin, məktəblərin bir məqsədi də həm elmlə məşğul 
olan, həm inanc sahibi olan insanları bir yerə gətirib açıq mü-
zakirələr  qurmaqdır,  bu  müzakirədə  iştirak  edən  tərəflər,  təbii 
ki, həmkardırlar.  
Bu  gün  bizim  məruzəçimiz  Türkiyədə  çoх  geniş  tanın-
mış, Azərbaycanda da tanınmış, amma mümkündür ki, bəzilə-
rinin  yaxşı  tanımadığı  görkəmli  bir  insandır  –  Mustafa  İslam-
oğlu.  Onu  sizə  məmnuniyyətlə  təqdim  edirəm.  Mustafa  bəy 
Türkiyədə  Kayseri  tərəflərdə  ziyalı  ailəsində  dünyaya  gəlib, 
yüksək İslam İnstitutunda, sonra isə Misirdə, məhşur əl-Əhzər 
Universitetində  iki  iхtisas  üzrə  –  İslam  hüququ  və  təfsir  üzrə 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə