Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə2/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   2   3   4   5   6   7   8   9   ...   88

 

 
 
 
Müzakirə  olunan  mövzu,  elm  və  ya  sənət  sahəsi  üzrə, 
mümkündür ki, mütəxəssis olmayan, amma geniş düşüncəli və 
həssas yaradıcı insanın verdiyi gözlənilməz suallar, öz sahəsin-
dən  qaynaqlanan  fərqli  görüş,  fikir  və  münasibət  də  bizi  dü-
şündürə bilir, bizə təsir edir. Əlbəttə, yeni olanı bilmək ehtirası, 
yeni olanı mütəxəssislərin öz ağzından eşitmək həvəsi ilə yana-
şı maarifləndirmək istəyi də yaradıcı insanları bir yerə toplayan 
mühüm amillər sırasındadır.  
Lomonosov adına Moskva Dövlət Universitəsinin aspiran-
turasında oxuduğum  və  sonralar orada,  eləcə də  Steklov  adına 
Riyaziyyat  İnstitutunda  tədqiqatla  məşğul  olduğum  zamanlar 
elmi  fəaliyyətdə  ünsiyyətin  nə  qədər  mühüm  olduğunu  anla-
dım. Məşhur alimlərin,  aspirant  və tələbələrin  bir  yerə toplaş-
dığı  həftəlik  elmi  seminarların  dünyada  görülən  mühüm  işlər-
dən xəbər tutmaq, maraqlandığımız elmi  problemləri təhlil et-
mək,  elmdə  yeni  yollar  açan  insanlarla  birlikdə  müzakirələrə 
qatılmaq baxımından əvəzi və alternativi yox idi. Elmi məktəb 
deyilən  fenomeni  biz  birinci  növbədə  məhz  bu  seminarların 
varlığı və qeyri-adi gücündə görür və hiss edirdik. 
Sosialist  blokunun  dağılması,  maddiyyətin  yeni  kapitalist 
münasibətləri əsasında fövqəladə güc qazanması və onun yarat-
dığı  qarışıq  hisslər,  qloballaşmanın  mövcud  mənəvi  dəyərləri 
alt-üst etməsi insanları, o cümlədən yazıb-yaradan zümrəni çaş-
baş saldı. Elmi tədqiqatlara maraq azaldı, təhsil sistemi sistem-
sizliyə  düçar  oldu.  Ziyalıların,  elm  adamlarının  və  müəllimlə-
rin, mədəniyyət işçilərinin “ağıllı” bir yerə yığışmağa, dərdləş-
məyə  ehtiyacı  artdı.  Giley-güzardan  təhlilə,  adi  dərdləşmədən 
araşdırmalara  keçmək,  elmi-mədəni  mühiti  canlandırmaq, 
dünya  elmində,  sənətdə  baş  verənlərdən  xəbər  tutmaq  – 
günümüzün tələbi, ruhumuzun təməli olan bu arzuların həqiqə-
tə çevrilməsinə necə kömək edək? 
2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclici təşkil 
etmək, heç bir sahə məhdidiyyəti qoymadan vacib hesab etdiyi-
miz  problemləri  müzakirəyə  çıxarmaq  barədə  fikrimiz  qətiləş-


 

 
 
 
di.  Hər  dəfə  bir  və  ya  iki  mütəxəssisin  məruzəsini  dinləmək, 
onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinlə-
mək,  məruzə  və  müzakirənin  nəticələrini  qruplaşdırıb  kitab 
şəklində nəşr etmək qərarına gəldik. 2006-ci il oktyabrın 10-da 
birinci məclis baş tutdu. Həm Azərbaycandan, həm də müxtəlif 
ölkələrdən  mütəxəssisləri,  elm  və  sənət  adamlarını  məruzə 
üçün dəvət etməyə başladıq. Qısa zamanda Elm və Sənət Məc-
lisimiz tanındı və sevildi.  
 Canlı  danışıq  tərzini  olduğu  kimi  saxlamağa  çalışdığımız 
bu ikinci kitabda ikinci on məclisin (on birinci - iyirminci məc-
lislərin) materialları çap olunur. 
 
Hamlet ĠSAXANLI 


 
10 
 
 
 
ON BĠRĠNCĠ MƏCLĠS 
 
 
 


 
11 
 
 
 
Professor Hamlet ĠSAXANLI: 
 
 –  Əziz  dostlar!  Elm  və  Sə-
nət Məclisinin hörmətli qonaqları! 
Bu gün bizim 11-ci toplantı-
mızdır. Bu mənada da artıq böyü-
yüb yaşa doluruq. Birinci 10 məc-
lisin  materialı  hazırda  müzakirə 
olunub çapa hazırlanır. Biz məslə-
hətləşmişik  ki,  hər  10  məclis  bir 
kitab  olacaq.  Materiallar  artıq 
“Xəzər  Xəbər»də  dərc  olunub. 
Jurnal  variantında  məruzənin  və 
ya  məruzələrin  mətnləri,  müzaki-
rədəki çıxışların mətnləri çap edilir, məclisdə çəkilmiş şəkillər 
də daxil olmaqla, ümumi məlumat verilir. Məclislərin material-
larını jurnalda dərc edərkən məruzəçilər barədə xüsusi məlumat 
verməyə  ehtiyac  görmürük.  Amma  kitab  daha  geniş  oxucular 
üçün nəzərdə tutulduğundan onu çox ciddi surətdə hazırlayırıq. 
Ümid  edirik  ki,  yaxın  zamanlarda  biz  o  kitabı  görəcəyik  və 
kitablar birinci növbədə məclisin daimi üzvlərinə paylanılacaq. 
 
“Bəşər övladı həm mədəni mirası, 
həm elmi-texnoloji mirası növbəti nəsilə ötürə bilir” 
 
Bugünkü 11-ci məclisimizin mövzusu “Nəsillərin mənəvi 
varisliyi”dir. Bu, çox aktual, eyni zamanda, incə və zərif möv-
zudur.  Kənardan  baxanda  bir  az  sadə  görünə  bilən  bu  mövzu 
əslində  filosofların,  pedaqoqların,  psixoloqların,  sosioloqların, 
dinşünasların, həm də başqa sənət sahiblərinin, eləcə də yazıb-
oxuyan  vətəndaşların  həmişə  diqqət  mərkəzində  olan,  cəmiy-
yətin müəyyən dərəcədə ağrılı bir məsələsidir.  
Ümumiyyətlə,  bəşəriyyətin  ən  böyük  zəfərlərindən  və 
möcüzələrindən  biri  odur  ki,  tarix  boyu  qazanılmış  çox  geniş 


 
12 
 
 
 
həcmdə  bilik,  bacarıq,  vərdiş,  yəni  əldə  olunmuş  nailiyyətlər, 
qazanılmış  uğurlar  gələcək  nəsillərə  ötürülə  bilir.  Əslində  bu 
hadisə elə də sadə görünməməlidir. Misal üçün, təbiət elmləri-
nə baxaq. Bu elm sahələri çox genişdir, riyaziyyat, fizika, kim-
ya, biologiya, geologiya və s. qeyri-adi dərəcədə şaxələnmişdir. 
Tarix  boyu  bunlar  zənginləşə-zənginləşə  inkişaf  edib  bu  günə 
gəliblər və zənginləşə-zənginləşə  gələcəyə  gedirlər. Ara kəsil-
mir, bu, fasiləsiz tərəqqi deməkdir. Yeni nəsil elmin əsas sahə-
lərində əvvəlki nəsillərdən daha irəli gedir. Bu misal sahə eti-
barilə  sosial,  eləcə  də,  humanitar  elmlər  halında  da  doğrudur. 
Nəzəri olaraq, belə bir qorxu var ki, birdən bu elmlərdən hansı 
mühum  nailiyyətlər  isə  yarandığı  zamanda  ilişib  qala  bilər  və 
ya gələcək nəslin beyni onları mənimsəməkdə (və ya onu mə-
nimsəməyə  vaxt  tapmaqda)  çətinlik  çəkə  bilər.  Hər  dövrün 
alimləri, mütəfəkkirləri keçmişdə və hazırda yaşadığı zamanda 
əldə olunmuş bilikləri gələcəyə ötürməyə çalışır. Amma bu ki-
fayət  olmaya  bilər,  nəzəri  olaraq  mümkündür  ki,  nəsil  bunu 
ötürməyə qadir olmasın.  Amma, xoşbəxtlikdən bu, əsasən baş 
vermir. Bu, gözəl mövzudur, lakin bizi hazırkı mövzumuzdan, 
məşğələmizdən aralamağa qadirdir. Bu fəlsəfəni gələcəyə sax-
layaq... 
Bəşər övladı həm mədəni mirası, həm elmi-texnoloji mi-
rası  növbəti  nəsilə  ötürə  bilir.  Özü  də  elə-belə  qoruyub  ötür-
mür, onu dərinləşdirir, daha yüksək səviyyəyə çatdırır, daha da 
genişləndirir,  daha  anlaşılan  şəklə  salıb  gələcək  nəsillərə  ötü-
rür. İnkişaf da bundan ibarətdir. Amma bir də mənəvi miras var 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə