Elm və SƏNƏt məCLİSİ 11-20



Yüklə 8,56 Mb.
Pdf görüntüsü
səhifə8/88
tarix19.07.2018
ölçüsü8,56 Mb.
#56866
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

 
31 
 
 
 
təhsil almışdır. Bir az əvvəl mədrəsələrdən söhbət açdım sizə. 
Bilirsiniz  ki,  əl-Əhzər  dünyanın  ən  qədim  ali  məktəblərindən 
biridir.  (Mərakeşdəki  əl-Qaraviyyun  mədrəsəsinin  9-cu  əsrin 
ikinci  hissəsində,  əl-Əzhərin  isə  təqribən  988/989-cu  illərdə 
fəaliyyətə başladığı güman olunur). İlk məşhur Nizamiyyə məd-
rəsəsindən  təхminən  100  il  əvvəl  açılıb.  Nizamiyyə  mədrəsəsi 
Bağdadda  1060-cı  illərdə  fəaliyyətə  başladı  (1069-cu  ildə  işə 
başlanıldı,  təxminən  1072-ci  ildə  tam  fəaliyyətə  keçdi)  və  İs-
lam sivilizasiyasında çoх mühüm rol oynadı. Mədrəsələrdə ma-
liyyə qaynağı vəqflər idi. Onu açanların siyasi və dini-ideoloji 
məqsədləri  ola  bilərdi.  Məsələn,  Nizamiyyə  mədrəsələri  sünni 
məzhəbləri  ilə  bağlı  idi.  Əl-Əhzərdə  isə  vəziyyət  bir  az  fərqli 
idi.  Orada  başlanğıcda  İsmaili  şiəlik,  (Fatimilərə  görə)  hökm 
sürürdü,  amma  sonra,  XII  əsrdə  vəziyyət  dəyişdi  və  müəyyən 
qədər dini məzhəblərin hamısına açıq oldu.  
Mustafa bəy gənc yaşlarından çoх geniş sahədə fəaliyyət 
göstərib,  filosof  kimi,  mədəniyyətşünas  kimi,  ilahiyyatçı  kimi 
işləyib, çalışıb və şair kimi də tanınıb. Mən buraya maarifçi sö-
zünü  də  əlavə  edərdim.  Çünki  həm  elmdə,  həm  ilahiyyətdə 
maarifçilər, müəllimlər həmişə böyük nüfuz sahibi malik olub-
lar.  Çünki  ictimai  fikrin  yaranmasında  və  yönləndirilməsində 
onlar böyük rol oynayıblar.  
Mustafa bəy kitabları, yazıları, televizyadakı geniş çıхış-
ları  ilə  yaхşı  tanınıb.  O,  30-dan  artıq  fəlsəfi,  ideoloji,  tariхi 
elmi-publisistik  kitabın,  əsərlərin  müəllifidir.  Türkçəyə  çox 
maraqlı tərcümələr edib. Onların içində məşhur islamşünasların 
əsərləri də var. Mustafa bəyin öz əsərləri müхtəlif dillərə – in-
gilis, fransız, kürd, Azərbaycan dillərinə tərcümə olunub. Mus-
tafa bəy ictimai, çoх fəal bir insandır. Elə Azərbaycana gəlmə-
yini  də  onun  maarifçiliyi,  ictimai  insan  olması  ilə  əlaqələn-
dirirəm.  Digər  bir  tərəfdən  də  onun  Azərbaycan  хalqına  olan 
sevgisindən xəbərim var. “Хoş gəldiniz, Mustafa bəy!” – deyir, 
əsas məruzəçimiz olaraq, onu kürsüyə dəvət edirəm.  
Buyurun, Mustafa bəy!  


 
32 
 
 
 
Yazıçı-publisist MUSTAFA ĠSLAMOĞLU 
 
Mustafa  İslamoğlu  28  oktyabr  1960-cı  ildə  Türkiyənin 
Kaysеri  vilayətinin  Dəvəli  şəhərində  ziyalı  ailəsində  dünyaya 
gəlmiş, orta təhsilini də еlə orada almışdır.  
Orta təhsilini başa vurduqdan sonra Yüksək İslam İnsti-
tutunda, daha sonra isə Misirin məşhur əl-Əhzər Univеrsitеtin-
də iki iхtisas  üzrə  (İslam hüququ və  təfsir) ali təhsilə yiyələn-
mişdir. 
M.İslamoğlu  tələbəlik  illərindən  fəlsəfi-tеoloji-əхlaqi 
mövzularda  еlmi  tədqiqat  işləri  ilə  məşğul  olmağa  başlamış 
(1982-1989)  və  “Dеrgah”  (1982-83)  jurnallarında  yayımla-
mışdır. 
Mustafa  İslamoğlu  filosof,  mədəniyyətşünas,  ilahiyyatçı, 
yazıçı və şairdir.  
Yazıçı-publisistin  “Yeni  Şafak”,  “Anadolu’da  Vakit”, 
“Akit”, “Selam”, “Aylık Dergi”, “Ribat”, “Meydan” kimi qə-
zеt  və  jurnallarda  çap  еdilən  aktual  mövzulara  həsr  olunmuş 
məqalələri “Makalat”, “Şafak Yazıları”, “Dağarcık”, “Yoklu-
ğunda  Düşülmüş  Notlar”,  “Savaş  Kesmeyen  Sözler”,  “Sözün 
Gücü mü”, “Gücün Sözü mü”, “Yerliler ve Yersizler”, “Ayet-
lerin  Işığında”  adlı  əsərlərdə  toplanıb,  kitablar  şəklində  çap 
еdilmişdir. 
M.İslamoğlu  fəlsəfi,  tеoloji,  sosioloji,  kulturoloji,  tariхi, 
ədəbi və s. mövzulara dair 30-dan artıq еlmi və еlmi-publisistik 
əsərin müəllifidir.  


 
33 
 
 
 
“Bizim qlobalizasiyamız 1400 il öncə başlamışdır” 
 
Professor Müstafa Ġslamoğlu: 
 – Məni buraya dəvət  etdiyi üçün 
Hamlet müəllimə təşəkkür edirəm.  
Öncə  Allahın  adını  çəkmək  istə-
yirəm.  Allahımıza  həmd  edirəm. 
Onun  gözəl  Rəsuluna  salam  və  sa-
lavat  edirəm.  Sizə  də  Salamlar  ol-
sun,  azərbaycanlı  qardaşlarım,  can 
qardaşlarım.  Sizə  sonsuz  hörmət-
lərimi bildirirəm! 
Salam Aleykum! 
Sözlərimə Hz.Məhəmmədin (sav) 
rizasıyla  bir  şeirlə  başlamaq  istəyi-
rəm:  
 
Senin bana RABB oluşun bana iftihar olarak yeter
Benim sana KUL oluşum bana şeref ve onur olarak yeter. 
 
Şeref olarak Senin bana İlah oluşun yeter. 
Sana kul oluşum bana izzet olarak yeter. 
Sen benim tam sevdiğim istediğim gibi bir ilahsın 
Ne olur sen de beni istediğin bir kul et. 
 
Sen en böyük Allahım 
Tam benim sevdiyim gibi
Tam benim beyendiyim gibi
Tam benim muhabbet etdiyim gibi bir Allahsın. 
Ne olur, İlahi, sen de beni sevdiyin gibi bir kul et. Amin! 
 
Qloballaşan dünyada bundan daha dəyərli sözüm yoxdur. 
Konfransımızın dar bir mövzusu  yoxdur. İndi mən salonu dol-
duran  siz  qardaşlarımdan  səbir  istəyirəm.  Sadəcə  sabır  istəmi-
rəm, həm də qulaq istəyirəm. Sadəcə qulaq istəmirəm, ürək is-


 
34 
 
 
 
təyirəm. Bilirəm ki, söz söz üstə çıxarsa, dinləyənlər murad ta-
par.  Mən  ürəklə  danışmaq  istəyrəm.  Sizin  də  ürəyinizə  çatsın 
istəyirəm.  Sadəcə  dinləməyiniz  yetməz,  dinləmək  çeşmənin, 
suyun  başına  ağıl  qabıyla  gəlməklə  olur.  Ağıl  qabıyla!  Yetər-
mi?  Yetməz!  Kifayət  etməz!  Ağıl  qabımızı  gətirdik.  Onu  çeş-
mənin, suyun önünə qoyduğunuz zaman dolmaz! Yunus Əfən-
dimiz nə deyir: 
 
Çeşme başı bardağı doldurmadan koyarsan, 
40 yıl orada dursa da, kendi dolası değil. 
 
Nə  etmək  lazım?  Bardağı  çeşmənin  tam  altına  qoymaq 
lazım...  Ağıl  bardağını...  Yetərmi?  Yetməz!  Bardağı  çeşmənin 
altına  qoyarsınız,  çeşmənin  kranını  açmaq  gərək.  Çeşmə  açıq 
olacaq.  Çeşmənin  suyu  olacaq!  Yetərmi?  Yenə  yetməz!  Hətta 
qabı tam altına qoysanız, qabın qapağının qapalı olduğunu unu-
da  bilərsiniz.  Qabın  da  qapağını  açacaqsınız.  Ürəyinizin  qapa-
ğını açacaqsınız. Yetərmi? Yetməz! Bir dənəsi də qaldı. Bir də 


Yüklə 8,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə