Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Dördüncü fəsil: Mövcud imkanlar və hərəkətin zəruriliyi



Yüklə 2,2 Mb.
səhifə22/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

Dördüncü fəsil: Mövcud imkanlar və hərəkətin zəruriliyi


Elmi yenilik və elm istehsalı cəsarəti

Bizim öz elmi səviyyəmizə çatmağa və ondan daha çox, daha əsaslı və daha mühüm şəkildə elmi sahədə qərar verməyə ehtiyacımız var. Gərək elmi bir hərəkətə qərar verək. Əlbəttə, elmi hərəkət olmuşdur, gizlətmək, örtmək və ölkədə keçmişə nisbətən həqiqətən, bir elmi oyanış olan bu hərəkətdə əməyi keçənlərin haqqını görməzliyə vurmaq olmaz. Lakin elmi inkişafda, elmi baxış və müntəzəmlikdə müstəqilliyə dair görməli olduğumuza nisbətən indiyədək az işləmişik, yenə davam etdirməliyik, elmi cəsarətimiz olmalıdır; yəni elmdə yenilik cəsarəti, bu gün dünyada elmin ön sıralarında hərəkət edən digərlərinin elmi məsələlərinə azad baxış cəsarəti; elmi cürət və cəsarət hissini, düşünmək və elm istehsalı cəsarətini qaytarmaq. Hansı ki, bir gün ölkəmiz, xalqımız, tariximiz bu qabiliyyətə malik olduğunu dünyaya göstərmişdir.

Şübhəsiz, biz elm sahəsində bu gün irəlidə hərəkət edənlərin əksəriyyətindən öndə gedə bilən bir xalqıq. Bizim keçmişimiz bu istedadı göstərir. Bu gün də əlverişli şərait vardır. Bəziləri tərsinə göstərmək istəsələr də, ölkənin siyasi vəziyyəti elmi inkişafa, ölkədə elm və mədəniyyətin genişlənməsinə və qeyd etdiyim cəsarət və müstəqillik istəyinə kömək edir. Buna əsasən, biz elmdə digərlərini keçməyə əsla ümidsiz olmamalı, cəsarətlə bu işi davam etdirməli və bunu istəməliyik. Bunun üçün ümumi iradə lazımdır. Mən siz dostların çoxlarının çıxışında bunu müşahidə edirəm. Ümidvaram ölkə məmurları nikbinliklə bu barədə ciddi düşünsünlər. Mən də şübhəsiz, bu məsələni izləyəcək və bu düşüncəyə kömək edəcəyəm.707
Elm və sənayenin qarşılıqlı əlaqəsinin bəhrələri

Universitet elmi sənayeyə və istehlak bazarına birləşsə, istehsalı daha fəal, daha sıx, daha məqsədyönlü və daha tətbiqi olar və nə haqda tədqiqat aparmalı olduqlarını bilərlər. Ölkənin sənayesi elmə birləşdikdə inkişaf və çiçəklənmə yaranar. Belə işlər görmək lazımdır. Tədqiqatı sənayeyə birləşdirmək mühüm keçidlərdən biridir. Əgər siz haqlı olaraq tədqiqat büdcəsinin azlığından şikayət edirsinizsə, bunun özü tədqiqat büdcəsinin bir hissəsini təmin edəcək. Yəni sənaye tədqiqat işinə daxil olduqda onun üçün maliyyə dəstəyi yaranır və problemlərin bir qədərini azaltmağa kömək edir. Buna əsasən, elm, elm istehsalı, daxili istedadları çiçəkləndirmək ciddi və həyati bir işdir.708


Elm istehsalı üçün ixlaslı cihad

Bir ölkə üçün universitet və elm çox mühümdür. Bir ölkə üçün hansı elmi fəaliyyətin qurucu olduğunu bilmək çox önəmlidir. Bir xalq o zaman elmdə üstünlük qazana bilər ki, bu sahədə deməyə sözü olsun. Digərlərinin elminə baxmaq və ən çoxu onu öyrənmək - özü də onların məsələhət bilib təlim verdiyi və digərlərinin ixtiyarında qoyduğu həddə öyrənmək ölkəyə heç bir elmi şərəf gətirmir. Elmi kəşf və istehsal etmək lazımdır. Əlbəttə, bunun yolu alim olmaqdır. Bir xalq digərlərinin elmini öyrəndikdən sonra özü elm istehsal etməlidir.

Bu bir cihad istəyir. Gözü özünün maddi gələcəyində olan və müddəti bəlli olmayan bir neçə il yaşayıb onu təmin etməyi düşünən şəxs ixlasla bu cihada qoşula bilməz. Biz müşahidə edirik ki, bəzi insanlarımızın mədəniyyətində bəzi sahələrdə özünü oda-suya vurmaq və çalışmaq var, lakin elmdə sanki belə bir şeyi mənasız sayırlar. Belə olmaz. Elm sahəsində özünü oda-suya vurmaq və işləmək lazımdır. Elm bəsicinin xüsusiyyətlərindən biri budur. Fəaliyyətin əsas amili də universitetdə çalışan mömin və müəllim qardaş və bacıların bu təşkilatıdır.709
Elm istehsalı şüarlarını həyata keçirmək

Unutmayın ki, bizim verdiyimiz bu şüarlar əməl mərhələsinə çatmasa, mənasız və məzmunsuz sözlərə çevriləcək. Dayanmadan eləcə "elm istehsalında proqramlaşdırma dirçəlişi", yaxud "tərcümə elmindən çəkinmək" və sair sözləri desək, amma əməl etməsək, bu şüarlar ürəkbulandırıcı və yorucu sözlərə çevrilib geri qayıdacaq. Buna görə işə girişmək lazımdır. Əlbəttə, mənim fikrim budur ki, siz bacarırsınız. Məndə bu sahədə heç bir şübhə yoxdur ki, bizim bugünkü nəslimiz - məqsədim təkcə gənc nəsil deyil, sizlər, elm və tədqiqat işində çalışan bu nəsil - bu bacarığa malikdir; həm onun üçün proqram hazırlamaq gücündədir, həm də onu son addıma qədər idarə etmək bacarığında. Allaha şükür olsun ki, sizdə bu işləri bacaran çoxlu insanlar var. Odur ki, bu işə başlamaq lazımdır.710


Elm istehsalı üçün məmurların əməli işi

Mən xüsusən elm və tədqiqat üzərində həssasam. (Prezident) nəsihət edir ki, biz elm və tədqiqatla məşğul olmalıyıq. Mən demirəm ki, nəsihət etməyin. Xeyr, nəsihət edin, amma icraçı qurumdan nəsihətdən artığı gözlənilir. Quru və boş nəsihət mənim kimi tələbənin işidir. Dövlət qurumlarının görməli olduğu iş icradır. Möhtərəm Təhsil naziri mənim yanıma gəlib nazirliyin büdcəsinin azlığından şikayət edir. Çox gözəl. Bu elm və tədqiqat cənab prezidentin tövsiyə, nəzər sahiblərinin təkid və Təhsil nazirinin şikayət etdiyi məsələdir. Mən də bir neçə ildir – həm qabaqkı, həm indiki prezidentin dövründə onların hər ikisinə müəyyən təklif vermiş və nə iş görməli olduqlarını demişəm; bildirmişəm ki, elmin inkişafı üçün bu işi görməlisiniz. Universitetin sənaye və əkinçiliyə birləşdirilməsi üçün formul tapılmalıdır. Bu kanal da prezidentdən başqa bir yolla icra olunası deyil. Yəni bu işi nazir görə bilməz, səviyyəsi üstün olan prezident aparatından görülməlidir. Bunun imkanları və büdcəsi olmalı və prezident kimi bir şəxsiyyətə arxalandığı bilinməlidir.

Mən Əmir Kəbir Universitetində, Şərif adına Sənaye Universitetində, müxtəlif tələbə məclislərində, müəllimlərlə və bu işə marağı olan bütün şəxslərlə görüşdə ölkədə elm hərəkatına – Elm istehsalı və proqramlaşdırma hərəkatına dair geniş söhbətlər etmişəm. İndi də Allahın lütfü ilə bir qədər ağızlara düşüb və mədəniyyət formalaşmışdır. Lakin bu, sözdür və necə deyərlər, iki yüz söz yarımca iş qədər deyil. Əlbəttə, bəzi yerlərdə yarım, yaxud bir iş qədərdir, amma hər halda, əməl deyil. Təsadüfən, işin böyük gözəlliklərindən biri budur ki, bizim gözlərimiz eyni yerə dikilmişdir. Lakin iş icra olunmalıdır.711
Elm istehsalına çalışmaq

Sizin istedadınız var, fərz edirik ki, inşallah elm və düşüncə təkamülünüz üçün imkanlar hazırdır və həvəs göstərdiyiniz fəndə elmi iş görə bilərsiniz. İndi sizin səyiniz nəyə yönəlməlidir? Mənim fikrimcə, hamısından mühüm olan budur ki, bizim elm adamlarımızın səyi elm istehsalına yönəlsin. Biz digərlərinin əsərlərinin tərcümə və tədrisi ilə kifayətlənməməliyik. Bu o demək deyil ki, onları öyrənməyək; heç kəs demir ki, digərlərindən öyrənməyək. Öyrənmək lazımdır, lakin elm istehsal edilməlidir.712


Elm istehsalı üçün istedadların mübarizliyi

Bizi bu fikrə cəsarətləndirən amil ölkə daxilində istedadların olmasıdır. Lakin dostlar, itedadlar təklikdə kifayət etmir. Mənim təkidim budur ki, istedad lazımi şərtdir, yetərli şərt deyil. İstedadın yanında alim, mütəfəkkir və müəllimlərin çalışması da lazımdır. Bu, dövlət qurumlarının işini inkar etmək deyil; müəllimlərin problemlərini görməzliyə vurmaq da deyil. Bunun özü bir həqiqət və yerli gözləntidir ki, elm adamları universitetdə elm istehsalı ilə, elm sahəsində yenilikçi və qurucu baxışla, mənim elmi mühitdə Proqramlaşdırma hərəkatı adlandırdığım məsələ ilə məşğul olsunlar. Bizim buna ehtiyacımız var. Düzdür, ən böyük məsuliyyət dövlət qurumlarının üzərinə düşür.713


Elmi diskussiyaları və nəzəriyyə yürütmək məsələsini davam etdirməyin zəruriliyi

Əziz övladlar və qardaşlar! Sizdən, hövzə və universitetdə çalışan həmfikirlərinizdən istəyirəm ki, bu ideyaların həyata keçməsinə və səmərə verməsinə qədər uzun müddət keçsə də, bununla məşğul olun; nə məyus olun, nə tələsin, ancaq çiçəklənmə və yaradıcılıq yolu olan bu işi nəyin bahasına olursa-olsun görmək lazımdır. Bu inqilab qalmalı, özünün tarixi və qlobal proqramını nəticəyə çatdırmalıdır. Hövzə və universitetin ikinci nəslində bu əzmkarlıq, oyanış və özünütanıma hissi oyanmışdır. Bu nəsil ifrat və təfritdən əziyyət çəkir, tərəqqi və təkamül yolunu nə ehkamçılıqda, nə də özünü unudub təqlidçilik etməkdə, əksinə, ictihad həvəsində və elmi-dini düşüncə istehsalında görür, əxlaq və məntiq qaydalarına sadiqliklə yanaşı, hövzə və universitetdə nəzəriyyə yürütmək və diskussiya cəsarətinin oyanmasını istəyir, sual və şübhələri cavabsız qoymamaq qərarına gəlmişdir. Bunun özü bir qələbə və nailiyyətdir və bunu uca tutmaq lazımdır. Bizim elmi nümunələrimiz hərc-mərclik və diktatorluq arasındakı normal nöqtəni tapa bilmişlərsə, deməli, yeni dövr başlanmışdır.

Bəli, azadlıqdan qorxmaq, diskussiyadan qaçmaq, tənqidi qaçaq məhsula, yaxud zahiri bir işə çevirmək olmaz. Necə ki, diskussiya yerinə mücadilə etmək, azadlıq yerinə nalayiq sözlər işlətmək və məsuliyyətdən qaçmaq olmaz.714
Bugünkü elmin bəşəri istedadlar qarşısında çox az olması

Bəşərin bu günə qədər tapdığı bu elm Allahın insan vücudunda yaratdığı istedadlar qarşısında sıfırdır. Mən bəlkə bir dəfə demişəm və siz eşitmisiniz ki, uyğun elmi fənlərdə mütəxəssis olan, real elmi fəaliyyətlərlə məşğul olan alimlər bu nəzəriyyəni vermiş və bu həqiqəti kəşf etmişlər: insan vücudunda hisslərin dəqiqliyi kimi elə istedadlar var ki, bəşər hələ onların çox kiçik bir hissəsindən istifadə edə bilmişdir. Əgər bəşər bu istedadın əlli faizindən istifadə edə bilsə, dünyada mövcud olan bu rabitə texnikaları təsirsiz və faydasız olar.715


Elm və universitetdən gözlənti

Bizim siz möhtərəm müəllimlərə və elmi cəmiyyətimizin, istər Tibb Universitetinin, istər digər universitetlərin bütün mənsublarına birinci və əsas sözümüz budur: Siz yaxşı istedad və bacarıqlara maliksiniz, amma elm karvanından geri qalmısınız. Bir yol tapın. Bilinməyən məsələlərin tədqiqatçısı və araşdıranı olun, universitetlərdə bu həvəsi dirçəldin. Çoxlu məsələlər hələ kəşf olunmayıb, lakin qəfildən bir nəfər onları kəşf edir. Yeni kəşf və yeni yol tapmaq da mütləq dünyada ən inkişaf etmiş texnologiyalara malik olmaqdan asılı deyil. Xeyr, müxtəlif sahələrdə özümüzdən və elm adamlarından bunu gözləmək olar.716


"Bacarmırıq" siyasəti ilə mübarizə

Biz özümüzü üçüncü dünya ölkələrinə aid blokadadan xilas etməliyik. Bu yalnız bizim vəzifəmiz deyil, bəlli bir dönəmdə elm karvanından geri qalmış bütün dünya xalqlarının borcudur. Mənim ekspert və mütəxəssislər tərəfindən təsdiq olunan qəti fikrim budur ki, biz bu işi görə bilərik. Düşmənlərin ümdə siyasətlərindən olan "bacarmarıq" və "bacarmazsınız" möhrünü beynimizdən silməliyik. Əlbəttə, mən hiss edirəm ki, bu sahədə də inkişaf edə bilərik. İndi görürəm ki, siz universitet müəllimləri və tələbələri elmi mühitlərdə Proqramlaşdırma və elm istehsalı hərəkatını əməli və aktual şüar kimi qeyd edirsiniz. Biz bu fikrə düşmüşük, bu məsələ şüar və istək formasına düşmüşdür. Bu, böyük uğurdur.717


Elm istehsalında aydın üfüq

Mən üç-dörd il bundan qabaq Tehran universitetlərinin birində dedim ki, ölkənin elm və tədqiqat büdcəsini tənzimləmək mənim əlimdə olsaydı, məsləhət olduğu kimi edərdim, lakin bu imkan mövcud deyil. Müxtəlif sahələrdə məsuliyyət daşıyan şəxslərin qanuna müvafiq səlahiyyətləri var, onları yerinə yetirməlidirlər. Dedim ki, universitetdə ənənəyə çevrilməsi üçün çox əhəmiyyətli olan elm istehsalı və Proqramlaşdırma hərəkatı cəbhəsində sərhədi keçmək məsələlərini ortaya qoyuram. Bu baş versə, daha narahatlıq olmayacaq; çünki on minlərlə, yüz minlərlə etiqadlı və müştaq qəlb, gənc və yorulmaz beyin və cisim bu işə qoşulacaq. Mən ölkənin bu ümid və müjdə carçılarını bu gün görürəm. Həmişə özümə və dinləyicilərimə demişəm ki, üfüq aydındır. Bu gün də təkidlə bildirirəm ki, üfüq çox aydın və parlaqdır və iş siz gənclərin əlindədir.718


Humanitar elmlərdə elm istehsalının zərurliyi

Yenilik və elm istehsalı bütün məsələ və elmlərdə, xüsusən də humanitar elmlərdə lazımdır. Çünki humanitar elmlərlə tanış olanların bildirdiyi kimi, biz bu elmlərdə yalnız qərblilərin fikirlərini tərcümə etməklə məşğuluq. Onlar bəzi sözlər demiş, yazmışlar, biz də onları öz təhsil mərkəzlərimizdə deyir, tədris və təkrar edirik. Şərait yaratmaq lazımdır; xüsusən humanitar elmlərin bir hissəsində yeni işlər görəcək dəyərli şəxslərimiz var; məsələn, fəlsəfədə çox böyük imkanlarımız var.719


Proqramlaşdırma hərəkatının müəllim və gənclərin ümumi istəyinə çevrilməsi

Bunu bilin ki, mən yalnız "Proqramlaşdırma hərəkatı başlansın" deməklə kifayətlənməmişəm. Bir hərəkat və mübarizə deməklə, sərəncam və fərman verməklə başlanmır, onun şəraitini təmin etmək lazımdır. Mən deyirəm ki, bu Proqramlaşdırma hərəkatı başlanmışdır. Çünki bu gün onun özü geniş yayılmış fikrə və ümumi istəyə çevrilmişdir. Bu çox əhəmiyyətli məsələdir. Çoxları bizim bacardığımıza, elmi yaratmalı və onun sərhədlərini yarıb inkişaf etməli olduğumuza əsla diqqət yetirmirdilər. Bəzi dostların dediyi bu söz düzgündür: əzbərçi olmaq kifayət etmir. Bəziləri digərlərinin məlumatlarını əzbərləməklə kifayətlənirdilər. Amma bu gün bizim gənclərimizin, müəllimlərimizin, elmi nümunələrimizin çoxunda bu istək, əzmkarlıq və hiss vücuda gəlmişdir ki, elmi istehsal etmək lazımdır. Mənim də təkidim budur və bunu istəyirəm. İşi görən də siz elm adamları və həmçinin indi buraya təşrif buyurmuş elmi nümunələrdir. İradə göstərməli və ümidsiz olmamalısınız. Bu qardaşımızın dediyi kimi: "Biz varıq və olacağıq". Siz olmalısınız, etməlisiniz. Bizim və sizin tarixi vəzifəmiz budur. Bu ölkənin taleyi bu gün bizim verəcəyimiz və həyata keçirəcəyimiz qərardan asılıdır.720


Yeni elmin sərhədlərini keçmək

Yeni elmlər çox səmərəlidir. Biz universitetlərdə dərs oxuyan gəncləri elmə, tədqiqata və araşdırmaya həvəsləndiririk; eşidir və görürsünüz. Mən universitetlərə gedib tələbə gənclərlə və müəllimlərlə söhbət edirəm, onları elmin sərhədlərini keçməyə həvəsləndirirəm; sərhədləri keçsinlər, yenilik yaratsınlar və elm istehsal etsinlər. Bunlar vacib işlərdir.721


Elmdə cihad hissi

Sizin adınız Universitet cihadıdır. Bu ad üzərində dayanın. Bu ada uyğun olaraq həqiqətən cihad edin. Cihad - yəni Allah üçün məqsədli fəaliyyət olanda, şübhəsiz, yanında uğur da olacaq. Bizim bütün sahələrdə elmi inkişaf sərhədlərinə sarı gedən yolumuz, əmin olun ki, müstəqillik, Allaha təvəkkül və iman uğrunda işləmək hissi olmadan keçilməyəcək. Bu yolu cəld keçməli, qısa yollar tapmalı və özümüzü çatdırmalıyıq. Elmin sərhədlərini yarıb yeni sərhədlər yaratmalıyıq. Bu iş mümkündür, çünki bura elm ölkəsidir və siz bunun mümkün olduğunu göstərdiniz.722


Elm və texnologiya sərhədlərini keçmək imkanı

Bir gün onlar bizdən öyrəndilər və bizim şagirdimiz oldular, sonra isə bizə müəllimlik etdilər. İndi də biz onlardan öyrənirik, onların şagirdi oluruq və sonra onlara müəllimlik edəcəyik. Buna görə ölkəmizin tələbə, tədqiqatçı və alim nəsli bilsin ki, bu gün elmi üstünlük qərblilərdədir, amma sizin əmək və iradəniz sayəsində yaxın gələcəkdə onu sizdən öyrənə bilərlər.

Elmin sərhədlərini yarın. Proqramlaşdırma hərəkatı dedikdə mənim siz gənc və müəllimlərdən gözlədiyim budur. Elmi istehsal edin, elmin sərhədlərinə sarı gedin, fikirləşin, işləyin. İş və fəaliyyətlə elmin bugünkü sərhədlərindən keçmək olar; bəzi fənlərdə tez, bəzi fənlərdə isə gec. Texnologiya da belədir. Elm texnologiyanın inkişafına hesablanmalıdır. Texnologiya da çox əhəmiyyətli və yüksək mərhələdir. Biz texnologiyada da inkişaf edə bilərik; necə ki, inkişaf etmişik.723
Elm və texnologiya inkişafı üçün gənclərin özünə güvənməsi

Allaha şükür ki, bu gün bizim gənc nəslimizdə bu cürət, cəsarət, igidlik və özünəinam yaranmışdır. Supergüclərin hiyləgər əngəlləri bizim xalqımızın və gənclərimizin əhval-ruhiyyəsinə təsir göstərmir. Bu çox böyük fürsətdir. Bunu bu formada inkişaf etdirin və qorxmayın; nə elmi sahədə qorxun, nə texnologiyada, nə siyasi sahədə, nə də yeniliklərdə.724


Təcrübi elmlərdə yeni üfuqlər açmaq

Biz təcrübi elmlərdə də işləməli, özümüzdə elmi inkişaf bacarığı, yeni yol və üfüqlər açmaq istedadı yaratmalıyıq. Məqsədimiz bu olmalıdır, gözlənilən budur. Xöşbəxtlikdən, biz inkişaf etmişik; bunu açıq-aydın görmək olar.725


Dünyanın elm sərhədlərində ölkənin öncüllük imkanı

Biz "elmin sərhədlərini yarmalı və günün elmi sözündən bir addım önə keçməliyik" deyəndə bu, bəzilərinə inanılmaz görünür. Mən deyirəm biz elə bir yerə çatmalıyıq ki, dünyanın hansısa bir tərəfində bir tədqiqatçı, bir alim hansısa elmi, yaxud fəlsəfi nəzəriyyəni bilmək istəyəndə sizin dilinizi öyrənməyə məcbur olsun. Biz belə deyəndə bəziləri şübhə ilə yanaşırlar. Mən bunun mümkünlüyünü düşünür və gözlərim önündə görürəm. Biz iradə göstərsək, 20-30 ildən sonra elə bir iş görə bilərik ki, dünyada elm və texnologiya məşhurlarının adlarını çəkdikdə bizim ölkəmiz başda dursun. Biz bu işi görə bilərik. Bizim istedadlarımız çox yaxşıdır. Hər şey bunu təsdiqləyir. Bizdə özünə güvənmək hissi az idi və inqilab bunu bizə verdi. Biz bu gün özümüzə güvənirik. Ölkənin elmi prosesi xoşbəxtlikdən, yaxşıdır. Bizim gənclərimiz bu gün özlərinə inanırlar.726


Elm və texnologiya inkişafında böyük addıma ehtiyac

Elmi cihad inqilab keşikçiliyinin əsaslarındandır. Mən bir neçə ildir təkrarlayıram ki, ölkədə Elm istehsalı hərəkatı başlanmalıdır. Mən tələbə və gənclərlə görüşəndə çox zaman onlar danışır və sözlərin deyirlər. Görürəm ki, onlar da bizdən gözlənti kimi elm istehsalı, elm və sənayenin birləşdirilməsi, dövlətin elmin inkişafına və elmi yaradıcılığa dəstəyi məsələlərini irəli sürürlər. Mən çox sevinirəm. Bunlar bizim sözlərimizdir və indi universitet mənsubları arasında ənənə olmuşdur. Lakin bu, kifayət etmir. Biz böyük işlərə sarı hərəkət etməliyik.

Baxın, biri var ki, digərlərinin ixtira edib düzəltdiyi bir təyyarəni bu gün digərlərinin köməyi olmadan özünüz ölkə daxilində istehsal edirsiniz. Bu, çox yaxşıdır və hazır təyyarəni almaqdan yaxşıdır. Lakin biri də var ki, siz ölkənizdə təyyarə kimi mühüm bir şey ixtira edəsiniz. Bizə lazım olan budur. Biz bəşərin elmi sərvətini artırmalıyıq. Deməsinlər ki, olmaz. Olar. Bir zaman bəşəriyyət ən zərif texnologiyanı - Nano texnologiyanı tanımırdı, sonra tanıdı. Bu gün bəşərin tanımadığı yüz başqa sahənin olması da mümkündür. Onları tanımaq və inkişaf etmək olar. Bunun üçün bəzi işlər görülməlidir. Bu işləri də səy və iradə ilə görmək olar.727
Əlliillik elmi üfüq

Mən təxminən il yarım bundan qabaq gənc, tələbə və ziyalıların iştirak etdiyi bir elmi toplantıda dedim ki, biz 10-15 il yox, 50 il bundan sonra dünya səviyyəsində elmi cəhətdən birinci olmağımızı gözləyirik. Yəni elmin sərhədlərini biz təyin etməliyik. İş o yerə çatmalıdır ki, bizim dilimiz dünyada elm dili olmalıdır. Bu mənim gözümün qarşısında olan üfüqdür. Bu yerə çatmaq üçün əvvəla bunun mümkün olmasına inanmalıyıq. Müəllim olan siz, tələbə olan o, müdir və idarə rəhbəri olan üçüncü şəxs bu işin mümkünlüyünə inanmasa, bilin ki, şübhəsiz, çatmayacağıq. Biz inanmalıyıq.

Bu inamın şəraiti mövcuddur. Əvvəla biz iranlıların elm istedadı dünyada isbat olunmuşdur. Bu məsələ müxtəlif yollarla araşdırılmış, tədqiq olunmuşdur və mənim fikrimcə, qətidir. Dünyanın ən inkişaf etmiş universitetlərində iranlının səviyyəsi universitetin orta istedad həddindən yuxarıdır. Yəni iranlı istedadı dünya istedadının orta həddindən yuxarıdır.728
Elm mərkəzlərində ümidverici inkişaf şəraiti

Mən bir neçə il bundan öncədən elm istehsalı, elm hərəkatı və elmin sərhədlərini yarmağı istədim. Bu gün xoşbəxtlikdən, bu, tələbə və elm mühitlərində ümumi bir istəyə çevrilmişdir. Görürük ki, dəfələrlə tələbə və müəllimlər tərəfindən təkrar olunur. Biz də elm və texnologiyanın müxtəlif sahələrində əldə etdiyimiz inkişaflarla fəxr edirik. Bu inkişafların çoxu aşkardır və təbliğatda da göstərilib; misal üçün, nüvə enerjisinə aid məsələlər və sair. Çoxları da hələ aşkara çıxmayıb, yəni doğrudan da kamilləşmək üzrə olan yarımçıq işlərdir. Ölkədə bizim belə işlərimiz çoxdur. Hər halda, qeyd etdiyim kimi, baxışımız ümidvericidir və biz bacarırıq.729


Gələcəyin elmi

Bizim elmimiz indiyə qədər bu qiymətlərə başa gəlmişdir. O zaman elə bir elm gələcək ki, bəşəriyyət onun üçün bu qədər böyük qiymət ödəməyəcək. Bəşər ona sarı getməlidir. İnşallah bu baş tutacaq, biz həmin səmtə getməkdəyik. İslam Respublikası o gələcəyin yolunda əsaslı addımlardan biridir. Və bu inşallah davam edir.730


Ölkənin dünyanın elm qaynaqlarından birinə çevrilməsi

Mən bu görüşlərin birində tələbələrə dedim ki, siz gələcək əlli il üçün proqram hazırlayın. Bizim gözlədiyimiz budur. Məqsədim elm sahəsindədir. Məqsəd bu olsun ki, əlli ildən sonra sizin ölkəniz dünyanın birinci dərəcəli elm sahibi və elmdə əsas müraciət mərkəzlərindən biri olsun. Belə ki, kimsə elm yenilikləri ilə tanış olmaq istəsə, sizin rəsmi dilinizi öyrənməyə məcbur olsun. Bu əziz qızımızın dediyi kimi, biz beynəlxalq dili öyrənməyə məcburuq. Doğru da deyir. İngilislər zirəkliklə öz dillərini elm dili və beynəlxalq dil etmişlər. Siz öyrənmək və oxumaq istəyirsinizsə, onların dilini bilməyə məcbursunuz. Siz elə iş görün ki, gələcək əlli ildə sizin dilinizə eyni ehtiyac olsun. Bu bir arzudur, bir zirvədir; baxması həyəcan bəxş edən və hamının ürəyində çatmaq həvəsinin olduğu Dəmavənd zirvəsi kimi, Tuçal zirvəsi kimi. Amma kimlər çatırlar? Gərək ayaqqabısını və papağını hazırlayasınız. Ondan da üstün budur ki, gərək iradənizi hazırlayıb yola düşəsiniz.731


Əlliillik məqsəd: elm və texnologiyanın zirvəsi

İnsani istedadlar, insani qüvvə və potensial olduqca yüksəkdir. Məqsəd mənim dəfələrlə dediyim olmalıdır: ölkə elmdə və onun ardınca gələn məsələlərdə dünyanın birinci yerlərində durmalıdır. Demirəm beş ildən, on ildən sonra, xeyr, məqsədi əlli ildən sonraya təyin edin. Lakin getməli, çatmalıyıq və bunun iradəyə ehtiyacı var. Mən sizə deyirəm: Əmin olun, bu xalq elə bir xalqdır ki, əgər hərəkət etsə, məqsədinə çatacaq. Bütün xalqlar belə deyillər, bəzi xalqların bu istedadı, bəzi xalqlarda bu coğrafi mövqe yoxdur, bəzi xalqlar bu elmi-mədəni keçmişə malik deyillər, bu böyük və zəngin irsləri yoxdur, bəzi xalqların insani istedadı bu qədər deyil.732


Tədqiqat büdcəsinin real artımı

Tədqiqat büdcəsi həqiqətən bizim zəif cəhətlərimizdən biridir. Mən bəzən universitet mənsubları, müəllimlər və ölkənin elm sahələrinin məsul şəxsləri ilə görüşəndə tədqiqat büdcəsi problemini deyirlər. Üç-dörd ildir daim bizə deyirlər ki, büdcənin üç faizinə qədər çatdırılması planlaşdırılmışdır. Amma indi onda altı, onda yeddi faizlə işləyirik. Bu həqiqətən, çox azdır. Hamısı söz verir ki, ağa, yaxşı olacaq, nə bilim nə olacaq, amma təsiri görünmür. Tədqiqat büdcəsini artırın, digər yerlərdə sıxıntı yaransa da, bunu inkişaf etdirin. Allaha şükür olsun ki, bu yaxınlarda prezident aparatında açılmış elm və tədqiqat müavinliyi çox mühüm struktur işlərindən biridir. Onlara şərait yaradın, yolu açın, kömək edin, onlardan tələb edin və istəyin. Onlar bu işləri görə bilərlər. Biri də bu məsələdir.733


Bütün elmlərdə istehsalın zəruriliyi

Bu gün bizim inkişaf sürətimiz yaxşıdır, ancaq ölkəmizin keşmişdəki geriliklərinə görə nə qədər çox olsa, yenə azdır. Biz çox irəliləməli, kəsə yollardan istifadə etməliyik, sürətimiz çox olmalıdır.734


Elm mübadiləsində müsbət tarazlığı qorumaq

Elm sahəsində ölkələr arasında ixrac-idxal əlaqəsi olmalı, həm də bunda balans və tarazlıq qorunmalıdır. İqtisadi və ticari məsələlərdə bir ölkənin idxalı ixracından çox olduqda tarazlığın pozulduğu və ziyanın hiss olunduğu kimi, elm sahəsində də belə olmalıdır. Elmi idxal edin, eybi yoxdur, amma ən azı idxal etdiyiniz qədər, yaxud ondan da çoxunu ixrac edin. Yəni ikitərəfli olmalıdır. Sizin daim digərlərinin elminin artığını yeyən olmanız inkişaf deyil. Elmi alın, istəyin, digərlərindən öyrənin, lakin siz də istehsal edin və digərlərinə verin. Burada da ehtiyatlı olun ki, sizin mübadilə balansınız mənfi olmasın. Təəssüf ki, dünyada elmin çiçəkləndiyi son 1-2 əsrdə bizim tarazlığımız mənfi olmuşdur. İnqilabın əvvəlindən yaxşı işlər görülmüşdür, lakin bu işlər sürətlə və bacardıqca güclü formada davam etdirilməlidir.

Sözsüz ki, məqsədim yalnız təbii elmlər deyil, humanitar elmlərdə çox əhəmiyyətlidir: sosiologiya, psixologiya, fəlsəfə. Qərbin sosioloji nəzəriyyələri bəzi adamlar üçün Quran kimi və Qurandan da mötəbərdir! Hansısa sosioloq belə demişdir, daha oyan-buyanı yoxdur. Nə üçün? Oturub fikirləşin, nəzəriyyə yürüdün. Bu elmlərin dünyada mövcud olanından istifadə edək, ona bir şey artıraq, yanlış nöqtələrini aşkara çıxaraq. Bunlar inkişafın zəruri işlərindəndir.735
Elmə əsaslanan istehsalların həyata keçməsi

Ölkədə xüsusən elmə, elmi və təcrübi məharətlərə əsaslanan istehsal inkişaf etməlidir. Bu, fəhlənin və podratçının əlindədir. İdarəçilik işi də hökumətin üzərinə düşür. Onlar idarə etməli və işləməlidirlər. Bizim bir neçə il bundan qabaq dövlət qurumlarına və qanunverici orqana elan etdiyimiz 44-cü prinsipin siyasətləri rol oynaya bilər. Lakin burada bütün lazımi diqqəti göstərmək lazımdır.736


İmamın xətti barədə tədqiqat

İmamın yolu və imamın xətti sahəsində digər məsələləri də bəyan etmək olar. Qeyd olunanlar ən mühümləri və ən təsirliləri idi. Yaxşı olar ki, qardaşlar, gənclər, düşüncə və tədqiqat adamları, hövzə və universitet tələbələri bu əsaslar üzərində fikirləşsinlər, işləsinlər, yalnız mətn qalmasın və bu mətnlər düzgün izah olunsun.737





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə