Elifba Design full cdr



Yüklə 37,5 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix12.10.2018
ölçüsü37,5 Mb.
#73380
1   2   3   4   5   6   7   8   9   ...   12



90
Dәftәrinә köçür
Vәtәni sevmәyәn insan olmaz.
Olsa da, o şәxsdә vicdan olmaz.
VƏTƏN
Ayları gözәl,
İllәri gözәl.
Nur çeşmәlәri,
Sellәri gözәl.
Çöllәri kimi
Güllәri gözәl.
Sәhrasında da
Çiçәk bitәndir!
Bura Vәtәndir!
Vәtәn nәdir?
– dünyaya göz açdığımız, üzәrindә ilk addımlar atdığımız müqәddәs torpaq;
– ulu әcdadlarımızın, baba-nәnәlәrimizin yaşadığı ulu mәkan; 
– sevә-sevә qoruyub yaşatdığımız dilimiz, qәdim adәt-әnәnәlәrimiz. 
1. Şeirdә Vәtәnin hansı gözәlliklәri tәsvir olunur?
2. Vәtәnini sevәn insan necә adlandırılır?
a) vәtәndaş           b) vәtәnpәrvәr              c) vәtәnsevәr
3. «vәtәn», «mәkan», «diyar», «oba», «yurd», «ulu» sözlәri ilә cümlәlәr qur.
4. Şeiri әzbәrlә.


91
Dәftәrinә köçür
Hissim, duyğum, hәyәcanım,
Şirin sözüm Azәrbaycan!
AZƏRBAYCAN
1. Daha hansı ölkәlәri tanıyırsan?
2. Dostların arasında hansı xalqların nümayәndәlәri var?
3. Azәrbaycanı daha necә adlandırırlar?
a) günәşli ölkә      b) odlar diyarı         c) külәklәr mәskәni
4. Şeiri öyrәn.
5. «tәr», «zәr» sözlәrinin mәnasını izah et vә cümlәdә işlәt. 
Yer kürәsindә çox ölkәlәr var. Hәr bir ölkәdә onun
xalqı vә xalqı ilә bәrabәr, ayrı xalqların da nüma yәn -
dәlәri yaşayır. 
Azәrbaycanda da azәrbaycanlılarla yanaşı, digәr
xalqların nümayәndәlәri yaşayır.
Hәr ölkәnin, hәr
xalqın öz mә 
dә 
-
niyyәti, adәt-әnә 
-
nәlәri, milli bayramları vә dili var. Bizim
ölkәmiz – Azәrbaycan, dilimiz – Azәr bay -
can dilidir.
Azәrbaycan, tәr çiçәyim!
Çiçәk üstdә zәr lәçәyim!
Ömrüm, günüm, gәlәcәyim,
Nurlu gözüm Azәrbaycan!
Sәnsәn ruhum, sәnsәn canım!
Sәnsәn mәnim adım-sanım!
Hissim, duyğum, hәyәcanım,
Şirin sözüm Azәrbaycan!


92
AZƏRBAYCAN DİLİ
Hәr bir xalqı digәr xalqlardan fәrqlәndirәn, ilk növbәdә onun dilidir. Biz
azәrbaycanlıyıq, dilimiz – Azәrbaycan dilidir. Bu dili xalqımızın dahi şairlәri,
yazıçıları öz әsәrlәri ilә bütün dünyaya tanıdıb. 
Bu gün azaddilli Azәrbaycanam!
O taylı-bu taylı vahid bir canam!
Baxır ögey kimi ağbirçәk anam
Öz ana dilini bilmәyәnlәrә!
Bu dil şirinlikdә şәrbәt kimidir,
Saflığı, qorunan sәrhәd kimidir,
Anamız Vәtәn dә qürbәt kimidir
Öz ana dilini bilmәyәnlәrә!
Biz digәr xalqların  dillәrini dә öyrәnmәliyik, lakin öz ana dilimizi heç
zaman unutmamalı, onu qorumalı vә sevmәliyik.
1. Şeiri öyrәn.
2. «dil» sözünün neçә mәnası var? Bu sözü  hәr iki mәnada cümlәdә işlәt.
3. Nә üçün Vәtәn ana dilini bilmәyәn üçün qürbәtdir?
4. «dilavәr» vә «dilim» sözlәrini hecalara böl vә mәnalarını izah et.
Dәftәrinә köçür
Anamız Vәtәn dә qürbәt kimidir
Öz ana dilini bilmәyәnlәrә!


93
DÖVLƏT RƏMZLƏRİ 
Hәr ölkәnin öz dövlәt rәmzlәri var. Bu – bayraq, gerb vә himndir. Azәr -
bay canın da öz bayrağı, gerbi vә himni var.
Hәr ölkәnin öz dövlәt bayrağı var. Azәrbaycanın dövlәt bayrağı üç
bәrabәrölçülü zolaqdan ibarәtdir: mavi, qırmızı vә yaşıl. Bu zolaqların hәr
birinin öz mәnası var:
Azәrbaycan Respublikasının
Dövlәt Bayrağı
Azәrbaycan Respublikasının
Dövlәt Bayrağı Meydanı
Azәrbaycan Respublikasının
Dövlәt Gerbi


94
Mavi zolaq –
– xalqımızın böyük türk xalqları ailәsinin üzvü
olduğunu bildirir;
Qırmızı zolaq –
– Azәrbaycanın azad vә müstәqil ölkә olduğuna
işarәdir;
Yaşıl zolaq – 
– İslam mә dә niyyәti rәmzidir.
Hәr il noyabr ayının  9-u Azәrbaycanda Bayraq Günü kimi qeyd edilir.
Daim ucalasan savaş günündә,
Әsgәr silahıyla sәni tәn görüm!
Yalnız zәfәr çalmış şәhid önündә
Sәni alqış üçün әyilәn görüm!
1. Şeiri öyrәn.
2. «savaş» sözünә uyğun vә әks sözlәri tap,
onları cümlәdә işlәt.
3. Bayraq hansı hallarda aşağı endirilir?
a) güclü külәk әsәndә 
b) ölkәdә matәm elan  olunanda  
c) nümayiş zamanı
4. Necә düşünürsәn, hәr bir evdә bayraq olma -
lıdırmı? 
5. «müstәqil» sözünü necә anlayırsan?
6. Bayraq günü ölkәmizdә necә qeyd olunur?
Dәftәrinә köçür
Üçrәngli bayrağın kölgәsindә mәn 
Qaraca torpağı Vәtәn görmüşәm!
Zәfәr güllәrini qәdim dövrdәn
Bayraq işığında bitәn görmüşәm!


95
GERB
Gerbin alt hissәsinin sol tәrәfindә yer almış
palıd yarpaqları – Azәrbaycan xalqının qәdim
köklü xalq olduğuna işarәdir;
sağ tәrәfdә görünәn sünbül dәstәsi – bol mәh -
sullu torpaqların göstәricisidir;
çәlәngin ortasında yerlәşdirilәn qalxan 
Azәr baycan xalqının öz torpaqlarını hәr
zaman düşmәn 
dәn qorumağa hazır
olduğunu bildirir;
qalxanın mәrkәzindә görünәn sәkkiz gu -
şәli ulduz – Günәş;
Günәşin mәrkәzindәki alov – Azәrbay -
canın odlar yurdu olduğuna işarәdir.
1. «çәlәng» vә «qalxan» sözlәrini hecalara böl, mәnasını izah et vә cüm lәdә
işlәt.
2. «sülhsevәr» sözündә neçә söz var? Hәr sözü ayrı-ayrılıqda cüm lәdә işlәt.
Dәftәrinә köçür
Gerbin alt hissәsinin sol tәrәfindә yer almış
pa  lıd yarpaqları – Azәrbaycan xalqının qәdim -
kök lü xalq olduğuna işarәdir.


Yüklə 37,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə