Elifba Design full cdr



Yüklə 37,5 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix12.10.2018
ölçüsü37,5 Mb.
#73380
1   ...   4   5   6   7   8   9   10   11   12

148
Dәftәrinә köçür
Türk hökmdarı Fateh Sultan Mәhәmmәd atın
belindә, ordusu vә ona hәr zaman dәyәrli
mәslәhәtlәr verәn müәllimi ilә birgә İstanbula
daxil olurdu. 
Gözәl bir yaz sәhәri idi. Türk hökmdarı Fateh Sultan Mәhәmmәd atın
belindә, ordusu vә ona hәr zaman dәyәrli mәslәhәtlәr verәn müәllimi ilә bir -
gә İstanbula daxil olurdu. Şәhәr әhalisi qәhrәman ordunu alqışlarla qarşılayırdı.
Adamlar әllәrindәki çiçәk dәstәlәrini hökmdara vermәk istәyirdilәr. Hamı
Sultanla yanaşı dayanan ağsaqqal müәllimi hökmdar bilib, çiçәklәri ona
vermәyә çalışırdı. Müәllim isә atını geriyә çәkib, gözü ilә hökmdara işarә
edәrәk astadan: «Sultan Mәhәmmәd odur, çiçәklәri ona verin» – deyirdi.
İnsanlar Sultanı tanıyıb çiçәklәri ona vermәk istәyәndә, hökmdar әlini
qaldırdı:
– Doğrudur, Sultan Mәhәmmәd mәnәm, – dedi, sonra müәllimini
göstәrib, – amma bu adam mәnim müәllimimdir vә çiçәklәr ona çatacaq.
MÜƏLLIMƏ HÖRMƏT
1. Sultan Mәhәmmәd kim idi?
2. O nә üçün çiçәklәri müәlliminә vermәyi әmr etdi?
3. Azәrbaycanın hansı hökmdarlarını tanıyırsan?
4. İstanbul şәhәri hansı ölkәdә yerlәşir?



150
1. Nә üçün çay buluda, quş qanada, yolçu palıda, insan oda «sağ ol» deyir?
2. Şairin 
«Söylә görüm, bәs sәnә kim
Bu dünyada «sağ ol»  dedi?»
– sualına necә cavab verәrdin?
3. Cümlәni tamamla:
İnsan «sağ ol»u öz əməli ilə......
4. Şeiri öyrәn vә dәftәrinә köçür.
Әsdi külәk, yağdı yağış,
Çay buluda «sağ ol» dedi.
Pırr elәyib uçdu göyә,
Quş qanada «sağ ol» dedi. 
Yolçu yola kölgә salan
Bir palıda «sağ ol» dedi.
Yandı ocaq, ötdü soyuq,
İnsan oda «sağ ol» dedi.
Söylә görüm, bәs sәnә kim
Bu dünyada «sağ ol» dedi?
«SAĞ OL» DEDI


151
Dәftәrinә köçür
Kitabı ilk dәfә oxuyanda, biz yeni insanlarla tanış
oluruq. O kitabı bir qәdәr sonra yenidәn oxuyanda,
kitabın bizә nә demәk istәdiyini daha yaxşı anlayırıq.
Kitab insanın әn etibarlı dostudur.
Nadirlә Sәlim qonşu idilәr. Bir
gün onlar dәrsdәn qayıdanda kitab
mağazasına daxil oldular. Mağazada
maraqlı kitablar var idi. Sәlim iki
kitab aldı. Bir qәdәr dә artıq pulu
qaldı. Kitablardan birinin adı «Necә
olmalı» idi.  Nadir dә hәmin kitabı
almaq istәdi, amma pulu çatmadı.
O, Sәlimә yaxınlaşıb dedi:
– Sәlim, mәnә iyirmi qәpik borc
ver, kitabı alım. Evә çatan kimi
qaytaracağam.
Sәlim üzünü turşutdu:
– Pulun çatmır, alma, – deyib,
kitabları çantasına qoydu. 
Uşaqların söhbәtini eşidәn satıcı Nadiri yanına çağırıb dedi:
– Oğul, bu, yaxşı kitabdır. Sәn necә olmağı yoldaşından yox, bu kitabdan
öyrәnәcәksәn. Götür onu apar, pulunu sabah gәtirәrsәn.
Satıcının bu sözü Sәlimi çox utandırdı. O, başını aşağı salıb pәrt halda
mağazadan çıxdı.
1. Nadirin almaq istәdiyi kitabın adı nә idi?
2. Nadir niyә kitabı ala bilmirdi?
3. Sәlim ona nә mәslәhәt gördü?
4. Sәlimin hәrәkәtini necә qiymәtlәndirirsәn?
5. Mәtn üzrә debat keçirin:
a) kimin düz, ya sәhv hәrәkәt etdiyini müzakirә edin.
b) Nadirin Sәlimdәn borc istәmәyinә necә baxırsınız?
KİTAB MAĞAZASINDA


152
İki yoldaş meşәdә gәzirdi. Birdәn onların qarşısına ayı çıxdı. Uşaqlardan
biri tez ağaca dırmaşdı. O biri qaça bilmәdi, yerә uzanıb özünü ölülüyә
vurdu. 
Ayı yerdә uzanan uşağa yaxınlaşıb onu iylәdi, onu ölmüş bilib getdi. 
Ayı gedәndәn sonra ağaca dırmaşan oğlan yerә düşüb gülә-gülә dostundan:   
– Ayı sәnә nә dedi? – Deyә soruşdu.
Oğlan belә cavab verdi:
– Dedi ki, dost dostu darda qoyub qaçmaz.
İKI YOLDAŞ
(tәsvir)
1. Bu әhvalatla yazıçı bizә nә demәk istәyir?
2. Belә bir hadisә sәninlә baş versәydi, nә edәrdin?
3. Aşağıdakı atalar sözlәrini әzbәrlә vә dәftәrinә köçür.
«Var-dövlәt dost deyil, 
Dost var-dövlәtdir».
«Ağac köklәri ilә yaşayar,
İnsan dostları ilә».


153
Dәftәrinә köçür
El bir olsa, dağı yerindәn oynadar.
Güc birlikdәdir.
Tәk әldәn sәs çıxmaz.
Elә nağıllar, rәvayәtlәr, hekayәlәr var ki, onların qәhrәmanları insanlar
yox, heyvanlar, quşlar, bitkilәr vә әşyalar olur. Onlar insan kimi danışır,
zarafat edir, küsüb-ağlaya bilirlәr. Belә nağıllar, hekayә vә rәvayәtlәr «tәmsil»,
onları yazan yazıçılar isә «tәmsilçi» adlanır. Tәmsilin iştirakçıları әşyalar,
heyvanlar, quşlar olsa da, әslindә onlar insanlardan bәhs edirlәr.  
Balıq, ördәk vә xәrçәng
(Tәmsil)
Balıq, ördәk vә xәrçәng göldә üzürdülәr. Onlar gölün qırağında yüklü bir
araba gördülәr vә onu üçlükdә çәkib aparmaq qәrarına gәldilәr. Üçü dә
arabaya qoşulub onu yerindәn tәrpәtmәyә çalışdı. Balıq arabanı gölә tәrәf
çәkdi, ördәk havaya qalxıb, arabanı yuxarı qaldırmağa sәy göstәrdi, xәrçәng
isә dal-dala yeriyib, onu geriyә sürümәyә başladı. Hәr üçü dartdılar, dartdılar,
amma araba yerindәn tәrpәnmәdi ki, tәrpәnmәdi. 
TƏMSİL
1. Tәmsil nәdir?
2. Bu tәmsildәn nә anladın? 
3. Niyә balıq, ördәk vә xәrçәng arabanı yerindәn tәrpәdә bilmәdilәr?


154
Dәftәrinә köçür
Birlik harda, dirilik orda.
El gücü, sel gücü
Varını verәn utanmaz.
Bir kәnddә ev yanırdı. Adamlar onu söndürmәyә çalışırdılar. Kimi vedrә ilә
su daşıyır, kimi suyu alovun üstünә atırdı. 
Qarğa ağacın budağına qonub yanğına tamaşa edirdi. Birdәn o, bir qaranquşun
yanğına tәrәf uçduğunu gördü vә ona tamaşa elәmәyә başladı. Qaranquş yanan
evin әtrafına dolanır, dimdiyindә gәtirdiyi bir damcı suyu alovun üstünә atır vә
yenidәn hayanasa uçurdu. Bunu görәn qarğa qaranquşdan soruşdu:
– Sәn nә edirsәn?
Qaranquş:
– Yanğını söndürmәyә kömәk edirәm, – deyә cavab verdi.
Qarğa dedi:
– Sәnin gәtirdiyin o bir damcı suyun nә xeyri var?
Qaranquş qanad çalıb dedi:
– Mәnim gücüm buna çatır, – dedi vә yenә su gәtirmәk üçün hayanasa
uçdu.
1. Hekayәyә ad ver.
2. Әgәr yanan ev görsәn, sәn nә edәrsәn? 
4. Hekayәdәn nә nәticә çıxardın?


155
Keçmiş zamanlarda iki qonşu ölkәnin şahı bir-biri ilә düşmәnçilik edirdi.
Günlәrin bir günü şahlardan biri o birinә müharibә elan etdi. 
Döyüşә çağırılan şah uzun illәr idi ki, müharibә etmirdi deyә, döyüş paltarı
köhnәl mişdi vә şah onu sarayın uzaq otaqlarından birinin küncünә atmışdı.
Qonşu dövlәt onu döyüşә çağıranda, şah anasın dan dәbilqәsini gәtirmәyi
xahiş etdi. Anası dәbilqә üçün gedib, geriyә әliboş qayıtdı. Şah tәәccüblәndi:
– Dәbilqәmi niyә gәtirmәdin?  – Deyә anasından soruşdu.
Anası: 
– Dәbilqәn o qәdәr ağırdır ki, yerindәn tәrpәdә bilmәdim, – deyә cavab
verdi.
Şah ayağa qalxdı: 
– Mәnim gücüm çatar! – Deyib dәbilqәnin ardınca getmәk istәyәndә, anası
oğlunun ayaqlarına döşәndi:
– Sәni and verirәm südümә, oğul, dәbilqәyә dәymә!
Şah heyrәtlә:
– Ana, mәn şaham! Döyüş meydanına dәbilqәsiz necә çıxım? –
Deyәndә anası gördüklәrini açıb oğluna danışdı:
SÜLH QUŞU
(Əfsanә)


156
– Bala, sәnin dәbilqәnin içindә göyәrçin yuva salıb, balaca balaları var.
Ana göyәrçin özünü ora-bura vurub balalarını yemlәyir. Mәn bu günahsız ba -
lalara toxunsam, göyәrçin küsüb gedәr. Yetim balaların ah-nalәsi ölkәmizә
bәlalar gәtirәr!
Bu sözlәri eşidәn şah düşmәnin qarşısına başıaçıq çıxmağa qәrar verdi. 
Döyüş meydanında qonşu dövlәtin şahı rәqibini başıaçıq görәndә
tәәccüblәndi, bunun sәbәbini
xәbәr alanda şah ona belә cavab
verdi:
– Dәbilqәmin içindә ağ gö -
yәr 
çin bala çıxarıb. Anam
südünә and verdi ki, onlara
toxun mayım, ölkәni, xalqı na-
haqdan bәlalara salmayım. 
Rәqib şah ona inanmadı, elçi
göndәrdi ki, deyilәnlәrin doğru,
yoxsa yalan olduğunu yoxla sın -
lar. Elçi, çox keçmәdәn geri
dön dü vә şahın doğru söylәdiyini bildirdi. Şah bunu eşi dәndә, әlini rәqibinә
uzadıb:
– Gәl barışaq, – dedi, – sülh bağ layaq. Sәnin anan bir göyәr çinin yuvasını
dağıtmaq istәmir. Biz niyә nahaq qan tökәk, minlәrlә insanın ev-eşiyini
dağıdaq? Belәliklә, şahlar sülh bağladılar. 
Bu hadisәdәn sonra ağ göyәrçin «sülh quşu»  adlandırıldı. 
1. Niyә anası şahın dәbilqәsini qәtirmәdi?
2. Müharibә etmәyi sevmәyәn şahı necә adlandırmaq olar?
3. Bәs bir göyәrçinin hәyatına qıymayan insanı necә adlandırmaq olar?
4. Mәtni öyrәn vә danış.
Dәftәrinә köçür
Belәliklә, şahlar sülh bağladılar. Bu hadisәdәn
sonra ağ göyәrçin «sülh quşu»  adlandırıldı. 


157
Günlәrin bir günü meşәlәri ac-yalavac dolaşmaqdan 
dәrisi sümüyünә
yapışmış
bir canavar tüklәri tәmiz, gümrah bir ev köpәyi ilә rastlaşır. 
Canavar köpәyә:
– Necә dә yaraşıqlısan. Köklük dә sәnә çox yaraşır. – deyir. 
Köpәk bu sözlәrdәn xoşhallanıb canavara:
– İstәsәn, sәn dә mәnim kimi ola bilәrsәn, – deyә cavab verir. – Gәl bu
meşәlәrdәn, orda-burda ac-yalavac dolanmaqdan әl çәk. Mәnimlә bizim kәndә
gedәk. Gördüyüm işlәrdәn sәn dә gör, sәn dә mәnim kimi yaraşıqlı, xoşbәxt
vә gümrah ol. 
Köpәyi diqqәtlә dinlәyәn canavar:
CANAVAR VƏ KÖPƏK


158
– Yaxşı, de görüm, orada – sizin kәnddә mәnim işim nә olacaq? – soruşur.
Köpәk  cavabında:
– Orada çәtin bir iş yoxdur, – deyir. – Sәn sadәcә evin keşiyini çәkәcәksәn,
oğruları qovacaqsan vә sahibinә quyruq bulayacaqsan. Bunun әvәzindә, bolluq
içindә yaşayacaqsan. 
Canavar sevincindәn nә edәcәyini bilmir:
– Mәnim istәdiyim dә elә budur, – deyir. – Mәni özünlә aparsan, sәnә
minnәtdar olaram.
Onlar birlikdә yola düzәlirlәr. Bir müddәt gedәndәn sonra canavar köpәyin
boynunun tüklәrinin töküldüyünü görüb soruşur:
– Bәs boynunun tükü niyә tökülüb?
Köpәk başını silkәlәyib:
– Heç, boş şeydi, – cavab verir. 
– Bәzәn olur ki, boynumuza xalta keçirib bizi zәncirlәyirlәr. Bu, hәmin
xaltanın izidir. Әvvәl bir az incidir,  amma sonra alışırsan. 
Canavar köpәyin bu sözündәn dәrin fikrә gedir, bir qәdәr düşündükdәn
sonra: 
– Yox, dostum, – deyir, – isti koma, bol yemәk, әlbәttә ki, çox yaxşıdır.
Amma rahat gәzib-dolanmaq nәyә desәn dәyәr. Mәn öz azadlığımı heç nәyә
dәyişmәrәm, – vә arxaya baxmadan meşәyә tәrәf götürülür.    
1. Yazıçı ac canavarı vә tox köpәyi necә tәsvir edir?
2. Köpәyin boynunun tükü nәdәn tökülmüşdü?
3. Niyә ac canavar tox köpәklә getmәdi?
4. «quyruq bulayacaqsan» ifadәsini necә anladın?
5. Mәtndә «arıq» sözünün yerinә hansı söz işlәdilib?
Dәftәrinә köçür
Azadlıq hәr bir nemәtdәn üstündür.
Bir il azad yaşamaq, yüz il kölә kimi yaşamaq -
dan üstündür. 


159
Qәdim zamanlarda Xәzәrin sahilindә әdalәtli bir şah yaşayırdı. Ölkә әmin-
amanlıq içindә, xalqın güzәranı yaxşı idi. Odur ki, xalq da öz hökmdarını çox
sevirdi. Lakin qonşu dövlәtin bu hökmdardan qat-qat güclü şahı bu torpaqlara
sahib olmaq istәyir
vaxtaşırı
bir bәhanә ilә ondan nә isә tәlәb edirdi. 
Günlәrin bir günü qonşu dövlәtin bu tamahkar şahı çaparlarını göndәrib
әdalәtli hökmdarın ağ atını tәlәb etdi.
Şah әyanlarını başına yığdı, çox götür-qoy etdilәr. Hökmdar çox düşündü
vә dedi:
– Bir at nәdir ki, onun üstündә qan düşsün? Atı verәk. 
Atı qonşu dövlәtin hökmdarına göndәrdilәr. 
Bir il keçdi. Yenә dağları, dәrәlәri toz-duman bürüdü. Çaparlar gәlib,
tamahkar hökmdarın, onun ortancıl oğlunu istәdiyini elan etdilәr. 
Bu xәbәrdәn şahın ürәyinә sanki ox sancıldı:
– Hökmdar mәnim oğlumu neylәyir? – deyә soruşanda, çaparların biri:
– Hökmdarın qoşununda әsgәrlik edәcәk. – dedi.
O biri capar:
– Yox-yox, ağ ata mehtәrlik edәcәk. – deyә cavab verdi.
QEYRƏTLİ ŞAH


160
Şahı dәrd götürdü. Necә etsin? Oğlunu necә yadelli hökmdarın ixtiyarına
versin? Axı oğul arxadır?!
Şah qәm dәryasına batdı. Bir qәdәr sonra özünü toplayıb:
– Nә deyirәm, verәk – dedi. – Tәki qan düşmәsin. 
Çaparlar şahın oğlunu da götürüb apardılar. 
Gözәl bir bahar günü idi. Çaparlar yenә yollarda duman qopardılar, özlәrini
şahın hüzuruna yetirib dedilәr:
– Xaqan sağ olsun! Hökmdar dedi ki, torpaqları azlıq edir. O, sizin
torpaqları istәyir. 
Şahı od götürdü, qәzәb içindә: «Necә? Yadlar mәnim yurduma hakim
olmaq istәyirlәr?» – düşündü.
Әyanları öz mәslәhәtlәrini verdilәr:
– Vecsiz torpaqlardır, verәk getsin.
– Bu torpaqlarda kol-kos da bitmir.
– Torpaqlar şorandır, verәk.
Şah yumruğunu sıxıb ayağa qalxdı vә dedi:
– Ağ atı verdim, düşündüm, yaxşısını taparam. Övladımı verdim, dü -
şündüm, övlad da taparam. Amma torpağı vermәrәm! At da, oğul da mәnimki
idi. Torpaq xalqındır! O, bizә ulu babalarımızdan yadigar qalıb. Onun uğrunda
ölmәyә hazıram! 
Sonra qılıncını sivirib hiddәtlә:
– Gәl, düşmәn! Gәl, sәnә özün boyda torpaq verәcәyәm! – deyә bәyan etdi.
Elin әli silah tutan oğulları şaha tәrәfdar çıxdılar, öz torpaqları uğrunda
döyüşüb, düşmәnә qalib gәldilәr. 
1. Bu әhvalatdan nә anladın?
2. Qonşu dövlәtin hökmdarının mәqsәdi nә idi?
3. Әyanların torpaqları vermәk tәklifinә şah nә cavab verdi?
4. Elin oğulları nә etdilәr?
5. Şah niyә torpağı atından da, oğlundan da üstün tutdu?
6. «ulu» vә «vaxtaşırı» sözlәrinin mәnasını izah et.
Dәftәrinә köçür
Elin әli silah tutan oğulları şaha tәrәfdar çıx -
dılar, öz torpaqları uğrunda döyüşüb, düşmәnә
qalib gәldilәr. 


161
Biri var idi, biri yox idi, bir kişi var idi. Onun yeddi oğlu var idi. Bu yeddi
qardaş bir yeyәr, bir gәzәr, bir dolanardılar. Hamı onların mehribanlığına hәsәd
aparar, bir düşmәn yaxınlarına gәlә bilmәzdi.
Qardaşlar ova da bir yerdә gedәr, ayını, canavarı, şiri, pәlәngi diri-diri
tutardılar. 
Aylar dolandı, illәr ötdü, qardaşlar evlәnib oğul-uşaq sahibi oldular. Hәr
qardaş bir yerdә imarәt tikdirib, bir-birindәn ayrı düşdülәr. İllәr ötdükcә, gediş-
gәliş azaldı, aralığa soyuqluq düşdü. Qardaşlar ova da tәk-tәk getmәyә baş la -
dılar vә әliboş qayıtdılar. Düşmәnlәr bu fürsәti әldәn vermәyәrәk, hәr birinә
tәk-tәk hücum edib, qardaşların evlәrini taladılar. 
Ata qocalıb әldәn düşmüşdü. Övladları ona da az-az baş çәkir, gәlәndә dә
öz dolanacaqlarından danışıb  gileylәnirdilәr.
Bir gün ata oğlanlarının bu halından narahat olub, onları yanına
çağırdı: 
YEDDİ NAR ÇUBUĞU
(Nağıl)


162
– Sabah yanıma gәlәrsiniz,  hәrәniz dә özünüzlә barmaq yoğunluğunda bir
nar çubuğu gәtirәrsiniz, – dedi.
Oğlanlar «baş üstә» deyib getdilәr. Sәhәr atalarının yanına gәlәndә,
hәrәsinin әlindә bir nar çubuğu var idi. 
Ata yeddi nar çubuğunu әlinә alıb dәstәlәdi, ortasından möhkәm bir iplә
bağladı vә oğlanlarına verib dedi:
– Gücünüzü sınayın görüm, bunu hansınız sındıra bilәrsiniz?
Qardaşlar nә qәdәr çalışdılar, heç biri çubuq dәstәsini qıra bilmәdi. 
Ata çubuq dәstәsini onlardan alıb açdı, bu dәfә çubuqları onlara tәk-tәk
verdi vә dedi:
– İndi bu çubuqları qırın görüm, qıra bilirsinizmi?
Qardaşlar hәrәsi bir çubuğu әlinә alıb qatlayan kimi, çubuqlar iki bölündü.

Bu çubuqları qırmaqda mәqsәdin nәdir ata? – Oğlanlar dedi. – Bu işdәn
bizi agah et!
Qoca onlara belә cavab verdi:
– Bu çubuqlar siz – yeddi qardaşsınız. Nә qәdәr ki, bir-birinә bağlanmış
bu çubuqlar kimi bir yerdәsiniz, kefikök, damağıçağ dolanacaqsınız. Heç
kimin dә sizә gücü çatmayacaq. Elә ki bir-birinizdәn ayrıldınız, düşmәnlәr
sizi tәklәyәcәk. Odur ki, gәlin, bir-birinizdәn uzaq gәzmәyin, bir-birinizin
sözündәn çıxmayın. Onda güclü vә xoşbәxt olarsınız. 
Qardaşlar atalarının bu nәsihәtindәn sonra yenidәn birlәşdilәr, bir-birinә
kömәk etmәyә, günlәrini xoş keçirmәyә, mehriban yaşamağa başladılar. 
O gündәn düşmәn onlara yaxın durmadı, heç kim yeddi qardaşın qabağına
çıxa bilmәdi.
Qardaşlar anladılar ki, doğrudan da, güc birlikdәdir.
1. Nağılı danış.
2. Bu hekayәtin mәnası nәdir?
3. «imarәt»«hәsәd aparırdılar» ifadәlәrini cümlәdә işlәt.
4. «kefikök»«damağıçağ» sözlәrinin әvәzini tap vә onlara uyğun cümlәlәr qur.
Dәftәrinә köçür
Qardaşlar atalarının nәsihәtindәn sonra yenidәn bir -
lәş dilәr. Bir-birinә kömәk etmәyә, günlәrini xoş keçir -
mә yә, mehriban yaşamağa başladılar. Qardaşlar 
anladılar ki, doğrudan da, güc birlikdәdir.


163
Tərtibçi heyət:
Müəlliflər:
Afaq Məsud
Rasimə Səmədzadə
Rəssam:
Nailə Cəfər
Kompüter dizaynı:
Aqil Әmrahov
Korrektor:
Vəfa Әliyeva
Kitabda istifadə olunan
şeir nümunələrinin müəllifləri:
İvan Andreyeviç Krılov
Qrimm qardaşları
Lev Tolstoy
İlyas Əfəndiyev
Cahangir Gözəlov
Zahid Xəlil
Elçin
Nağı Günəşli
Əhməd Cavad
Abdulla Şaiq
Səməd Vurğun
Mirmehdi Seyidzadə
Mirvarid Dilbazi
Hüseyn Arif
Nəbi Xəzri
Mədinə Gülgün
Adil Babayev
Gəray Fəzli
Bəxtiyar Vahabzadə
Hikmət Ziya
Tofiq Mütəllibov
Tofiq Mahmud
Məmməd Araz
Tofiq Bayram
Məmməd Aslan
Ramiz Rövşən
Rafiq Yusifoğlu
Etibar Vəliyev
F.F.Türbəndçi
Tofiq Ağayev
Kitabda istifadə olunan
hekayə və təmsillərin müəllifləri:


AZӘRBAYCAN DİLİ - 1
Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün «Azərbaycan dili» 
(tədris dili kimi) fənni üzrə
DӘRSLİK



Document Outline

  • Blank Page
  • Blank Page

Yüklə 37,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə