AZƏRBAYCAN RESPUBLĠKASI
TƏLƏBƏ QƏBULU
ÜZRƏ DÖVLƏT KOMĠSSĠYASI
www.tqdk.gov.az ● wap.tqdk.gov.az
Z A L
N Ə Z A R Ə T Ç İ S İ N İ N
TƏLİMATI
(
ümumi təhsil müəssisələrində təhsilalanların
biliyinin yekun qiymətləndirilməsi imtahanı üçün
)
Aşağıdakıları imtahana gətirmək qəti
QADAĞANDIR!
BAKI – 2014
2
3
-
Ġmtahanın müddəti 2 saatdır.
-
“Ġmtahan baĢlandı” elan edildikdən sonra 30 dəqiqə müddətində
gecikən Ģagirdlər imtahana buraxılır.
-
Ġmtahanın baĢlandığı elan edildikdən 1 saat keçənədək və imtahanın son
15 dəqiqəsi ərzində Ģagirdlərin getməsinə icazə verilmir.
-
Hər bir Ģagirdə onun iĢ nömrəsi, soyadı, adı və atasının adı yazılmıĢ
cavab kartı verilir
.
-
Sual kitabçaları Ģagirdin yerləĢmə siyahısındakı adının qarĢısında
göstərilmiĢ variantına uyğun olaraq paylanır. Sual kitabçasının variantı
Ģagirdin cavab kartının 4-cü bölməsində də göstərilmiĢdir.
-
ġagirdlərin “Sual kitabçası”nın ön üzündə iĢ nömrəsini, adını, soyadını
və imtahan zalının kodunu yazdıqlarına nəzarət ediməlidir.
-
Test tapĢırıqlarnı cavablandırmaq üçün ayrılan vaxt ilk 1,5 saatdır.
Ġmtahanın baĢlandığı elan edildikdən 1,5 saat keçdikdən sonra cavab
kartları yığılır və cavab kartları zərfinə qoyularaq imtahan rəhbərinin
iĢtirakı ilə möhürlənir.
-
Son 30 dəqiqə ərzində Ģagirdlər sual kitabçalarında təqdim olunmuĢ
mövzu üzrə yazı iĢi yerinə yetirirlər. “Ġmtahan qurtardı” elan
edildikdən sonra bütün sual kitabçaları da yığılır və sual kitabçaları
üçün nəzərdə tutulmuĢ xüsusi polietilen zərfə qoyularaq imtahan
rəhbərinin iĢtirakı ilə möhürlənir.
DĠQQƏT!
Nəzarətçinin imtahana MOBİL TELEFON, KALKULYATOR, ƏL
ÇANTASI, ÇANTA, KİTAB, JURNAL, DƏFTƏR, CƏDVƏL və s. gətirməsi qəti qadağandır.
DĠQQƏT!
İmtahana qol saatı, qara və tünd göy rəngdə yazan diyircəkli qələm, Ģəxsiyyət
vəsiqəsini və nəzarətçi vəsiqəsini GƏTİRMƏYİ UNUTMAYIN!
Nəzarətçi imtahan günü vəsiqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan
binasına gəlir. ġəxsiyyət vəsiqəsini və nəzarətçi vəsiqəsini təqdim etməklə imtahan binasına
daxil olur.
DĠQQƏT!
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda nəzarətçi imtahana buraxılmır.
Sənədlərini imtahan rəhbərinə təqdim edərək qeydiyyatdan keçir, təyin
olunduğu zalın kodunu nəzarətçi vəsiqəsində qeyd etdirir və vəsiqəni yaxasına
taxır.
İmtahan rəhbərindən imtahan zalını qəbul edir və hazırlıq işləri görür.
Şagirdlər imtahan zalına daxil olarkən nəzarətçi onların aşağıdakı sənədlərini:
- "Ġmtahana buraxılıĢ vərəqəsi"ni;
- Ģəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan
şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
4
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı
olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın
statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
- 16 yaĢı 2014-cü il aprelin 30-dək tamam olmayan Ģagirdlər, digər sənədlərlə
yanaĢı, təhsil müəssisəsi tərəfindən verilmiĢ və fotoĢəkilləri yapıĢdırılmıĢ
arayıĢını (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə
təsdiqlənir).
diqqətlə yoxlayır və sənədlərindəki fotoşəkillərlə şagirdin uyğunluğunu
tutuşdurub onları imtahan zalına buraxır. Hər bir şagirdin öz “İmtahana buraxılış
vərəqəsi”ndə göstərilmiş sıra və yerdə oturmasına nəzarət edir.
Şübhəli hal və
ya sənədlərdə hərf səhvi olarsa (protokolun 11-ci bəndində qeyd etməklə) imtahan
rəhbərinə məlumat verir.
Şagirdlərdən yuxarıda göstərilən sənədlərin açıq şəkildə masanın üstünə
qoyulmasını tələb edir.
Buraxılış rejimi başa çatdıqdan sonra “Şagirdlərin imtahanda davranış
qaydalarını” ucadan oxuyur və şagirdlərə lazımi izahat verir.
İmtahan rəhbəri cavab kartları bağlamasını imtahan zalına gətirdikdə,
bağlamanı açır və aşağıdakı sənədlərin yerində olmasını yoxlayır:
a.
“Şagirdlərin imtahan zalı üzrə yerləşmə siyahısı”-1 nüsxə
;
b.
İmtahanının gedişi haqqında protokol blankı - 1 nüsxə;
c.
Cavab kartları – “Şagirdlərin imtahan zalı üzrə yerləşmə siyahısı”ndakı
şagirdlərin sayı qədər;
d.
Cavab kartlarını yığmaq üçün polietilen zərf - 1 ədəd;
Yerləşmə siyahısını əvvəldən axıradək ucadan oxuyaraq şagirdlərin
yerləşmə siyahısında göstərilən sıra və yerdə oturmalarını yoxlayır.
Sonra cavab kartlarından şagirdlərin soyadını, adını oxuyaraq, 1-ci sıra 1-
ci yerdən başlayaraq, hər bir şagirdə onun iş nömrəsi, soyadı, adı və atasının adı
yazılmış cavab kartını verir.
Cavab kartının 1-ci bölməsində şagirdin iş nömrəsi, soyadı, adı və ata adı çap
edilmişdir. Cavab kartlarını paylayarkən şagirdin soyadını, adını və ata adını oxuyur, bu
məlumatın onun imtahana buraxılış vərəqəsində və şəxsiyyətini təsdiq edən sənədində də
eyni olduğunu dəqiqləşdirir və cavab kartını ona təqdim edir. Uyğunsuzluq aşkar etdikdə
imtahan rəhbərinə məlumat verir.
“Cavab kartı”nın 2-ci bölməsində iş nömrəsinin kodlaşdırılmasını
əvvəlcədən lövhədə hazırlanmış nümunəyə uyğun olaraq izah edir və şagirdlərin
iş nömrələrini kodlaşdırmalarına nəzarət edir.
5
3-cü bölmədə şagirdlərin özləri haqqında məlumatları yazmalarına və
qaydalara zidd hərəkətlərə yol verməyəcəyəkləri barədə Bəyannamə ilə tanış olub
onu imzaları ilə təsdiq etmələrinə nəzarət edir.
DĠQQƏT!
Nəzarətçi Ģagirdlərin yerləĢmə siyahısında göstərilmiĢ sıra və
yerdə oturmasına, hər bir Ģagirdə yalnız ona məxsus olan “Cavab
kartı”nın verilməsinə Ģəxsən məsuliyyət daĢıyır.
İmtahan rəhbəri sual kitabçaları zərfini imtahan zalına gətirdikdə, zərfi
açaraq sual kitabçalarını sayır. Kitabçaların ümumi və variantlar üzrə sayının
“Şagirdlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nda göstərilən sayda olmasını
yoxlayaraq qəbul edir.
Sual kitabçalarını variantlar üzrə ayırır. Şagirdlərə elan edir: “Sual
kitabçalarını sizə paylayacağam. Onun cavab kartınızın 4-cü bölməsində
göstərilən varianta uyğun olduğunu yoxlayın. Sual kitabçalarını yalnız mən elan
edəndə açmaq olar”. Sual kitabçalarını “Şagirdlərin imtahan zalı üzrə yerləşmə
siyahısı”nda qeyd olunmuş varianta uyğun olaraq paylayır. Sual kitabçalarında
çatışmazlıq olarsa, sual kitabçalarının variantlar üzrə şagirdlərə düzgün
paylandığına bir daha əmin olduqdan sonra dərhal imtahan rəhbərinə məlumat
verir.
Sual kitabçaları paylandıqdan sonra, səbəbindən asılı olmayaraq,
şagirdlərin imtahan zalından çıxıb bir daha imtahan zalına qayıtmasına icazə
vermir.
Şagirdlərə kitabçada mətbəə qüsurlarının olub-olmadığını yoxlamaq üçün
kitabçanı vərəqlətdirir. Səhifəsi əskik, mətbəə qüsuru olan kitabçalar varsa bu
barədə imtahan rəhbərinə təcili olaraq məlumat verir və protokolun 11-ci
bəndində qeyd edir.
Şagirdlərə “Sual kitabçaları”ndan istifadə etmə qaydalarını izah edir .
Şagirdlərə “Sual kitabçası”nın ön üzündə iş nömrəsini, adını, soyadını və
imtahan zalının kodunu mütləq yazdırır.
“Cavab kartı”nın cavablar üçün ayrılmış 5-ci bölməsi “Sual kitabçası”ndakı sualların
ardıcıllığına uyğun olaraq 1-dən 60-dək sıralanmışdır. 1-30 saylı suallar ana dili fənni
üzrə, 31-60 saylı suallar riyaziyyat fənni üzrədir. Şagird hər suala verilmiş beş cavabdan
(bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyi yalnız bir cavabı
seçir və “Cavab kartı”nda ona uyğun dairəni qaralayır. Əgər bir suala cavab olaraq birdən
çox dairə qaralayarsa, həmin cavab səhv hesab edilir.
Test tapşırıqları üzrə ballar hesablanarkən yalnız “Cavab kartı”nda qaralanan cavablar
nəzərə alınır. Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.
6
DĠQQƏT!
Nəzarətçi hər bir Ģagirdə onun “Cavab kartı”nda göstərilmiĢ
varianta uyğun “Sual kitabçası” verilməsinə Ģəxsən məsuliyyət daĢıyır.
ĠMTAHAN BAġLANDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR
“İmtahan başlandı” elan edir (imtahanın 9-cu siniflərdə saat 10
00
-dan ( 11-ci
siniflərdə saat 15:00-dan) tez başlanması qadağandır) və imtahana 2 saat vaxt
ayrıldığını bildirir. Hər bir fənn üzrə 30 ədəd olmaqla təqdim olunan 60 test
tapşırığının cavablandırılmasına imtahanın ilk 1,5 saat vaxtının ayrıldığını və
cavabların cavab kartında qeyd olunması (uyğun dairələrin qaralanması) üçün
sərf olunan vaxtın da bu müddətə daxil olduğunu və bu vaxt bitdikdən sonra
cavab kartlarının yığılacağını bildirir. Son 30 dəqiqə ərzində isə sual
kitabçasında təqdim olunan mövzu üzrə yazı işi yerinə yetirməli olduqlarını
onların nəzərinə çatdırır. İmtahanın başlandığı və qurtaracağı vaxtı lövhədə qeyd
edir.
DĠQQƏT!
Nəzarətçi imtahanın təyin olunduğu vaxtda baĢlanmasına səy
göstərməlidir.
BURAXILIġ ĠMTAHANIN GEDĠġĠ HAQQINDA PROTOKOL
ĠġLƏNƏRKƏN SƏLĠQƏLĠ, BÖYÜK ÇAP HƏRFLƏRĠ ĠLƏ, QEYDLƏR
ĠSƏ MƏNASI AÇIQ VƏ ANLAġIQLI ġƏKĠLDƏ YAZILMALIDIR.
Ġmtahan baĢlandıqdan sonra 30 dəqiqə müddətində gecikən şagirdin
sənədlərini yoxlayaraq imtahana buraxır və onlara əlavə vaxt ayrılmayacağını
bildirir. İş nömrəsini, soyadını, adının ilk hərfini və imtahan zalına daxil olma
vaxtını protokolun 4-cü bəndində qeyd edir.
İmtahanın başlanmasından 30 dəqiqə keçdikdən sonra:
a)
İmtahana gəlməyən hər bir şagirdin cavab kartının “Zal nəzarətçisinin
diqqətinə” bölməsindəki dairəni qaralayır;
b)
İş nömrəsini, soyadını, adının ilk hərfini protokolun 6-cı bəndinə qeyd
edir;
c)
“Yerləşmə siyahısı”nda həmin şagirdlərin adları qarşısında “ gəlmədi”
sözünü yazır;
d)
1-ci sıranın 1-ci yerindən başlayaraq hər bir şagirdi sənədlərindəki
fotoşəkillərlə tutuşdurur (nəzarətçi bu iĢə Ģəxsən məsuliyyət daĢıyır),
əgər şagirdlərlə onların sənədlərindəki fotoşəkillər arasında şübhəli hal
7
olarsa, imtahan rəhbərinə təcili məlumat verir və protokolun 11-ci
bəndində bu haqda qeydiyyat aparır.
İmtahanda iştirak etməyən şagirdlərin cavab kartlarını kartonların arasına
qoyur. Sual kitabçalarını isə imtahan rəhbəri zala gəldikdə ona təhvil verir.
İmtahan zamanı imtahan rəhbəri və TQDK-nın nümayəndəsindən başqa
heç kəsin zala daxil olmasına icazə vermir.
Rəsmi icazəsi olan KİV nümayəndəsinə imtahan zalına daxil olmamaq
şərti ilə müşahidə etməyə çəkiliş aparmağa icazə verir.
İmtahanın gedişi zamanı imtahan qaydalarına riayət olunmasına ciddi
nəzarət edir. Əgər şagirdlərdən imtahan qaydalarını pozan varsa (nizam-intizamın
pozulması, köçürmə, mobil telefon və başqa rabitə vasitələrini, köməkçi
vasitələrdən- kitab, konspekt, hesablama maşını, cədvəl imtahana gətirmə və s.)
imtahan rəhbəri zala gəldikdə ona məlumat verir. Ġmtahan rəhbərinin qərarına
əsasən şagirdin “Sual kitabçası”nı, “Cavab kartı”nı alır. Protokolun 7-ci bəndində
- “İmtahandan xaric olunanlar” bölməsində iş nömrəsini, soyadını, adının ilk
hərfini və xaric olunma vaxtını qeyd edir. Protokolun 10-cu bəndində səbəbi
göstərilməklə qeydiyyat aparır və onu imtahandan xaric edir. Xaric olunan
şagirdlərdən köməkçi vasitələr və rabitə vasitələri götürülübsə (rabitə vasitələrini
kağıza bükdükdən sonra), bu əşyaların üzərində xaric olunan şagirdin iş
nömrəsini, soyadını, adını yazıb üzərində imza etdikdən sonra imtahan rəhbərinə
təhvil verir.
İmtahanın başlandığı elan edildikdən 1 saat keçənədək və imtahanın son
15 dəqiqəsi ərzində şagirdlərin getməsinə icazə vermir.
Qalan vaxt ərzində imtahan zalını tərk etmək istəyən hər bir şagirdin
cavab kartını və sual kitabçasını alır. Yalnız bundan sonra şagirdin cavab kartını
və sual kitabçasını təhvil aldığı barədə “İmtahana buraxılış vərəqəsi”ndə imza
edir.
Test tapşırıqlarının cavablandırılması üçün ayrılan ilk 1,5 saatlıq
müddətin qurtarmasına 15 dəqiqə qalmış cavabların “Sual kitabçası”ndan “Cavab
kartı”na köçürülməsinin vacibliyini elan edir.
İmtahanın başlandığı elan edildikdən 1,5 saat keçdikdən sonra test
tapşırıqları üçün ayrılan vaxtın bitdiyini şagirdlərə elan edir, cavab kartlarını
kənara qoymalarını tələb edir və onlara sual kitabçalarında verilmiş mövzu üzrə
yazı işinə başlamalarını söyləyir. İmtahanın sakitliyini pozmadan cavab kartlarını
operativ olaraq yığır. İmtahanda iştirak edən və etməyən şagirdlərin cavab
8
kartlarının ön üzünün aşağı sağ küncündəki “Siyahıdakı nömrə”yə uyğun olaraq
artma ardıcıllığı ilə yığır. Yerləşmə siyahısını da cavab kartları ilə birlikdə
kartonların arasına qoyaraq rezin həlqələrlə bərkidir. İmtahan rəhbərinin iştirakı
ilə polietilen zərfə qoyaraq lenti yapışdırır.
“İmtahan qurtardı” elan olunana qədər cavab kartları zərfini özündə
saxlayır.
ĠMTAHAN QURTARDIQDAN SONRA GÖRÜLƏN ĠġLƏR
İmtahan başlandıqdan 2 saat sonra imtahanın qurtardığını elan edir.
Şagirdlərdən qələmlərini masanın üzərinə qoymalarını tələb edir və sual
kitabçalarını operativ olaraq yığır.
İmtahan rəhbərinin iştirakı ilə zalda qalan şagirdlərin gözləri qarşısında
sual kitabçalarını sayır, imtahanda iştirak edən şagirdlərin sual kitabçaları üçün
nəzərdə tutulmuş xüsusi polietilen zərfə qoyaraq lenti yapışdırır. Imtahan rəhbəri
zərfi imzası ilə möhürləyir və təhvil alır.
Cavab kartları zərfinin üzərindəki akt imtahan rəhbəri, zal nəzarətçiləri və
ən az üç şagird tərəfindən imzalanır və imtahan rəhbərinə təhvil verilir.
Yalnız bundan sonra növbə ilə şagirdlərin “İmtahana buraxılış
vərəqəsi”ndə imza edir.
DĠQQƏT! MöhürlənmiĢ cavab kartları və sual kitabçaları zərflərinin
qapağının açılması qəti qadağandır! Nəzarətçi imtahanda iĢtirak edən və
etməyən Ģagirdlərin cavab kartlarının və sual kitbçalarının yerində
olmasına Ģəxsən məsuliyyət daĢıyır.
Cavab kartları zərfini, doldurulmuş protokolu, sual kitabçaları zərfini,
nəzarətçi vəsiqəsini və nəzarətçi təlimatını, imtahan zalını tərk etmədən, imtahan
rəhbərinə təhvil verir .
NƏZARƏTÇĠYƏ QƏTĠ QADAĞANDIR:
1.
İmtahana mobil telefon, kalkulyator, çanta, kitab, dəftər, jurnal, və s. gətirmək;
2.
İmtahan başlandıqdan sonra imtahan zalını tərk etmək, başqa imtahan zalına
daxil olmaq;
3.
Şagirdin “Cavab kartı”nı, “Sual kitabçası”nı zaldan kənara çıxarmaq və ya
çıxarılmasına şərait yaratmaq;
9
4.
“Cavab kartı” və “Sual kitabçası”na baxmaq, sualları araşdırmaq və sualların
məzmununu şagirdlərlə müzakirə etmək;
5.
Şagirdə “Şagirdlərin imtahan zalı üzrə yerləşmə siyahısı”nda qeyd olunmuş
variantı dəyişərək başqa variant “Sual kitabçası” vermək.
6.
İmtahanın gedişi zamanı şagirdlərə kömək etmək, şagirdin suallarına cavab
vermək, onunla söhbət etmək və yanında dayanıb cavablarına baxmaq;
7.
İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq;
8.
“Cavab kartı”nı və “Sual kitabçası”nı təhvil almamış şagirdin “İmtahana
buraxılış vərəqəsi”nə imza etmək;
9.
Kənar şəxsləri imtahan zalına buraxmaq;
10.
İmtahan zalının qapısını örtmək, qapının ağzında dayanmaq, dəhlizə baxmaq
və ya siqaret çəkmək;
11.
“Sual kitabçası”nı götürüb özü ilə aparmaq və ya başqasına vermək.
ġAGĠRDĠN ĠMTAHANDA DAVRANIġ QAYDALARI
(Nəzarətçi bu qaydaları uca səslə Ģagirdlər üçün oxumalıdır!)
1.
İmtahan zalında buraxılış vərəqənizdə göstərilən sıra və yerdə oturmalısınız.
Nəzarətçinin izahatını diqqətlə dinləməlisiniz.
2.
İmtahan zamanı nizam-intizam qaydalarına ciddi əməl etməlisiniz.
3.
İmtahan zalında danışmaq, bir-birindən nə isə soruşmaq, başqasının
cavablarına baxmaq, köçürmək, köçürməyə şərait yaratmaq, köməkçi
vasitələrdən (telefon ,kitab, konspekt, kalkulyator, cədvəl və s.) istifadə etmək
qəti qadağandır.
4.
İmtahan zamanı davranış qaydalarına əməl etməyən şagirdlər imtahandan
xaric olunur və onların imtahan nəticələri ləğv edilir.
5.
“Cavab kartı”nı aldıqda oradakı məlumatları diqqətlə oxuyun. ”Cavab
kartı”nda sizin soyadınız, adınız, atanızın adı və iş nömrəniz çap olunmuşdur.
Bu məlumatlarda hər hansı çatışmazlıq aşkar etdikdə bu haqda nəzarətçiyə
məlumat verin.
6.
“Cavab kartı” ilə işləyərkən diqqətli olmaq lazımdır. “Cavab kartı” ancaq qara
və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələmlə
doldurulmalıdır.
10
7.
”Cavab kartı”nızı sona qədər öz qarşınızda, əlinizin altında saxlayın. Çünki
yanınızda əyləşmiş şagird öz cavablarını səhvən sizin “cavab kartı”nıza yazıb
onu korlaya bilər. KorlanmıĢ “Cavab kartı” dəyiĢdirilmir.
8.
“Cavab kartı”nı səliqə ilə doldurmalısınız. 3-cü bölmədə özünüz haqqında
məlumatları yazmalı, 2-ci bölmədə isə iş nömrənizi damalara yazıb
kodlaşdırmalısınız. “Cavab kartı”ını qatlamaq, əzmək, bükmək və cırmaq
olmaz.
9.
Sual kitabçaları paylandıqda diqqətli olmaq lazımdır. Nəzarətçidən “Cavab
kartı”nızda qeyd edilmiş varianta uyğun “Sual kitabçası” almalısınız.
10.
Test sualları və onların cavabları ilə əlaqədar sual vermək qadağandır.
Nəzərə alın ki, test suallarında və onların cavablarında səhv ehtimalı çox
aşağıdır. Bilin ki, hər hansı sualda səhv olarsa belə, onda həmin sual üzrə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şagirdlərin xeyrinə lazımi qərar qəbul
edəcəkdir.
11.
“Sual kitabçası”nın üzərində iş nömrənizi, soyadınızı, adınızı və imtahan
zalınızın kodunu yazmalısınız.
12.
İmtahanın başlandığı elan edilən andan ayrılan 2 saat vaxtdan səmərəli
istifadə etməlisiniz. İlk 1,5 saat müddətində ana dili və riyaziyyat fənni üzrə
hər birindən 30 sual olmaqla test tapşırıqlarına cavab verməlisiniz. Cavabların
“cavab kartı”nda qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf
olunan vaxt da bu müddətə daxildir. Bu müddət tamamlandıqda sizdən cavab
kartları yığılacaq. Son 30 dəqiqə ərzində isə sual kitabçanızda verilmiş
mövzuda yazı işi yerinə yetirməlisiniz.
13.
Hesablamaları və qeydləri aparmaq üçün “Sual kitabçası”nda kifayət qədər ağ
yerlər ayrılmışdır. Buna görə də əlavə ağ kağızdan istifadə etməyə icazə
verilmir.
14.
İmtahan başlandıqdan 1 saat keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində
imtahan zalından çıxmağa icazə verilmir. Qalan vaxt ərzində cavab kartınızı
və sual kitabçanızı nəzarətçiyə təhvil verib imtahana buraxılış vərəqənizdə bu
barədə imza edərək, bir daha zala qayıtmamaq şərti ilə, imtahanı
yekunlaşdıra bilərsiniz.
15.
“İmtahan qurtardı” elan edildikdə sual kitabçanızı da nəzarətçiyə təhvil
verməlisiniz. Cavab kartınızın və sual kitabçanızın təhvil alınması haqqında
imtahana buraxılış vərəqənizdə nəzarətçiyə mütləq imza etdirin.
16.
Cavab kartınızı və sual kitabçanızı nəzarətçiyə təhvil verməsəniz,
imtahan nəticələriniz ləğv olunacaqdır.
11
17.
İmtahan başa çatdıqdan sonra siz “Cavab kartları”nın zərfə qoyulub
bağlanmasında iştirak edib, zərfin qapağını öz imzanızla möhürləyə bilərsiniz.
NƏZARƏTÇĠNĠN NƏZƏRĠNƏ!
Təlimatda göstərilən tələblərin yerinə yetirilməsi TQDK tərəfindən araşdırılacaq,
təlimata zidd hər hansı fakt aşkar edilərsə, müvafiq orqanlara məlumat verilməklə
zəruri hüquqi tədbirlər görüləcəkdir.
Zal nəzarətçilərinin qiymətləndirilməsi meyarları
1.
SƏNƏDLƏRLƏ Ġġ:
1.1.
ĠĢtirakçıların sənədlərinin yoxlanılması və düzgün oturdulması – 1 bal :
“İmtahan başlandı” və “İmtahan qurtaracaq” sözlərinin, kodlaşdırma nümunəsinin
lövhədə yazılması, imtahan zalının əyani vəsaitlərin olub olmaması, parta və
oturacaqların vəziyyəti baxımından nəzərdən keçirilməsi, sıra və yerlərin düzgün
yapışdırıldığının
yoxlanılması;
iştirakçının
müvafiq
sənədləri
əsasında
identifikasiyasının doğru aparılması, zal, sıra və yerində düzgün əyləşdirilməsi;
1.2.
ĠĢtirakçıları imtahanda davranıĢ qaydaları ilə tanıĢ etməsi – 1 bal :
“İştirakçının imtahanda davranış qaydalarının” oxunması və izah edilməsi; cavab
kartları paylanmadan öncə zəruri ehtiyacların ödənilməsi məqsədi ilə iştirakçıya 3-5
dəqiqə vaxt verilməsi; iştirakçıların yerləşmə siyahısına uyğun əyləşdirildiyinin
yoxlanılması;
1.3.
Ġmtahan sənədlərinin düzgün paylanması – 1 bal :
Cavab kartlarının sıra 1, yer 1-dən başlayaraq yerləşmə siyahındakı qanunuyğunluq
əsasında operativ paylanması və paylama zamanı cavab kartından ad, soyad, ata adı
ilə, şəxsiyyəti təsdiq edən sənəddəki uyğun məlumatların tutuşdurulmasına diqqət
edilməsi; cavab kartlarının doldurulması ilə bağlı geniş, dolğun izahat işinin
aparılması; sual kitabçalarının ümumi və variantlar üzrə sayılması, variantlara
ayrılması, yerləşmə siyahısına və cavab kartının 3-cü bəndinə uyğun olmaqla ən
operativ üsullarla paylanması;
1.4.
Ġmtahan sənədlərini düzgün doldurulması və vaxtla bağlı qaydalara
riayət – 1 bal :
Saatın imtahan rəhbərinin və iştirakçıların saatı ilə eyniləşdirilməsi, imtahanın
vaxtında başlanmasına səy göstərilməsi, başlanma və qurtarma vaxtlarının lövhədə
qeyd olunması, imtahan müddətində vaxtla bağlı qoyulan məhdudiyyətlərə riayət
olunması, nəzərdə tutulan vaxtda gəlməyənlərin müvafiq sənədlərdə qeyd olunması,
iştirakçının təlimatda nəzərdə tutulan vaxt aralıqlarında zaldan buraxılmaması.
1.5.
Sənədlərin qayda üzrə yığılması və bağlanması – 1 bal :
12
İştirakçılardan cavab kartı və/və ya sual kitabçası yığılarkən operativlik nümayiş
etdirilməsi, imtahana buraxılış vərəqəsinə imtahanın sonunda müvafiq sənədlər
(cavab kartı və/vəya sual kitabçası) iştirakçıdan təhvil alındıqdan sonra imza
edilməsi, müvafiq sənədlərin iştirakçıların və imtahan rəhbərinin iştirakı ilə
sayılması, cavab kartları zərfinin təlimata uyğun hazırlanması və bağlanması.
2.
ĠMTAHAN APARMASI:
2.1.
Ġmtahanda sakitliyin təmin olunması – 1 bal :
İştirakçıların həm imtahandan öncə, həm də imtahan prosesində öz aralarında
dialoqlarına şərait yaradılmaması; imtahan rəhbəri və digər nəzarətçilərlə
danışıqlarının iştirakçıların diqqətinin yayınmasına səbəb olmaması; ümumilikdə,
imtahan zalında səssizliyin təmin olunması;
2.2.
Etik davranıĢ qaydalarına riayət – 1 bal :
İmtahan rəhbəri, iştirakçı və digər vəzifəli şəxsərlə təlimata uyğun ünsiyyət qura
bilməsi, dil və üslubun etik davranış qaydaları çərçivəsində olması;
2.3.
Auditoriyanı idarə etməsi – 1 bal :
Auditoriyanı ələ alması, informasiyanı hədəf kütləyə doğru çatdırması və təlqin etmə
keyfiyyətlərinin olması;
2.4.
Fiziki imkanları və pedaqoq-müəllim keyfiyyətləri – 1 bal:
Təmkinlilik nümayiş etdirməsi və emosional yanaşmaması; şəxsi keyfiyyətlərinin
(hərəkətlilik, operativ münasibət, sağlamlıq imkanlarının yetərli olması və s.)
nəzarətçilik funksiyasını yerinə yetirməsinə maneçilik törətməməsi; geyim və
gigiyena
qaydalarına
riayət
edilməsində
pedaqoq-müəllim
səviyyəsinin
saxlanılması;
2.5.
Qayda pozuntularının qarĢısını alması və lazımi tədbirləri görməsi – 1
bal :
Köçürmə hallarının və digər imtahanda davranış qaydalarının pozulmasının
qarşısını almaq üçün təlimata uyğun tədbirlər görməsi (cavab kartlarını və sual
kitabçalarını abituriyentlərin öz aralarında köçürmə məqsədi ilə dəyişdirməsinə, əl-
qol hərəkətləri və digər üsullarla köçürməyə cəhd etmələri kimi hallara imkan
verməməsi, əyani vəsaitlərdən, mobil telefondan və s. iştirakçının imtahana
gətirməsi qadağan olunmuş vasitələrdən istifadəyə mane olması,).
Qeyd: Nəzarətçi iştirakçıya imtahan suallarını həll etməkdə kömək edərsə və ya
bilərəkdən köçürməyə şərait ( cavab kartlarının və / və ya sual kitabçalarının
dəyişdirilməsi, cavabların bir iştirakçıdan digərinə ötürülməsi və s.) yaradarsa,
digər meyarlar üzrə keyfiyyətlərindən asılı olmayaraq “2” qiyməti verilir və
imtahandan kənarlaşdırılır.
13
ĠMTAHANININ GEDĠġĠ HAQQINDA PROTOKOLUN ÖN ÜZÜ
14
İMTAHANININ GEDİŞİ HAQQINDA PROTOKOLUN ARXA ÜZÜ
15
CAVAB KARTI NÜMUNƏSİ
Nəzarətçinin görəcəyi işlərin ardıcıllığı
9
illik
11
illik
ĠMTAHAN RƏHBƏRĠNĠN OTAĞINDA
QEYDĠYYAT VƏ TƏLĠMAT
7
45
12
45
ĠMTAHAN ZALININ QƏBUL EDĠLMƏSĠ
8
00
13
00
ġAGĠRDLƏRĠN YERLƏġDĠRĠLMƏSĠ
8
00
-
9
20
13
00
-
14
20
CAVAB KARTLARININ PAYLANMASI
VƏ DOLDURULMASI
9
20
-
9
50
14
20
-
14
50
SUAL KĠTABÇALARININ VARĠANTLARA AYRILMASI
9
50
-
9
55
14
50
-
14
55
SUAL KĠTABÇALARININ PAYLANMASI VƏ
ÖN ÜZÜNÜN DOLDURULMASI
9
55
-10
00
14
55
-15
00
“ĠMTAHAN BAġLANDI” ELAN OLUNMASI
10
00
15
00
GƏLMƏYƏN ġAGĠRDLƏR BARƏDƏ
SƏNƏDLƏġDĠRĠLMƏNĠN (3 SƏNƏDDƏ) APARILMASI
10
30
15
30
ARZU EDƏN ġAGĠRDLƏR GEDƏ BĠLƏRLƏR
11
00
-11
45
16
00
-16
45
CAVAB KARTLARININ YIĞILMASI
11
30
16
30
“ĠMTAHAN QURTARDI” ELAN OLUNMASI VƏ SUAL
KĠTABÇALARININ YIĞILMASI
12
00
17
00
SƏNƏDLƏRĠN ĠMTAHAN RƏHBƏRĠNƏ TƏHVĠL
VERĠLMƏSĠ
12
15
17
15
ИМТАЩА
Н
РЯЩБЯРИ
НИН
ОТАЬЫ
8
35
Dostları ilə paylaş: |