Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə65/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   61   62   63   64   65   66   67   68   69

Elbəyi CƏLALOĞLU 
202 
X X V   F Ə S İ L  
Varlıq darlıqdır 
Mövlana Cəlaləddin Ruminin söhbətləri Yunus Əmrəni 
əməlli başlı ovsunlamışdı. Onun ara-sıra verdiyi suallar, bil-
gilərini qeyri-adi biçimdə ifadə etməsi də Mövlananı heyran 
qoyur və onun bu gəncə olan rəğbətini günü-gündən artırır-
dı.  Mövlana  Cəlaləddin  Yunus  Əmrənin  bilik səviyyəsinə 
və  təfəkkürünün  dərinliyinə  bələd  olmaq məqsədilə  ona 
meydan vermək qərarına gəldi. Mövlana bu fikirlə oğlu Sul-
tan  Vələdin  vasitəsi ilə  Yunus  Əmrəni  öz hücrəsinə  dəvət 
etdi.  Yunus  Əmrə  ədəb-ərkanla hücrəyə  daxil  olduqdan 
sonra  Mövlana  ona  oturması  üçün  yer  göstərdi.  Onların 
ümimi söhbətləri çox qısa sürdü və Mövlana təzə şəyirdinin 
təfəkkür qıfılına açar salmağa başladı: 
–  Əzizim  Yunus,  insan  nə  zaman  Allah qarşısında 
üzüağ olur və ruhu işıqlanır? – Mövlananın sualından Yu-
nus diksinən kimi oldu və ani bir vaxtda özünü yenidən tə-
səffüf  dəryasına  dalmış  kimi  sandı.  Odur  ki,  mürşidinin 
sualını cavablandırmağa başladı: 
– Əziz Ustadım, Allahın əmanət etdiyi ruhu nəfsinin çir-
kabına bulamadan pak saxlayanlar üzüağ olar və onlar baqi 
günəşin nurlarında qərq olarlar! Çünki İlahi nurlardan ayrı 
düşən insan ruhən qaralar. Ruhunu ilahi məqamdan ayıran, 
ona doğru meyillənməyib, əksinə ondan uzaq düşən adam 
üzüqara qalar. 
Yunus Əmrə düşündüyünü ifadə etdikdən sonra Möv-
lana Cəlaləddin razılıq əlaməti olaraq başını irəli-geri yırğa-
ladı və öz əlavəsini dedi: 
– Torpaqdan yaranan adam, Allahın ruhu ona üfürülən-


Eşq dənizləri qovuşanda 
 
203 
dən  sonra cana  gəldi,  cilvələndi,  gözəllik tapdı,  nurlandı. 
Lakin bunu anlamayıb pak ruhdan ayrılanlar, sonu yaman-
lığa gedən, cəhənnəmə yuvarlanan insanlar oldu. Üzüqara-
lar ehtirasa, dünyavi hisslərə, keçici var-dövlətə, mal-mülkə 
könül  verənlər oldu.  Lakin  könlünü  ulu  Tanrıya verənlər 
Onun nemətlərindən Onun özünü sevmək və Ona ibadət et-
mək üçün canında güc olsun deyə istifadə etdilər. Hər şeyin 
qədəri olduğu kimi, onun qəzası da var. İnsanın yarandığı 
xam maddə torpaqdır ki, o qədərincə sulansa İlahinin istə-
diyi nemətlər əmələ gələr, lakin həddindən çox sulansa ça-
mırlaşar, – Mövlana bu fikirləri söylədikdən sonra müridinə 
yeni bir sualla müraciət etdi: 
– Ruhun gəlişi və qayıdışını necə əlaqələndirə bilərsən? 
Bədən, varlıq və onların irtibatı nədən ibarətdir? 
Yunus Əmrə mürşidinin bu sualından bir az fikrə getdi, 
beynində  nəyisə  vuruşdurdu  və  nəhayət başını  qaldıraraq 
tələsmədən danışmağa başladı: 
– İnsan ruh ilə gövdə kimi iki ayrı varlıqdan qurulmuş 
bir sevgi varlığıdır. Ruh tanrısaldır, ölümsüzdür, o, gövdə-
də qaldığı müddətdə Tanrı dərgahına dönmə həsrəti içində 
çırpınır.  Sonda  isə  ruh  Tanrıya qayıdır,  gövdə  onu  əmələ 
gətirən ünsürlərə ayrılır. Torpaq, su, od və küləkdən ibarət 
olan  həmin  ünsürlər  boşluq  və  ya  yoxluqla  vəhdət təşkil 
edərək insan və irili-xırdalı bütün mövcudiyyatlar da daxil 
olmaqla varlıq kainatını yaratmışdır, – Yunus bunları deyib 
bir anlıq dayandı, Mövlana Cəlaləddin isə onun dediklərinə 
bir az da açıqlama gətirdi: 
–  Bəli,  doğrudur,  bu  əvəzsiz varlığın  yaradıcısı  isə  ulu 
Tanrıdır. Gerçəkdə insan, Tanrı və kainat üçlüyü birlik için-
dədir,  bu  bir  görüntüdür,  var  olan  isə  tək  Tanrıdır.  Çünki 
Tanrı  özünün  yaratdığı  bütün  varlıqların  hər birində  əks 
olunur. Kainatı əmələ gətirən ünsürlərlə insanın gövdəsini 
meydana  gətirən  ünsürlər eynidir.  Bu  eynilik  ona  görədir 
ki, əgər Tanrı yaranmış varlıqda əks olunursa, bu, əsl varlıq 
hesab olunar, – Mövlana dayandı, əlini çay stəkanına uzatdı 
və  Yunusa  davam etməsini  söylədi.  Yunus  Əmrə  mürşidi-


Elbəyi CƏLALOĞLU 
204 
nin bəhsindən bir az da ruhlanmışdı və bu minvalla təfək-
kürünün qızıl guşəsini töküşdürməyə başladı: 
–  İnsan  eşq  yoluyla  Tanrıya çatar,  çünki  insanla  Tanrı 
arasında  eynilik,  oxşarlıq  vardır.  Ancaq,  insanın  bu  fani 
dünyada olması, ruhun Tanrı məqamından uzaqda qalması, 
bir ayrılıqdır. Bu ayrılıq, insanı həyatı boyunca Tanrını dü-
şünməyə,  Onun  həsrətini  çəkməyə  vadar  etmişdir.  Eşq  in-
sanla  Tanrı  arasında  birləşdirici  xüsusiyyətdir.  İlahi sevgi-
nin  qayəsi  insanı  uca  Tanrıya  –  Ölümsüz olana qovuşdur-
maq,  Onun  varlığında  bütünlüyə  çatmaqdır.  İnsanın  Tan-
rıyla eyni  olduğundandır  ki,  özünü  sevən  Tanrını  sevər, 
Tanrını  sevən  isə  eynilə  özünü  sevər.  “Özünü  sevmək” 
maddi  anlamda  qəbul  olunmamalıdır.  “Özünü  sevmək” 
ürəyini  pisliklərdən  arındırmaq,  Allah  eşqi ilə  yaşamaq və 
ənbiyaların, övliyaların buyurduğu şərtlərlə davranmaqdır. 
Sevgi həm də özünü başqasında, başqasını özündə tapmaq-
dır. Tanrının yaratdıqlarını sevmək elə Tanrının özünü sev-
məkdir.  Sevginin  olmadığı  yerdə,  hirs,  inciklik,  mənçilik, 
bir-birindən qopmaq, ayrılmaq kimi xoşagəlməz hallar orta-
ya  çıxar,  –  Yunus  Əmrə  mürşidi  Mövlananın  üz-gözündə 
razılıq əlamətlərini görürdü və onun nəsə demək istədiyini 
hiss etdiyindən söhbətinə ara verdi. Bu zaman Aşiqlər sulta-
nı verilən cavabdan məmnunluğunu ifadə edərək danışma-
ğa başladı: 
– Çox gözəl, oğlum! Eşqin dəyərini, sevginin qiymətini 
təkcə eşq əhli bilər. Özündə İlahi eşqi tapa bilənlər, bu eşqin 
əzəli və əbədi sahibi olan Tanrını sevər. Sevmək bir müdrik-
lik əlaməti, bir mövcudluq göstəricisidir. Yetərincə işıqlan-
mamış  və  ya  Tanrı  işığından  məhrum qalmış  bir  könüldə 
eşqin, sevginin yeri yoxdur. Bütün varlıq növlərini bir-biri-
nə  bağlayan,  onları  Tanrı  dərgahına  yönəldən  eşqdir.  İlahi 
sevgi  insan  hisslərinin  ən  uca  qatında  yerləşdiyindən,  se-
vənlər qarşılıq gözləməz. Dost adam – gerçək sevən kimsə-
dir, aşiqdır. Dost başqa bir mənada da Tanrıdır, adamın kö-
nlünü ışıqlandıran baqi günəşdir. Yaşamaq Tanrı kölgəsinin 
əks  olunduğu  kainatda  sevinc  duymaqdır.  Çünki bütün 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə