Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   61   62   63   64   65   66   67   68   69

Eşq dənizləri qovuşanda 
 
211 
edənlərin sürəkli gülüşləri vurdu. 
Bir neçə saatdan sonra Səma rəqsləri başlayacaqdı. Möv-
lana müridlərinə bunu xatırladıb, zalı tərk etdi... 
Səma rəqslərinin nizamı, özəlliyi və hikməti iştirak edən 
hər kəsi özünə çəkməkdəydi, müridlər bu rituallardan doy-
murdular. Yunus Əmrə sonuncu dəfə ritualda iştirak etdik-
dən sonra doğma şəhərinə qayıtmaq üçün Mövlanadan xe-
yir-dua istədi. Mövlana bu gəncin düşüncəsinə, təfəkkürü-
nə vurğunluğunu bir daha ifadə edərək onu Mövləvi təriqə-
tinin xirqəsi ilə mükafatlandırdı. Bundan sonra Yunus Əm-
rə  mürşidinin  əlini  öpərək  Konyanı  tərk  edib,  doğulduğu 
Əskişəhərə yola düşdü... 
 
 
 
 


Elbəyi CƏLALOĞLU 
212 
X X V I   F Ə S İ L  
Can və bədən 
1273-cü  il  dekabr  ayının  əvəlləri  idi.  Mövlana  Cəlaləd-
din  Rumi ömrünün  ahıl  çağlarını  yaşayırdı,  lakin  həmin 
vaxta qədər  nə  şövqdən  düşməmişdi,  nə  də  dərs keçmək-
dən, rəqs etməkdən yorulmur, doymurdu. Son günlər isə o, 
özündə nasazlıq hiss edirdi, canının ağrıdığını deyirdi. Tə-
biblər əvvəlcə onun sadəcə soyuqladığını, bir neçə gün son-
ra isə soyuğun onun  ciyərlərinə təsir etdiyini dedilər. Qız-
dırma içində olan Mövlana Cəlaləddin dərslərə gedə bilmə-
diyi üçün müridləri ilə məşğul olmağı Hüsaməddin Çələbi 
və oğlu Sultan Vələdə tapşırmışdı. Sultan Vələd demək olar 
ki, bütünlüklə atasının biliklərinə yiyələnmiş, onun hikmət-
lərini layiqincə öyrənmiş mötəbər bir alimə çevrilmişdi... 
Dekabr ayının 15-də Mövlana ağrılarının azaldığını bə-
yan  edərək,  mədrəsəyə  getmək istədiyini,  müridləri  üçün 
darxdığını  bildirdi.  Hüsaməddin  Çələbi və  onu  nəzarətdə 
saxlayan  təbib etiraz etsə  də,  Mövlana  Cəlaləddin  fikrində 
israr etdi... 
Aşiqlər sultanı mədrəsənin dərs zalına girəndə müridlər 
sevincini gizlədə bilmədilər və bir-bir Mürşidin əlini öpərək 
onu ziyarət etməyə başladılar. Ziyarətçilər yerbəyer olduq-
dan sonra Mövlana Cəlaləddin bir qədər sakit tərzdə danış-
mağa başladı: 
– Canın meyli diriliyədir, çünki onun əsli Laməkanın ca-
nındandır.  Bədənin  meyli isə  yaşıllığa,  axar  suyadır,  çünki 
əsli  onlardandır.  Can  hikmətə  və  bilgilərə,  bədən  isə  bağa 
və bağçaya meyil edir. Aşiqlərin meyil və məhəbbəti onları 
zəif bir hala gətirər, lakin məqsədlərinə nail olduqdan sonra 


Eşq dənizləri qovuşanda 
 
213 
məşuqunun  meyil və  məhəbbəti  onları  gözəlləşdirər,  par-
laqlaşdırar. Biz burada  Mürşidi-kamil  Şəmsəddin  Təbrizi-
nin uşaqlıqda başına gələnləri, atası ilə söhbətlərini xatırla-
ya bilərik. Təbrizi bu halları  elə  həmin  vaxtlarda  keçirirdi. 
Aşiqlərin  eşqi  onların  canını  yandırır,  Sevgilisinin  eşqi isə 
onların yanaqlarını nura döndərir, parıldadır. Burada fikri-
mi  bir  az  daha aydınlaşdırmaq  üçün  Həzrəti Məhəmməd 
Peyğəmbərdən sitat gətirmək istəyirəm. O, dedi ki, mənim 
meracım Yunusun meracından üstün deyil. Mənimki göylə-
rə çıxmaqla oldu, onunku yerlərə enməklə, lakin Tanrı ya-
xınlığı  hesaba  sığmaz.  Tanrıyla yaxınlıq  nə  yuxarıya  çıx-
maqdır, nə aşağıya enmək, Tanrı yaxınlığı varlıq həbsindən 
qurtulmaqdır. Yox olana nə yuxarı, nə aşağı? Yox olanın nə 
yaxınlığı olur, nə də uzaqlığı. Tanrının sənət yurdu da, xəzi-
nəsi  də  yoxluqdandır.  Sən  varlığa  aldanmısansa,  yoxluğu 
nə  biləcəksən?..  Diqqət etdinizmi,  Peyğəmbər  əfəndimiz 
yoxluğu və Tanrının yerini nə qədər gözəl təsvir etmişdir, – 
bu arada  Mövlananı  öskürək tutdu,  o,  birtəhər özünü  tən-
zimləyib, bir-iki qurtum isti çay içdi və öskürəyi sakitləşdik-
dən sonra söhbətinə davam etdi: 
–  Tanrını  ancaq Haqq  məqamına  yetmək  üçün  sevən, 
eləcə  də  qərəzlərdən,  məqsədlərdən  uzaq  olan  aşiqlərdən 
başqa, ənənəvi olaraq Onun qorxusundan və ya daima xeyri 
ilə  yararlanmağa,  maddiyyatıyla mükafatlanmağa  nail  ol-
maq məqsədilə Tanrını sevənlər də var. Onlar təqlidçilərdir. 
Bu cür insanlar bilim adamlarından ilkin məlumat almışlar, 
lakin  yetərli bilgiyə  sahib  deyillər.  Ona  görə  də,  onların 
Tanrı  sevgisi  bir  növ  ənənə  səciyyəlidir,  canlarında  Allah 
xofundan başqa bir şey yoxdur. Onların yardıma ehtiyacları 
var, Haqq yolunu bilənlərin onlara yardımçı olması gərək-
dir. Ənənəvi Allah sevgisində bulunanlar anlamırlar ki, Al-
lahın  nə  pul-para kəsən  dəzgahı,  nə  qızıl  əridən 
emalatxanası  var.  Bu,  Onun  yaradıcılıq  meyarına  tamam 
yaddır.  Xəzinə  toplamaq  eşqinə  düşənlər  Tanrını  dərk et-
məyənlərdir. Onlar yoxu anlamayan, ağlın ağlını işə salma-
ğı bacarmayan, bu dünyaya hansı mənbədən varid olduğu-


Elbəyi CƏLALOĞLU 
214 
nu  ağlına  belə  gətirməyənlərdir.  Yunus  peyğəmbərin  qöv-
mü də əvvəlcə varlı həyat sürməyi üstün tutmuşdu. Bu, on-
ların  dini  və  mənəvi cəhətdən  məhvinə  gətirib  çıxarmışdı. 
Bu zaman Tanrı Yunusu göndərərək onları tövbə edib yolla-
rına qayıtmayacaqları təqdirdə fəlakətlə üzləşəcəkləri barə-
də xəbərdar etmişdi. Aşiqlərin Haqq sevgisi iman doğrulu-
ğunun nişanəsidir, o yolda ölsən belə, ölüm sənə xoş gələ-
cəkdir. Əgər imanın belə deyilsə, bil ki, kamil deyildir. İma-
nınız kamil olsun! 
Sevgili dediyin bir Haqqdır, bir də Tanrı. Tanrı “sən mə-
nimsən, mən sənin” demişdir. “Haqq” dediyimiz isə Tanrı 
məqamıdır, Onun dərgahıdır, aşiqlərin qovuşacağı məkan-
dır. Can canana çatmayınca kordur. Eşq dini, eşq məzhəbi 
yetmiş  iki  şəriətin  yeddi  qat  fövqündədir.  Eşqə  görə,  pad-
şahların taxtı sadəcə bir taxta parçasından ibarətdir. Eşq çal-
ğıçısının  Səma rəqsləri  vaxtı  ifa  etdiyi budur:  “Qulluq bir 
bağdır,  əfəndilik  baş ağrısı!”  Bu  halda  eşq  yoxluq  dəryası-
dır.  Haqqa qul olmaq hələ  aşiqlik yatabına  çatmaq  deyil. 
Qul hələ  çox  sınaqlardan  keçməlidir.  Özünü  kamil hesab 
edən,  ağıllı  sayan  adam  ulu  Tanrının  yolunda  hərəkət  edə 
bilməz. Ağlın külli ilə eşqə qul olarsan. Qul olarkən aşiq ol-
maq istəyərsən.  Qulu  aşiqlikdən  1001  günlük  sınaq  ayırır. 
Aşiq  olduqda  Haqq yoluna  qədəm qoyarsan,  lakin  bunun 
üçün  məlum  olan  qayda  var.  Bunların  birincisi  Şəriətdir  – 
qaydaları öyrənmək, ikincisi Təriqətdir ki, bu artıq haqq yo-
luna  qədəm qoymaqdır,  üçüncüsü Mərifətdir,  bu,  öz 
“mən”ini  öldürməklə,  ürəyini  bütün  pisliklərdən  təmizlə-
məklə,  elmi və  dini  biliyini,  vicdanını,  ədəbini,  istedadını 
fitrətində  cəmləşdirərək  şüurun  içindəki  şüuru oyatmaqla 
könüldə Tanrının təcəllasını görmək deməkdir. Dördüncü-
sü isə Həqiqiətdir ki, bu mövqe Allahla vəhdətdə olmaq de-
məkdir və yalnız bu halda sufi və ya Haqq aşiqi məqsədinə 
çatmış hesab oluna bilər, – Mövlananın söhbətinin bu yerin-
də onu sürəkli öskürək bir də haqladı və bu, bir qədər uzun 
çəkdi. Sultan Vələdlə Hüsaməddin Çələbi onu evə getməyə 
təhrik etsələr  də,  o,  razılaşmadı  və  söhbətini  yekunlaşdır-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə