Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə64/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   61   62   63   64   65   66   67   68   69

Eşq dənizləri qovuşanda 
 
199 
diq qalmaq üçün edilir. İnsan saf niyyət üçün gördüyü işlər-
lə  savaba qovuşur.  Bu  səbəblə  qəlb  nurlanır,  bu  nur  da 
nəfsə sirayət edir və o, mənəvi çirkabdan təmizlənir. Ürfan 
şərabından iç ki, onun təsirindən eşqə tutulub, Allaha qovu-
şasan! Unutma ki, insan Tanrının Həqiqətindən maddi dün-
yaya tənəzzül etmiş bir varlıqdır, o, əsl varlıqdan, Həqiqət-
dən  yox  olmuşdur.  Ona  görə  də,  yoxluqdan  varlığa  qayıt-
mağa can at, bu yolda fədakarlıq göstər! Tənəzzüldən tərəq-
qiyə dön, Allahda yox ol! 
Hər  şey  vaxtında  edilsə  və  ya  deyilsə  rəhmət,  vaxtsız 
deyilsə  isə  lənət gətirər. Həllacı  Mənsurun  “Ən  əl-Həqq” 
deməsi  şübhəsiz rəhmət,  Fironun  “Ən  Allah”  deməsi isə 
nəfsdən olduğu üçün lənət gətirdi. Həllacı Mənsurun təfək-
küründə bu kəlmə zaman-zaman yetşdi və öz vaxtında de-
yildi, Firon isə nəfsinin qulu olduğu üçün sözünü kal və bi-
vaxt dedi. Bu mənada, vaxtsız banlayan xoruzun başı ibrət 
olması üçün kəsilməlidir, çünki bu hal nəfsə üsyan etməyə 
işarədir. 
Hər dövrdə yeni söz deyilir, lakin keçmişlərin söylədiyi 
hikmətlər daha faydalıdır, çünki bu hikmətlər bir dağ çayı-
nın axarına düşüb dağların zirvəsindən ətəklərə qədər yu-
varlanıb  gələrək hamarlanmış  çay  daşına  bənzəyir. Nə  qə-
dər alimlər vardır ki, həqiqi elmdən, mədəniyyətdən, ürfan-
dan  nəsibləri  yoxdur.  Onların  ictimaiyyətin  diqqətini  cəlb 
edəcək məntiqləri,  xalqı  tərəqqiyə  səsləyəcək fikirləri  yox-
dur. Bu cür alimlər elm hafizidir, elm sevgilisi deyil! 
Eşqində doğru olan kişi varlılığa, zənginliyə bağlanmaz. 
Aşiqlərin varlılıqla işi yoxdur, onlar qazancı sərmayəsiz əl-
də edərlər, aləmin ətrafında qanadsız uçarlar. Aşiqlər yox-
luqda  çadır  qurarlar.  Onlar  yoxluq kimi bir rəngdədirlər, 
yalnız  ruha sahibdirlər.  Aşiqlərin  qidası  çörək  deyil,  onlar 
İlahi eşqi ilə yaşayarlar. Canın qidası eşq olduğu kimi, ru-
hun qidası da aclıqdır. 
Harda cahil bir çılpaq, bir yoxsul görsən, bil ki, o, bir ka-
mildən  qaçmışdır.  O,  gözü  kor,  diləyi  pis  adam  nəfsin 
toruna  düşərək  könlünün  istədiyini  etmək  üçün  bir ustad-


Elbəyi CƏLALOĞLU 
200 
dan  fərar etmişdir.  Əgər  o,  ustadının  dediyi ilə  getsəydi 
özünü və əqrəbasını bəzəmiş olardı. Ustadından qaçan var-
dövlətindən qaçar! Qazanc tək bu dünyada deyil, o dünya-
nın  da  öz  qazancı  var.  Ulu  Tanrı  “bu  dünyanın  qazancı  o 
qazancın yanında uşaq oyuncağıdır” dedi. O qazanc din qa-
zancıdır, eşqdir, Haqq nuruna qabil olmaqdır. Lakin mərhə-
mət etmək Allah qarşısında hər birimizin borcudur, yolun-
dan  çıxanı  öz  yoluna  qaytarmaq,  ac  qalana  çörək vermək, 
borclunun borcunu ödəmək Allah yanında şərəf və ləyaqət 
sahibi olmaqdır.  Çünki Allah  “əl-Bəqərə” Surəsinin  261-ci 
ayəsində  buyurmuşdur:  “Mallarını  Allah yolunda  sərf 
edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu 
sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi 
kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir!” 
Maddi və mənəvi dəstəyinizlə bir insanı çətinlikdən çı-
xarmaqdaykən,  onu  ifrat  yoxsulluqdan  qurtarmaqdaykən 
bu  işinizi  də  yarımçıq  qoymayın!  Çünki bu halda  siz  onu 
daha dərin quyuya yuvarlamış, bununla da daha böyük gü-
nah qazanmış olarsınız. Suda üzə bilməyən birisini çaydan 
keçirmək qərarına gələrkən, onu yarımçıq suda buraxıb geri 
dönsəniz,  batacağına  qətiyyən  şübhə  etməyin.  İşinizi sona 
qədər etsəniz axirətdə mükafatınız daha böyük olar! Unut-
mayın  ki,  varı  olanlar  yoxsullara borcludur,  çünki var elə 
yoxdan  əmələ  gəlmişdir,  yox  olmasaydı,  var  da  olmazdı, 
yoxsul olmasaydı varlı da olmazdı. Maddi dünyanın sərvəti 
sayılıdır, yığılan və ya toplana biləndir. Ona görə də, yoxsu-
lu  yoxsul  edən  elə  varlıdır,  çünki varlı  hüdudsuz tamaha, 
hədsiz zənginliyə sahib olmasaydı, yoxsul da yoxsul olmaz-
dı, hər ikisi eyni səviyyədə olardı. 
Elmi və  helmi  olanlar  bu  İlahi vergini  onlara Allahın 
verdiyini anlayaraq bildiklərini insanlara paylayırlar,  lakin 
maddi sərvətlə zəngin olanların bir qismi bunu öz hünərləri 
saydıqlarından  Allahı  unudur,  daha  da  əzazilləşir  və  yox-
sullara yuxarıdan aşağı baxırlar. Ey varlığını maddi zəngin-
likdə görənlər, hər gün rastlaşdığın yoxsullar, çətin vəziyyə-
tə düşmüşlər sənin və ya övladıyın gələcək vəziyyətinin ay-


Eşq dənizləri qovuşanda 
 
201 
nası ola bilər! Allahına şükür et, nəfsinə hakim ol! İmkansı-
za nəvazişlə yanaş, ona rəhm elə ki, Allah da sənə rəhm et-
sin! İnsanlara ilan müdrikliyi, göyərçin məsumluğu, evlərə 
isə  sülh arzulayan  Həzrəti  İsa  peyğəmbər buyurur  ki,  hər 
bir insan öz din və əqidə qardaşını 7 dəfə yox, 70 kərə 7 dəfə 
bağışlamağa borcludur. Əlbəttə, bu rəqəm çoxluq mənasın-
da işlədilib, lakin uca Allah hər dəfə insanı bağışlayırsa, in-
sanın bunu etməməsi məgər günah olmazmı?! 
Elədiklərinizin qarşılığında kimsədən ödəniş ummayın, 
yaxşılıqların da, pisliklərin də bədəlini ulu Tanrı verər. Al-
lah təala  mərhəmət  edər,  lakin  “mərhəmət etdim”  deməz. 
Həlim, yəni səbirli və yumşaq olan, elmli, comərd və əxlaqlı 
olan hər bir kəsin Allah qarşısında və insanlar arasında qiy-
məti yüksək olar! Ədəbi və əxlaqı olmayandan insanlıq da 
gözləmə, çünki insanı heyvandan fərqləndirən əlamət ədəb 
və əxlaqdır! – Mövlana Cəlaləddin Rumi bu sözləri demək-
dəykən bayırdan azan səsi eşidildi və bu zaman o, söhbətini 
yekunlaşdıraraq dedi: 
–  Namaz  qılan  vaxtı  qəlbinə  dünya  düşüncəsi gəlsə, 
dünya zövqü səni özünə çəksə, namazı yenidən qıl! 
Mövlana Cəlaləddin Rumi sözünü bitirdikdən sonra ha-
mı namaza hazırlaşdı... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə