Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə61/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

Eşq dənizləri qovuşanda 
 
189 
Əxi  Fərəc  XIII  əsrdə  yaşamış  Əxi  Evrən  ləqəbi və  eyni  za-
manda,  Molla Nəsrəddin  adı  ilə  məşhur olmuş  Şeyx  Nəs-
rəddin  Mahmud  Xoyi qədər özlərinə  tərəfdar  toplaya bil-
məmişlər. Əxi Evrənə görə, əxiliyi qəbul edənlərin hər hansı 
bir sənətə  sahib olması  vacib  idi.  Çünki  əxi  halal qazancla 
yaşamağı  öhdəlik olaraq götürürdü.  Əxilik halal qazancın 
yolunun insanın öz zəhməti ilə olan dolanışığından başladı-
ğını  deyirdi.  Eyni  zamanda,  əxi  düşüncəsinə  görə,  zəngin 
olan kəs başqasına daha çox xidmət edə bilər. “Əxi” düşün-
cəsindəki dünya malına meyllilik qaydası dərvişliyin şərtlə-
rinə,  “sufilik”  əqidəsinə  və  eynilə  “Mövləvi” təriqətinin 
şərtlərinə  zidd  olan  əlamətlərdən  idi.  Bundan  başqa,  əxi 
olan kəs cihad amalına da sahib olmalı idi. Çünki cihad “Əl-
Quranul-Kərim”də fərz qılınmışdır. Buna misal olaraq “əl-
Furqan  (Fərqləndirmə)” Surəsinin  52-ci ayəsində  deyilir: 
“(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Quran-
la) böyük bir cihad et! (Var gücünlə vuruş!)”, eləcə də “əl- 
Maidə (Süfrə)” Surəsinin 35-ci ayəsini də dediyimizə misal 
olaraq göstərmək  olar:  “Ey  iman  gətirənlər! Allahdan  qor-
xun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) və-
silə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapası-
nız!” və ya “əl-Tövbə (Tövbə) Surəsinin 41-ci ayəsində Allah 
buyurur:  “(Ey  möminlər!)  Ağırlı-yüngüllü (qocalı-cavanlı, 
atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çı-
xıb  malınız  və  canınızla Allah yolunda  vuruşun!  Bilsəniz 
bu, sizin üçün nə qədər xeyirlidir!”. Əxi Evrən ondan nəsi-
hət istəyənlərə “Ey əxi qardaşım! Alış-veriş elmini bilməyən 
kəs haram loğmadan  xilas ola bilməz! Haram loğma ye-
yənlər isə ibadətlərinin savabını tapa bilməz, zəhməti həmi-
şə boşa gedər, sonunda böyük əzaba tutular və elədiklərinə 
peşman olar!” deyərmiş... 
Şeyx Nəsrəddin Mahmud Xoyinin uşaqlığı və ilk təhsili 
dövrü doğulduğu şəhərdə keçmişdir. O, sonra Xorasana ge-
dərək Fəxrəddin  Razinin  çevrəsinə  qatılmışdır.  Fəxrəddin 
Razinin  böyük kəlam alimi olması,  Şeyx  Nəsrəddin  Mah-
mudun  da  bəşəri elmləri  dərindən  öyrənməsinə  səbəb ol-


Elbəyi CƏLALOĞLU 
190 
muşdur.  O,  ilk təsəvvüf təhsilini  Xorasanda  və  Mavərən-
nəhrdə  “Yəsəvi” təriqətinin  dərvişlərindən  almışdır.  Daha 
sonra Həcc səfəri üçün ölkəsindən ayrılan Əxi Evrən, bu sə-
yahət zamanı Bağdadda Şəms Təbrizinin dostu Şeyx Əvhə-
dəddin Kirmani ilə tanış olmuş və ona müridlik etmişdir. O, 
Əvhədəddin Kirmaninin qızı Fatimə ilə evlənmişdir. Abbasi 
xəlifəsi Nasirlidinillah onu Kirmani ilə birlikdə Anadoluya 
göndərmişdir. 
Anadoluya gələn Əxi Evrən ilk öncə Qeysəriyyədə yer-
ləşmiş və burada bir dabbaqlıq emalatxanası qurmuşdur. O, 
şeyxi  ilə  birlikdə  Anadolunun  şəhər,  qəsəbə  və  kəndlərini 
dolaşaraq, əxilik anlayışının yayılmasına və təşkilatlanması-
na rəhbərlik etmişdir. 
Şeyx Nəsrəddin Mahmud Xoyi Qeysəriyyədə moğollara 
qarşı etdiyi mücadilə nəticəsində aldığı beşillik həbs müd-
dətinin iki ilini çəkdikdən sonra azad olundu və o, buradan 
çıxıb Dənizliyə getdi. Bir müddət sonra, 1245-ci ildə Əxi Ev-
rən  Şeyx  Nəsrəddin  müridləri və  bəzi alimlərlə  birlikdə 
Sədrəddin  Konyavinin  istəyinə  əsasən  Konyaya gəldi.  O, 
burada da özünə tərəfdaşlar toplaya bildi, hətta onun dəstə-
si əmin-amanlığın qorunmasında hökumətə dəstək verirdi. 
Əxi Evrənin Konyaya gəlişindən az sonra, 1246-cı ildə II Qi-
yasəddin  Keyxosrov  dünyasını  dəyişdi  və  onun  oğlu II 
İzəddin  Keykavus hakimiyyətə  gəldi.  Anadolu Səlcuqlu 
hökmdarı  II  İzəddin  hakimiyyətə  gəldiyi ildə  Əxi  Evrəni 
baş  vəzir vəzifəsinə  təyin  etdi.  Tutduğu  vəzifədən  istifadə 
edən  Şeyx  Nəsrəddin  əhalini  moğollara qarşı  qiyama çək-
məyə  başladı.  Mövlana  isə  moğolların  törətdiyi  qırğınları 
göz önünə gətirərək Şeyx Nəsrəddini bu fikirdən daşındır-
mağa çalışdı. Çünki bu, elə bir dövr idi ki, ölkənin əksər his-
səsi moğolların nəzarəti altında idi, xırdaca bir siyasi səhv 
xalqı qırğına verə bilərdi. Mövlana Cəlaləddin indiki halda 
moğollara qarşı  edilən  çılğınlığın  ağılsızlığa  bərabər oldu-
ğunu söyləyirdi. Ona görə də, belə bir vaxtda daha çox so-
yuqqanlı  olmağı  tövsiyə  edən  Mövlana  moğolların  qılıncı-
nın qabağına ondan daha kəsərli olan hikmət qılıncıyla get-


Eşq dənizləri qovuşanda 
 
191 
məyi üstün  tuturdu.  O,  həm  də  qeyd  edirdi  ki,  indiki za-
manda bütün gücü iç şüurun oyanmasına, küllü ağlın hərə-
kətə  gətirilməsinə  yönəltmək lazımdır,  belə  ki,  ağlın  ağlını 
hərəkətə gətirsək moğolların qılıncı korşalar. Mövlana Cəla-
ləddin onu da göz önünə gətirirdi ki, Haqq qiyamı yox, icti-
maiyyəti tədricən tərəqqiyə yönəldən hikmətli sözü, dəyərli 
fikiri sevir. Çünki qiyam ən azından insan tələfatı ilə nəticə-
lənir, o da olsun ki, moğollara qarşı. Moğolların qılıncı isə 
nə körpə tanıyır, nə qadın, nə də qoca. Bütün bunlara bax-
mayaraq, Mövlananın təkidlərini Əxi Evrən Şeyx Nəsrəddin 
heç cür qəbul etmədi. Elə həmin ərəfədə Kimyanın ölümün-
dən təsirlənmiş Əlaəddin Çələbi də atasından gizli şəkildə 
Şeyx Nəsrəddinin dəstəsinə qoşulubmuş. 
Həmin vaxtlar Şeyx Nəsrəddinin bir çəkişməsi də Şəms 
Təbrizi ilə olmuşdu. Belə ki, vəzir Əxi Evrən Şeyx Nəsrəd-
din  öz  sarayında  növbəti mərasim keçirdirdi.  O,  alimləri, 
şeyxləri, təriqət başçılarını dəvət edərək ara-sıra bu cür mə-
rasimlər təşkil  edirdi.  Budəfəki toplantıda  Mürşidi-kamil 
Şəms Təbrizi  də  iştirak  edirdi.  Mərasimdə  hər kəs söhbət 
edər, çeşidli elmlərdən, təfsir və hədisdən bəhs edər, müd-
rik fikirlər yürüdər və  bu fikirlərin  müzakirəsi  başlanardı. 
Onlar söhbətlərində adətən əski alimlərin sözlərini və ya fi-
kirlərini nəql edirdilər. Bu arada Şəms Təbrizi məclisdəkilə-
rə xitabən, – nə vaxta qədər onun-bunun dediklərini anlada-
caqsınız, qəlbim mənə Rəbbimdən bu cür xəbər verir, – de-
yərək, o yan-bu yana göz gəzdirdi və – bir fikir söyləyəniniz 
tapılmayacaqmı?  –  deyə  əlavə  etdi.  Onun  bu  söylədikləri 
məclisdə geniş etirazlara səbəb oldu və vəzir Şeyx Nəsrəd-
din ona özündən çox razı halda danışmamasını tövsiyə etdi 
və eyni zamanda təlqinləri ilə razılaşmadığını da Şəms Təb-
rizinin diqqətinə çatdırdı. Şəms Təbrizi isə onun qayınatası 
Şeyx  Əvhədəddin  Kirmani  ilə  yaxın  dost olduğunu  Şeyx 
Nəsrəddinə xatırladaraq, – sən təriqət başçısı və dövlət vəzi-
ri olsan da, hələ məndən öyrənəcəyin çox şeylər var, – deyə-
rək onun məclisini tərk etdi... 
Belə bir zamanda Əxi Evrən Şeyx Nəsrəddinin fikirləri-


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə