Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə66/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   61   62   63   64   65   66   67   68   69

Eşq dənizləri qovuşanda 
 
205 
varlıq növlərində Tanrı görünməkdədir, bu səbəblə sevərək, 
düşünərək yaşamağı bilən kimsə hər yerdə Tanrı ilə üz-üzə-
dir. Ehtirasa qapılmaq, zəngin həyat tərzinə bağlanmaq, elə-
cə də keçici varlıqları əldə etmək məqsədi ilə dəridən-qabıq-
dan çıxmaq heç də yaşamaq deyil. Çünki bu hal adamı Tan-
rı nurlarından uzaqlaşdırdığı kimi yetkinlikdən, müdriklik-
dən  də  məhrum  edər.  Yetkin  və  müdrik  adam  həm  də 
Ərəndir.  Ərən  olmaq,  Tanrı  sevgisinə  qovuşmaq,  Tanrının 
sevdiyi ən uca məqama çatmaq deməkdir, – Mövlana Cəla-
ləddin bütün bunları söylədikdən sonra dayandı və üzünü 
Yunusa tutdu. O, şəyirdinin ərənlər barədə nə düşündüyü-
nü bilmək istəyi ilə onun danışmasına imkan verdi: 
–  Ərən  barış  içində  yaşamağı,  bütün  insanları  qardaş 
görməyi, özünü sevməyənləri belə sevməyi bilən adamdır. 
Ərənlik kamilliyə  çatma məqamıdır.  Onun  könlü yalnız 
sevgiylə və dostluq duyğularıyla doludur. Kainatı bir tanrı-
sal görünüş olaraq bildiyindən, ərənlərin ona qarşı da sevgi-
si və  hörməti  əvəzsizdir.  Ərənin  gözündə  insan  kiçik bir 
kainatdır,  böyük kainat  isə  tanrısal  nurların  əhatə  etdiyi 
sonsuz varlıq  aləmidir.  Ərənlik məqamına  çatmış  adamda 
əqli yetkinlik,  müdriklik,  təvazökarlıq,  ədəb,  əliaçıqlıq  və 
səbir bir vəhdət halında olar, – Mövlana Cəlaləddin şəyirdi-
nin  sözünü  saxlayaraq,  onun  cavabından  qane  olduğunu 
etiraf etdi və söhbəti yekunlaşdırmağa cəhd göstərdi: 
– Düşüncənə, təfəkkürünə bərəkallah, Yunus! Sən seçil-
miş  bəndələrdənsən,  sən  sabahı  Haqq  aşiqi olacaq,  ərənlik 
mərtəbəsinə yüksələcək insanlardansan, lakin ərənlərə məx-
sus olan bir əlaməti də bu günkü söhbətimizə əlavə etmək 
istəyirəm. Belə ki, ərənlər ölümdən qorxmazlar, çünki onlar 
axirətini  abad  etmişlərdir.  Ölüm,  ruhun  gövdədən  ayrılıb 
Tanrı dərgahına dönməsi halıdır. Bu səbəblə ölüm həm də 
ruhla gövdə arasında bir ayrılıqdır. Gerçəkdə isə ölüm yox-
dur,  məna  daşıyıcısı  olan  bu  görüntü ölümsüzlüyə  çatma, 
uca qaynağa dönüş məqamıdır. Çünki bütün varlıq növləri 
Tanrının kölgəsi olduğundan, tam ölüm də bizlərin söhbəti-
nə mövzu ola bilməz... 


Elbəyi CƏLALOĞLU 
206 
Söhbət başa  çatmışdı.  Yunus  Əmrə  öz hücrəsinə  çəkil-
mişdi.  O,  bu  günkü mükalimənin  təsirindən  çıxa  bilmirdi. 
Gecədən xeyli keçmiş olsa da, yuxusu ərşə çəkilmiş Yunus 
hələ də mürşidinin dediklərini xatırlayır və ondan çox şey 
öyrənəcəyini düşünürdü... 
Beləcə, sabah oldu, bu təəssüratlar da arxada qaldı. Di-
gər müridlər kimi  Yunus  Əmrə  də  mədrəsəyə  tələsdi. Bir 
azdan  o,  yenə  də  Mövlana  Cəlaləddinin  böyük fikirlərini 
dinləyəcəkdi... 
Bu  dəfə  mədrəsədə  dərs  başlayarkən  gənc  Yunus  söz 
demək istədi və izin alıb ayağa durdu. O, dünənki mükali-
mədən doymayıbmiş kimi, bu günkü təsəvvüf söhbətlərinin 
gedişində də insan və onun varlıq hikmətilə bağlı olan mə-
qamlara toxunmasını  Mövlana  Cəlaləddindən  xahiş  etdi. 
Aşiqlər sultanı  bu  təklifə  görə  ona  razılığını  bildirdikdən 
sonra söhbətə başladı: 
–  Bütün  suallara cavab tapacaqsınız,  bunun  üçün  səbir 
nümayiş etdirməniz, ağlın küllünü işə salmanız və bundan 
sonra  yoxluğu  dərk etməniz  vacibdir.  Səbir etmək  –  üzü 
turşutmadan  acını  udum-udum  içə  çəkməkdir!  Dedikləri-
mizin  izahına  keçməmişdən  öncə  diqqətinizi  ən  xırda  təs-
virlərə  yönəltmək istəyirəm. Belə  ki,  bir  yoxsul  xalis altun 
kimi sevilsə də, o dükanlara yol tapmaz, cünki yoxluğun nə 
olduğunu  bilməyən  insanlar onu  dinləmək istəməzlər. La-
kin  unutmayın  ki,  Tanrı  təkəbbürlüləri sevməz. Tamahkar 
tamahı  üzündən  öz  zəngin  ayıbını  görməz.  Yoxsulluq tə-
kəbbür sahibinin anlayacağı bir şey deyil. Yoxsula və yox-
sulluğa xor baxma, çünki onların Tanrıdan gələn böyük bir 
ruziləri var. Tanrı adildir, adillər çarəsizlərə zülm etməzlər. 
Buna görə də, ağıllı kişi artığa, əksiyə baxmaz, çünki ikisi də 
sel kimi keçər. Sel istər saf olsun, istər bulanlıq, əbədi deyil-
sə,  ondan  bəhs etmə.  Ehsan  və  kərəm sahibləri  yoxsullara 
mərhəmətlə, gözəllər isə güzgüyə baxmaqla bəzənirlər. Bu-
nunla bağlı “əz-Zuha” Surəsində Allah buyurmuşdur: “(Ya 
Peyğəmbər), yetimə zülm etmə! Dilənçini də (qapıdan) qov-
ma! Və  (həmişə) Rəbbinin  sənə  olan  nemətindən  söhbət 


Eşq dənizləri qovuşanda 
 
207 
aç!”. Bir halda ki, yoxsul comərdliyin aynasıdır, bil ki, ayna-
da özünü görürsən, ona söz deməyin əbəsdir, çünki ağızdan 
çıxan nəfəs aynanı buxarla örtür. 
Yoxluq aləmi geniş və hüdudsuz bir aləmdir. Bu xəyal 
və varlıq o aləmdən qidalanır, o aləmdən meydana gəlir və 
bəslənir.  Xəyallar  yoxluq aləmi ilə  müqayisədə  çox  dardır, 
ona görə də, o, darlıq və sıxıntıya tez-tez düçar olur. Varlıq 
isə xəyaldan da dardır, ona görə də, Ay bu aləmdə hilal ki-
mi, Günəş lampa kimi görünür. Duyğu və rəng aləmi olan 
bu  dünyanın  varlığı  isə  nəinki  yoxluqdan,  xəyaldan,  hətta 
ümumi varlıqdan da dardır, daha doğrusu dar bir zindan-
dır. Dünyanın tərkibi məhz bu darlıqdadır. Lakin duyğula-
rımız bizi tərkib dünyasına çəkməkdədir. Sənsə o duyğula-
ra qalib gəl, onu öz məqsədinin quluna çevir, həmin duyğu-
larla birlik aləminə, vəhdət məqamına doğru yürü! Bir əsil-
dən  meydana  gələn  beş  əlamət var  ki,  bunlar bir-birilə  sıx 
əlaqədədir.  Bu  əlamətlərə  görmə,  danışma,  sevmə,  eşitmə 
və doğruluq aiddir. Gözün görməsi söz söyləmə qabiliyyəti-
ni, gözdəki eşq isə doğruluğu artırır. Doğruluq duyğuların 
oyanıqlığıdır.  Bu  oyanıqlıq  duyğulara zövq verir.  “Kün!”, 
yəni  “ol!”  əmri tək bircə  iş  görər,  Allah bu əmri verərkən 
aləmlər  yoxdan  yarandı.  Bu  söz  “kaf” və  “nun”  hərflərin-
dən əmələ gəlmişdir, mənası yenə də “tək” və “saf” demək-
dir. Bu, saf olaraq Tanrıyla birləşməyə, Ona qayıdışa işarə-
dir. Tanrıya xas olan pak nurun şöləsi ona çatanlara nur, on-
dan uzaq düşənlərə isə atəş kimi görünür. Haqq yoluna dü-
şənləri milli, dini və ya irqi mənsubiyyətləri yox, əqidələri, 
məsləkləri birləşdirir. Həccə  gedərkən  özünə  Həcc yoldaşı 
ara, onun şəklinə və rənginə yox, əzminə və məqsədinə bax! 
Əzmi və məqsədi səninlə eyni olan türk, hindli, ərəb və bu 
sayaq başqaları ola bilər, dərisinin rəngi qara və ya ağ ola 
bilər,  sənsə  onu  özün  rəngdə  və  özün  kimi bil! Könüldən 
könülə  pəncərə  olduğu  şübhəsizdir,  onlar iki ədəd  yanan 
şam  kimidirlər,  cismləri arasında  məsafə  olsa  da,  işıqları 
bir-birinə qarışmışdır. Şamların sayı artıqca işığın əhatə dai-
rəsi genişlənər. Könlü nur saçan insanlar da belədir. Könlü 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə