Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə24/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   20   21   22   23   24   25   26   27   ...   224

edilir.  Dövlət  büdcəsinin  əsas  xərc  maddələri  əsaslı  tikinti,  müəssisələrin 

rekonstruksiyası, kənd təsərrüfatmm inkişafıdır. 

Tədqiqatçı  alimlərin  fikrincə,  Çin  və  Qərb  iqtisadi  modelinin  prinsipai 

xarakterli  əsas  fərqləndirici  cəhəti  ondan  ibarətdir  ki,  Çin  modelində  isla-  hatlann 

aparılmasına münasibətdə dövlətin röluna həlledici əhəmiyyət verilir. Liberal  qərb 

modelində  dövlətin  rolunun  minimuma  endirilməsinə  cəhd  edilir  (50, 

S.74). 

Çin 


alimləri iqtisadi islahatlann inkişafin və stabilliyin dövlət tənzimlənməsi ilə, iqtisadi 

artımın  sosial  inkişafla,  iqtisadi  səmərəliliyin  sosial  ədalətlə,  tədriciliyin  sıçrayışh 

nəticələrlə  əlaqələndirilməsində  israrlıdırlar.  Onlar  çin  modelinin  əsas  mənasım, 

qloballaşma prosesində fəal və təşəbbüslə iştirak etməklə, ölkəyə məxsus xüsusiyyəti 

və suverenliyi saxlamaqda görürlər. 

1.2.11.


 

İqtisadi inkişafın Türkiyə modeli 

1923-1950-ci  illərdə  Türkiyə  Respublikasında  qapalı  iqtisadi  (etatizm 

siyasəti)  siyasət  həyata  keçirilirdi.  İqtisadi  siyasət  dövlətin  dominant  roluna 

əsaslanırdı.  Cəmiyyətin  iqtisadi  həyatında  dövlətin  fəal  iştirakı  hökm  sürürdü. 

Yüksək vergi dərəcələri, Türkiyə lirəsinin dövlət tərəfindən ciddi müdafiəsi, xarici 

investisiyaya  soyuq  münasibət,  sənayenin  prioritetliyi,  kənd  təsərrüfatımn  rolunun 

qiymətləndirilməməsi iqtisadi siyasətin mahiyyətini təşkil edirdi. 

1950-ci  ildə  Demokrat  Partiyası  seçkilər  vasitəsilə  hakimiyyət  başına  gəldi. 

Adnan Menderes baş nazir təyin olunduqdan sonra (1950-1960-cı illər) yeni iqtisadi 

siyasət  formalaşdmldı.  Hökumətin  inkişaf  strategiyasınm  əsasım  özəl  sektor,  kiçik 

kənd  təsərrüfatı  məhsullan  istehsalçılan,  kiçik  və  orta  biznes  təşkil  edirdi.  Xarici 

ticarət  liberallaşdınidı,  dünya  iqtisadi  sisteminə  inteqrasiya  olunmasının  və  xarici 

kapitalın  ölkəyə  gətirilməsinin  zəruriliyi  təsbit  edildi.  Menderes  hökuməti 

vergiqoymada  inqilab  etdi.  Gəlir  vergisi  tətbiq  edildi,  ancaq  kənd  təsərrüfatı  bu 

vergidən tamamilə azad olundu. Dövlət kapital qoyuluşu siyasətini dəyişdirdi: dövlət 

pullan  ancaq  kənd  təsərrüfatına  yönəldildi.  Hökumətin  iqtisadi  siyasəti  tezliklə  öz 

bəhrəsini  verdi.  Geridə  qalmış  kənd  təsərrüfatı  güclü  inkişaf  etdi  və  sənayenin 

xammal  bazasına  çevrildi.  Beləliklə,  kənd  təsərrüfatının  sənaye  ilə  inteqrasiyası 

təmin  edildi.  Yeni  zavod  və  fabriklər,  avtomobil  yolları,  hidroelektrik  stansiyalan, 

dəniz və hava limanları tikilib istifadəyə verildi. Özəl sektorun dinamik inkişafına 

nail olundu, emal sənayesində iri xoldinqlər yaradıldı (54, 13.01.2001-ci il). XX əsrin 

əvvəllərində  (təxminən  2003-cü  ildən)  səhiyyə  və  əhalinin  icbari  tibbi  sığortası 

sektorlannda  həyata  keçirilən  islahatlann  Türkiyə  təcrübəsini  indi  Avropa  ölkələri 

dərindən öyrənirlər. İslahatlar nəticəsində kütləvi tibbi xidmətin və əhalinin dərmanla 

təminatının ən effek 

51 



tiv sistemlərindən biri foımalaşdınlmışdır. Dövlət  - özəl partnyorluğu çərçivəsində 

dünyamn  tamnmış  korporasiyalan Türkiyənin  xəstəxana  kompleksinə  və  əczaçılıq 

sənayesinə  investisiya  qoymaq  məqsədilə  ciddi  maraq  göstərirlər.  «Türkiyənin 

səhiyyəsinin  transformasiyası  proqramı  »nın  baza  elementi  səhiyyənin  idarə 

olunmasmm  yenidənqurulması  təşkil  etmişdir.  Müdafiə  Nazirliyinin  səhiyyə 

qurumlan  istisna  olmaqla,  bütün  dövlət  səhiyyə  müəssisələri  Səhiyyə  Nazirliyinin 

tabeliyinə  verilmiş  və  onlar  tərəfindən  əhaliyə  göstərilən  bütün  tibbi  xidmətlərin 

tarifləri təsdiq edilmişdir. Tarif əsasında tibbi xidmət xərclərinin ödənilməsi icbari 

tibbi sığorta hesabına maliyyələşdirilir. Türkiyə əhalisinin 90 faizə qədəri icbari tibbi 

sığorta  ilə  əhatə  olunubdur.  İşləyən  vətəndaşların  tibbi  sığortası  işəgötürənlər 

tərəfindən  maliyyələşdirilir.  Pensiyaçılar  isə  güzəştli  tariflə  özləri  ödəniş  edirlər. 

Tibbi xidmətlərin 65 faizini dövlət tibbi müəssisələri göstərirlər. İstər yerli və istərsə 

də idxal olunan dərmanlara dövlət vahid qiymət müəyyən etmişdir. Bir şəxsin aptek 

seti  yaratması  qadağan  olunmuş,  bir  şəxsin  ancaq  bir  apteki  olmasına  icazə 

verilmişdir. Məcburi sosial sığorta sistemini Sosial Müdafiə Fondu idarə edir (53, 

31.03.2012). 

1.2.12.

 

İqtisadi inkişafın Qazaxıstan modeli 



Müstəqilliyin ilk illərindən rəqabətqabiliyyətli ölkənin yaradılması və xarici 

investisiyalann cəlb edilməsi istiqamətində iqtisadi inkişaf modeli qəbul edilmişdir. 

Struktur  islahatlan  baxımmdan  Sinqapur  variantı  əsas  götürülmüşdür.  Ölkə  elitası 

arasında  konsensus  yaratmaq  məqsədilə  siyasi  islahatlan  həyata  keçirməyə 

tələsməmişlər.  Ancaq  iqtisadi  islahatlara  sürətli  önəm  vermişlər.  Güclü 

maliyyə-sənaye  qruplan  yaradılmasma  və  güclü  icra  hakimiyyətinin 

formalaşdınimasına  üstünlük  vermişlər.  Bank  sektorunda  islahatlan,  dünya 

təcrübəsini  nəzərə  almaqla,  həyata  keçirmişlər.  1996-cı  ildən  iqitsadi  artım 

başlamışdır. 2004-cü ildə Qazaxıstan ÜDM həcminə görə sovetlər dövrünün-1991-ci 

il səviyyəsinə çatmışdır. 

Neft-qaz və digər yataqlar renta ödənişi əsasında xarici investorlara istismara 

verilmişdir. Ölkəyə daxil olan rentadan istifadənin istiqamətlərini müəyyənləşdirmək 

üçün  Strateji  Planlaşdırma  və  İslahatlar  üzrə  Agentlik  yaradılmış  və  2030-cu  ilə 

qədər  uzunmüddətli  inkişaf  strategiyası  işlənilmişdir.  2000-ci  ildə  hökumət 

qarşısında iki vəzifə qoyulmuşdur: 2010-cu ildə ÜDM-un 2 dəfə artıniması və ölkədə 

uzunmüddətli  rəqabət  üçün  şəraitin  yaradılması.  2003-cü  ildə  bu  məqsədlə 

konsepsiya qəbul edildi: «Индустриальная и инновационная стратегия». Problem 

ondan ibarət idi ki, 2003-cü ildə emal sənayesinin payı 13 faiz səviyyəsində idi. Neft 

sektorunun  sürətli  artımı  fonunda onun payı  daha  da  aşağı  düşə  bilərdi.  Buna yol 

verməmək və daha da yüksəltmək məqsədilə iqtisadiyyatm 150 sektoru 

52 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə