Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə23/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   19   20   21   22   23   24   25   26   ...   224

1970-ci  illərin  sonlannda  kollektivləşmiş  kənd  təsərrüfatı  sisteminin  aradan 

qaldmlması,  dövlət  müəssisələrinə  geniş  müstəqillik  verilməsi,  çoxtərəfli  bank 

sisteminin formalaşdınlması, fond birjasının və özəl sektorun sürətli inkişafı, xarici 

ticarət  və  sərmayə  üçün  açıqlıq  da  daxil  olmaqla,  geniş  islahatlar  keçirilmişdir. 

İqtisadiyyatın  yenidən  qurulması  və  effektiv  gəlirlərin  əldə  edilməsi  1978-ci  ildən 

etibarən  ümumi  daxili  məhsulun  on  dəfə  artmasını  təmin  etmişdir.  Nəticədə  Çin 

2006-cı  ildə  ABŞ-dan  sonra  iqtisadi  inkişafa  görə  dünyada  ikinci  yeri  tutmuşdur. 

Planlı  sosialist  təsərrüfatından  bazar  iqtisadiyyatımn  Çin  modelinə  keçid  ölkədə 

məhsul  bolluğuna  rəvac  versə  də,  kəmiyyətdən  keyfiyyətə  adlamaq  başlıca 

prinsiplərdən  biri  idi.  Bütün  bunlann  fonunda  isə  xalqın  həyat  tərzinin,  sosial 

rifahının  yüksəldilməsi  dururdu.  «Dünya  fabrikindən  dünya  bazanna»  prinsipinin 

reallaşdırılması indi hər bir çinlinin həyat və fəaliyyət devizinə çevrilmişdir. Çində 

apanlan  islahatlann  mahiyyətinin  öyrənilməsi  və  tətbiqi  bazar  iqtisadiyyatı  yolunu 

tutan hər bir ölkə, xüsusilə yenicə müstəqillik qa

2anan dövlətlər üçün böyük önəm 

daşıyır (31, 07.10.2008). 

Çin  modelində  planlaşdırma  vasitəsi  ilə  dövlət  tənzimləməsi,  əməyə  görə 

bölgü, dövlətin sosial təminatı öncül əhəmiyyətə malikdir. Çin alimləri inkişafın Çin 

modelinin  fərqləndirici  xüsusiyyətini  dörd  sahədə  görürlər:  birincisi,  mülkiyyət 

sistemində.  Çin  kütləvi  özəlləşdirmə  aparmır,  ancaq  ictimai  sektorun  apancı  rola 

malik  olması  şərti  ilə  çoxukladlı  cəmiyyət  tərəfdandır.  İkincisi,  resurslann 

yerləşdirmə  üsulunda.  Baxmayaraq  ki,  Çin  bazar  iqtisadiyyatım  seçmişdir,  ancaq 

burada dövlətin tənzimləyici rolu və müdaxiləsi Qərb ölkələrinə nisbətən əhəmiyyətli 

dərəcədə  güclüdür.  Çində  dövlətin  və  bazann  əlaqələndirilməsinin  və  qarşılıqlı 

hərəkətinin  optimal  üsullanm  daim  axtarırlar  və  tapırlar.  Üçüncüsü,  modeldəki 

fərqlər  siyasətdə  daha  aydın  görsənir.  Çin  çox  partiyalılığı,  parlamentarizmi, 

hakimiyyət bölgüsünü qəbul etmir. Dördüncüsü, siyasi ideologiyada. Əvvəlki kimi, 

apancı  rol  marksizmə  məxsusdur.  Ancaq  artıq  başqa  ideyalann  meydana  çıximası 

önəmli hesab edilir (50, s.75,). 

Çin modelinin təkmilləşdirilməsi istiqamətləri kimi aşağıdakılar etiraf edilir: 

İctimai  bölgü  sisteminin  təkmilləşdirilməsi,  varlı  və  kasıblar  arasm-  dakı  sosial 

fərqlərin  azaldılması;  səhiyyədə,  təhsildə  və  mənzil  sferasında  islahatlann 

sürətləndirilməsi;  ictimai  maliyyələşdirmə  sisteminin  təkmilləşdirilməsi,  ictimai 

xidmətlərin  göstərilməsi  sferasının  möhkəmləndirilməsi;  ikili  yanaşmadan  imtina 

edilməsi, şəhər və kəndin uzlaşdınlmış inkişafı. 

Ekspertlərin  fikrincə,  ABŞ-dan  və  Avropadan  fərqli  olaraq,  Çinin 

iqtisadiyyatı  gələcəkdə  də  artacaqdır.  İnkişaf  surətinin  azalması  nəzəriyyəsinin 

tərəfdarlan hesab edirlər ki, Çin iqtisadiyyatımn artımım təmin edən iki əsas mənbə - 

ucuz  əmək  resurslanmn  kənd  təsərrüfatı  sektorundan  sənayeyə  axını  və 

investisiyalann artımı - artıq tükənmişdir. Ancaq Çin iqtisa- 

49 



diyyatınm  artımını  şərtləndirən  amillər  heç  də  struktura  transformasiyası  və  ya 

yüksək  qənaətlər  və  yüksək  investisiyalar  deyil.  Artım  amillərinin  diqqətlə 

araşdıniması göstərir ki, Çinin uğurlanmn əsas amili qeyri-dövlət sektorunda əmək 

məhsuldarlığımn yüksəlməsidir. Xarici ölkə iqtisadçılanmn tədqiqatları göstərmişdir 

ki, son 30 ildə «Çin möcüzə»sinin hərəkətverici qüvvəsi özəl qeyri-kənd təsərrüfatı 

sektorunda  əmək  məhsuldarlığımn  yüksəlməsi  olmuşdur.  Belə  ki,  1978-2007-ci 

illərdə  əmək  məhsuldarlığı  kənd  təsərrüfatımn  dövlət  sektorunda  cəmisi  1,52  faiz 

artmışdırsa, qeyri-dövlət sektorunda bu göstərici 4,5 faiz olmuşdur. Bu dövrdə özəl 

sektor^ 420 mln. iş yeri yaradılmışdır. İqtisadçılann hesablamalan göstərmişdir ki, bu 

dövrdə ÜDM-un artımının 4%-i ancaq özəl sektorda əmək məhsuldarlığımn hesabına 

təmin edilmişdir. 

Çində iqtisadi sahələr arasında  investisiya resurslarım hökumət bölüşdürür. 

Bu zaman dövlət sektoruna üstünlük verilir, yəni investisiyalan dövlət sektorunun 

xeyrinə  bölüşdürürlər.  2007-ci  ildə  əsas  kapitala  investi-  siyalann  50  faizə  qədəri 

dövlət sektorunun payına düşmüşdür, baxmayaraq ki, orada məşqul əhalinin 13 faizi 

işləyir. 20 il ərzində investisiyalar ÜDM- un 21 faizindən 40 faizinə qədər artmışdır. 

Məhz bu artım resurslarm səmərəsiz bölüşdürülməsini kompensasiya etmişdir. 

Bütün  dövr  ərzində  kənd  təsərrüfatı  sektorunda  resurslann  özəl  sektora 

keçməsi  ÜDM-in  ancaq  bir  faiz  artımını  təmin  etmişdir (struktur transformasiyası 

hesabına).  1998-2007-ci  illərdə  iş  qüvvəsinin  dövlət  sektorundan  özəl  sektora 

keçməsi daha səmərəli olmuşdur - ÜDM-in illik artımımn 2,3 faizini təmin etmişdir. 

Qərb  iqtisadçılan  Çin  iqtisadiyyatınm  dəqiq  təhlilini  aparmaq  üçün  elə  bir 

model  hazırlamışlar  ki,  maliyyə  məhdudiyyətinin  firmanın  inkişafına  təsirini 

hesablamağa,  dövlət  və  qeyri-dövlət  kompaniyalannda  əmək  məh-  suldarlığımn 

fərqini və bir çox digər amilləri nəzərə almağa imkan verir. 

1998-2005-ci illərdə ÜDM artımının 70 faizi maliyyə və əmək resurs- lanmn 

dövlət  sektorundan  qeyri-dövlət  sektoruna  keçməsi  hesabına  baş  vermişidr.  Çinin 

12-ci  beşillik  plamm  təhlil  edən  alimlər  hesab  edirlər  ki,  Çin  iqtisadi  inkişafın 

strategiyasım  köklü  surətdə  dəyişir: ixrac-investisiya  modelindən  daxili tələbin  və 

istehlakm artıniması modelinə keçir. Bu, o deməkdir ki, Çində qənaətin səviyyəsi, 

deməli,  investisiyalann  həcmi  aşağı  düşməlidir.  Gələcəkdə  Çinin  iqtisadi  artımım 

təmin edən amil investisi- yalarm daha çox bazar vasitəsi lə bölüşdürülməsi olacaqdır 

(73). 

Çin  hökümətinin  iqtisadi  siyasətinin  nəticəsində  transformasiya  dövründə 



nəinki iqtisadi geriləmə baş verməmiş, hətta iqtisadi inkişafın yüksək dinamikliyi və 

əhalinin həyat səviyyəsinin stabil yüksəlməsi təmin edilmişdir. 1994-cü ildən 22 növ 

vergini əhatə edən yeni vergi sistemi tətbiq 

50 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə