Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə16/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   12   13   14   15   16   17   18   19   ...   224

norması  Yaponiya  hökümətinin  əhəmiyyətli  dərəcədə  maliyyə  bazasım  təşkil  edir. 

Belə ki, həmin vəsaitləri dövlət əmanət və sığorta müəssisələri vasitəsi iiə hökümət 

toplayır. Onlann hesabına dövlət investisiyalarmm əksər layihələri mali)

7ələşdirilir. 

Cəmiyyətin industrial mərhələsində mərkəzi büdcə xərclərinin 40-50 faizini dövlət 

investisiyalan təşkil etmişdir. (49, s.99). 

Müharibədən sonrakı dövrdə Yapon iqtisadi modelində sistem yaradan digər 

struktur kimi biznes sferasında qruplaşma və ya birlik adlanan qurum çıxış etmişdir. 

Birlikləri müxtəlif iqtisadi fəaliyyət sahələrində biznesmenlərin özləri yaratmışdılar. 

Qarşılıqlı  etimada  və  anlaşmaya  əsaslanan  birliklərin  müqavilə  şərtlərinə  əməl 

edilməsinə nəzarət, müxtəlif sanksiya- lann tətbiqinə, razılaşdırılmış qərarlann qəbul 

edilməsinə  səlahiyyəti  olmuşdur.  Əgər  qərb  bazar  iqtisadiyyatında  təsərrüfat 

agentlərinin  hərəkəti  fərdiy-  yətçiliyə  əsaslanırsa,  yapon  iqtisadi  modelində 

birliklərin fəaliy>'ətində kollektivizm prinsipi əsas təşkil edir. 

Hökumətin qəran ilə İqtisadi Strategiya məsələləri üzrə Şura yaradılmışdır. 

Yapon modelinin tipik xüsusiyyəti, həmçinin sosial funksiyalarm dövlətdən 

firma  və  təşkilatlara  ötürülməsidir.  Bununla  da  o,  İsveç  və  alman  modellərindən 

fərqlənir. Yaponiyanın dövlət büdcəsində sosial xərclərin azlığı da bu xüsusiyyətlə 

şərtlənir.  Yaponiyada  firmalar  ev  təsərrüfatlanna  nəinki  iş  yeri  verirlər,  həmçinin 

işçilərin mənzillə, məktəbəqədər uşaq müəssisələri ilə təmin etmək öhdəliklərini öz 

üzərlərinə  götürürlər,  gənc  nəslin  oxuması  və  təhsil  alması,  işçilərin  yenidən 

hazırlanması  və  ixtisaslarının  artırılması  barədə  qayğı  göstərirlər.  Təsərrüfatçılığın 

Yapon modelinin mərkəzində işçilərin işə ömürlük götürülməsi sistemi dayamr. Bu 

əlamət  ölkə  əhalisinin  konsolidasiyasına  xidmət  edir,  işçilərin  və  işəgötürənlərin 

əməkdaşlığını təmin edir, işçilərin firmalara sədaqətli olmasım, təşəbbüskar və var 

gücləri ilə işləməsinə zəmin yaradır. Müəssisə ali və orta ixtisas təhsili müəssisələri 

ilə sıx əlaqə saxlayır, tələbələri istehsal praktikası ilə təmin edir, təhsili bitirənlərin 

müəyyən hissəsini işə qəbul edir, 1-2-il onlar müxtəlif şöbələrdə təcrübə keçəndən 

sonra qiymətləndirmə attestasiyasında yoxlanılırlar. Müsbət qiymət alanlar daimi işə 

qəbul edilirlər. Əmək haqqının məbləği həm vəzifədən, həm də iş stajından asılıdır. 

Hər  3-5-  ildən  bir  işçi  xidmət  yerini  dəyişir,  başqa  işə  keçirilir.  55  yaşına  çatmış 

qadınlar və 60 yaşına çatmış kişilər təqaüdə yola salınır, onların yerinə gənc işçilər 

qəbul edilirlər. Beləliklə, kadrların rotasiyasımn dəqiq sistemi yaradılmışdır. Firmaya 

sədaqətli  işçilərin  nəinki  övladlanna,  həm  də  nəvələrinə  həmin  firma  işə  qəbula 

təminat verir. 

Müəssisənin  iflası  istisna  olmaqla,  praktiki  olaraq  işçi  işdən  azad  oluna 

bilməz.  Azad  olmalann  qarşısını  almaq  məqsədilə  firma  iş  vaxtım  azalda  və  yeni 

işçilərin qəbulunu məhdudlaşdıra bilər. Ömürlük işə qəbul 

35 



sistemi işçilərin 25-30 faizini əhatə edir, qalanlan müvəqqəti işçi hesab edilirlər və 

istənilən  vaxt  işdən  azad  edilə  bilərlər.  Ona  görə  də  hər  bir  Yapon  gənci  yaxşı 

oxumağa, istehsalda yaxşı işləyə, ixtiraçı, səmərələşdirici olmağa cəhd edir. 

İnkişafın  bütün  mərhələlərində  Yaponiyanı  fərqləndirən  cəhət  dövlətin 

iqtisadiyyata fəal müdaxiləsi olmuşdur. Bunu da dövlət sənaye siyasəti vasitəsi ilə 

həyata  keçirmişdir.  XX  əsrin  70-ci  illərinə  qədər  Mərkəzi  Bank  kommersiya 

banklanna kredit limiti müəyyən etmişdir. Ümumi daxili məhsulun 65 faizə qədəri 

xidmət  sferasında  yaramr.  Hal-hazırda  sənayedə  struktur  dəyişiklikləri  siyasəti 

həyata keçirilir. Onun əsas istiqaməti isə ən çox əlavə dəyər yaradan elm tutumlu 

sahələrin prioritetliyidir. 2006-cı ildə 4229 milyard dollar və ya adambaşına 33150 

dollar dəyərində ümumi milli gəlir istehsal edilmişdir. Yapon modeli ümumi milli 

mənafein  ayn-ayn  fərd-  lərin  mənafeindən  üstünlüyü,  dünya  bazannda  maksimum 

yüksək  rəqabət  qabiliyyətli  məhsul  (xidmət)  istehsalımn  təmin  edilməsi,  əmək 

məhsuldarlığının  artımmın  əmək  haqqından  yüksək  olması  prinsipləri  üzərində 

qurulmuşdur,  iqtisadi  inkişafm  tənzimlənməsində  dövlət  fəal  rol  oynayır.  Bu  da 

Yapon modelini fərqləndirən cəhətlərdəndir. 



1.2.3.

 

İqtisadi inkişafın Cənubi Koreya modeli 

Cənubi  Koreya  modeli  Yapon  iqtisadi  inkişaf  modeli  ilə  oxşardır. 

İqtisadiyyatın sürətli modemizasiyası üçün dövlət vergi, tarif və valyuta siyasətindən 

geniş istifadə edir. Resurslarm, geniş nomenklaturada istehsal və istehlak təyinatlı 

mal  qruplanmn  qiymətləri  üzərində  dövlət  uzun  müddət  nəzarət  etmişdir.  Dünya 

bazannda rəqabətqabiliyyətli iri korporasiyalann yaradılmasına və inkişafına dövlət 

məqsədyönlü təkan verir. 

1.2.4.

 

İqtisadi inkişafm İsveçrə modeli 

Hökumətin iqtisadi siyasəti iqtisadi potensialın modernləşdirilməsi və xarici 

iqtisadi  fəaliyyətin  genişləndirilməsi  vəzifələrinin  yerinə  yetirilməsinə  tabe 

edilmişdir. 41,3 min kv km sahəsi və 7,6 mln nəfər əhalisi olan ölkə 305 milyard 

dollar və ya adambaşına 4İmin dollardan çox dəyərində ümumi milli gəlir istehsal 

edir. 


Transmilli  korporasiyalar  və  dövlət  sektoru  iqtisadiyyatda  mühüm  rol 

oynayır. Ölkənin təsərrüfatmda onlarm rolu böyükdür. ÜDM-ün yandan çoxu federal 

büdcə vasitəsi ilə yenidən bölüşdürülür. Federal büdcənin xərc maddələri içərisində 

təhsil, elm,  kənd  təsərrüfatı  və  sosial  təminat  sistemi  əsas  yer  tutur.  Ümumi  milli 

gəlirin  65-70  faizi  xidmət  sahələrində  formalaşır.  Sənayedə  maşmqayırma 

kompleksi, kimya və ərzaq sənaye sahələri 

36 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə