Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

 
151 
Ümumdünya  Bankının  statistik  məlumatına görə  Müasir 
dünya  özündə  210  dövlət  və  ərazini  birləşdirir.  Hər  bir  ölkə 
özünün  müxtəlif  cəhətləri  ilə  fərqlənir.  Bu  müxtəliflik  tarixi 
inkişafın gedişində  ayrı-ayrı ölkələrin coğrafi  vəziyyəti,  iqlim 
şəraiti, təsərrüfatçılıq ənənəsi və bu kimi amillərin təsiri altında 
yaranmışdır.  
İqtisadi  ədəbiyyatlarda  eləcə  də  gündəlik  mətbuatda 
“dünya  İqtisadiyyatı”  və  yaxud  “dünya  təsərrüfatı”  anlyışları 
çox gen
iş  istifadə  olunur.  Dünya  təsərrüfatı  qlobal  bir  iqtsadi 
orqanizm kimi bir-
biri  ilə  qarşılıqlı  fəaliyyətdə  və  asılılıqda 
olan milli iqtisadiyyatların m əcmusundan ibarətdir. 
Dünya təsərrüfatının subyektləri aşağıdakılardır: 
-
 
ayrı-ayrı  dövlətlər  və  onların  makroiqtisadi 
kompleksi; 
-
 
transmilli kompaniyalar; 
-
 
beynəlxalq təşkilatlar və institutlar. 
 
2. Dünya təsərrüfatının yarımsistemlərə ayrılması 
meyarları 
  
Dünya  təsərrüfatı  vahid  bir  sistem  olmaqla  müxtəlif 
hissələrdən,  yarımsistemlərdən  ibarətdir.Bu  yarımsistemlər 
müəyyən  ümumi  və  fərqli  cəhətlərə  malik  olub  öz 


 
152 
inkişaflarında  həm  ümumi  qlobal  sistemin  ümumi  məqsədini 
izləməli olurlar. Bu  mənada onlara  həm daxili,  həm də  xarici 
qanunauyğunluqlr təsir etmiş olur.  
Dünya  təsərrüfatında  müəyyən  yarımsistemlər  ayırmaq 
üçün  bir  çox  meyarlar  tətbiq  edilir.  Bunlar  əsasən 
aşağıdakılardır: 
-
 
iqtisadi inkişaf səviyyəsi; 
-
 
iqtisadiyyatın sosial strukturası; 
-
 
iqtisadi artımın tipi 
-
 
xarici iqtisadi əlaqələrin səviyyəsi və s. 
Yarımsistemin müəyyən edilməsində istifadə olunan əsas 
m
eyarlardan daha çox yayılanı iqtisadi inkişaf səviyyəsidir. Bu 
meyar ümumiyyətlə əhalinin hər nəfərinə düşən ümumi daxili 
məhsulun həcmi ilə müəyyən edilir. 
Yarımsistemlərin ayrılmasının əsas əlamətlərindən biri də 
onların  iqtisadi  ehtiyatlarının  həcmidir.  Bu iqtisadi potensial 
məhsuldar  qüvvələrin  miqyası,  ərazisinin  həcmi,  əhalisinin 
sayı,  ehtiyatların  bölgüsü  və  s.  ilə  izah  olunur.  Dünya 
təsərrüfatındakı  yarımsistemlərin  müəyyən  edilməsindəki 
meyarlara əsasən aşağıdakı daha böyük qrup dövlətlər ayrılır:  
-
 
sənayecə inkişaf etmiş ölkələr; 
-
 
keçid dövrü ölkələri ( keçmiş sosialist dövlətləri ); 
-
 
inkişaf etməkdə olan ölkələr. 


 
153 
Bu yarımsistemlər də özlüyündə bir neçə yarımqruplara, 
ərazi üzrə qrup dövlətlərə bölünürlər. 
 
3. Dünya təsərrüfatının inkişafının əsas göstəriciləri 
 
Aydındır  ki,  dünya  təsərrüfatının  yaranması  ilə  bu 
anlayışı  əks  etdirən  iqtisadi  kateqoriyalar,  göstəricilər  də 
yaranır.  Bu  göstəricilər  dünya  iqtisadiyyatının  inkişaf 
dinamikasını və vəziyyətini xarakterizə edir.  
1.Dünya  üzrə  ümumi  məhsul  –  D.Ü.Ü.M.  Bu  göstərici 
müəyyən  dövrdə  bütün  dünya  ölkələrində  istehsal  olunan  son 
məhsul və xidmətlərin ümumi həcmini əks etdirir.  
2.Ayrıca götürülmüş hər bir ölkədə ümumdaxili məhsul – 
ÜDM. Bu göstərici milli hesab sistemi ilə hesablanır və hər bir 
milli t
əsərrüfatın daxili və xarici bölməsinin əsas makroiqtisadi 
əlaqələrini əks etdirir.  
ÜDM  3  metodla  hesablanır:1.  gəlirlərə  görə,    2.xərclər 
üzrə;  3. əlavə dəyər vergisi metodu. 
Əsas  makroiqisadi  göstəricilərdən  biri  də  ümummilli 
məhsul  anlayışıdır.  ÜMM  ÜDM-dan  fərqli  olaraq  ancaq  ölkə 
daxilində deyil ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğul 
olanların əmək haqqını, faizləri, dividentləri əks etdirir.  


 
154 
ÜDM  – 
milli  hesablama  sistemi  ilə  hesablanır.  DÜÜM 
isə vahid valyuta – ABŞ dolları ilə hesablanır. 
 
4. 
Dünya təsərrüfatının formalaşması və onun inkişaf 
dövrləri 
 
XVI-
XVIII 
əsrlərdəki 
sənaye 
çevrilişinədək 
müstəmləkəçilik  siyasətində  yerli  sərvətləri,  işçi  qüvvəsini 
talan  etmək,  qeyri  ekvivalent  mübadiləyə  üstünlük  vermək 
halları daha əsas götürülürdü. 
XIX 
əsrin  axırlarınadək  xalis  merkantilist  ənənəsi 
üstünlük təşkil edirdi. 
Maşınlı  sənayenin  inkişafı  ilə  tədricən  müstəmləkəçilər 
müstəmləkə  ərazilərini  öz  əmtəələrinin  satış  bazarına 
çevirmişlər. 
XIX əsrin ortalarından  Avropa ölkələrindən olan kapital 
ixrac
ı  daha  da  genişlənməyə  başlamışdı.  Bütün  ixrac  olunan 
vəsaitin  yarıdan çoxu  şimal ölkələrinə,  yarısı  isə  Asiya,  Latın 
Amrikası, və Afrika ölkələrinə göndərildi. 
XIX  əsrin  axırlarında  iqtisadi  inkişaf  dünya  miqyasında 
sürətlə  artırdı.  Qərb  ölkələrində  elm  və  texnikanın  yüksəlişi 
məhsuldar qüvvələrdə xeyli dəyişiklik yaradırdı. 


 
155 
Müasir  dünya  təsərrüfatı  sistemi  daha  çox  sənaye 
çevrilişləri  ilə  xarakterizə  edilir.  Bir  çox  iqtisadçılar  dünya 
təsərrüfatının inkişafında XX əsrin özünü də müəyyən dövrlərə 
ayırırlar.Bunlar aşağıdakılardır:  
1.1920-1930-
cu illər. Həmin dövrdə dünya təsərrüfatında 
böhranlar  müşahidə  olunmuşdu.Milli  iqtisadiyyatlar  əsasən 
hərbiləşdirməyə  yönəldilirdi.  Bu  dövrdə  iqtisadi  böhranlar 
nəticəsində  inkişaf  etmiş  sənaye  ölkələrində  istehsalın  həcmi 
18% azalmışdır.  
2.  İkinci  dünya  müharibəsindən  sonra  dünya  sosialist 
təsərrüfat  sistemi  yarandı.II  Dünya  müharibəsi  illərində  ABŞ 
Qərbi  Avropanın  dirçəlməsinə  kömək  edirdi.  Marşal  planı 
deyilən  plan  hazırlandı.  Bu  planın  həyata  keçirilməsində  17 
dövl
ət  iştirak  edirdi.  1951-ci  ildə  bu  planı  dəyişərək 
“təhlükəsizliyin qarşılıqlı təmin edilməsi” adlandırmışlar.  
3.1950-1980-
cı  illərdə  ABŞ  və  digər  sənaye  ölkələrinin 
iqtisadi  inkişaf  səviyyəsində  yaxınlaşma  müşahidə  olunmağa 
başlamışdır.1955-ci  ildə  sənayecə  inkişaf  etmiş  altı  ölkənin 
ümumdaxili məhsulu ABŞ-ın ÜDM-nun 74%-nə, 1970-ci ildə 
isə 114%-nə bərabər olmuşdur. 
4.  XX  əsrin  son  onilliklərini  dünya  təsərrüfatının 
inkişafında  yeni  dövr  hesab  etmək  olar.  Həmin  dövrdə  Şərqi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə