Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 
146 
fəaliyyəti  istər  inkişaf  etməkdə  olan  ölkələrdə  istərsədə  keçid 
iqtisadiyyatı  dövrünü  yaşayan  ölkələrdə  köklü  hal  almış 
yoxsulluğun  qarşısının  alınmasına  və  humanitar  yardımın 
göstərilməsinə 
yönəldilmişdir.“Yoxsulluqla 
mübarizə 
aparmaq” DB-
nın əsas şüarıdır. 
DB özündə bir-biri ilə sıx bağlı 5 təşkilatı birləşdirir: 

 
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı; 

 
Beynəlxalq İnkişaf Assosassiyası; 

 
Beynəlxalq Maliyyə Korporasiyası; 

 
İnvestisiya zəmanətləri üzrə çoxtərəfli agentlik; 

 
İnvestisiya  mübahisələrinin  tənzimlənməsi  üzrə 
beynəlxalq mərkəz. 
 Hal-
hazırda 184 ölkə DB-nın üzvüdür. 
DB-
nın səhiyyə, maliyyə və ictimai xidmətlər məqsədi ilə 
ayırdığı  qrant  və  borcların  ümumi  məbləği  3,4  mlrd.dollar 
dəyərində  olmuşdur.2003-cü  ildə  DB-nın  yalnız  maliyyə  və 
təhsil  məqsədi  ilə  ayırdığı  məbləğ  ən  maksimal  həddə-
2,3mlrd.d
ollar həddinə çatmışdır. 
1 Yanvar, 2005-
ci  il  tarixi  üçün  Azərbaycanın  DB-na 
olan borcu 317,7mln. SDR-dir (592.4 mln. dollar). 
AYİB  (Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı). 
Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə Mərkəzi 
və  Şərqi  Avropada  kommunizmin  dağılmaq  üzrə  olduğu  və 


 
147 
keçmiş  sovet  ölkələrinin  demokratiyaya  doğru  mübarizə 
apardığı  bir  dövrdə  yaradılmışdır.Hal-hazırda  AYİB  Mərkəzi 
Avropa  və  Mərkəzi  Asiyadan  olan  27  ölkədə  demokratiya  və 
bazar 
iqtisadiyyatının 
qurulması 
üçün 
investisiya 
imkanlar
ından istifadə edir. 
AYİB 60 ölkədən və iki institutdan ibarətdir. Bank adətən 
iqtisadi əməkdaşlığında dövlət qurumlarına  nisbətən daha çox 
xüsusi müəssələrə sərmayə qoyuluşuna üstünlük verir.AYİB-in 
ümumi kapitalı 20 mlrd avro dəyərində qiymətləndirilir. 2003-
cü ildə AYİB 119 layhəyə 3,7 mlrd. avro sərmayə qoymuşdur. 
1 Yanvar 2005-
ci  il  tarixi  üçün  Azərbaycanın  AYİB-ə 
olan borcu 69,6 mln.dollardır.  
Digər  çoxtərəfli  banklar  da  bu  prinsiplərlə  daha  çox 
konkret investisiya layihələrinə sərmayə qoyub daha çox gəlir 
əldə etmək məqsədini güdür.Bu bankların demək olar ki,böyük 
əksəriyyəti Azərbaycanda fəaliyyət göstərir. 
İlk  dəfə  olaraq  90-cı  illərin  ikinci  yarısında  bir  sıra 
Cənub-Şərqi  Asiya  ölkələrində  o  cümlədən,  Cənubi  Amerika 
vəRusiyada yaranmış maliyyə böhranı nəticəsində BVF və DB-
nın  fəaliyyətində  “çat”  yarandı.  Məhz  bu  ölkələrdə  maliyyə 
böhranı, xüsusən də Rusiya və Argentinanın defoltla (maliyyə 
öhdəçiliyini  yerinə  yetirmək  iqtidarında  olmamaq)  üzləşməsi 


 
148 
BVF-
yə  inkişaf  etməkdə  olan  ölkələri  kreditləşdirmək 
prosesinin qeyri-
məqbul olmasından xəbər verdi. 
Əsas  hədəf    BVF-nin  ənənəvi  olaraq  ölkələrdə  maliyyə 
sabitliyinə ifrat dərəcədə üstünlük verib inkişaf mərhələsinə az 
diqqət yetirməsi oldu.BVF ənənəvi olaraq inkişaf etməkdə olan 
ölkələrdə  milli  valyutanın  məzənnəsinin  sabit  saxlanılmasını 
,infilyasiyanın  səviyyəsinin  minimum  həddə  salınmasını    və 
büdcə  kəsirinin3%-dən  yuxarı  olmayan  həddə  saxlanılmasını 
əsas  tutaraq  ölkədə  real  sektorun  inkişafını  demək  olar  ki, 
mümkünsüz edir.Bu  isə ölkənin əsas problemi olan yoxsulluq 
problemini bir qədər də çətinləşdirir. 
Bütün bu böhranlar BVF-
nin  o  cümlədən  Dünya 
Bankının  imicinə  böyük  zərbə  oldu.Sonralar  BVF  və  DB  öz 
siyasətində  köklü  dəyişiklik  etmək  qərarına  gəlmələrinə 
baxmayaraq  bu  qurumların  fəaliyyətində  hələ  ki,  bu  məqam 
nəzərə çarpmır. 
Azərbaycanda DB son qərarından  irəli gələrək daha çox 
inkişaf layihələrinə üstünlük vermək fikrindədir. 
BVF isə maliyyə stabilliyinin qorumaq siyasətini prioritet 
istiqamət  kimi  saxlayaraq,  o  cümlədən  “Yoxsulluğa  Qarşı 
Mübarizə Proqramını”(PGRF) də həyata keçirir.     
 


 
149 
III Bölmə 
 
Seminar məşğələlərinə dair 
 
Bu fəsildə seminar dərsləri üçün nəzərdə tutulmuş suallar 
və onun qısa, konkret cavabları  verilmişdir.Suallar tələbələrin 
iştirakı  ilə  seminar  müəllimləri  tərəfindən  tərtib  olunmalı  və 
qabaqcadan elan edilməklə keçirilməlidir. Belə suallar hər bir 
mövzu  üçün  də  tərtib  edilə  bilər.  Bizim  təqdim  etdiyimiz 
suallar  dərs  yükünün  sonunda  15  nəfərlik  qrup  üçün  nəzərdə 
tutulmuşdur.  Seminar  müəllimi  tərəfindən  tərib  edilən  bu 
formada 
suallar  suallar  bir  neçə  dəfə  qrupda  keçirilməyi 
məqsədə müvafiq olardı. Bu tələbələrin fənn üzrə hər hansı bir 
sualın qısa və konkret cavabını bilməsinə kömək edər, həm də 
onların fərdi yaradıcılığına səbəb olar. 
                                
                                 Suallar: 
 
1.
 
Dünya təsərrüfatının subyektləri . 
2.
 
Dünya  təsərrüfatının  yarımsistemlərə  ayrılması 
meyarları. 
3.
 
Dünya təsərrüfatının inkişafının əsas göstəriciləri. 


 
150 
4.
 
Dünya  təsərrüfatının  formalaşması  və  onun  inkişaf 
dövrləri. 
5.
 
İqtisadi  inteqrasiyanın  obyektiv  əsasları  və 
mərhələləri.  
6.
 
Ümumdünya  təsərrüfatının  elementi  kimi  azad 
iqtisadi zonaların yaranması. 
7.
 
Dünya üzrə iqtisadi artımın mahiyyəti və dinamikası. 
8.
 
Dünya üzrə iqtisadi artımın keyfiyyəti. 
9.
 
Yaponiyanın iqtisadi inkişaf modeli. 
10.
 
Fransanın makroiqtisadi inkişaf modeli. 
11.
 
İtaliya iqtisadiyyatının quruluşu  
12.
 
Böyük Britaniyanın iqtisadiyyatının quruluşu.  
13.
 
Kanadanın makroiqtisadi inkişaf modeli. 
14.
 
İnkişaf  etmiş  sənaye  ölkələrinin  əsas  inkişaf 
modelləri. 
15.
 
Yeni  sənaye  ölkələrinin  (YSÖ)  iqtisadi  modelinin 
əsas cəhətləri. 
 
Cavablar: 
 
1. 
Dünya təsərrüfatının subyektləri 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə