Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 
133 
1991-ci il
in  oktyabrında  Azərbaycan  Respublikasının 
dövlət  müstəqilliyi  bərpa  edildi.  Müstəqil  Azərbaycan 
hökuməti  neft  yataqlarının  xarici  şirkətlərlə  birgə  istismarı 
istiqamətində danışıqları davam etdirməyi qərara aldı.Ona görə 
ki,  neft  müqstəqilliyini  bərpa  etmiş  Azərbaycanın  potensial 
olaraq  dünya  bazarlarına  böyük  həcmlərdə  çıxara  biləcəyi 
başlıca  resurs  idi.  Neftdən  gələn  böyük  gəlirlər  ölkədə 
makroiqtisadi  sabitliyi  təmin  edəcək  və  iqtisadiyyatı 
tənəzzüldən  çıxaracaq  başlıca  vasitə  sayılırdı.  Lakin,  neft 
hasi
latı  sahəsində  zəngin  təcrübəyə,  neft  sənayesi 
infrastrukturuna  və  güclü  kadr  potensialına  malik  olmasına 
baxmayaraq,  Azərbaycan öz gücü  ilə  neft  yataqlarını  istismar 
etmək iqtidarında deyildi.Belə ki: 

 
Azərbaycan  dənizinin  40  m-dən  artıq  olduğu 
sahələrdə  uğurla  qazma  işlərini  aparmaq  üçün 
lazımi  hidrotexniki  qurğulara,  neft  hasilatı 
sahəsində müasir texnika və texnologiyaya malik 
deyildi; 

 
Həmin  neft  yataqlarının  işlənilməsi  çox  böyük 
həcmlərdə  investisiya tələb edirdi. Ölkəmiz  isə o 
qədər maliyyə resurslarına malik deyildi. 
Xarici şirkətlərlə əməkdaşlıq gənc, müstəqil dövlətə həm 
də  siyasi  dividentlər  vəd  edirdi.  1992-ci  ilin  sentyabrın  7-də 


 
134 
BP/Statoil  alyansı  ilə  “Çıraq”  yatağına  və  “Şahdəniz” 
perspektiv  strukturunadair, oktyabrın 1-də  isə Penzoyl/Ramko 
aly
ansı  ilə  “Günəşli”  yatağına  dair  texniki  -  iqtisadi 
əsaslandırmaların  və  kontrakt  layihələrin  hazırlanması  üçün 
sazişlər  imzalandı.  Neft  şirkətləri  də  öz  növbəsində  bir  sıra 
öhdəliklər  götürdülər.  Məsələn  BP/Statoil  sazişinin 
imzalanmasından dərhal sonra Azərbaycan hökumətinə 30 mln. 
dollar  bonus  ödəməyə  boyun  oldular.  Penzoyl/Ramko  alyansı 
“Neft Daşları” və “Günəşli” yataqlarının istismarı zamanı hər il 
atmosferə tullanan 1 mlrd.kub. metrdən artıq qazın yığılması və 
sahilə  ötürülməsi  layihəsinin  gerçəkləşdirilməsi  öhdəliyini  öz 
üzərinə götürdü. 
1992-
ci  il oktyabr ayında  ARDNŞ  “Günəşli”,  Azəri”  və 
“Çıraq” yataqlarının geoloji oxşarlıqlarını nəzərə alaraq, habelə 
onların  işlənməsi  zamanı  sərmayə  və  əməliyyat  xərclərinə 
qənaət  etməyə  səy  göstərərək  bu  yataqlarla  bağlı  ümumi 
infrastrukturun  yaradılması  perspektivlərinin  öyrənilməsi 
barədə  qərar  verdi.  Noyabr  ayında  ümumi  tədarük  bazasının, 
sualtı  kəmərlərin  və  terminalların  ümumi  şəbəkəsinin, 
donanma və ixrac kəmərinin yaradılması üzrə xarici şirkətlərlə 
5  anlaşma  memorandumu  imzalandı.  Bu  memorandumlar 
çərçivəsində  lazımi  tədqiqatların  aparılması  və  3  ay  ərzində 
texniki  təkliflərin  hazırlanması  üçün  mütəxəssislərdən  ibarət 


 
135 
işçi  qrupları  yaradıldı.  Beləliklə  də  həmin  yataqların 
birləşdirilməsi prosesi başlandı.  
1993-
cü  ilin  may  ayında  “Azəri”,  “Çıraq”  və  “Günəşli” 
yataqları  üzrə  birləşmiş  iş  proqramına  dair  6  anlaşma 
memorandumu imzalandı. Nəhayət, 1993-cü ilin iyun ayının 4-
də  ARDNŞ-in  Direktorlar  Şurası  bu  yataqların  birgə 
işlənilməsi barədə bəyanat qəbul etdi. 
Ümummilli  lider  H.Əliyevin  rəhbərliyi  ilə  1994-cü ilin 
sentyabrın 20-də  xarici  neft şirkətlərinin,  “Çıraq”  yataqlarının 
və  “Günəşli”  yatağının  dərin  hissəsinin  birgə  işlənilməsi  üzrə 
Azərbaycanın  ilk  beynəlxalq  neft  sazişi  -“Əsrin  müqaviləsi” 
imzalandı.  Müqaviləni  imzalayan  xarici  şirkətlər  bunlardir: 
BP(Böyük  Britaniya),  Amoco(ABŞ),  LUKoil(Rusiya), 
Penzoil(ABŞ), 
Unocal(ABŞ), 
Statoil(Norveç), 
MC 
Dermott(ABŞ),  Ramco(B.Britaniya),  TPAO(Türkiyə),  Delta-
Hess(SəudiyyəƏrəbistanı).  Sazişdə  Azərbaycan  hökumətini 
A
RDNŞ  təmsil  edirdi.Onu  da  qeyd  edək  ki,  sonradan  bəzi 
şirkətlər  öz  paylarını  satdıqlarından  indiki  halda  çirkətlərin 
siyahısı fərqlidir. 
İmzalanan  müqavilə  neft  kontraktlarının  dünya 
praktikasında  istifadə  olunan  “Hasilatın  Pay  Bölgüsü 
Sazişi”(HPBS)  növünə  aiddir. Bu növ kontraktlardan son 
dövrlərdə  daha  geniş  istifadə  olunur.  İlk  dəfə  bu  növ  neft 


 
136 
kontraktı  20-ci  əsrin  60-cı  illərində  İndoneziyada  dövlət  neft 
şirkəti  “Petromina”  ilə  xarici  neft  şirkətləri  arasında 
imzalanmışdır.  Bu  növ  kontraktları  imzalanmış  dövlətlər 
sırasında Misir, Filippin, Liviya, Suriya, Çin, Argentina, Oman, 
Malayziya,  Hindistan,  Yəmən,  Qvatemala,  Sudan  və  bir  çox 
digər  dövlətlər  var.  Bu  siyahıda  olan  ölkələrin  sayı  artıq  60-ı 
keçib. Son illərdə Rusiyada, Qazaxıstanda və Türkmənistanda 
da  imzalanan  neft  sazişləri  HRBS  konsepsiyasına  əsaslanan 
sazişlərdir. 
İstənilən  neft  müqaviləsi,  o  cümlədən  də  “Əsrin 
Müqaviləsi”,  sifarişçi  və  icraçı  tərəflərin  maraqlarının 
konsensusudur.  Neft  kontraktları  və  o  cümlədən,  HRBS-lər 
tərəflərin öhdəliklərini müəyyən edən hüquqi, iqtisadi, texniki, 
ekoloji və digər məsələləri əhatə edən razılaşmaların mürəkkəb 
külliyatıdır.  
Əsrin  müqaviləsinin  predmeti  “Azəri”,  “Çıraq”  və 
“Günəşli”  yataqlarının  işlənilməsi  və  hasilatın  pay 
bölgüsüdür.Sazişdə yataqların coğrafi yeri, müqavilə sahəsinin 
coğrafi  koordinatları  dəqiq  göstərilir.  Burada  432,4  kvadrat 
km-
lik müqavilə sahəsinin ölçüsü də qeyd edilir. 
Hər  şirkətin  müqaviləyə  cəlb  edilmə  dərəcəsi  faizlərlə 
göstərilən maraq payı ilə xarakterizə olunur.Maraq payı həm də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə