Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   2   3   4   5   6   7   8   9   ...   43

 

Afrika  və  Asiya  qitələrində  Avropa  ölkələrinin  qarətçilik 
siyasəti 
Qərbi 
Avropa 
ölkələrinin 
iqtisadiyyatının 
qurulmasında əsas maliyyə mənbələrindən biri olmuşdur.  
Dünya iqtisadiyyatının formalaşması. Dünya təsərrüfatı 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  formalaşmağa 
başlamışdır.  Bu  dövrdə  istehsal  və  kapital  təmərküzləşmiş  və 
bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank 
kapitalı  ilə  sənaye  kapitalının  qovuşması  nəticəsində  maliyyə 
kapitalı  və  maliyyə oliqarxiyası  yaranmışdı; əmtəə  ixracından 
fərqli olaraq kapital  ixracı  böyük əhəmiyyət kəsb edirdi. XIX 
əsrin  sonlarında  kapitalist  ölkələrinin  iqtisadi  inkişafının 
başlıca  xüsusiyyəti  ayrı-ayrı  müstəqil  müəssisələrin  azad 
rəqabətinə  əsaslanan  kapitalizmdən  tədricən  inhisarçı 
kapitalizmə  keçilməsi  ilə  müəyyən  olunurdu.XIX  əsrin 
sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox 
artmışdı.  Məhsuldar  qüvvələrin  sürətli  inkişafı  maşınlı 
sənayenin  sahə  strukturunda  ciddi  dəyişikliklərə  səbəb 
olmuşdu.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  dünya 
iqtisadiyyatında  sürətli  inkişafı  ilə  seçilən  ölkələr  ABŞ  və 
Almaniya  olmuşdur.  Bu  ölkələr  sənaye  istehsalının  ümumi 
həcminə  görə  İngiltərə  və  Fransanı  qabaqlayırdı.  Artıq  bu 
dövrdə ABŞ dünyada birinci sənaye dövlətinə çevrilmişdi. 


 
10 
Lakin müasir dünya t
əsərrüfatı  XX  əsrin  əvvəllərindəki 
səviyyədən çox-çox irəli getmiş və inkişaf etmişdir. İndi dünya 
iqtisadiyyatı daha  vahid  və  bütöv xarakterə  malikdir. Belə ki, 
müasir dünya iqtisadiyyatında sənayecə inkişaf etmiş ölkələrin, 
inkişaf etməkdə olan ölkələrin,  yeni sənaye ölkələrinin, keçid 
dövrü  yaşayan  ölkələrin  iqtisadiyyatları  əks  olunur  və  qlobal 
dünya  iqtisadiyyatı  formalaşır.  Qloballaşma  beynəlxalq  əmək 
bölgüsü və istehsalın beynəlmiləl xarakteri ilə səciyyələnir və 
bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. 
Dünyada  mövcud  olan  hər  bir  ölkə  bu  və  ya  digər 
xüsusiyyətləri  özündə  əks  etdirməklə  bir-birindən  sosial-
iqtisadi  quruluş,  inkişaf  səviyyəsinə,  təbii  ehtiyatlarla 
zənginliyinə, iqtisadi strategiyaya və s. görə fərqlənirlər. Dünya 
ölkələri  cəm  halda,  qarşılıqlı  fəaliyyətdə,  beynəlxalq  əmək 
bölgüsü əsasında mövcuddurlar və inkişaf edirlər. 
Dünya  iqtisadiyyatı  beynəlxalq  əmək  bölgüsü  sistemi 
əsasında  yaranan  milli  təsərrüfatların  iqtisadi  və  siyasi 
münasibətlərinin  məcmusu  olmaqla,  bu  təsərrüfatlar  arasında 
hərtərəfli  əlaqəyə  əaslanan  beynəlxalq  iqtisadi  münasibətlər 
sistemidir. 
Dünya iqtisadiyyatı iqtisadi və siyasi kateqoriya olmaqla 
vahid  bir  sistem  təşkil  edir.  Bu  sistem  müəyyən  nizama  və 
qaydaya  əsaslanmaqla  ümumi  bir  məqsədə  xidmət  edir. 


 
11 
Dünyada m
övcud  olan  ayrı-ayrı  dövlətlər,  beynəlxalq 
təşkilatlar  və  transmilli  kompaniyalar  dünya  iqtisadiyyatının 
subyektlərini təşkil edir.  
Dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dünya 
ölkələri  özlərinin  müvafiq  ehtiyatları  olmadan  cəmiyyətin 
tələbatını daha dolğun ödəmək istəyirlər. Eyni zamanda ölkələr 
iqtisadiyyatın  səmərəli  strukturunu  fəallaşdırmaq,  müasir 
texnika və texnologiyaya yiyələnmək, mütərəqqi təsərrüfatçılıq 
və  idarəçilik  təcrübəsi  qazanmaq  istəyirlər.Bu  problemlərin 
həlli  ilə  yanaşı  bu  ölkələr  özlərinin  beynəlxalq  əmək 
bölgüsündə  malik  olduqları  üstünlükləri  reallaşdırmaq  imkanı 
əldə  etmiş  olurlar.Bu  baxımdan  Azərbaycan  respublikasında 
həyata 
keçirilən 
sosial 
iqtisadi 
siyasətin 
strateji 
istiqamətlərindən biri də ölkə iqtisadiyyatının dünya təsərrüfatı 
sisteminə  səmərəli  şəkildə  inteqrasiya  olunmasını  təmin 
etməkdir.   
 
Dünya iqtisadiyyatının inkişafında təbii 
ehtiyatların rolu 
 
Hər  bir  milli  iqtisadiyyatın  və  eləcə  də  dünya 
iqtisadiyyatının  inkişafı  iqtisadi  ehtiyatlardan  –  istehsal 
amill
ərindən  asılıdır.  Dünya  iqtisadiyyatının  təbii  ehtiyatları 


 
12 
müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji 
(bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. 
ehtiyatlar aiddir.  
Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan 
istifadə  edilməsi  böyük  rola  malikdir.  Mineral  ehtiyatların 
istehsalı  və  istehlakı  beynəlxalq  əmək  bölgüsü  vasitəsi  ilə 
bütün  dünya  ölkələrini  əhatə  edir.  Sənayenin  inkişafı  ilə 
məhsuldar  qüvvələrin  inkişafında  təbii  ehtiyatlar  və  yerin 
təkindəki  faydalı  qazıntılar  daha  böyük  rola  malikdir.  Yerin 
təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı – 
kömür,  neft,  qaz,  uran  filizi,  müxtəlif  mineral  filizləri,  inşaat 
materialları  istehsalı  üçün  xammal  mövcuddur.  Bütün  bunlar 
bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın 
ən  zəruri  şərti  hesab  edilir.  Bununla  yanaşı  nəzərə  almaq 
lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir 
çox  süni,  kimyəvi,  texniki  yeniliklər  bu  mineral  ehtiyatların 
əvəzlənməsinə  zəmin  yaradır.  Son  onilliklərdə  bu  sahədə 
Yaponiya,  Cənubi  Koreya,  Sinqapur  bir  çox  nailiyyətlər  əldə 
etmişdir.  Bütün  bu  ehtiyatların  hesablanmasında  müxtəlif 
metodlardan  istifadə  edilir:  bu  metodlar  kəşf  edilmiş, 
proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar 
haqqında məlumat vermək daha məqsədəuyğundur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə