Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

 
79 
təssərüfatı  məhsulunun)  göndəricisi  kimi  deyil.  əksinə 
istehlakçısı kimi çıxış edirlər.Bu olkələr daima ərzaq defisiti ilə 
üzləşirlər  ki.  Bu  da  təbbi  olaraq    onların  importuna  səbəb 
yaradır.  Çay,  qənd  və  digər  qida  məhsullarına  təlabat  onların 
xaricdən  gətirilməsinə  əasa  yaradır.  Misirdə-pambıq,  faraş 
meyvə-tərəvəz,  Şimali  Afrikada  ,  Mavri  adasında  isə  cay  və 
düyü 
qədimdən 
vacib 
eksport 
əhəmiyyətli 
məhsullardır.Maldarlıq  yerli  əhəmiyyət  kəsb  edir,  yerli 
qoyunçuluğun  inkişafı  və  yun  istehsalı  yalnız XX əsrdə aktiv 
şəkil almışdır. 
Regionun  iqtinisadi  geriliyi  ümumdaxili  məhsulun 
strukturunda  da  özünü  büruzə  verir.Region  üzrə  orta  hesabla 
ümumdaxili  məhsulun  yalniz  27%-i  sənayedə  istehsal  olunur, 
kənd  təsərrüfatının  payına  isə  32%  düşür.  Emal  sənayesinin 
payı  ümumdaxili  məhsul    istehsalında  cəmi  11%  təşkil  edir. 
Yeri  gəlmişkən,böyuk  bir  qrup  ölkələrində  bu  göstərici  daha 
azdır. Məsələn: Cibutidə 1.8% , Əlcəzairdə  2.1% Tanzaniyada 
3.5%    və  s.  Regionda  xidmət  sferası  böyük  yer  tutur  (UDM-
nun 38% -
i qədər ). Lakin, elm, təhsil, səhiyyənin rolu o qədər 
də nəzərə çarpmır.       
Aşağı  həyat  tərzi  və  sosial  sfera  zəif  inkişaf  etmiş 
ölkələrin  iqtisadiyyatının  xarakterik  cizgisidir.  Bu  qəbildən 
olan ölkələrin əksəriyyəti “aşağı gəlirli ölkələr” kateqoriyasına 


 
80 
daxildir. Orta 
ömür müddəti ”ən az inkişaf etmiş” kateqoriyaya 
daxil olan tropik  Afrikanin 26 dövlətində (Birləşmiş Millətlər 
Teşkilatının  metodologiyası  üzrə  müəyyən  edilib)  50  ildən 
azdır. 
İqtisadiyyatın  struktur  nöqteyi-nəzərincə  əksər  ölkələr 
üçün  hasilat  sənayesinin  kend  təsərrüfatının  əhəmiyyətli  rolu 
xarakterikdir.Bəziləri təbii coğrafi resursların yoxluğu üzündən 
inkişafın monokultur (dar ixtisaslaşma) xarakterinə malikdirlər. 
Bütövlükdə  inkişaf  etməkdə  olan  dünya  ölkələrində 
vəziyyət birmənalı deyildir. İnkişaf etmiş ölkələr keçmiş SSRİ-
nin  bəzi  respublikalarına  böyük  yardım  göstərmək 
məcburiyyətində  oldular.  Bu  isə  şübhəsiz  olaraq  “rəqabət” 
yaradır.  Yəni,  əksər  zəif  inkişaf  etmiş  ölkələrin  vəziyyəti  isə 
acınacaqlı  hal  alır.  Ərzaq  təminatı  və  yığım  problemi  ciddi 
sürətdə  qarşıya  çıxmaqla  zəif  inkişaf  etmiş  ölkələri  inkişaf 
etmiş ölkələrdən böyük asılılıqda saxlayır.  
Xarici  ticarət  dövriyyəsinin  strukturunda  xammal 
məhsulları  üstünlük  təşkil  edir.  Neft,  qaz,  kakao-babı,  kofe, 
daha doğrusu,dünya bazarının konyukturasından daha çox asılı 
olan məhsullar xarici iqtisadi fəaliyyət Afrika-Asiya ölkələrinin 
qorunmayan  iqtisadiyyatlarını  çətin  şəraitə  salır.  Afrika 
ölkələrinin dünya ticarətində olan payı o qədər də əhəmiyyətli 
deyildir (təxminən 5%-ə yaxın təşkil edir). Bu hal Afrika daxili 


 
81 
ticarətə də şamil edilir. Belə ki, inkişaf yetərincə zəifdir, bu isə 
qitədə  inteqrasiya  proseslərinin  lazımi  səviyyədə  inkişaf 
etməsinə işarə edir.  
Zəif inkişaf etmiş ölkələrin dünya təsərrüfatında rolu. 
İqtisadi  inkişafda  başlıca  dəyişiklik  “inkişaf  etmiş  ölkələr-
inkişaf  etməkdə  olan  ölkər”  sistemində  münasibətlərin  əvəz 
olunması xarakteri üzrə yüksəliş tendensiyasıdır (yəni haqqında 
söz  gedən  ölkələrdə).  İqtisadi  inkişafda,  müasir  dövrdə  baş 
verən  dəyişiklik-istehsal prosesinin vahid səviyyədə 
yüksəlməsi  və  mütəmadi  olaraq  onun  milli  iqtisadi  bazaya 
keçidindən  ibarətdir.  Öz  resursları  üzərində  nəzarət  əvvəliki 
dövürə  nisbətən  möhkəmlənir.  Zəif  inkişaf  etmiş  ölkələrin 
iqtisadi  inkişafının  əhəmiyyətli  cisgisi  əhali  artımının  sabit 
tendens
iyasını ötüb keçməsi halı ilə izah olunur.  Son onillikdə 
bu qrup ölkələrin iqtisadi artım spesifikasına  mahiyyətcə  təsir 
edən  başlıca daxili amil-demoqrafiya amilidir.Bu faktor bazar 
strukturuna,məşğulluğa,istehsala güclü təsir göstərir. 
Texnoloji prose
slər,bu qəbildan olan ölkələrdə  təsərrüfat 
yüksəlişi  imkanlarını  əhəmyyətli  dərəcədə  genişləndirir.Lakin 
o,  eyni  zamanda  “periferik”  və  ümumdunya  məhsuldar 
qüvvələri 
arasında 
fərqləri 
dərinləşdirir,birincisinin 
sənayeləşdirilməsini 
çətinləşdirir.Periferiyaların 
sənayeləşdirilməsi  vahid  xarakterli  olmadığı  üçün  milli-


 
82 
təsərrüfat  komplekslərinin  inteqrasiyasına  gətirib  çıxartmadı. 
Bundan  əlavə,  o,sahəvi  disproporsiyaları  gücləndirdi.İnkişaf 
etməkdə  olan  ölkələrin  geridə  qalması  (bəzilərinin)dünya 
birliyini na
rahat  edir.Belə  ki,inkişaf  etmiş  ölkələr  dəbundan 
əziyyət çəkir.Ona görə ki,zəif inkişaf etmiş ölkələrdə bazarların 
darlığı eksport imkanlarını azaldır. 
“İmportun əvəzlənməsi”konsepsiyası özünü doğrultmadı. 
Birincisi,importu  əvəz  edən  sahələr  üçün  bazarlar  məhdud 
xarakter 
daşıyır.İilkin 
mərhələdə 
həyata 
keçirilən 
proteksionizm  siyasəti  ucuz  xarici  əmtəələr  tərəfindən 
rəqabətin  aradan  qaldırılmasını  təmin  etdi.Üçüncüsü,işçi 
qüvvəsinə xərclər Asiya,Afrika və Latın Amerikasının bir çox 
ölkələrində  nisbətən  yüksəkdir.Özü  də  əmək  məhsuldarlığı 
burada  əlahiddə  şəkildə  aşağıdır.Dördüncüsü,aydın  oldu  ki,bu 
qrup  ölkələrdən  əmtəələrin  xarici  bazarlara  girişi  çox  ciddi 
maneələrlə  üzləşir,hətta  onların  əmtəəlıri  yüksək  rəqabət 
qabiliyyətli olduqları  halda  belə,qərb ölkələri  bazarlara   girişi 
mühasirəyə alırlar, istənilən yollarla ,”könüllü kvatolama” yolu 
da daxil olmaqla istədiklərinə nail olurlar. 
Bazar  iqtisadiyyatlı  inkişaf  etmiş  ölkələr,  o  cümlədən 
maşınqayırma,  yüngül  sənaye  kimi  məhsul  növlərinə 
proteksionizm (him
ayədarlıq)  baryerləri  qoyaraq,  Asiya  və 
Afrika  ölkələrində  istehsal  olunmuş  və  tamamilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə