Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

 
62 
məşhurlaşdı.Gömrük ittifaqı uğurlu alındı. Bu üç ölkə arasında 
xarici ticarət dövriyyəsi sürətli templə inkişaf etdi. 
Avropa  üçün  daha  əhəmiyyətli  hadisə  1952-ci  ildə 
Avropa  kömür  və  polad  cəmiyyətinin  yaradılması  oldu.  Bu 
müqavilə Asiya, İtaliya, AFR və “Benilyuks” ölkələri arasında 
imzalandı. Böyük Britaniya bu təşkilata üzv ola bilmədi, 1957-
ci ildə Romada Avropa iqtisadi birliyinin yaradılması haqqında 
müqavilə  imzalandı.  Bunun  ilkin  məqsədi  ümumi  bazarın 
formalaşdırılmasından  ibarət  idi.  Müqavilənin  imzalanması 
zamanı  altı  ölkə:  Fransa,  AFR,  Belçika,  Hollandiya, 
Lüksemburq  və  İtaliya  iştirak  etdi.  Ümumi  Bazarın  üç 
mərhələdə yaradılması nəzərdə tutlurdu: 
I  mərhələ  -  ümumi  gömrük  ittifaqının  yaradılmasını 
nəzərdə tuturdu ki, gömrük resurslarının  və ölkələrarası digər 
qeyri-
marif  tədbirlərinin məhdudlaşdırılması ön planda durdu. 
II mərhələ - iqtisadiyyatın digər sektorları ilə harmoniya 
təşkil etməklə nəqliyyat və kənd təsərrüfatı sahələrində ümumi 
iqtisadi siyasətin yürüdülməsi nəzərdə tutulurdu. 
III  mərhələdə  -işçi  qüvvəsinin,  kapitalın,  əmtəə  və 
xidmətlərin sərbəst hərəkətini təmin etmək məqsədi qoyulurdu. 
Həmin  dövrdə  Böyük  Britaniya  Avropada  azad  ticarət 
zonasının yaradılmasını təklif etdi. Onun cəhdləri 1960-cı ildə 
uğurla başa çatdı.Stokholm konvensiyası təsis edildi ki, İsveç, 


 
63 
İsveçrə,  Danimarka,  Avstriya,  Portuqaliya,  Böyük  Britaniya 
daxil  olmaqla  Avropa  Azad  Ticarət  Assosasiyası  (EAST) 
yaradıldı.  Assosasiyanın  funksiyasına təkcə sənaye  məhsulları 
deyil,  həm  də  iqtisadiyyatın  digər  sahələri  də  aiddir.  Lakin 
təriflərin  iqtisad  olunmasına  baxmayaraq,EAST  öz 
fəaliyyətində uğur əldə edə bilmədi. 
1972-
ci  ildə  Böyük  Britaniya,  İrlandiya,  Danimarka, 
Norveç AİB-nın üzvü oldu. Norveç bu təşkilatı öz ölkəsindəki 
referendumun  nəticəsinə  görə  tərk  etdi,  1981-ci  ildə 
Yunanıstan,1986-cı  ildə  İspaniya  və  Portuqaliya,1994-1995-ci 
illərdə  Avstriya,  Finlandiya,  İsveç  bu  təşkilata  qoşuldular. 
Beləliklə  “Avropa  Altılığı”  “Avropa  Onbeşliyinə”  çevrildi  və 
Avropa İttifaqı (ES) adlandırıldı. 
70-80-
cı  illərin  sonlarında  vahid  valyuta  iqtisadiyyatına 
doğru  addımlar  atıldı.1978-ci  ildə  valyuta  sisteminin  tətbiqi 
haqqında razılaşma imzalandı.Ona  vahid Avropa valyutasının 
yaradılması  və  tətbiq  edilməsi  daxil  idi.  Inteqrasiyanın  əsas 
istiqamətlərindən  biri  də  elmi-texniki  tərəqqi  sahəsində 
əməkdaşlıqdan  ibarətdir.Qərbi  Avropada  dövlətlərarası  elmi 
tədqiqat  mərkəzləri  yaradıldı  və  birgə  elmi  proqramların 
icrasının  reallaşdırılması  nəzərdə  tutuldu.Bu  mərkəzlərin 
maliyyələşdirilməsi ES büdcəsi hesabına aparıldı.1985-ci ildən 
bu kompaniya səviyyəsində həyata keçirildi.  


 
64 
Qərbi  Avropa  ölkələrinin  iqtisadi  inteqrasiyasının  yeni 
mərhələsi  1992-ci  ildə  Maactrixt  Müqaviləsindən  sonra oldu. 
Bu 
müqaviləyə 
görə 
Avropa 
valyuta 
ittifaqının 
formalaşdırılmasına  başlandı.Ölkələr  üçün  meyarlar  qəbul 
olundu:  dövlət  büdcəsinin  defisiti  YDM-un 3%-dən  çox 
olmamalı,dövlət  borcunun  kəmiyyəti  YDM-un 60%-dən  çox 
olmamalı,infilyasiyanın tempi aşağı səviyyədə olmamalı, milli 
valyutanın kursu isə sabit qalmalıdır. 
1999-
cu  il  1  yanvar  tarixindən  pərakəndə  pul 
dövriyyəsində  bütün  Avropa  valyutalarını  əvəz  edən  ümumi 
pul vahidi –
evro  dövriyyəyə  buraxıldı.Beləliklə,  aşağıdakı 
nəticələrə gəlmək olar: 
1.
 
Aİ-in yaradılması ittifaqın üzvləri arasında ticarətin 
inkişafında önəmli rol oynadı; 
2.
 
Bazarların 
genişlənməsi 
beynəlxalq 
əmək 
bölgüsünün daha da dərinləşməsinə şərait yaratdı və 
üzv 
ölkələrin 
ixtisaslaşmasının 
və 
kooperativləşdirilməsinin 
inkişafına 
meydan 
açdı.Bu  yeni  istehsal  növlərinin  yaradılmasını 
stimullaşdırdı,  idarəetmə texnikasını təkmilləşdirdi, 
xarici investisiyaları,ilk növbədə ABŞ-dan sərmayə 
axınını cəlb etdi; 


 
65 
3.
 
Müştərək elmi mexaniki tədqiqatlar elm tutumunun 
yaradılması üçün Qərbi Avropa ölkələrində istehsal 
olunan  əmtəələrin  rəqabət  qabiliyyətinin  və 
keyfiyyətinin yüksəlməsi üçün yeni imkanlar açdı. 
 
Dünya təsərrüfatında inkişaf etməkdə 
olan ölkələr (İEOÖ), Yeni sənaye ölkələri (YSÖ) 
 
İnkişaf etməkdə olan ölkələrin iqtisadi potensialı. Yeni 
sənaye ölkələrinin (YSÖ) rolu və mövqeyi. “İEOÖ” anlayışı 
yetərincə şərtidir və yer kürəsinin 80%-dən çox əhalisini, bütün 
dünya ölkələrinin 4/5-nü birləşdirir. 
İEOÖ-lər üçün əlamətlər bunlardır: 
1.
 
Bütün  bu  ölkələr  dünənə  qədər  müstəmləkə  və 
qərbdən asılı idilər;  
2.
 
B
u  ölkələrin  iqtisadi  sistemi  son  dərəcə  qeyri-
sabitdir;  
3.
 
Onlar  inkişaf  etmiş  ölkələrin  iqtisadiyyatından 
əhəmiyyətli şəkildə asılıdırlar. 
Konkret  olaraq  təhlil  etmək  üçün  İEOÖ-i  aşağıdakı 
qruplara bölmək olar: 


 
66 
1.
 
Aktiv ödəmə balansına (tədiyə) malik ölkələr (enerji 
resurslarının  eksportçuları):  Bruney,  İraq,  İran, 
Qatar, Küveyt, Liviya, BƏƏ, Səudiyyə Ərəbistanı. 
2.
 
Xalis  enerji  resursları  eksportçuları,lakin  daima 
mənfi  tədiyyə  balansı  ilə:  Əlcəzair,  Venesuela, 
Qabon, Misir, Kamerun, Konqo, Nigeriya, Peru və 
başqaları aiddir. 
3.
 
Yeni  sənaye  ölkələri  (YSÖ)Cənub-Şərqi  Asiya 
ölkələri:  Cənubi  Koreya,  Honkqonq,  Sinqapur, 
Tayvan,  Malaziya,  Tailand,  İndoneziya,  həmçinin 
Argentina, Braziliya. 
4.
 
Dördüncü  dünya  adlandırılan  ölkələr:  Bu  iqtisadi 
cəhətdən  ən  geridə  qalan,  sosial  vəziyyəti  pis  olan 
dövlətlərdir  (60-a  yaxın  ölkədən  ibarətdir).  Onlara 
Afrika  ölkələrinin  əksəriyyəti,  Asiyanın  bəzi 
ölkələri  (Banqladeş,  Şri-Lanka,  Nepal,  Yəmən), 
Amerika  qitəsi  ölkələrindən  Haiti,  Honduras, 
Nikaraqua, Santo-
Dominqo və başqaları aiddir. 
İnkişaf  etməkdə  olan  ölkələrin  sənayecə  inkişaf  etmiş 
ölkələrə  uzun  müddətli  “bağlılığı”,  onların  dünya  təsərrüfatı 
həyatında iştirakına son dərəcə ziddiyət təşkil edir.Bu ayrı-ayrı 
inkişaf etməkdə olan ölkələrin qeyri-bərabər iqtisadi inkişafı ilə 
əlaqədardır.Qeyd olunmuş qeyri-bərabərlik, onların beynəlxalq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə