Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

 
67 
iqtisadi  əlaqələrdə  iştirakının  xarakterinə  görə  müxtəlif 
qruplara ayırır. 
İnkişaf  etməkdə  olan  ölkələr  və  inkişaf  etmiş  ölkələr 
arasındakı  iqtisadi  potensialda  böyük  fərqlər  bu  günün 
reallıqlarıdır.Lakin,  inkişaf  etməkdə  olan  ölkələrin  rolunu 
artırmadan  dünya  təsərrüfatında  kəskin  problemlər  və 
ziddiyətlər  nəinki  azalar,əksinə  daha  da  artar.Digər 
tərəfdən,sənayecə  inkişaf  etmiş  ölkələr  mübahisə  olunmaz 
istehsal,elmi-
texniki  təchizat  səviyyəsi  üzrə  iqtisadi  üstünlüyə 
malikdir. 
90-
cı  illərdə  ümumdünya  məhsulunun  17%-ə  qədəri 
inkişaf  etməkdə  olan  ölkələrin  payına  düşür.Bu  ölkələrdə 
sənaye istehsalının ən sabit artım tempi müşahidə olunmuşdur 
(Çindən  sonra).  Ümumilikdə,onlar  inkişaf  etmiş  ölkələrdən 
daha tez 
inkişaf etmişlər.Bütün inkişaf etməkdə olan ölkələrdə 
orta artım tempi 6%-ə kimi yüksəlmişdir. 
Dünya  təsərrüfatının  ən  dinamik  hissəsi  Cənub-Şərqi 
Asiya  rayonudur.Məhz  bu  rayonda  Yaponiyanın  “iqtisadi 
möcüzəsindən” sonra “Asiya pələnglərinin möcüzəsi” meydana 
çıxdı,onların  arasında  Cənubi  Koreya,  Tayvan,  Sinqapur, 
Honkqonq  aparıcı  yerləri  tuturlar.Bu  möcüzənin  əsasında 
ümummilli  məhsulun  yüksək  sabit  artımı  (son  20  ildə,orta 


 
68 
hesabla  8%)və  dünya  bazarında  bu  ölkələrin  məhsullarının 
rəqabət qabiliyyətinin yüksəlməsi durur. 
Cənubi  Koreyada  1985-1990  illərdə  ümumdaxili 
məhsulun  orta  illik  artım  tempi  9.5%  təşkil  edib.  Ümummilli 
məhsulun adambaşına düşən səviyyəsinə görə Cənubi Koreya, 
əgər  1970-ci  ildə  dünya  iyearxiyasının  altıncı  onluğunda  yer 
tuturdusa,1985-ci 
ildə artıq ikinci onluğa keçdi.Ölkənin iqtisadi 
inkişafının  əsas,başlıca  faktoru  avtomobil  sənayesinin 
sürətləndirilmiş 
inkişafı, 
yarımkeçiricilərin, 
məişət 
elektronikasının sürətləndirilmiş inkişafından ibarətdir. 
Sürətli  iqtisadi  inkişafın  digər  səbəbi  Cənubi  Koreyanın 
xarici  iqtisadi  əlaqələri  ilə  bağlıdır.  Müasir  dövrdə,  Cənubi 
Koreya  iqtisadiyyatının  “simasını”  müəyyən  edən  maddi 
istehsalın  bütün  sahələri  dəqiq  aydın  eksportlu  orentasiya 
xarakterinə malikdir.Büdcə daxilolmalarının əsas hissəsi xarici 
ticarətdən  gələn  gəlirlərin  hesabına  düşür.  Cənubi  Koreya 
məhsulları  Avropanın,  ABŞ-nın  ən  güclü  və  rəqabət 
qabiliyyətli  firmaları  ilə  rəqabətə  girərək  ABŞ  və  Avropa 
bazarlarına nüfuz etmişlər. Daewoo, Elektroniks, Samsung, LG 
kimi firmalar dünyada məşhurdur. 
Tayvan  iqtisadiyyatının  uğurunu  təmin  edən  yeganə 
vasitə  -  xarici  iqtisadi  əlaqələrdəki  akseptliyidir  (xüsusilə 
nəzərə  çarpdırılmasıdır).  Ölkə  heç  bir  maddi  resurslara  malik 


 
69 
deyil  və  hamısını  import  edir.  Müasir  dövrdə  ölkənin 
ümummilli  məhsulunun  5%-dən  çoxu  eksporta  gedir.  Tayvan 
iqtisadiyyatının  ən  əhəmiyyətli  faktoru  ölkə  rəhbərliyinin 
səmərəli iqtisadi siyasəti hesab olunur. 
Malaziya  iqtisadiyyatının  əsas  uğurlarını  emal 
sənayesinin  sahələri  müəyyən  edir  (televizorların  yığılması, 
video texnika, ko
mpüter  və  s.).  Ölkə  üçün  xarici  iqtisadi 
əlaqələrin  əhəmiyyəti  yüksəkdir.  Ümummilli  məhsulun 
eksportda  payı  1982-ci  ildə  28%-dən  1997-ci  ildə  44%-ə 
qalxmış, 2000-ci ildə isə 50%-ə yaxınlaşmışdır. 
YSÖ  arasında-Sinqapur,  bu  kiçik  ada  ölkəsi  xüsusi  yer 
tutur.
Sahəsi  cəmi  640km

,əhalisi  isə  3.1mln.  nəfər  olan  bu 
Cənub-Şərqi  Asiya  ölkəsinin  eksport  kvotası  əlahiddə 
yüsəkdir-ÜMM-da təxminən 56% təşkil edir. Ölkə iri maliyyə 
mərkəzidir. Dünyanın bütün Trans Milli Bankları öz filiallarını 
burada  açmışlar.  Sinqapurun  güclü  daxili  kapital  yığımını 
maliyyə  vasitəçiliyindən,  tranzitdən,  turizmdən  gələn  yüksək 
gəlirlər  təmin  edir.  Sinqapur  Mərkəzi  Bankı  65  mlrd.dollar 
qızıl valyuta ehtiyatlarına malikdir. 
YSÖ-
nə  həmçinin  Filippin,Tailand  və  İndoneziyanın  bir 
hissəsi,Braziliya  və  Argentina  aid  edilir.  Bu  ölkələrin  iqtisadi 
uğurları  müxtəlifdir.  Lakin  onları  başlıca  olaraq  aşağıdakılar 
birləşdirir:  onlar  əhəmiyyətli  iqtisadi  inkişaf  prosesinə 


 
70 
qoşulmaqla  əsrlər  boyu  olan  sosial-iqtisadi  gerilikdən  yaxa 
qurtardıqlarını inkişaf etmiş ölkələrə göstərə bildilər. YSÖ-nin 
nəaliyyətləri- Qərbi  Avropa və digər  inkişaf etmiş ölkələrə, o 
cümlədən  ABŞ-a  meydan  oxumaqdadır.  Son  illər  ərzində 
Cənub-Şərqi  Asiya  ölkələrinin  dünya  üzrə  ÜMM-da xüsusi 
çəkisi  1.3%-dən  4.5%-əqədər  artmışdır.  Bu  faktın  özü  isə 
dünya təsərrüfatında güclərin yeni düzülüşünü səciyyələndirir. 
Beynəlxalq  iqtisadi  münasibətlərdə  inkişaf  etməkdə 
olan  ölkələrin  rolu.  Müstəqillik  qazandıqdan  sonra  ilk 
dövrlərdə inkişaf etməkdə olan ölkələrin rolu nəzərə çarpmırdı. 
1950-1960-
cı  illərdə  onlar  sosial-iqtisadi  inkişaf  modelinin 
seçilməsi  və  özlərinin  milli  özünü  dərketmə  mərhələsini 
formalaşdırırlar.  Əhaliyə  düşən  ÜMM  həcmi  bu  dövrdə  orta 
hesabla 3%-
dən çox artmadı. Xarici ticarət dövriyyəsinin orta 
artım  tempi,  Qərbin  inkişaf  etmiş  ölkələri  ilə  müqayisədə  2.5 
dəfə açağı idi. 
1973-
1975  illərdə  inkişaf  etməkdə  olan  ölkələr  özləri 
haqqında ilk sözü dedilər: neft məhsullarını ixrac edən ölkələr 
xarici  iqtisadi  mövqelərinin  kəskin  şəkildə  gücləndirirdilər. 
Qısa zamanda Qərb iqtisadiyyatı keçmiş audsayderlərdən asılı 
qaldı.  Lakin  1970-ci  illərin  sonu  1980-cı  illərin  əvvəllərində 
yeni  resurs  qoruyucu  taxnologiyanın  tətbiqi  ilə  Qərb  öz 
cavabını  verdi.  Inkişaf  etməkdə  olan  ölkələrin  1970-ci  ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə