8
prinsipin mahiyyəti ondan ibarətdir ki, yatağın tədqiqatı zamanı işlər
elə tam və dolğun aparılmalıdır ki, yeraltı suların ehtiyatını bu və ya
digər kateqoriya üzrə qiymətləndirmək mümkün olsun.
Yeraltı suların istismar ehtiyatının ayrılmasının dürüstlüyü və
onların kəşfiyyatının ümumi prinsipləri bir sıra təbii amillər-dən
asılıdır: 1) yeraltı suların formalaşması mənbələrini miqdarca
qiymətləndirməyə və bütövlükdə istismar ehtiyatını qiymətlən-
dirməyə imkan verən geoloji və hidrogeokimyəvi mürəkkəblik
dərəcəsi; 2) susaxlayan süxurların süzülmə xüsusiyyətlərinin yeraltı
suların istismar ehtiyatının qiymətləndirilməsi üçün bu və ya digər
üsulun tətbiqi imkanlarını təyin edən qeyri-bircinslilik dərəcəsi; 3)
yeraltı suların uzunmüddətli istismarı üçün onların keyfiyyətinə
verilən proqnozun etibarlılıq dərəcəsi.
4)Yeraltı suların istismarı zamanı ətraf (geoloji) mühitin
qorunması, o cümlədən onların (yeraltı suların) çirklənmədən
mühafizəsi prinsipi. Bu prinsipin mahiyyəti yeraltı su yataq-larının
uzunmüddətli istismarı zamanı onların tükənmədən və çirklənmədən
mühafizəsidir və məzmununa görə iki hissədən ibarətdir: birinci
hissə - ətraf mühitin iri sugötürücü sistemlərin uzunmüddətli
istismarı prosesində texnogen proseslərin neqativ təsirindən
xəbərdarlıq tədbirlərinin əsaslandırılması ilə bağlı təlabatları nəzərdə
tutur. İkinci hissə yeraltı suların çirklən-mədən və tükənmədən
mühafizəsini özündə əks etdirir.
5) Yeraltı su yataqlarının kəşfiyyatı zamanı minimum
əmək, vaxt və vəsait sərfi prinsipi. Bu prinsipin mahiyyəti ondan
ibarət-dir ki, minimum əmək, vaxt və vəsait sərf etməklə kəşfiyyat
işlə-rinin həyata keçirilməsi zamanı etibarlılığın azalmaması gözlə-
nilməlidir.
Hidrogeoloji işlərin səmərəsinin yüksəldilməsinin bu prin-
sipdən irəli gələn zəruri şərtləri öyrənilən rayon üzrə axtarış-
kəşfiyyat işlərinin layihələndirilməsi mərhələsində hidrogeoloji
mürəkkəblik dərəcəsinin proqnozlaşdırılması; rayon üzrə yeraltı
9
suların istismarının mövcud tədqiqatının qeydiyyatı hesab olunur.
1.3. Yeraltı su yataqlarının tipləri
L.S.Yazvin N.İ.Plotnikovun yeraltı su yataqlarının sənaye
tiplərinin təsnifatını təkmilləşdirərək, onların aşağıdakı tiplərini
ayırmışdır: 1) çay dərələrinin; 2) platforma tipli artezian
hövzələrinin; 3) dağətəyi şleyflərin və dağarası çökəkliklərin gətirmə
konuslarının; 4) çat və çat-karst süxurları massivlərinin və tektonik
pozulma zonalarının yeraltı su yataqları.
Yeraltı su yataqlarının bu tipləri axtarış-kəşfiyyat işlərinin
metodikasını və bu yataqların istismar ehtiyatının qiymətlən-
dirilməsini müəyyən edən geoloji-hidrogeoloji şəraitə görə bir-
birindən fərqlənir. Belə ki, çay dərələrinin yeraltı su yataqlarının
axtarışı və ilkin kəşfiyyatında kəşfiyyat quyuları elə qazılmalıdır ki,
susaxlayan süxurların litoloji tərkibinin, qalınlığının, süzülmə
xüsusiyyətlərinin, o cümlədən xarakter istiqamətlər üzrə yeraltı
suların keyfiyyətinin dəyişməsini müşahidə etmək mümkün olsun.
Adətən onlar çay dərəsinə köndələn olan və sonu köklü sahilə bitişən
xətt üzrə (4-5 quyu) yerləşdirilir. Köndələn istiqamətdəki bu xətlər
arasındakı məsafə 3-4 km-dən (axtarış mərhələsində) 0,5-1 km-ə
qədər (ilkin kəşfiyyat mərhələsində) qəbul edilir. İlkin kəşfiyyat
mərhələsində yeraltı və yerüstü sular arasındakı əlaqə-nin xarakterini
müəyyənləşdirmək üçün xüsusi birləşmiş quyular sistemi şəklində
yerləşən quyulardan (müşahidə quyuları çaya paralel və
perpendikulyar yerləşən şüalar üzrə qazılır) istifadə olunur. Belə
quyuların sayı hər perspektiv sahədə geomorfoloji şərait və çay
yatağı çöküntülərinin eynicinslilik dərəcəsindən asılı olaraq təyin
edilir.
Artezian hövzələrinin yeraltı su yataqlarının axtarışı və ilkin
kəşfiyyatında kəşfiyyat quyularını kəsişən profillər üzrə yerləşdirmək
10
lazımdır ki, sulu horizontların süzülmə xüsusiyyətlərinin və yeraltı
suların keyfiyyətinin sahələr üzrə dəyişməsini müəyyən etmək
mümkün olsun. Artezian hövzələrinin kənar hissələrində yerləşən
yeraltı su yataqları üçün, əlavə olaraq, məhsuldar sulu horizontların
parametrləri onların mümkün quruma zonasında təyin edilir,
qidalanma və boşalma şəraiti və yeraltı sularla əlaqəsi öyrənilir.
Gətirmə konuslarının yeraltı su yataqlarında perspektivli
sahələrin seçilməsi üçün kəşfiyyat quyuları dağ ətəyindən konusun
periferiyasına qədər keçən profil üzrə qazılır. Eyni zamanda yeraltı
suların rejimi üzərində stasionar müşahidələr aparılır.
Çat və çat-karst süxurları massivlərninin və tektonik pozulma
zonalarının yeraltı su yataqları hüdudunda axtarış və kəşfiyyat
işlərində süxurların süzülmə xüsusiyyətlərinin və yeraltı suların
keyfiyyətinin dəyişmə qanunauyğunluqlarının müəyyən-ləşdirilməsi,
o cümlədən yeraltı su resurslarının qiymətlən-dirilməsi üçün böyük
həcmdə sahəvi geofiziki tədqiqatlar apa-rılır, quyular qazılır.
Bununla yanaşı, həm də yeraltı və yerüstü suların rejimi üzərində
stasionar müşahidələr aparılır. Kəşfiyyat quyuları əksər hallarda
bütün yatağı əhatə etməklə, köndələn istiqamətli xətt üzrə
yerləşdirilir.
Yerüstü sularla sıx əlaqədə olan yeraltı su yataqlarının
kəşfiyyatında yerüstü suların resursunun və keyfiyyətinin mövsümü
və çoxillik kəsilişdə dəyişməsini müəyyənləşdirmək üçün
hidrogeoloji tədqiqatlar aparılmalıdır.
Respublika ərazisində intişar tapmış yeraltı su yataqlarının
axtarış və kəşfiyyatı, onların geoloji-hidrogeoloji şəraiti, istismar
ehtiyatlarının qiymətləndirilməsi və onlardan su təchizatında və
suvarmada istifadəsi prinsipləri əsasında 1:500 000 miqyaslı ra-
yonlaşdırma aparılmış (F.Ş.Əliyev,1982) və yeraltı su yataqlarının
aşağıdakı tipləri aşkar edilmişdir:
1) Çay dərələrinin yeraltı su yataqları. Bu yataqlar çay
dərələrinin quruluşu və yeraltı suların istismar ehtiyatlarının
Dostları ilə paylaş: |