27
hidrokimyəvi zonanın sərhədləri qurulmalı və bu zonalarda
hərəkət edən yeraltı suların keyfiyyət və miqdar xüsusiyyətləri
işıqlandırılmalıdır. Ona görə də həmin planalmanın dərinliyi
maksimum olmalıdır. Bu halda hidrokimyəvi zonallığın iki
mümkün variantını: humid və arid zonalar üçün xarakter olan
normal (birbaşa) və çevrilmiş (inversiv) variantlarını nəzərə
almaq lazımdır.
Normal zonallıq müşahidə olunan platforma ərazilərin-də
kristallik əsas az yatım dərinliyinə (300-500 m – ə qədər)
malikdirsə, onda bütün çöküntü örtüyünün və əsasın aşınma
zonasının hidrogeoloji kəsilişi öyrənilməlidir. Platformaların dərin
sineklizlərində, kənarlarda əyilmiş hissələrdə, dağətəyi və
dağarası çökəkliklərdə tədqiqat yeraltı suların duzlu məhlulları
yayılan zonalara qədər aparılmalıdır. Qırışıq – dağlıq zonalarda
tədqiqat intensiv su mübadiləsi zonasını əhatə edir.
Çevrilmiş zonallıqda tədqiqat dərində yatan duzlu məh-
lulların yerləşdiyi zonaya qədər, xəritələmə isə hidrokarbo-natlı –
kalsiumlu suların yerləşdiyi dərinlik zonasına qədər aparılır.
Ortamiqyaslı hidrogeoloji planalmada şirin və duzlu
sulardan (ayrılan bütün hidrogeoloji bölgülərin sularının
keyfiyyətinin müqayisəli xarakteristikası ilə) ibarət bütün qatın
hidrogeoloji kəsilişi öyrənilir. Bu halda ayrı – ayrı məntəqələrdə
yeraltı duzlu məhlulların yatım dərinliyi və kimyəvi tərkibi
müəyyən edilir (əgər bu kiçikmiqyaslı hidrogeoloji planalmada
öyrənilmişdirsə). Xəritələmə daha dərində yatan sulu horizontları
(təsərrüfat – içməli, müalicə və sənaye suları) əhatə etməlidir.
İrimiqyaslı planalma aparılan ərazilərdə yeraltı suların
öyrənilmə dərinliyi istismar üçün daha böyük əhəmiyyət kəsb
edən sulu horizont və komplekslərin hipsometrik vəziyyətindən
asılı olaraq müəyyən edilir. Belə sulu horizont və komplekslər
planalma və axtarış işlərinin nəticələrinə əsasən ayrılır.
28
Hidrogeoloji stratifikasiyanın məsələləri. Hidrogeoloji
xəritələmədə və yeraltı suların ehtiyatının miqdarca
qiymətləndirilməsində geoloji kəsilişin sulu və sukeçirməyən
qatlara bölünməsi, yeraltı suların toplanmasının müvafiq
formalarının ayrılması və onların yayılma sahələrinin müəyyən
edilməsi böyük əhəmiyyət kəsb edir.
Hazırda kəsilişin hidrogeoloji bölünməsi və xəritədə
yeraltı suların yayılma sahələrinin göstərilməsi üçün iki üsul
tətbiq olunur. Onlardan biri litoloji – stratiqrafik prinsipə
əsaslanır. Bu zaman süxurların litoloji – stratiqrafik xüsusiyyətləri
ilə yanaşı, həm də yeraltı suların hidrodinamik xüsusiyyətləri
göstərilir.
Digər üsul süxurların litoloji – petroqrafik tərkibinin və
yeraltı suların toplanması xarakterinin qeydiyyatına əsaslanır. Bu
üsulla tərtib olunmuş xəritədə yeraltı suların müxtəlif tipləri və
sinifləri müvafiq rənglərlə göstərilir.
İkinci üsulun çatışmayan cəhəti xəritədə geoloji şəraitin
həddən artıq sxemləşdirilməsi, onun çətin oxunması, xəritənin
regionun geoloji – struktur xüsusiyyətləri və geoloji inkişaf tarixi
ilə bağlanması hesab olunur.
Litoloji – stratiqrafik üsul isə daha əlverişli olduğundan
geniş istifadə edilir. Həmin üsulla xəritə üzrə yeraltı suların
formalaşması şəraiti, geoloji inkişaf tarixinin onun formalaş-
masına təsiri dəqiq müəyyən olunur və sulu horizont və
komplekslərin mərtəbələr üzrə yerləşməsini əks etdirmək imkanı
əldə edilir. Tərtib edilmiş belə xəritə asanlıqla oxunur.
Hidrogeoloji stratifikasiya metodikasına uyğun olaraq,
kövrək və zəif sementləşmiş çökmə və metamorfik süxurların
kəsilişlərinin hidrogeoloji bölünməsində sulu horizont, sulu
kompleks, hidrogeoloji mərtəbə və sukeçirməyən qat kimi
hidrogeoloji bölgülər ayırmaq məqsədəuyğun hesab olunur.
Sulu horizont dedikdə, süxurların eyni və ya müxtəlif
yaşlı, qravitasiya suları ilə islanmış, möhkəm, hidrodinamik
29
nöqteyi – nəzərdən bütöv hesab olunan qatı nəzərdə tutulur.
Yatım dərinliyinə və rejiminə görə qrunt-, layarası təzyiqsiz- və
artezian (təzyiqli) sulu horizontları ayrılır.
Sulu kompleks horizontla müqayisədə daha iri hidro-
geoloji bölgü hesab olunur. O, kəsilişdə möhkəm olub, tavanda
və dabanda, digər sulu komplekslərlə hidravlik əlaqəsini
çətinləşdriən, lakin eyni zamanda həmin kompleks-lərə məxsus
hidrodinamik və hidrokimyəvi rejim xüsusiyyət-lərini təmin edən
möhkəm sukeçirməyən komplekslə hüdud-lanmış, eyni və ya
müxtəlif yaşlı- və tərkibli, regional yayılmış süxurlardan ibarət
sulu qatın yayılması ilə xarakterizə olunur.
Sulu kompleks bir neçə qarşılıqlı əlaqəli sulu hori-
zontdan ibarət ola bilər. Sulu kompleksin həcmi stratiqrafik
mərtəbə-, dəstə-, sıra-, şöbə-, sistemin hissələri- və bəzi hallarda
sistemin özü ilə müəyyən olunur.
Hidrogeoloji mərtəbə yalnız dabanda yaxud tavanda və
dabanda, regional yayılmış möhkəm sukeçirməyən süxur-lar qatı
ilə əhatə olunmuş sulu komplekslərin məcmuyundan ibarətdir.
Hidrogeoloji mərtəbələr bir – birindən su mübadilə-sinə, yeraltı
suların formalaşması xüsusiyyətlərinə, paleohidrogeoloji inkişafın
müxtəlif əlamətlərinə görə fərqlə-nir. Hidrogeoloji mərtəbənin
həcmi sistem, onların məcmuyu və qrup kimi stratiqrafik
bölgülərlə təyin olunur.
Yeraltı suların toplanmasının yuxarıda göstərilən forma-ları
(sulu horizont, sulu kompleks, hidrogeoloji mərtəbə) həm
kəsilişdə, həm də planda müxtəlif ölçülərə malik ola bilər.
Regional planda sulu horizontlar daha az möhkəmliyə malik
hesab olunur. Eyni bir sulu kompleksin müxtəlif sahə-lərində
müxtəlif sayda sulu horizontlar ayrıla bilər. Bu isə kompleksdə
sulu horizontların müqayisəsini çətinləşdirir.
Sulu komplekslər və hidrogeoloji mərtəbələr bu və ya
digər təzyiqli sistem hüdudunda daha möhkəm hesab edilir.
Onları ayıran sukeçirməyən qatlar böyük qalınlığı və geniş
yayılma sahələri ilə fərqlənir.
Dostları ilə paylaş: |