14
və ya təbii
ehtiyatla qidalanan, eynicinsli süxurlarda intişar tapmış
artezian hövzələrinin, gətirmə konuslarının və dağarası çökəkliklərin
yeraltı suları aiddir.
II qrup - mürəkkəb hidrogeoloji şəraitə malik yataqlar.
Adətən yeraltı sular stabil yatım şəraiti, dəyişkən qalınlıqlı müxtəlif
litoloji tərkib və süzülmə xüsusiyyətlərinə malik (qeyri-bərabər çatlı
və ya karstlaşmış) kollektorlarda formalaşır. İstismar ehtiyatının
formalaşması mənbələrindən bir qismi axtarış işləri ilə dəqiq, bir
qismi isə təxmini təyin edilə bilər. İstismar zamanı suyun
keyfiyyətinin dəyişməsi proqnozlaşdırılır.
Bu qrupa çay dərələrində ehtiyatı dövrü bərpa olunan B
yarımtipinin, müxtəlif litoloji tərkibə və süzülmə xüsusiyyətlərinə
malik süxurlardakı artezian hövzələrinin, çat və çat-karst süxurları
massivində məhdud sahəli strukturların YSY - ni aid etmək olar.
III qrup - çox mürəkkəb hidrogeoloji şəraitə malik
yataqlar. Yeraltı suların istismar ehtiyatı mürəkkəb süzülmə
şəraitində qarışıq tərkibli (müxtəlif çatlı və karstlaşmış)
kollektorlarda formalaşır ki,
bunlar da lokal sahələrdə, yaxud
laylarda dəyişən qalınlıqlı süxurlarla və tektonik pozulmalarla
mürəkkəbləşmiş olurlar. Yeraltı suların istismar ehtiyatının
formalaşması mənbələri kəşfiyyat işləri zamanı dəqiq, istismar
zamanı suyun keyfiy-yətinin dəyişməsi isə təxmini təyin edilir.
Bu qrupa çat və çat-karst sahələrinin, çayla əlaqəsi olmayan,
artezian hövzələrinin kənar hissələrindəki yeraltı su yataqlarını aid
etmək olar.
Azərbaycanın düzən rayonlarında az minerallaşmış yeraltı
suların səmərəli istifadəsinə görə yeraltı su yataqlarının beş tipi
ayrılmışdır(V.A.Listenqarten,1983):
xüsusilə perspektivli, pers-
pektivli, zəif perspektivli, xüsusilə zəif perspektivli və qeyri-
perspektivli (cəd. 1). Bu təsnifatlaşdırma zamanı birinci növbədə,
az minerallaşmış yeraltı suların ehtiyatının təsərrüfat-içmək
məqsədləri üçün istifadəsi nəzərə alınmışdır.
15
Respublikanın düzən rayonları üçün aparılmış rayonlaşdırma göstərir
ki, ərazinin çox hissəsi az minerallaşmış yeraltı sulardan istifadə
üçün perspektivlidir. Bu
isə bir daha sübut edir ki, dağ çaylarının
gətirmə konslarının şleyfləri ilə əlaqədar olan az minerallaşmış YSY
kifayət qədər zəngin ehtiyata malikdir.
Cədvəl 1
Azərbaycanın yeraltı su yataqlarının
istifadə perspektivliyinə görə təsnifatı
İstifadə
perspek-
tivliyinə görə
yeraltı su
yataqlarının
tipləri
Şirin(M
şse
) və az duzlu
(M
adse
) yeraltı suların
istismar ehtiyatı
modullarının
təsərrüfat-içməli su
təchizatı (TİS
t
) və
suvarma (T
suv
) üçün
suya olan təlabat
modullarına nisbəti
Az
minerallaşmış yeraltı
sulardan istifadə
imkanlarının səciyyəsi
Az
minerallaşmış
yeraltı suların
istismarı üçün
səmərəli
üsullar
I.Xüsusilə
perspektivli
II.Perspek-
tivli
III.Zəif pers-
pektivli
M
şse
≥T
TİSt
+T
suv
T
TİSt
+T
suv
>M
şse
≥T
TİSt
M
şse
TİSt
≤M
şse
+M
adse
Təsərrüfat-içməli su
təchizatı və suvarma
şirin yeraltı suların
istismarı hesabına təmin
oluna bilər
Təsərrüfat-içməli su
təchizatı tamamilə,
suvarma isə qismən şirin
yeraltı sular hesabına
yerinə yetirilə bilər;
suvarma üçün zəif duzlu
yeraltı sulardan da
istifadə etmək olar
Təsərrüfat-içməli su
təchizatı şirin və az
duzlu yeraltı suların
istismarı hesabına ola
bilər; suvarma üçün
qonşu sahələrin və ya
digər mənbələrin sula-
rından istifadə edil-
məlidir
Şirin yeraltı sulara-
iri
və ya xətti, mər-
kəzləşdirilmiş su-
götürücülər
Şirin yeraltı sulara-
xətti mərkəzləşdi-
rilmiş, zəif duzlu
yeraltı sulara-qey-
ri-mərkəzləşdiril-
miş sugötürücülər
Şirin yeraltı sulara-
kiçik mərkəzləşdi-
rilmiş, az duzlu
yeraltı sulara-qey-
ri-mərkəzləşdiril-
miş sugötürücülər
16
Qusar düzənliyinin yeraltı su yataqları bütövlükdə istifadə
üçün „perspektivli” hesab olunur. Düzənliyin şimal-şərq
hissəsində
(Samur və Qusarçay dərələri arasında Samur-Abşeron kanalı relyefi
üzrə) kifayət qədər geniş bir sahə „xüsusilə perspektivli” hesab
olunur.
Alazan-Əyriçay düzənliyinin yeraltı su yataqları „xüsusilə
perspektivli” hesab olunur. Yalnız düzənliyin cənub-şərq hissə-sində
(İsmayıllı şəhəri ərazisində) ayrı-ayrı sahələr „perspektivli” qeyd
olunur.
Şirvan düzənliyinin yeraltı su yataqları „xüsusilə zəif
perspektivli”dir. Bununla belə, Göyçayın gətirmə konusunda,
Turyançay və Ağsuçayın gətirmə konuslarının oxları boyu
„perspektivli” sahələr qeyd olunur. Düzənliyin ərazisinin böyük bir
hissəsi yeraltı sulardan istifadə üçün „zəif
və xüsusilə zəif
perspektivli” hesab olunur.
Gəncə düzənliyinin yeraltı su yataqları bütövlükdə
„perspektivli” hesab olunur. Bununla belə, bu ərazidə suvarma
1 2
3 4
IV. Xüsusilə zəif
perspektivli
V.Qeyri-perspek-
tivli
M
şse
+M
adse
TİSt
M
şse
≅ M
adse
≅ 0
Təsərrüfat-içməli su
təchizatı şirin və az
duzlu yeraltı sular
hesabına qismən yeri-nə
yetirilir;
təsərrüfat-
içməli su təchizatı və
suvarma üçün suya olan
təlabat qonşu sahələrin
və digər mənbələrin
yeraltı su-ları hesabına
tam ödənilə bilər
Təsərrüfat-içməli su
təchizatı və suvarma
üçün suya olan təlabat
qonşu sahələrin və digər
mənbələrin yeral-tı
suları hesabına ödə-
nilməlidir
Şirin və az duzlu
yeraltı sulara-
qeyri
mərkəz-
ləşdirilmiş sugö-
türücülər
Sugötürücülərin
qurulması müm-
kün deyildir