Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

Bu mənim üçün nə deməkdir?

Təchizatçılarımızdan biri ilə qiymət danışıqları aparan zaman onlar mənə 

həqiqətən getmək istədiyim futbol oyununa bilet təklif edir.  Bileti qəbul edə 

bilərəmmi?

LafargeHolcim şirkətinin mühüm müştərilərindən biri 50 illik yubileyini qeyd 

etmək üçün ziyafət təşkil edir.  Digər mühüm iş adamları və dövlət məmurları 

da ziyafətdə iştirak edəcəklər.  Mən də dəvət edilmişəm.  Bu dəvəti qəbul edə 

bilərəmmi?



Xeyr.  LafargeHolcim əməkdaşları biznes danışıqları aparılan ərəfədə, 

tender prosesləri və ya buna bənzər hallar zamanı hər hansı şəxs və ya 

şirkətdən hədiyyə və ya əyləncə qəbul edə bilməz.  Siz təchizatçınıza 

təşəkkür etməli, lakin təkliflərini rədd etməli olduğunuzun səbəblərini izah 

etməlisiniz.

Bəli, LafargeHolcim nümayəndəsi kimi dəvət edilmisiniz və rəhbərinizin 

icazəsi ilə ziyafətə qatıla bilərsiniz.

 

23

LafargeHolcim Biznes Davranış Kodeksi



2.3 Ədalətli rəqabət

LafargeHolcim sərbəst bazarlar və ədalətli rəqabətə inanır, çünki bu, bizim müştərilərimizin ən yaxşı 

məhsulları və xidmətləri əldə etməsini təmin edir.

Anti-inhisar və rəqabət qanunlarının 

pozulması heç zaman LafargeHolcim-in 

maraq dairəsində olmamışdır və 

buna yol verilə bilməz. Fəaliyyət 

göstərdiyimiz bütün region və 

ölkələrdə biz güclü rəqabət aparmağa

lakin təchizatçılar və müştərilərlə də 

ədalətli davranmağa çalışırıq.

Bizim əməkdaşlarımız heç 

zaman birbaşa və ya dolayı yolla 

aşağıdakıları etməməlidirlər:

•  Aşağıdakı məqsədlər üçün 

həqiqi və ya potensial rəqiblərlə 

müqavilə bağlamamalı, danışıqlara 

daxil olmamalı və ya fəaliyyət 

koordinasiyası edilməməlidir:

 

− Tam və ya qismən qiymət 



sövdələşmələri, müəyyən etmək;

 

− Təchiz edilən məhsul və ya 



xidmətlərin növü və ya sayını 

məhdudlaşdırmaq;

 

− Bazarları coğrafi qaydada və 



ya ticarət ortaqları, müştəri 

seqmentləri və ya məhsul 

xətlərinə görə bölüşdürmək;

 

− Rəqiblərlə tender təklifləri barədə 



hər hansı danışıqlar aparmaq;

 

− Tender prosesinin şərt və 



nəticələrini təyin etmək;

 

− Təchizatçı və ya müştəriləri 



rəqiblərlə əməkdaşlıq etməkdən 

çəkindirmək üçün boykot etmək.

•  Müvafiq bazarda hökmran 

mövqedən sui-istifadə etmək.

•  Təchizatçılar, distribütorlar və ya 

satıcılar kimi istehsalat və ya satış 

zəncirinin müxtəlif iştirakçıları ilə  

sərbəst və ədalətli rəqabəti aradan 

qaldırmaq məqsədi ilə müqavilələr 

bağlamaq.

•  Rəqabətlə bağlı həssas məlumat 

mübadiləsi etmək.

•  Müvafiq qanun və qaydaların 

pozulması ilə rəqabəti 

məhdudlaşdıra bilən hər hansı 

davranışlar etmək.

Anti-inhisar qanunlarının 

pozuntusunun müxtəlif formaları 

mövcuddur.  Siz bu qanunlara, eləcə 

də LafargeHolcim şirkətinin daxili 

siyasətlərinə əməl etməli və hər hansı 

sual və ya narahatlığınız olduqda yerli 

komplayens mütəxəssisi və Qrupun 

rəqabət qanunu mütəxəssisləri ilə 

məsləhətləşməlisiniz.

Anti-inhisar qanunvericiliyi 

qaydalar kompleks və 

çoxsaylıdır və onların icrası 

müxtəlif amillərdən asılıdır.  

Şübhəli addımlar atmaqdansa 

maraqlanmaq və suallar vermək 

daha yaxşı olar - səhv mühakimə 

izahat deyildir.

24

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Digər bir sement şirkətinin nümayəndəsi Sizə zəng edir və hər ikinizin təchiz 

etdiyiniz məhsul üçün bazarın "təkmilləşdirilməsini" müzakirə etmək üçün başqa 

ölkədə görüşməyi təklif edir. "Təkmilləşdirmə" görünüşü "təkmilləşdirmənin" 

icra ediləcəyi ölkədən xaricdə keçiriləcəkdir.  Siz görüşə qatıla bilərsinizmi?

Rəqib LafargeHolci-inm ticarət menecerinə yanaşır və növbəti on iki ay üçün 

qiymətləri təyin etməyi təklif edir.  Şirkət EBITDA hədəfinə çatmaq üçün təzyiq 

altındadır və menecer rəqibin təklifini qəbul etməyi düşünür.  O, bu şansdan 

istifadə etməlidirmi?

Xeyr.  Siz dərhal yerli komplayens mütəxəssisi ilə əlaqə saxlamalısınız.  

"Təkmilləşdirmə" görüşünə qatılmaq ciddi cinayət davranışı ola bilər.  

"Təkmilləşdirmə" kimi kodlanmış sözlər Sizi çaşdırmasın.  Başqa ölkədə 

görüşün keçirilməsi nəticəni dəyişə bilməz, çünki görüş yenə də anti-

inhisar qanunlarını poza bilər.

Xeyr.  Bu, "kartel" kimi təsnifləşdirilə bilər ki, bu da daha ciddi növ qeyri-

qanuni razılaşmadır (şifahi və ya yazılı formada).  Rəqabət qanununu 

pozaraq davranmaq heç vaxt LafargeHolcim şirkətinin maraqlarına aid 

olmamışdır.  Dürüst davranmaq hətta kəşf edilmək şansı cüzi olsa da və 

ilk baxışdan biznes hədəfinə çatmaq imkanının yüksək olması düşünülsə 

də qanuna, eləcə də LafargeHolcim siyasət və təlimatlarına əməl etmək 

deməkdir.  Hər zaman yadınızda saxlayın ki, rəqabət qanunlarının 

pozulması bizim nüfuzumuzu korlaya və Qrup və fiziki şəxslərə qarşı ciddi 

cinayət və maliyyə tədbirlərinə səbəb ola bilər.

 

25

LafargeHolcim Biznes Davranış Kodeksi



Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə