1.2
Müxtəliflik, ədalətlilik və hörmət
90 ölkədə milyonlarla müştəriyə xidmət edən 115 000-dən çox əməkdaşı olan LafargeHolcim
mükəmməl müxtəlif işçi qüvvəsi toplamağa can atır.
Biz bir-birimizə ləyaqətli davranmaq,
yəni, cins, din, irq və ya seksual
orientasiyadan asılı olmayaraq
fərqliliyi qəbul etmək kimi vəzifəmizin
olduğuna inanırıq. Fərqlər dünyanın
müxtəlif perspektivlərini işıqlandırır
ki, bu da LafargeHolcim şirkətinin
dünya perspektivini genişləndirir və
bizə yaxşıların yaxşısı olmağa imkan
verir. Beləliklə biz ədalətli və bütün
əməkdaşlarımız, müştərilərimiz və
biznes ortaqlarımızın bir-birinə hörmət
etməsinə kömək edən iş şəraitini
qiymətləndirir və təşviq edirik.
Biz hamımız şəxsi ləyaqətin, məxfiliyin,
azaldığın, kollektiv danışıqların və
şəxsi hüquqlar və hər kəsin fərdi
təhlükəsizliyinin gündəlik işin bir
hissəsi olduğu bir mühit yaratmağa
çalışırıq. Biz inanırıq ki, iş yerində
hörmət iş göstəriciləri və işə cəlbetmə
üçün vacibdir.
Vəzifəsindən asılı olmayaraq bütün
əməkdaşlarla təşviqat, təlim, işə qəbul,
kompensasiya və iş müqaviləsinə xitam
verilməsi zamanı ədalətli davranılacaq.
Təhdidlərə və ya zorakılığa
yolverilməzlik
İş mühitində pozuntu, təhqiredici
davranış və ya hədə-qorxu
yaranmaması üçün bütün əməkdaşlar
nəzakətli və hörmətcil olmalıdır
və bu, yalnız LafargeHolcim
mülkiyyətinə qarşı deyil, eyni zamanda
LafargeHolcim biznes fəaliyyəti
zamanı, yəni, müştəri ilə görüşlər,
LafargeHolcim maşınlarının idarə
edilməsi və yerli icma ilə əlaqələr
zamanı da tətbiq edilməlidir. Həmişə
peşəkar davranmalıyıq.
Müvafiq LafargeHolcim Siyasəti
• İnsan Resursları Siyasəti
Ayrıseçkilik
Biz müxtəlif etnik qrupa,
mədəniyyətə, dinə, yaşa,
sağlamlıq vəziyyətinə, tibbi
problemlərə, irqə, seksual
eyniliyə, cinsə, dünya görüşünə,
müxtəlif siyasi təşkilatlar və
ya azlıqlara aid olan insanlarla
birgə işləyirik. Bizim bir-birimizə
hörmətimiz və işlədiyimiz bir
sıra ölkələrin əmək qanunlarına
əsasən biz bu xüsusiyyətlərə görə
heç kimi diskriminasiya etmirik
və ya hər hansı digər təhqiredici
davranış göstərmirik. Bu
prinsiplər, təlim, qiymətləndirmə,
təşviqat və mükafat daxil
olmaqla bütün işçi-işəgötürən
münasibətlərinə aid edilir.
Təcavüz
"Təcavüz" xoşagəlməz
davranışdan ibarət ayrıseçkilik
formasıdır və təhqiredici,
narahatedici və ya zorakı iş
mühiti yaratmaq məqsədi daşıyır.
Təcavüz bir çox formada ola bilər,
məsələn, fiziki əməllər, şifahi
və ya yazılı qeydlər və ya vizual
təsvirlər. İş yerində düşmənçilik
və ya narazılığın yaranmasına
səbəb olan seksual təcavüz,
xoşagəlməz seksual hərəkətlər,
seksual hərəkət tələbi və ya
digər şifahi və ya fiziki seksual
davranış. LafargeHolcim əməkdaş
və ya əməkdaş olmayan şəxslər
tərəfindən edilən bütün növ
təcavüzü qəti qadağan edir.
12
LafargeHolcim Biznes Davranış Kodeksi
Bu mənim üçün nə deməkdir?
Həmkarlarınızdan biri mütəmadi olaraq qarşı masadakı həmkarı ilə zarafat edir.
İdarədə hər kəs bu zarafatları və onların şərhlərini eşidir. Bəzən bu zarafatlar
bəzi insanların xoşuna gəlir, lakin xoşlarına gəlməyən və ya təhqiredici hesab
edilən zarafatlar da olur. İnsanların seksual orientasiyası üzərində edilən
zarafatlar bir şəxsi xüsusilə narahat edir. Bu zaman nə etməlisiniz?
Zavoda iş səfəri zamanı divarda çılpaq qadınların şəkli olan təqvim asıldığını
görürsünüz. Bundan xoşunuz gəlməsə də buna reaksiya vermək istəmirsiniz,
çünki sonda bu zavodun ərazisində heç qadın əməkdaş yoxdur.
Siz satış departamentinə işə qəbul etmək üçün satış meneceri axtarırsınız. Siz
inanırsınız ki, satış biznesi "kişi işidir" və bu vəzifə üçün yalnız kişi namizədləri
nəzərdən keçirə bilərsiniz.
Siz həmkarınızla danışmalı və zarafatın gülməli olmasına baxmayaraq,
idarədə hər kəs tərəfindən qəbul edilmədiyini və bəzilərinin təhqiredici
olduğunu söyləməlisiniz. O, bunu anlamadıqda bu məsələni rəhbəriniz və
ya İnsan Resursları departamentinin nümayəndəsinə çatdırmalısınız.
Bu barədə məsələni qaldırmaq lazımdr. Seksual xarakterli şəkil və ya
rəsmlərin LafargeHolcim idarələrində mövcud olması vizual təcavüz
hesab edilir və xüsusilə qadağan edilmişdir. Siz gördükləriniz və təqvimin
divardan çıxarılması barədə rəhbəriniz və ya zavodun rəhbəri ilə
danışmalısınız.
Sizə yalnız kişi namizədlər arasından seçim etmək icazəsi verilmir
və Siz qadın namizədlərin ərizələrini rədd edə bilməzsiniz. Bu, cinsi
mənsubiyyətlə bağlı ayrıseçkilik hesab edilə bilər. Sizin axtarışınız
namizədlərin ixtisasına, bilikləri, təcrübəsinə və vəzifəyə nə qədər uyğun
olmalarına əsaslanmalıdır.
13
LafargeHolcim Biznes Davranış Kodeksi
1.3 Şirkətn aktivlərinin qorunması
Bütün əməkdaşlar maddi və əqli mülkiyyətin, eləcə də maliyyə aktivlərinin zədələnməməsi,
oğurlanmaması, sui-istifadə edilməməsi və ya tullanmamasını təmin etmək üçün şirkətimizin
aktivlərini qorumaq və düzgün mühakimə yeritmək üçün məsuliyyət daşıyırlar.
Maddi aktivlərin qorunması
LafargeHolcim-in avadanlıqlar,
materiallar və binalar kimi fiziki
aktivləri gündəlik işin icra edilməsi
üçün vacibdir. Bu aktivlər bütün dünya
üzrə insanların ağır işi nəticəsində
əldə edilmişdir. LafargeHolcim üçün
işləməklə bizim hər birimiz bu aktivlərlə
bağlı məsuliyyətli davranmalı və
onların oğurlanması, itirilməsi, sui-
istufadə edilməsi və tullanmasına yol
verməməliyik. Bundan əlavə biz bütün
resursların müvafiq biznes məqsədləri
üçün istifadə edilməsini təmin
etməliyik.
Əqli mülkiyyətin qorunması
LafargeHolcim-də biz mütəmadi
olaraq dəyərli, qeyri-ictimai ideyalar,
strategiyalar və başqa növ biznes
məlumatı yaradırıq ki, eyni zamanda
da bunların sahibi olur və onları
intellektual mülkiyyət kimi qorumalı
oluruq. Bu cür məlumat bizə rəqabət
üstünlükləri verən mühüm məqamdır.
Bu cür məlumatın qeyri-müvafiq
şəkildə açıqlanması qadağan edilir və
biz məxfi məlumatın qeyri-müvafiq
açıqlanması risklərindən ehtiyyatlı
olmalıyıq.
İşçilərin və üçüncü tərəflərin məxfi
məlumatı
Gələcək, cari və ya keçmiş işçilərlə
bağlı və şəxsi məlumatına, eləcə də
iş göstəricilərinin qiymətləndirilməsi,
əmək haqqı, təqaüd və bonusları
barədə məlumata çıxış icazəsi yalnız
səlahiyyətli şəxslərə məxsusdur və
məlumatın məxfiliyi qanunvericiliyinə
əsasən verilir. Bundan əlavə, biz
müştərilər, təchizatçılar və başqa
biznes ortaqlarımız tərəfindən bizə
etibar edilən məxfi məlumatın özümüzə
aid məxfi məlumat kimi qorunması
üçün məsuliyyət daşıyırıq.
Adi biznes fəaliyyəti əsnasında başqa şirkətlər, eləcə də müştərilər,
təchizatçılar və rəqiblər barədə məlumat əldə edilir. Lakin rəqiblər barədə
məlumatın əldə edilməsində də hüquqi və əxlaqi məhdudiyyətlər vardır:
• Biz rüşvət və ya rəqiblərin güdülməsi kimi qeyri-müvafiq yollarla
məlumatı əldə etməməliyik.
• Biz ümumilikdə qeyri-ictimai mənbələrdən rəqiblər barədə məlumatı
əldə və ya tələb etməməliyik. Hər hansı xüsusi vəziyyətdə "qeyri-ictimai"
məlumat sözünün nə demək olduğunu aydınlaşdırmaq üçün yerli
komplayens mütəxəssisi ilə əlaqə saxlayın.
• Biz məxfi məlumatın əldə edilməsi üçün rəqibin əməkdaşını işə qəbul
etməməli və ya rəqibin əməkdaşından keçmiş işəgötürəni barədə məxfi
məlumatı açıqlamasını tələb etməməliyik.
• Biz rəqib tərəfindən təklif edilmiş məxfi ola bilən məlumatı qəbul
etməməliyik. Siz bu məlumatın məxfi olub-olmadığını, necə əldə
edildiyini və material "gizli", "məxfi", "məxfi mülkiyyət" və ya "yalnız sizin
üçün" sözləri ilə təsnifləşdirilmiş olub-olmadığını öyrənməlisiniz.
14
LafargeHolcim Biznes Davranış Kodeksi