Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
1   2   3   4   5   6   7   8

Bu mənim üçün nə deməkdir?

Mən qatarla işə gedən zaman bəzən işlə bağlı zənglər etməli oluram.   

Bu problemdirmi?

Rəqib Sizə səhvən Sizin adınızı başqası ilə qarışıq salaraq məxfi məlumat 

qoşulmuş e-poçt məktubu göndərmişsə, Siz nə etməlisiniz?

Siz taksilər, qatarlar, liftlər və ya konfrans və ticarət tədbirləri kimi ictimai 

yerlərdə qeyri-ictimai məlumatı müzakirə etməməlisiniz.  İctimai yerdə işlə 

bağlı zəng etmək lazım olduqda ətrafınızda olan insanlara diqqət yetirin.

Bunun xətanın nəticəsi və qoşmada məxfi məlumat olduğunu bilirsinizsə, 

məktubu açmayın, çap etməyin və ya paylaşmayın.  Əgər Siz sənədi 

açmısınızsa, onu bağlayın, məlumatdan istifadə etməyin və dərhal yerli 

komplayens mütəxəssisi ilə əlaqə saxlayın.  Hər halda yerli komplayens 

mütəxəssisi ilə məsləhətləşməmişdən öncə məktubu silməyin.

 

15

LafargeHolcim Biznes Davranış Kodeksi



1.4 Məlumat sistemləri, e-poçt və 

sosial media

İş yerindəki texnologiyalar bizə müştərilərimizə daha səmərəli şəkildə xidmət etmək imkanı verir.  Biz 

bütün dünya üzrə proses və əlaqələrimizin dəstəyinə güvənirik.

İnternetə çıxış, e-poçt və digər 

proqramlar biznes məqsədləri üçün 

təmin edilir.  Bütün biznes əlaqələri 

və münasibətlər digər LafargeHolcim 

əməkdaşları ilə daxili şəkildə və 

üçüncü tərəflərlə xarici şəkildə 

LafargeHolcim Group tərəfindən təsdiq 

edilmiş kommunikasiya və e-poçt 

hesabları vasitəsilə mümkün edilir.  

E-poçt məktublarının və qoşmaların 

göndərilməsi və qəbul edilməsi 

zamanı Siz çap edilmiş kommunikasiya 

üsullarına aid standartları tətbiq 

etməlisiniz. LafargeHolcim daxili  və ya 

üçüncü tərəflərlə kommunikasiyaları 

içtimai şəkildə açıqlamaq (mətbuat, 

sərmayəçilər və ya başqaları 

daxil olmaqla) və ya sosial media 

saytlarından dərc etmək qadağandır.

Siz LafargeHolcim şirkətinin İT 

sistemləri, internetə çıxışı, e-poçt 

ünvanları və ya başqa məlumatı və 

kommunikasiya proqramlarından 

qeyri-qanuni və ya qeyri-əxlaqi 

məqsədlər üçün istifadə etməməlisiniz.  

Qeyri-müvafiq və ya təhqiredici olan 

məlumatın axtarılması, yüklənməsi 

ya yönləndirilməsi intizam 

tədbirlərinə səbəb ola bilər. Siz 

eyni zamanda nəzərə almalısınız ki, 

LafargeHolcim İT sistemlərdindən əldə 

edilən məlumatdan və ya proqram 

təminatından İT departamenti 

tərəfindən icazə verilmədiyi halda şəxsi 

məqsədlər üçün istifadə etməməli və 

ya surətini çıxartmamalısınız. 

 

Sosial media bizə dərhal və geniş 



şəkildə əlaqə saxlamaq imkanı verir.  

Həmkarlarınız və ya iş yeriniz olan 

şəkilləri və ya mətnləri yaymazdan öncə 

yaxşıca düşünün.  Bu gözlənilmədən 

şəxslərin və ya LafargeHolcim şirkətinin 

nüfuzunun korlanmasına gətirə bilər.



Müvafiq LafargeHolcim Siyasəti

•  Məlumat Sistemlərindən 

İstifadə Direktivi

•  Sosial Media ilə bağlı Tövsiyələr



16

LafargeHolcim Biznes Davranış Kodeksi




Bu mənim üçün nə deməkdir?

Siz USB yaddaş cihazına Microsoft Word quraşdırıcının surətini atmısınız və 

evdəki kompüterinizdə quraşdırmağı planlaşdırırsınız.  Siz LafargeHolcim 

şirkətinin bundan ziyan görə bilməsini hiss edirsiniz, çünki orijinal fayl onun 

sistemlərində qalır.  Bunu edə bilərsinizmi?

Çox güman ki, yox.  LafargeHolcim proqram təminatını işə salan zaman 

o, adətən proqram təminatını buraxan şirkətlə lisenziya müqaviləsi 

bağlayır. Proqram təminatından şəxsi məqsədlər üçün istifadə çox güman 

ki, bu cür lisenziya müqavilələrinin şərtlərini pozur və LafargeHolcim 

qanunsuz istifadə üçün məsuliyyət daşıya bilər.  Siz bunu etmək üçün İT 

departamentindən icazə almalısınız.

 

17

LafargeHolcim Biznes Davranış Kodeksi



18

LafargeHolcim Biznes Davranış Kodeksi




2. Biznes təcrübəsində dürüstlük

 

19

LafargeHolcim Biznes Davranış Kodeksi



2.1 Rüşvətxorluq və korrupsiyaya 

qarşı siyasət

LafargeHolcim keyfiyyət, etibar və bir sıra başqa əsaslara görə məhsul və xidmətlərini satır, lakin 

rüşvətxorluqla məşğul olmur.

Biz fəaliyyət göstəridiyimiz cəmiyyətdə 

sağlam inkişafı dəstəkləmək və 

mümkün etməyə çalışırıq.  Biz 

görürük ki, bu, 90-dan çox ölkədə 

fəaliyyət göstərmək üçün əsas vəzifə 

borcumuzdur.  Qanunlara əməl etmək 

və əxlaqi biznes fəaliyyəti göstərməklə 

bağlı nümunə olmaq bizim bu 

istəyimizin həyata keçməsinin bir 

yoludur.


Biz bilirik ki, hətta az miqdarda rüşvət 

cəmiyyətdə ciddi problemlər yaradır 

və çox vaxt orta sinifdən rüşvət tələb 

etmək aşağı təminatlılıarın dövlət 

xidmətlərində iştirakını istisna edir. 

Biz bilirik ki, rüşvət vermək heç 

zaman yaxşı deyil, yəni sabit biznes 

deyil və heç bir halda rüşvətxorluq 

LafargeHolcim şirkətinin dürüstlük 

mədəniyyətinə uyğun deyil.

Korrupsiyaya qarşı beynəlxalq qanunlar 

dünyanın bütün fəaliyyət sahələrinə 

tətbiq edilir.  İctimai rəsmilər və ya fiziki 

şəxslər daxil olmaqla heç bir formada 

rüşvət vermək, təklif etmək, almaq və 

ya icazə vermək əsla yolverilməzdir.  

Biz eyni zamanda rüşvət vermək kimi 

özümüz edə bilmədiyimiz əməllər 

üçün üçüncü tərəfləri cəlb etmirik.  

LafargeHolcim şirkətinin adından çıxış 

edən üçüncü tərəflər heç zaman rüşvət 

verməməli və almamalıdır. 

 

 

 



 

 

 



 

 

"Üçüncü tərəflər" dedikdə, 



məsləhətçilər, podratçılar, franşizalar, 

satış agentləri, təkrar satıcılar, gömrük 

brokerləri, mühasibat və ya hüquq 

firmaları və ya viza, icazə və ya yoxlama 

sertifikatları almaqda kömək edən 

şirkətlər və birgə müəssisələr nəzərdə 

tutulur.  Üçüncü tərəfin növündən asılı 

olmayaraq LafargeHolcim adından 

biznes fəaliyyəti ilə məşğul olan və 

ya xidmət göstərən bütün üçüncü 

tərəflərin LafargeHolcim Üçüncü 

Tərəflərin Yoxlanması Direktivinə 

uyğun seçilməsi vacibdir.

Kömək Ödənişləri

Bəzən dövlət rəsmilərinə qanuni olan adi dövlət xidmətləri üçün ödənilən 

xırda ödənişlər "kömək ödənişləri" adlanır. LafargeHolcim əməkdaşlarına 

bu cür ödənişlər etməyi qadağan edir. Bu qaydadan yeganə istisna 

əməkdaşın öz həyatı, şəxsi təhlükəsizliyi və ya sağlamlığının təhlükə altında 

olmasına inanması və ya ödəniş etmək məcburiyyətində olması zamanı 

mümkündür.  Əməkdaş şəxsi təhlükəsizliyi və ya sağlamlığı üçün bu cür 

ödəniş etməli olduqda ən qısa zamanda bütün müvafiq məlumatları yerli 

komplayens mütəxəssisinə təqdim etməlidir və ödəniş LafargeHolcim-in 

mühasibatlığında dəqiq qeyd edilməlidir.

Rüşvət yalnız nağd pul deyil bir neçə dəyərli üstünlüklər formasında ola 

bilər: məsələn, səyahət imkanı, təhsil haqqı, xeyriyyə iaənələri və digər 

üstünlük formaları.

20

LafargeHolcim Biznes Davranış Kodeksi




Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə